Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7339/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxx” MMMC Cavabdeh qarşı “çoxmənzilli binanın saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, Yasamal rayonu, 476-cı məhəllə, Bəşir Səfəroğlu küçəsi, ev 13, 3 nömrəli mənzilin saxlanılmasına görə 2019-cu ilin mart ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 98 manat pulun, 250 manat məbləğində vəkil xərclərinin, DƏDRX-yə ödənilmiş 10 manat arayış xərcinin və 30 manat dövlət rüsumunun, ödənilməmiş məbləğin 150 faiz həcmində cərimə tətbiq ediməklə həmin məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” MMMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 13 nömrəli binanın 3 nömrəli mənzilinin mülkiyyətçisidir. Mənzil üzərində mülkiyyət hüququ ƏMDK DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixli RX ******* seriya nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilin yerləşdiyi ünvan üzrə mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə xx.xx.2017-ci il tarixində “xxxxxxxxxx” MMMC dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. MMMC-nin Nizamnaməsinin 2.1-ci maddəsinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Nizamnamənin 3.1.3-cü maddəsinə əsasən Cəmiyyət qəbul olunmuş illik gəlir vəxərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququna malikdir. MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Ödənişi nəzərdə tutulan məbləğə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra cavabdehə xxxxxxxxxxxxxxxxxxxxxxxx müqavilənin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixdə təklif verilmiş, cavabdeh həmin müqavilənin imzalamaqdan imtina etmişdir. Lakin, bu imtina kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyin olmasını istisna etmir. Cavabdeh mənzilin mülkiyyətçisi olduğu gündən, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var və 2019-cu ilin mart ayına kimi hər ay ümumi əmlakın saxlanması xərcini ödəyirdi. Lakin, 2019-cu ilin martnoyabr ayları üzrə borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh mülkiyyətində olan sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin edilməsi və bundan əlavə kommunal xidmətlərin göstərilməsi ilə barədə müqavilənin bağlanmasını gecikdirir və nəticədə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərində iştirakdan 9 aydır ki, qanunsuz olaraq yayınır. Cavabdeh mülkiyyətində olan mənzilin sahəsi 150.1 kv.m təşkil edir və buna görə də həmin mülkiyyət üzrə cəmiyyətə aylıq ödənilməli olan məbləğ 98 manat təşkil edir (150.1 kv.m. x 0.65 azn = 98 azn). Cavabdehin MMMC-yə 2019-ci il mart ayından 2019-cu il noyabr ayını əhatə edən dövr ərzində 784 manat borc məbləği yaranmışdır. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş “Ədalət” vəkil bürosunun vəkili ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 487 nömrəli “Hüquqi yardımın göstərilməsi” haqqında müqavilədən və “Kassa mədaxil orderinin” qəbzindən görünür ki, hazırki iddia ərizəsi ilə bağlı hüquqi yardımın göstərilməsi üçün İddiaçı tərəfindən 250 manat ödəniş edilmişdir. Bundan əlavə, ƏMDK yanında DƏDRX-nə cavabdehə məxsus əmlakla bağlı arayışın və sənədlərin surətlərinin verilməsi üçün 10 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, 476-cı məhəllə, Bəşir Səfəroğlu küçəsi, ev 13, 3 nömrəli mənzilin saxlanılmasına görə 2019-cu ilin mart ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 98 (doxsan səkkiz) manat, hüquqi xidmətə görə 30 (otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə sübutlara qiymət verərkən iş materiallarında olan iddiaçı tərəfindən tərtib olunan sübutları əsas gətirmişdir. Aşağıda qeyd olunanlara əsasən qətnamə ləğv edilməli iddia təmin olunmamalıdır. İddiaçı və cavabdeh arasında müqavilə olmamışdır. İddiaçı binaya hansı xərclərin çəkilməsi və xərclərin nədən ibarət olmasını məhkəməyə bildirməmişdir. Cavabdeh 2017-ci ildən Azərbaycan Respublikasında olmadığından ona müqavilə təklifi necə ola bilərdi? İddiaçı tərəfindən cavabdehə hansı xidmət göstərilməsi məhkəmə tərəfindən araşdırılmayıb. Yuxanda qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi kobud səhv edərək və prosessual qanunvericiliyin daha bir tələbini əhəmiyyətli dərəcədə pozaraq təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eyni zamanda həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, maddi və prosesual hüquq normalanı pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyrikommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0055 nömrə ilə qeydiyyata alınmışdır. Fəaliyyət ərazisi Bakı şəhəri, Yaşamal rayonu, Bəşir Səfəroğlu küçəsi məhəllə 476, ev 7 və ev 13, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Qanuni təmsilçisi X1r. İş materiallarında olan “xxxxxxxxxx” MMMC-nin üzvlərinin xx.xx.2018-ci il tarixdə keçirilmiş ümumi yığıncağının qərarını surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 476-cı məhəllədə yerləşən 5, 7 və 13 saylı binalardakı ümumi əmlakı saxlanılma xərci hər 1 kv.m-ə görə 0.65 manat müəyyən edilmişdir. “xxxxxxxxxx” MMMC-nin idarəçiliyində olan binaların ümumi əmlakının saxlanılma xərclərinin ödəmə qaydası müqavilə bağlandığı andan etibarən aşağıdakı kimi müəyyən edilmişdir: - Mülkiyyətçi mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsi istifadə üçün hələ yararlı olmadığına görə (təmirsiz vəziyyətdə olduqda) istismar etmədikdə aylıq xərcin 50%-ni miqdarında ödəniş aparır; - Mülkiyyətçi mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsini təmir etdiyi, lakin oranı hələ istismar etmədiyi halda aylıq kommunal haqqının 70%-ni miqdarında ödəniş aparır; - Mülkiyyətçi mülkiyyətində olan mənzili və ya qeyri yaşayış sahəsini istismar etdiyi halda bu Müqavilə əsasında kommunal haqqı tam şəkildə, yəni 100%-ni miqdannda ödəniş aparır. İş materiallarında olan hüquqların dövlət qydiyyarı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllədə yerləşən 13 nömrəli binanın 3 nömrəli mənzili (2 otaq, ümumi sahəsi 150,1 kv.m) xx.xx.2004-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 1303/18 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxx” müqavilədən görünür ki, həmin müqavilə MMMC-nin adından İdarə Heyətinin sədri X2 ilə iş üzrə Cavabdeh arasında bağlanması üçün tərtib edilmiş, lakin müqavilə MMMC tərəfındən imzalansa da, Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, AR-V-19/17 saylı arayışdan görünür ki, Cavabdeh binanın ümumi əmlakının saxlanması xərcləri üzrə iddiaçı “xxxxxxxxxx” MMMC-yə olan borcu 784 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələbinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 109.5-ci maddəsinə əsasən Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Müiki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil müikiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə görə, cəmiyyətin qəbul edilmiş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək çəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andanyaranmış hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Göründüyü kimi, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Mənzil Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzii mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı MMMC ilə cavabdeh arasında yaşayış kompleksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, bu cavabdehi ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bu səbəbdən MMMC-nin binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət ərazisində olan Bakı şəhəri, Yasamal rayonu, 476-cı məhəllə, Bəşir Səfəroğlu küçəsi, ev 13, 3 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən 2019-cu ilin mart ayından kommunal və digər xidmətlərə görə hər ay 98 manat məbləğində müəyyən olunmuş ödənişlərin ödənilməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək cavabdehdən mənzilin saxlanılmasına görə 2019-cu ilin mart ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 98 manat tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, ilkin iddia üzrə Cavabdeh şikayətində göstərdikləri hallar barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7339/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7339/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver