Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7337/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh qəzeti redaksiyasının nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qəzeti redaksiyasına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qəzeti redaksiyasına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəzeti redaksiyasının xx.xx.2019-cu il tarixli, 32 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh qəzeti redaksiyasında “müxbir” vəzifəsində işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyimlə bağlı əmrdə işdən azad edilməyinin səbəbi qəzetin tutduğu mövqeyə zidd olaraq sosial şəbəkələrdə redaksiyanın icazəsi olmadan müxalifətin icazəsiz keçirdiyi piket və mitinqlərdə iştirak edərək şəkillər paylaşmağı göstərilib. İşdən azad edilməyi ilə bağlı əmrdə işdən azad edilməyi üçün göstərilən səbəblər qanuni və əsaslı deyil. Belə ki, əmrdə göstərilənlər böhtan xarakterlidir və cavabdeh təşkilat istinad etdiyi halı təsdiq edən sübutlara malik deyil. Əmrdə göstərilənlərin əksinə olaraq işlədiyi müddətdə peşə fəaliyyətini mətbuat prinsiplərinə dürüst riayət etməklə həyata keçirmiş, müxtəlif dövlət və qeyri-hökumət təşkilatları tərəfindən fəaliyyətinə yüksək qiymət verilmiş, diplom və sertifikatlarla təltif edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, işdən azad edilməyi ilə bağlı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyil. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməyib. Cavabdeh təşkilat, onu qanunsuz və əsassız olaraq işdən azad etmiş, onun qanunsuz hərəkətləri nəticəsində əmək haqqı almaq hüququndan məhrum olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-739/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı əmək kollektivi ilə yola getməməklə, redaksiyanın daxili nizam-intizam qaydalarını dəfələrlə pozmuş, işəgötürənin hər hansı əmri və ya tapşırığı olmadan xarici qüvvələin maliyyələşdirdiyi müxalifətin icazəsiz keçirdiyi mitinqlərdə iştirak edərək, şəkillər çəkib paylaşmışdır. İddiaçının işdən azad olunması barədə əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Həmçinin iddiaçı işdən azad edildikdən sonra onun məqalələri “Ədalət” qəzetində çap edildiyindən onun xeyrinə məcburi iş buraxmaya görə əmək haqqının tutulması əsassızdır. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh qəzetinin fəaliyyət göstərdiyi 30 il ərzində redaksiyadan heç bir zaman işçi çıxarılmadığından hazırki əmr səthi tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında 7k saylı əmrlə müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmiş, azad edilmə barədə əmrin tarixi və nömrəsi göstərilməmişdir. İş materiallarında olan Cavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı xx xxxxxx 2019-cu il tarixli 32 №li əmri ilə qəzetin əməkdaşı İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsas qəzet redaksiyasının ümumi yığıncağının qərarı və baş redaktorun sərəncamı göstərilmişdir. İş materiallarında olan Cavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı, lakin tarixi qeyd edilməyən arayışından görünür ki, İddiaçı əmək haqqı ştat cədvəlinə uyğun olaraq aylıq 240 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatına əsasən Cavabdeh qəzeti redaksiya xx.xx.1994-cü ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X1r. İş materiallarında olan xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi 1 il müddətinə bağlanmış Cavabdeh qəzeti redaksiyası ilə İddiaçı ilə aralarında olan əmək müqaviləsindən görünür ki, sonuncu qəzetə müxbir vəzifəsində təyin edilmişdir. Müqavilə işəgötürən tərəfindən imzalansa da, işçi tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, dizayneri Samir Məmmədov, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, müxbir İddiaçı həmin günü saat 11.30 radələrində baş redaktorun İddiaçı redaksiyanın daxili nizam–intizam qaydalarına riayət etməməsini irad tutarkən o «dedikləini qəbul etmirəm» deyərək otağın qapısını nümayişkarənə şəkildə çırparaq çıxıb getmişdir. Ertəsi gün İddiaçı redaksiya əməkdaşlarının yanında «Çinqiz müəllim məni bağışlayın» deyərək üzürxahlıq etmiş, lakin İddiaçı əvvəlki gün etdiyi hörmətsizlik kollektiv tərəfindən mənfi qiymətləndirilmiş və ona şifahi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, - Cavabdeh qəzetinin baş redaktoru Çinqiz İsmayılov, baş redaktorun müavini Salman Babayev, müxbiri Zəkurə Quliyeva, operatoru Mədinə Cavadovanın tərtib edərək imzaladıqları xx.xx.2017-ci il tarixli aktdan görünür ki, müxbir İddiaçı saat 10.45-də heç bir əsaslı səbəb göstərmədən baş redaktora «mən daha bu qəzetdə işləmək istəmirəm» deyərək redaksiyanı nümayişkarcasına tərk etmişdir. İddiaçı bu hərəkətinin etik normalara zidd olmasını və əmək qanunvericiliyin kobud şəkildə pozmasının bariz nümunəsi olduğunu qeyd edərək ona töhmət elan olunmuşdur. İş materiallarında olan Cavabdeh qəzeti üzrə xx.xx.2019-cu il tarixli 33 №li əmrdən görünür ki, qəzetin əməkdaşı İddiaçı redaksiyanın daxili əmək intizamını sistematik olaraq pozduğuna, günlərlə heç bir səbəb olmadan işə gəlmədiyinə, redaksiya əməkdaşları ilə kobud davranış hərəkətlərinə görə ona töhmət elan olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi 1 il müddətinə iddiaçı ilə olan əmək müqaviləsinə əsasən, müqavilənin işçi tərəfindən imzalanmamasına baxmayaraq müəyyən edilmişdir ki, tərəflərin xx.xx.2004-cü ildən xx.xx.2019-cu il tarixə kimi əmək münasibətlərində olması işin mübahisəsiz halıdır. İşin materiallarından görünür ki, iddiaçı xx xxxxxx 2004-cü il tarixdən Cavabdeh qəzetinin redaksiyasında müxbir vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qəzetinin müxbiri vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 76-cı maddəsinin 1 hissəsində göstərilmişdir ki, işə götürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarında olan İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə dair Cavabdeh qəzeti redaksiyanın baş redaktoru Ç.T.İsmayılovun imzaladığı xx xxxxxx 2019-cu il tarixli 32 №li əmrindən görünür ki, iddiaçı əmrin məzmununda qəzetin əməkdaşı kimi qeyd edilsə də, əmək müqaviləsi üzrə onun vəzifəsinin (peşəsinin) adı konkret qeyd olunmamış, cavabdehin hüquqi ünvanı, əmək münasibətlərinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, eləcə də, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il göstərilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifədən azad edilmə barədə əmr qəbul edilərkən iddiaçı barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş hansı intizam tənbehi tədbiri görülməsi əmrdə göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İş materiallarından iddiaçı işdən azad edilməsi barədə əmr verilməmişdən əvvəl ondan yazılı izahat verilməsinin tələb edilməsi və ya onun belə bir izahat verməsindən imtina etməsi halının olması da müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələblərini təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyatorun iddiaçı işdən azad olduqdan sonra onun “Ədalət” qəzetində məqalələrinin çap edilməsi barədə dəlilini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh qəzeti redaksiyasının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-739/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7337/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7337/2020
12.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver