Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7338/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2334/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 4904.80 (dörd min doqquz yüz dörd manat, səksən qəpik) manat məbləğində dəymiş zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 5234,80 (beş min iki yüz otuz dörd manat, səksən qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2334/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3678 (üç min altı yüz yetmiş səkkiz) manat məbləğində dəymiş zərər və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqının İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Nilufər Cəfərli). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 15 manat dövlət rüsumu tam ödənilməmişdir. Həmin dövlət rüsumunun ödənilməsi barədə qəbzdən (i.v. 136) müəyyən olunur ki, yuxarıda qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu (qəbz № 207544) 14.06.2021-ci il tarixdə 10 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3. maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, 1-ci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, 1-ci instansiya məhkəməsi həmin dövlət rüsumuna dair qəbzin həqiqiliyi (doğruluğu), məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz olduğu aydınlaşdırmamışdır. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2334/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7338/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver