Məhkəmə qərarları › İş №2(103)-733/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-733/2020

12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-733/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndələri X7 və Mədətov Asif Hökümalı oğlunun (vəkil), Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X3 iştirakları ilə İlkin iddia üzrə İddiaçı cavabdeh X4 qarşı “nikahın pozulması və uşaqların atanın himayəsində saxlanılması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, aliment və uşaqların ananın yanında saxlanılması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)- 1403/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı cavabdeh X4 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxx 2012-ci il tarixli, 840 nömrəli qeydlə rəsmiləşən nikahın pozulmasını xahiş etmiş, sonradan iddia ərizəsinə əlavə təqdim edərək nikahın pozulması ilə bərabər birgə nikahdan anadan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X15 və xx xxxxxx 2014 cu il təvəllüdlü X5 atası İddiaçı himayəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ilə xx xxxx 2012-ci il tarixində ailə qurmuş, nikahları həmin tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 840 nömrə ilə qeydə alınmışdır. Bu nikah xx.xx.2012-ci il təvəllüdlü X15 və xx xxxxxx 2014-cu il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Cavabdeh Tünayə ilə münasibətləri ilk əvvəl normal olsa da, bir müddətdən sonra münasibəti ona qarşı dəyişdiyindən demək olar ki ailə dağılmışdır. Ailənin qorunub saxlanması mümkün olmamışdır. Cavabdehlə nikahları formal xarakter daşıyır.Odur ki, nikahın pozulmasını və azyaşlı uşaqların atanın yanında saxlanılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddiaçı X2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxx 2012 ci il tarixli, 840 nömrəli qeydlə rəsmiləşən nikahın pozulması və birgə nikahdan anadan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X15 və xx xxxxxx 2014 cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanması və hər bir uşağa, hər ay 200 manat olmaqla, cəmi 400 manat alimentin cavabdehdəntutularaq Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu il tarixində el adəti ilə İddiaçı ilə ailə qurmuş, sonradan Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2011ci il tarixdə nikahları bağlanılmışdır. Ailə qurandan sonra cavabdehin valideynlərinin də yaşadığı Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki “Çənlibel” restoranının yuxarısında yerləşən ünvanda olan 5 otaqlı evinə gəlin köçmüş və orada bir ilədək ər-arvad kimi yaşamışlar. Sonra isə qaynanası onunla yola getmədiyinə, evdə daim mənasız yerə mübahisə, dava-dalaş saldığına, cavabdeh tərəfindən mütəmadi olaraq təhqir olunduğuna, həmin evdən onu qovduqlarına görə, cavabdehin anasının da yaşadığı Bakı şəhərindəki yuxarıdakı ünvana qayıtmış və orada ilk övladı 2 yaşına çatanadək qalmağa məcbur olmuşdur. Sonra isə valideynlərinin yardımı və iştirakı ilə Maştağa qəsəbəsində-Xanlar yaşayış sahəsində üç otaqlı fərdi yaşayış evi tikilmiş və bütün cehiz, şəxsi əşyalarını həmin evə yığaraq 2014-cü ildən başlayaraq orada cavabdehlə ər-arvad kimi yaşamağa başlamışlar. Birgə nikahları dövründə iki övladları olmuşdur. Cavabdehlə evliliyinin ilk aylarında səmimi və normal ər-arvad münasibətində olmuşlar. Lakin sonradan onların ailədəki ər-arvad münasibətləri cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi, cavabdeh və onun valideynləri tərəfindən mənasız yerə incidilməyi, əhəmiyyətsiz yerə təhqir olunmağı və yola gedə bilməməkləri və s. səbəblərdən bir-birlərini başa düşməyib və səbəbdən də münasibət çox pisləşmişdir. Onunla münasibətlərin pis olması və qeyd etdiyi səbəblərdən bir neçə dəfə boşanmaqdan üçün məhkəməyə müraciət etmək istəsə də, iki övladının olmasını, onların atasız böyüməməsi səbəbindən, gələcəkdə mənəvi sarsıntı keçirtməməsi naminə səbrli olmuş, ailəni qoruyub saxlamaqdan ötrü dözmüşdür. Artıq cavabdehlə bir neçə müddətdir ki, ərarvad kimi yaşamır. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 19:00 radələrində cavabdeh və onun valideynləri onu övladları ilə birgə yaşadığı həmin evdən atasının xəstəliyini bəhanə gətirməklə təkcə evdən çıxararaq taksi ilə atası evinə göndərərək övladlarını da əsassız yerə özləri ilə saxlamışlar. Həmin evin açarlarını da, ondan alaraq özlərində saxlamışlar. Qarşı tərəfin hərəkətləri onun şəxsiyyətinə, heysiyyatına toxunduğuna görə evdə mənasız qalma-qal, dava-dalaş, mübahisələr yaranacağı üçün onların bir yerdə ailə həyatını davam etdirməyi dözülməz həddə çatıb. Odur ki, nikahın pozulması qərarına gəlmişdir. Artıq nikahları formal xarakter daşıyır və hesab edir ki, nikahın qorunması və ailə münasibətlərinin bərpası qeyri - mümkündür.. Xasiyyətiləri uyğun gəlmədiyinə görə o, cavabdehlə olan nikahın pozulmasını tələb edir. Cavabdeh “Azərsun” şirkətində müvafiq vəzifədə işləyir və onun aylıq qazancı 1000 manatdan artıq olur. Amma o, isə ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Cavabdeh əsassız olaraq öz yanında saxladığı övladlarını ona vermək istəmir. Onun həmin hərəkətləri qanunsuz, əsassızdır və o, uşaqlarının yanında qalmaqla inkişaf etmələrini istəyir. Azyaşlı övladlarının, Murad və Mələyin yetkinlik yaşına çatana kimi onların saxlanması üçün maddi cəhətdən köməyə ehtiyacı var. Hesab edir ki, övladlarının ana nəvazişinə ehtiyacı olduğuna görə onun yanında qalmalı, cavabdeh isə iki uşağa görə aliment ödəməlidir, buna imkanı da var. Əlavə olaraq bildirir ki, cavabdeh bütün günü işdə olur. Onun valideynləri də həmçinin bütün günü işdə olurlar. Evdə bir 90 yaşlı nənə var. Oğlu Murad onun yanında bütün günü təkbaşına, baxımsız qalır. Uşaq xəstədir, müalicəyə, qayğıya ehtiyacı var. Bu on ay ərzidə bir dəfə də olsun uşağını ona göstərməyiblər. Hansı uşaq öz anasından qorxub qaçar. Bu da onu göstərir ki, uşağına psixoloji təsir göstərilir. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1403/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, X18 ilə Cavabdeh arasında Nizami rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 saylı qeydə alınmış xx xxxx 2011-ci il tarixli nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, X10 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə ailələrinin dağılmağına səbəb cavabdehin ona xəyanət etməsidir. Bu faktı təsdiq edən sübular birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi valideynlərin uşağa münasibətini, uşağın yaşını, sonuncunun valideynlərə bağlılığını, onun istəyini nəzərə almamışdır. Belə ki, iddia təmin edilməsi tədbiri qismində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizətəmin edilmiş, ünvan 2 ünvanında saxladığı azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X8 İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayət ərizəsi əsasında məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı və həmin qarardada xx.xx.2019-cu il tarixli düzəliş qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qərardadda qeyd etmişdir ki, iddianın təmini barədə qəbul etdiyi qərardadın ləğv olunmasına səbəb, icra məmumuru tərəfindən məhkəməyə təqdim olunmuş icra hərəkətləri barədə video görüntüdə azyaşlı uşağın anasına alınıb verilmə pressesində çətinliklər yaranmışdır, belə ki, azyaşlı uşağın əsəbi gərgin vəziyyətdə olduğunu və anasına qarşı aqressiya nümayiş etdirdiyini görərək hal-hazırda indiki vaxt üçün uşağın atanın yanında qalmasını məqsədə müvafiq hesab edərək qərardadı ləğv edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi uşağın onun yanında qalmasını və psixolji olaraq ona bağlı olduğunu, anasının yanına getmək istəmədiyini nəzərə almamışdır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişlər ki, uşaq atasına çox bağlıdır və anasına verilə bilməz. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, tərəflərin ayrılma səbəbi iddiaçının irəli sürdüyü kimi deyil. Tünayənin ikinci telefonu olmayıb və iş materiallarına əlavə edilmiş səs yazısı ona aid deyil. Həmçinin bildirir ki, Cavabdeh öz uşaqlarını istəyir və ana ilə uşaq arasında olan bağı sübut etməyə ehtiyac yoxdur. Uşaqlar azyaşlı olduqları üçün onların ana nəvazisinə, ana qayğısına ehtiyyacları var. Hazırda uşaq atada qaldığı üçün ona anasının yanına getməsi barədə psixoloji təsir edirlər. Uşağın anasının yanına getmək istəməməyinin səbib ona edilən psixolji təsirlərdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2011-ci il tarixli, AZ İ № 677439 nömrəli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı ilə X9 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmişAZ-İİ № 919784 saylı doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan ASAN 1 Qeydiyyat şöbəsi ərəfindən 5.02.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 497555 saylı doğum haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 1/1370 saylı xx xxxxxxxx 2019 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 atasına daha çox bağlılığı və hal-hazırda onun himayəsində yaşadığı nəzərə alaraq İddiaçı, xx.xx.2014cü il təvəllüdlü X5 isə Cavabdeh himayəsində qalması azyaşlıların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiya tərəfindən məqsədə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bu kontekstdə kollegiya qeyd edir ki, İddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun yalnız xx.xx.2012-ci il təvəllüdlü Murad Abdullayevin ondan alınıb anasına verilməsi və ondan Muradın saxlanılması üçün hər ay 160 manat aliment tutulması hissəsini mübahisələndirmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. Birinci instansiya məhkəməsi uşaqların anaya verilməsi barədə gəlddiyi nəticəni belə əsaslandırmışdır ki, “uşaqların anadan olandan bir ana kimi onların qayğısına qalması, bu yaşa kimi böyüdüb başa çatdırması, sağlamlığlının qeydinə qalması və s. barədə ananın göstərdiklərini daha inandırıcı hesab edir. Bununla yanaşı məhkəmədə halhazırda atasının yanında olan xx.xx.2012-ci il təvəllüdlü X11 nəinkni atası tərəfindən, həm də baba və nənəsi tərəfindən də psixoloyi təsir edildiyi və anası ilə məqsədli surətdə görüşməyə süni maneələr yaradılması halları muəyyən olundu. Məhkəmə iclasında, həm də atanın işləməsi ilə bağlı həftə ərzində səhər saat 08:00-dan axşam saat 20:00-dək evdə olmaması faktını hər iki tərəf təsdiq etdi. Bununla da məhkəmə əgər uşqaları atanın himayəsinə verilməsi qərarına gələrsə, faktiki olaraq onlar, nənə və babanın himayəsinə verilmiş olacaq və bu da ailə qanunveciyilində nəzərdə tutumuş normalara zidddir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə “xx.xx.2012-ci il təvəllüdlü X8 anası Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, X10 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat mabləğində alimnetin tutulması” hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 22.2-ci maddəsinə müvafiq olaraq nikah məhkəmə qaydasında pozularkən, ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığı, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı ilə bağlı saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, digər məsələlərlə yanaşı boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Qanunun mənasından göründüyü kimi, qeyd olunan halda uşaqların valideynlərdən hansının yanında qalması barədə məsələ bu cür iddia tələbinin olub-olmamasından asılı olmayaraq məhkəmə tərəfindən nikahın pozulmasının hüquqi nəticəsi olaraq həll edilməlidir. Sözügedən məsələ valideynlərin hüquqları ilə bağlı deyil, nikah pozulduqdan sonra uşağın hüquqi vəziyyətindəki qeyri-müəyyənliyin aradan qaldırılması məqsədinə xidmət edir. Ailə Məcəlləsinin 61.4-cü maddəsinə müvafiq olaraq, uşaqlarından ayrı yaşayan valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər (maddə 61.3, 61.4). Bu baxımdan nəzərə alınmalıdır ki, tərəflər arasında nikahın pozulması zamanı Ailə Məcəlləsinin 22.2-ci maddəsinin tələbinə uyğun olaraq qətnamədə uşaqların valideynlərdən hansının yanında qalmasının göstərilməsi uşağın məcburi alınması barədə iddia tələbinə ayrıca icraatda baxılmasına mane olmur və həmin tələbin birmənalı təmin edilməsinə əsas deyil. Əksinə ailə qanunvericiliyi belə mübahisələrin həlli zamanı uşağın mənafeyinin və rəyinin nəzərə alınmasını zəruri hesab edir. İlkin iddia tələbinin mahiyyəti üzrə həllinə münasibətdə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinə müvafiq olaraq hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.2-49.3). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqının gedişində dinlənilmək hüququna malikdir (maddə 52). Məcəllə, həmçinin müəyyən edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 56.1). Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (maddə 58.2). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər (maddə 60.2). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). Məhkəmə baxışının gedişi zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikahın pozulması barədə məhkəmə mübahisəsi zamanı Murad Abdullayev faktiki olaraq atasının yanında olub və hal-hazırda da onun himayəsindədir. İşdə olan Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 1/1370 saylı xx xxxxxxxx 2019 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8 atasına daha çox bağlılığı və hal-hazırda onun himayəsində yaşadığı nəzərə alaraq İddiaçı, xx.xx.2014-cü il təvəllüdlü X5 isə Cavabdeh himayəsində qalması azyaşlıların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiya tərəfindən məqsədə uyğun hesab edilmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 2 ünvanında saxladığı azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X8 İddiaçı alınaraq Cavabdeh himayəsinə verilməsi qərara alınmışdır. Həmin qərardad icraya yönəldilmiş, icra məmumuru tərəfindən məhkəməyə təqdim olunmuş icra hərəkətləri barədə video görüntüdə azyaşlı uşağın anasına alınıb verilmə pressesində çətinliklər yaranmışdır, belə ki, azyaşlı uşağ əsəbi gərgin vəziyyətdə olmuş və anasına qarşı aqressiya nümayiş etdirmişdir. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayət ərizəsi əsasında məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı və həmin qarardada xx.xx.2019-cu il tarixli düzəliş qərardadının ləğv edilməsi qərara alınmış, qəradad qanuni qüvvəsini almışdır. Bununla yanaşı, 8 yaşlı Murad apellyasiya baxışı zamanı dinidirilmiş, uşaq anası ilə yaşamaq istəmədiyini, hal-hazırda atasının yanında yaşamaqdan məmnun olduğunu, bundan sonra da atası ilə qalmaq istədiyini bildirmişdir. Həmçinin kollegiya uşağı dindirərkən onun psixoloji sarsıntı keçridiyini, anasına qarşı xüsusi aqresiyyasının olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə azyaşlı Muradın məcburi şəkildə atasından alınaraq anasına verilməsi uşağın mənafeləri baxımından yolverilməzdir. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından Kollegiya hesab edir ki, bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaq valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşaqlara münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır. Baxılan iş üzrə uşaq anasına verilməsindən təkidlə imtina edir, o, atasının himayəsində özünü xoşbəxt hiss edir. Bu baxımdan Cavabdeh valideynlik hüquqları uşağın mənafeyinə zidd, onun mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Bununla yanaşı, işdən görünür ki, uşağın məcburi şəkildə anasına verilməsi artıq icra icraatının predmeti olmuş, cəhd edilməsinə baxmayaraq icra mümkün olmamışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, qarşılıqlı iddia qeyd olunan hissədə təmin olunarsa faktiki olaraq icrası mümkün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnəcək. Məhkəmə kollegiyası nəzərə alır ki, bu tip mübahisələrin həlli zamanı uşaqların qardaş və bacılarına bağlılığı da nəzərə almalıdır. Lakin həmin bağlılığın uşağın özünün mənafelərinə zidd şəkildə nəzərə alınması da yolverilməzdir. Yaranmış vəziyyətdə uşaqların ünsiyyəti üçün daha əlverişli mühitin yaradılması vəzifəsi (borcu) isə onların valideynləri olan tərəflərin üzərinə düşür. Beləliklə, Məhkəmə kollegiyası uşağın mənafeyini, onun atasına bağlılığını, yaşını, hazırkı vəziyyətdə məcburi şəkildə atasından alınaraq anasına veriləcəyi təqdirdə keçirə biləcəyi mənəvi-psixoloji sarsıntını, qarşılıqlı iddia təmin ediləcəyi halda qəbul ediləcək qətnamənin icrası mümkün olmayan akta çevriləcəyini nəzərə alaraq X8 atasından məcburi alınaraq anasına verilməsini məqsədəmüvafiq hesab etmir. Həmçinin qarşılıqlı iddia bu hissədə təmin edilmədiyi halda X1 üçün cavabdehdən aliment tutulması tələbi də təmin edilə bilməz. Nəhayət Kollegiya iddiaçıya izah edir ki, Muradın atasından məcburi qaydada alınması barədə iddianın təmin edilməməsi gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində yeni əsaslarla iddia qaldırılmasını istisna etmir. Belə ki, zaman keçdikcə uşağın valideynlərin hansının yanında yaşaması ilə bağlı vəziyyət dəyişə, habelə Cavabdeh azyaşlı uşağı Murad ilə ünsiyyət hüququndan istifadə edərək öz uşağının məhəbbətini qazana və uşağının ona olan münasibətinin dəyişməsinə nail ola bilər. Bu cür yeni əsaslar yarandığı halda isə Cavabdeh həmin əsaslara istinad edərək eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)-1403/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - xx.xx.2012-ci il təvəllüdlü X8 anası Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, X10 xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. xx.xx.2012-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək atası X13 himayəsində saxlanılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar