Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7337/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Orxan Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə ilə bağlı zərərin və qalıq borcun əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsində tələb olunub ki, Cavabdeh aid olan, ünvan 1 ünvanında təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi və qalıq borc kimi ümumilikdə 5.454 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, təbii qazdan qeyri-qanuni istifadəyə görə zərərin əvəzi kimi 125,30 manat, qazdan istifadəyə görə qalıq borc kimi 58 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, cəmi 198,3 manat cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Orxan Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələb etdiyi 5.424 manatın tərkibinə 2 müxtəlif əsasla hesablanmış məbləğ daxildir: 1) qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin (itirilmiş qazın) əvəzi kimi 5.090,1 manat; 2) qazdan istifadəyə görə qalıq (ödənilməmiş) borc kimi 333,9 manat. Həmin 2 məbləğin, yəni 5.090,1 manat və 333,9 manatın cəmi 5.424 manat təşkil edir. Məhkəmə bu məbləğlər barədə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci məbləğ barədə: 5.090,1 manat pulun ödənilməsi barədə tələb əsaslıdır. Belə ki, cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla qazdan sayğacdankənar istifadə edib. Bu, iddiaçının tərtib etdiyi aktlarla və onun məhkəməyə təqdim etdiyi fotoşəkillərlə təsdiq olunur. İddiaçı hesablama aparıb, qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyərinin 5.090,1 manat olduğunu müəyyən edib. Aktlar və onlara əsasən hesablanmış məbləğlər aşağıdakı kimidir: 1) 25.02.2016-cı il tarixli, 092924 №-li aktla 125,3 manat; 2) 09.01.2017-ci il tarixli, ******* №-li aktla 583,2 manat; 3) 06.02.2017-ci il tarixli, ******* №-li aktla 181,6 manat; 4) 16.03.2017-ci il tarixli, ******* №-li aktla 246,4 manat; 5) 21.04.2017-ci il tarixli, ******* №-li aktla 233,2 manat; 6) 08.08.2017-ci il tarixli, ******* №-li aktla 86,4 manat; 7) 17.10.2017-ci il tarixli, ******* №-li aktla 44,8 manat; 8) 31.01.2018-ci il tarixli, ******* №-li aktla 791,4 manat; 9) 23.02.2018-ci il tarixli, ******* №-li aktla 129,6 manat; 10) 27.03.2018-ci il tarixli, ******* №-li aktla 138,2 manat; 11) 24.04.2018-ci il tarixli, ******* №-li aktla 121 manat; 12) 30.05.2018-ci il tarixli, ******* №-li aktla 155,4 manat; 13) 31.07.2018-ci il tarixli, ******* №-li aktla 259,2 manat; 14) 28.02.2019-cu il tarixli, ******* №-li aktla 658,8 manat; 15) 30.04.2019-cu il tarixli, ******* №-li aktla 109,8 manat; 16) 30.05.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 17) 28.06.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 18) 31.07.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 19) 30.08.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 20) 30.09.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 21) 30.10.2019-cu il tarixli, ******* №-li aktla 32,4 manat; 22) 29.11.2019-cu il tarixli, ******* №-li aktla 109,8 manat; 23) 30.12.2019-cu il tarixli, ******* №-li aktla 360 manat; 24) 30.01.2020-ci il tarixli, ******* №-li aktla 309,6 manat; 25) 28.02.2020-ci il tarixli, ******* №-li aktla 252 manat. Bu məbləğlərin cəmi 5.090,1 manat təşkil edir. Cavabdeh birinci və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, iddiaya etirazını bildirməmiş və heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslanaraq hesab edir ki, zərərin əvəzi kimi 5.090.1 manat tutulmalıdır. 2-ci məbləğ barədə: 333,9 manat pulun ödənilməsi barədə tələb əsaslıdır. Belə ki, bu borc qazdan istifadəyə görə sayğacın göstərcilərinə əsasən hesablanmış, lakin ödənilməmiş borcdur. İddiaçının məhkəməyə təqdim etdiyi “abonentin saldosu”nda (iş v. 19) 2020-ci ilin iyul ayına cavabdehin ümumi borcunun 5.424 manat olduğu qeyd olunub. Bu borcdan (5.424 manatdan) qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış zərər (5.090.1 manat) çıxıldıqda qalan borc 333,9 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, həmin məbləğ cavabdehdən tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin halları düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdindən qətnamə ləğv edilməli və iddia tam təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Qazdan qeyri-qanuni istifadə nəticəsində vurulmuş zərərin əvəzi kimi 5.090,1 manat, qazdan istifadəyə görə qalıq borc kimi 333,9 manat, cəmi 5.424 (beş min dörd yüz iyirmi dörd) manat, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45,8 manat Cavabdeh tutularaq İddiaçınə verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7337/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7337/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver