Məhkəmə qərarları › İş №2(103)-7328/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7328/2019

19.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7328/2019 19.06.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. A.Şaiq küçəsi, 68 saylı evə olan yaşayış hüquqlarını itirmiş hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 68 saylı evin sahəsi 13,3 kv. metr olan otaq onun xüsusi mülkiyyətindədir. Həmin evi 2004- cü ildə almışdır. Evi alarkən oraya cavabdeh olan bacısı – Cavabdeh1 da pasport qeydiyyatına saldırmışdır. Həmin dövrdə bacısının yaşamağa yeri yox idi, işlədiyinə görə pasport qeydiyyatı lazım idi. Buna görə də, formal olaraq onu sahəsi 13,3 kv. metr olan otağın pasport qeydiyyatına saldırmışdır. 2009-cu ildə bacısının qızı Fidanı da öz otağının pasport qeydiyyatına saldırmışdır. Cavabdehlərin heç biri onun evində bir gündə yaşamayıblar, orada onlara məxsus heç bir əmlak yoxdur. Son zamanlar cavabdehlərlə münasibətləri korlanmış, Cavabdeh1 ona qarşı əsassız tələblər irəli sürmüş, buna görə də cavabdehlərin evinin pasport qeydiyyatından çıxarılmaları qərarına gəlmişdir. Cavabdeh Salmanovlar heç vaxt onun evində yaşamamış və hazırda onların harada yaşamaları ona məlum deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mübahisə üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini tamamilə qanunsuz, əsassız və heç bir məntiqə sığmayan hesab edir və ləğv edilməsini və iddiasının təmin edilməsini qanunauyğun hesab edir. Belə ki, 4 vərəqdən ibarət qətnamədə məhkəmə heç bir qanuni əsası olmadan iddianı rədd etmişdir. iddia tələbini təsdiq edən və iddia ərizəsində adları qeyd edilən şahidlər X1, X2 və X3 məhkəmə iclasına gəlmiş, lakin, hakim onların dindirilməsinə imkan verməmiş və bildirmişdir ki, onların dindirilməsinə ehtiyac yoxdur. Beləliklə, işə mahiyyəti üzrə baxılmamışdan əvvəl hakimdə iddia tələbi barədə fikir formalaşmış və iddianın taleyi, demək olar ki, həll edilmişdir. Qətnamədə xüsusi mülkiyyətimdə olan, sahəsi 13,3 kv. metr olan bir otaqdan cavabdehlərin istifadə hüququnun itirilməsinə məhkəmə paylı mülkiyyətin digər iştirakçılarının razılığını tələb edirdi. Rəsmi sənəd olan qeydiyyat vəsiqəsindən görünür ki, sahəsi 13,3 kv. metr olan bir otaq onun xüsusi mülkiyyətindədir. Bu balaca otağa sərəncam vermək üçün nəyə görə digər otaqların mülkiyyətçilərindən razılığı almalıdır. Cavabdehləri mülkiyyətində olan otağın pasport qeydiyyatına salanda da digər otaqların mülkiyyətçilərinin razılığını almamışdır. Qətnaməyə görə cavabdehlər həmin mənzildə yaşamayıblarsa, deməli mənzilə istifadə hüququ əldə etməyiblər, buna görə də onlar mənzildən istifadə hüququnu itirmiş hesab edilə bilməzlər. Cavabdehlər xüsusi mülkiyyətində olan otağın pasport qeydiyyatına düşmüş, lakin, orada yaşamamışlar. Mülkiyyətində olan otağın pasport qeydiyyatında olmaları cavabdehlərə həmin otaqdan istifadə hüququnu yaradır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, cavabdehlərin yaranmış istifadə hüquqlarına son qoyulsun. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməsində qeyd edilən tələblərə riayət etməmiş, qanunsuz, əsassız və məntiqsiz qətnamə qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz hallarından aşkar görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 020309 №-li xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 10 otaq, ümumi sahəsi 172,7 kv.m. olan 68 saylı evin yalnız sahəsi 13,3 kv. metr olan 1 otağı paylı mülkiyyət əsasında İddiaçı xüsusi mülkiyyəti kimi qeyd edilmişdir. Bu barədə 140 saylı reyestr kitabında 30/10183 №, xx.xx.2003-cü il tarixlə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1050 saylı, xx.xx.2018-ci il tarixli arayışına əsasən, iddiaçının bacısı Cavabdeh1 2004-cü ildən, iddiaçının bacısı qızı Cavabdeh2 isə 2009-cu ildən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı evdə qeydiyyatdadırlar. Beləliklə, sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 10 otaq, ümumi sahəsi 172,7 kv.m. olan 68 saylı evinyalnız sahəsi 13,3 kv.metr olan 1 otağı paylı mülkiyyət əsasında İddiaçı xüsusi mülkiyyəti kimi qeyd edilmiş, digər paylar üzrə X7 1 otaq olmaqla 10,5 kv. metr, X9 1 otaq olmaqla 13,3 kv. metr, Qataulina Roza xaris qızına 1 otaq olmaqla 11,6 kv. metr, X8 1 otaq olmaqla 6,0 kv. metr, X13 1 otaq olmaqla 6,2 kv. metr, X14 1 otaq olmaqla 10,2 kv. metr, X4 2 otaq olmaqla 18,5 kv.metr xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixində qeydiyyat aparılmışdır.Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1050 saylı, xx.xx.2018-ci il tarixli arayışına görə cavabdehlər Cavabdeh1 2004-cü ildən, Cavabdeh2 isə 2009-cu ildən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı evdə qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinin dispozisiya şərtlərindən də aşkar göründüyü kimi, yaşayış binasının tərkib hisəssindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi və xitamı mülkiyyətçi ilə olan yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma dedikdə isə yazılı bağlanan və notariat qaydada təsdiqlənən razılaşma anlaşılır. İşdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ailə üzvü deyil, qohumudur (bacısı və bacısının uşağı) və Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, faktiki başqa ünvan üzrə yaşayırlar. Belə ki, birinci instansiya məhkəməsi cavabdehlərin müvafiq olaraq 2004 və 2009-cu illərdən vahid ünvan kimi qeydiyyata alındıqları Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı ev hazırda paylı mülkiyyətdə olduğundan və iddiaçı digər paylı mülkiyyətçilərin onların həmin yaşayış evinə istifadə hüquqlarının itirilməsinə razı olduqlarını təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, həmçinin mülki qanunvericiliyin tələblərinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi təsdiq edilmədiyindən hazırda iddia tələbi təmin edilə bilməz qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən əsasla iddia tələbini rədd etməkdə haqlı olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı ev daşınmaz əmlak olaraq dövlət reyestrində qeydə alınsa da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu mənzilə istifadə hüququnun əmələ gəlməsi nə iş materialları ilə nə də ki iddiaçının təqdim etdiyi sənədlərlə təsdiq edilməsə belə, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 10 otaq, ümumi sahəsi 172,7 kv.m. olan 68 saylı evin yalnız sahəsi 13,3 kv. metr olan 1 otağı İddiaçı xüsusi mülkiyyəti kimi qeyd edilmişdir. Bu barədə 140 saylı reyestr kitabında 30/10183 №, xx.xx.2003-cü il tarixlə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu mənzilə istifadə hüququnun əmələ gəlməsi nə iş materialları ilə, nə də ki iddiaçının təqdim etdiyi sənədlərlə təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi qeyd edilən əsasla təmin edilməsə də, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində yerləşən 68 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.1.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın Bakı şəhəri, Yasamal rayonu. A.Şaiq küçəsi, 68 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar