Məhkəmə qərarları › İş №2(103)-7344/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7344/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7344/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X21 (sədrliyi və məruzəsilə), Həsənov Rəşad Məhəmməd oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı, cavabdehlər "xxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X27, Cavabdeh3 və Cavabdeh2 oğlunun nümayəndəsi X22 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxxxxxxx” MMC-yə, Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxxxxxxx” MMC-yə, Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində onun və azyaşlı oğlu - xx.xx.2007-ci il təvəllüdlü X24 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlər "xxxxxxxxx” MMC, Cavabdeh3 və Cavabdeh2 oğlundan hər birindən 20000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-4165/2008 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2006-cı ildə bağlanmış nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X34 anası İddiaçı yanında saxlanmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(004)-4070/2009 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və X13 qarşı "mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və azyaşlı oğlu - xx.xx.2007-ci il təvəllüdlü X34 qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə köçürülmüşlər. Qətnamə qanuni qüvvəyə minəndən sonra icra edilmişdir (səh.13); Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 oğlunun cavabdeh İddiaçı qarşı "evə istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və onun azyaşlı uşağı X24 Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxslər hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi icra edilmiş, İddiaçı və onun azyaşlı uşağı X34 Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmışlar; "xxxxxxxxx” MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 oğlu Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin mülkiyyətində olan 1/3 hissəsini 723550 manata "xxxxxxxxx” MMC-yə satmışdır (səh.63); İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)- 5718/2017 nömrəli qətnaməsindən məlumat aldıqdan dərhal sonra, apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 4412/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 oğlunun cavabdeh İddiaçı qarşı "Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir (səh.8); DİN-nin ASAN 3 xidmətində orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır (səh.6). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı və azyaşlı oğlu - xx.xx.2007-ci il təvəllüdlü X34 həmin evə olan istifadə hüquqlarından məhrum olunduqlarına görə onlara dəymiş maddi ziyanın əvəzi olaraq 20000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20030 (iyirmi min otuz) manat pul Cavabdeh2 oğlundan tutularaq İddiaçı ödənilməsi, iddia tələbi cavabdehlər “xxxxxxxxx” MMC və Cavabdeh3 qarşı “cavabdehlər “xxxxxxxxx” MMC və Cavabdeh3 hər birindən 20000 manat pul tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə; Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə; Mülki Məcəllənin 21, 27, 158, 1096-cı maddələrinə; "X28rşı iş üzrə” X55 Məhkəməsinin xx.xx.1986- cı il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; X55 Məhkəməsi nin “Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X56rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Toydan sonra İddiaçı Cavabdeh3 nənəsi X14 və əmisi Cavabdeh2 razılığı ilə onların paylı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş və ailə üzvlərinin razılığı ilə həmin evə qeydiyyata alınmışdır. X25 2007-ci ildə vəfat etmiş, ev onun vərəsələrinə, o cümlədən Cavabdeh2 oğlunun paylı mülkiyyətinə keçmişdir. Cavabdeh2 oğlu İddiaçı əri Cavabdeh3 əmisidir. Cavabdeh3la İddiaçı birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X34 adlı bir övladı vardır. Cavabdeh2 oğlunun iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5718/2017 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə olan hüquqları itirildiyinə və həmin qətnamə artıq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-4412/2019 nömrəli qətnaməsi ilə ləğv edilməklə, iddiaçı Cavabdeh2 oğlunun cavabdeh İddiaçı qarşı "Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası rədd edildiyinə, həmçinin həmin fərdi yaşayış evi tamamilə söküldüyünə görə İddiaçı və onun oğlu Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüquqlarından məhrum olduğuna görə, o cümlədən İddiaçı və onun övladı xx.xx.2007-ci il təvəllüdlü X24 istifadə hüquqları ilə yüklü olan evin satılmasına görə mülkiyyətçi Cavabdeh2 oğluna 723550 manat vəsait ödənildiyinə görə, iddiaçıya və onun oğluna yaşayış sahəsindən istifadə etmək və orada yaşamaq hüquqlarından məhrum edilmələri nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh2 oğlu mülki məsuliyyət daşımalıdır. İddiaçının Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 20000 manat vəsait tələb etməsi, tərəflərin hüquqi mənafeyinə və əmlak vəziyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir. Cavabdeh2 oğlu apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1895/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərb. Res. Konstitusiyasının 60.1, 71, 127-ci maddələrinə; MPM-in 4, 9, 14, 217,357, 372, 384-385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, barəsində mülki iddianın Yasamal Rayon Məhkəməsinin icraatında baxılmasından xəbərsiz olmuşdur. Belə ki, məhkəmənin yeri və vaxtı barədə mənə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməmişdir. O, barəsində qətnamə qəbul olunduğunu yalnız qətnamə icraya yönəldildikdən sonra, icra vərəqəsi ilə tanış edildikdə xəbər tutmuşdur. Odur ki, o, məhkəmədə iştirak edə bilmədiyi üçün öz hüquqlarını məhkəmə qarşısında müdafiə etmək, iddia ərizəsinə etiraz etmək, öz mövqeyini bildirərək ifadə vermək imkanından məhrum olmuşdur. Bundan əlavə olaraq, o, işin nəticəsinə birbaşa təsir edəcək sübutları da məhkəməyə tədqim edə bilməmişdir. Bu isə o deməkdir ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır, qətnamə tam olmayan və yalan faktların üzərində qurulmuşdur. Beləliklə, sözügedən qətnamə mənim cavabdeh kimi prosessual hüquqlarını və mülki-prosessual qanunvericiliyin təməl prinsiplərinin pozulması ilə qəbul edilmişdir. sözügedən qətnamə yanlış faktlara istinad edilərək qəbul edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət üzrə bir neçə şəxsə məxsusdur. O, həmin evin mülkiyyətçilərindən yalnız biridir. Sözügedən ünvanda yerləşən yaşayış sahəsinin sxam-planından da göründüyü kimi, “A” tikilisi 2 mərtəbədən ibarətdir. Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 038500 nömrəli, xx xxxxxx 2005-ci il tarixli qeydiyyat vəsiqəsindən də göründüyü kimi, həmin yaşayış sahəsinin yalnız 2-ci mərtəbəsində yerləşən (3 otaq y/s-50.4 kv.m, k/s-53.5 kv.m) yaşayış sahəsi ona məxsusdur. Cavabdeh “xxxxxxxxx” MMC ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bütün paylı mülkiyyətçiləri ilə özlərinə aid olan hissədə alqı-satqı müqaviləsi bağlayaraq həmin ünvada yerləşən bütün evləri alaraq sökmüşdür. Bu cür alqı-satqı edərək yaşayış sahəsini “xxxxxxxxx” MMC-yə satanlardan biri də Cavabdeh3dur. Buna baxmayaraq, məhkəmə mübahisələndirilən qətnamədə mülkiyyətçi kimi yalnız onu göstərmişdir və öhdəliyi yalnız onun üzərinə qoymuşdur. Beləliklə sözügedən məhkəmə qətnaməsi tam olmayan və yanlış faktara əsaslandığından qanunsuz və əsassızdır. xx xxxx 2005-ci il tarixli bağışlama müqaviləsindən də göründüyü kimi, anası X25 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız 1/3 hissəsi - “A” tikilisinin 2-ci mərtəbəsində yerləşən 50.4 kv.m. sahəsi olan 3 otaq və 43.4 kv.m. sahəsi olan köməkçi sahəni ona bağışlamışdır. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, anası X25 2007-ci ildə vəfat etdikdən sonra onun payı vərəsələr arasında bölünmüş, bundan sonra onun mənzilə mülkiyyət hüququnu yaranmışdır. Başqa sözlə, o mənzili vərəsəlik yolu ilə əldə etməmişdir. Bu fakt tamamilə səhvdir. İddiaçı 2006-cı ildə Cavabdeh3 evinə gəlin köçərkən artıq onun sözügedən ünvanda yerləşən daşınmaz əmlakın 1/3 hissədə “A“ tikilisinin 2-ci mərtəbəsinə mülkiyyət hüquqları var idi. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, o, qeydiyyata mənzilin mülkiyyətçisi X14 razılığı ilə həmin evə qeydiyyata alınmışdır. Bu zaman mülkiyyətçi kimi ondan hər hansı razılıq tələb olunmamışdır. Bu da onu göstərir ki, iddiaçının və onun oğlunun qeydiyyata alındığı ev tamamilə başqa evdir və onun mülkiyyətində olan evlə heç bir əlaqəsi yoxdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2( 103)-4412/2019 saylı qətnaməsində qeyd edilmişdir ki, İddiaçı öz iddia ərizəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Bu onu göstərir ki, iddiaçı hansı mənzilə köçürüldüyünü və hansı mənzil üzərində istifadə hüququnun olduğunun fərqindədir. Buna baxmayaraq, əsassız olaraq cavabdeh qismində onu mülki işə cəlb edərək ona məxsus mülkiyyət üzərində hüququnun olduğunu iddia edir. ünvan 1 ünvanında bir neçə ayrı fərdi yaşayış evi yerləşsə də, onların hamısının ünvanı birdir. Baxmayaraq ki, mülkiyyət hüququnu təsdiq edən sənədlərdə yaşayış sahələri dəqiqliklə fərqləndirilir, mülkiyyətçilər və onların ailə üzvləri ora qeydiyyata düşərkən qeydiyyat ünvanı kimi “ünvan 2” olaraq göstərilir. İddiaçı mənə məxsus olan mənzilə deyil, Cavabdeh3 yaşadığı ünvana qeydiyyata düşmüşdür, özünün də iddia ərizəsində qeyd etdiyi kimi, qeydiyyata düşdüyü evin mülkiyyətçisi Məmmədova Sənəm qızı onun orada qeydiyyata düşməsinə razılıq vermişdir. Onun həmin mənzillə heç bir əlaqəsi yoxdur. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 2-ci mərtəbəsinin sakini olmamış, həmin mənzil üzərində heç bir istifadə hüququ olmamışdır. İddiaçı müvafiq kompensassiyanı ondan deyil, birgə yaşadığı ailə üzvlərindən, yəni - Cavabdeh3 tələb etməli idi. Beləliklə, iddiaçı onun ailə üzvü olmadığından və onun mənzilində heç vaxt yaşamadığından onun kompensassiya tələb etməyə subyektiv hüququ yoxdur. Eyni zamanda, ona məxsus yaşayış sahəsinin satılması üçün iddiaçının hər hansı razılığı tələb olunmadığından, ona onun tərəfindən hər hansı maddi zərərin vurulmasından söhbət gedə bilməz. Yasamal Rayon Məhkəməsi isə öz qətnaməsindən yanlış olaraq iddiaçıya maddi zərər vurduğu üçün mülki hüquqi məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinin bütün hissələrinə münasibətdə mülkiyyət hüquqları yoxdur və İddiaçı məhz ona aid olan hissəyə hər hansı subyektiv hüququ olmamışdır. Bu səbəbdən də onun mülki işə cavabdeh qismində cəlb olunması və üzərimə hər hansı öhdəliyin qoyulması absurddur. Məhkəmə ona qarşı qərəzli mövqedə olmuş, işi hərtərəfli araşdırmamış, yanlış faktlara istinad etmiş, beləliklə mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1895/2020 saylı qətnaməsi onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 oğlu apellyasiya şikayətini müdafiə edərək "xxxxxxxxx” MMC-ə evi satmaq istəyən vaxt həmin ünvanda çox adamın qeydiyyatda olduğunu, çox adamı heç tanımadığını, onların razılıq ərizəsinin tələb olunduğu üçün məhkəmə qaydasında həmin şəxsləri qeydiyyatdan çıxartdığını, bunu üçün iddiaçının qeydiyyatdan çıxması üçün məhkəməyə müraciət etdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X30 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının mübahisəli binanın birinci mərtəbəsinə gəlin köçdüyünü, həmin vaxt nənəsi Sənəm xanım tərəfindən qeydiyyata salındığını, binanın paylı mülkiyyət olduğunu, nənəsinin sağlığında Cavabdeh2 ayrıca notarial qaydada təsdiq edilmiş pay bağışladığını, 2018-ci ilin avqust ayında "xxxxxxxxx” MMC tərəfindən söküntülərə başladığını, hər mənzilin sahibləri ilə ayrıca danışdığını, Cavabdeh2 tərəfindən 2-ci mərtəbədəki “A” tikilisi olan evin alqı-satqı müqavilə ilə "xxxxxxxxx” MMC-ə satıldığını, başqa satışlarda iştirak etmədiyini, iddiaçının onların evinə yaşamaq hüququnun olmadığını, iddiaçının binanın birinci mərtəbəsində yaşamasının digər məhkəmə qərarlarında da qeyd edildiyini, Cavabdeh2 Sənəm xanımın sağlığında öz payını aldığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxxxxxxx” MMC-nin təmsilçisi X47 Bakı şəhəri Yasamal rayonu Ayna Sultanova küçəsində yerləşən 29 nömrəli fərdi yaşayış evinin pilot layihəyə əsasən söküntü ərazisinə düşdüyünü, "xxxxxxxxx” MMC həmin ərazidə yeni yaşayış binasının inşa edilməsini həyata keçirilmək üçün mənzillərin sahibləri ilə söhbətlər aparıldığını, artıq binanın söküldüyünü, "xxxxxxxxx” MMC həmin ünvanda qeydiyyatda olan şəxslər barədə forma-2 arayışı aldığını, İddiaçı razılıq alınmadığını, çünki, onun adı həmin vaxt arayışda olmadığını, söküntüdən sonra qeydiyyatının bərpa olunduğunu, həmin ünvanda yaşamadığını, Cavabdeh3 ilə boşandığını, cavabdehlərin evə dair çıxarışları olmadığı üçün onlara kompensasiya ödənildiyini, Cavabdeh2 öz payını bağışlama müqaviləsi əsasında aldığını, şəxsin qeydiyyatda olmadığı halda, mənzildə yaşadıqda ona pul ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 iddiaçı ilə 2007-ci il tarixdən boşandığını, 13 yaşlı oğlu olduğunu, başqa şəxslə yenidən evləndiyini, iddiaçının öz anasıgildə yaşadığını, sonradan məhkəmə qaydasında qeydiyyatdan çıxarıldığını, mübahisəli ev üçün kompensasiya verildiyinə görə 200000 manat aldığını,sonra bacıqardaşları arasında 5 yerə bölüşdürdüyünü, onlara qeydiyyatda olduqları üçün pul aldıqlarını, Sənəm xanımın adından Ədalətin adına mülkiyyətin keçdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, mübahisəli evdə 2009-cu il tarixdən çıxıb getdiyini, sonra məhkəmə qətnaməsi üzrə icra vərəqəsinə əsasən mübahisəli mənzilə köçürüldüyünü, yaşamağa imkan vermədikləri üçün həmin evdən çıxdığını, uşağın hüququnun olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri Yasamal rayonu, Ayna Sultanova küçəsi, 29 saylı fərdi yaşayış evi ilkin olaraq X35 və Əşrəf Cəbİyevin adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin bir hissəsi xx.xx.1935-ci il tarixli, 9246 reyestr nömrəli akta əsasən xx.xx.1935-ci il tarixində Həmzəyev Şahverdİ Hüseyn oğlunun adına qeydiyyatdan keçmişdir (arxiv qovluğunda sənəd əsaslar aşkar edilməmişdir). Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli İş№2-817/2004 nömrəli qətnaməsinə əsasən X48 ilə Həmzəyev Şahverdİ Hüseyn oğlunun bacı qardaş olmaları, X14 Həmzəyev Şahverdİ Hüseyn oğlunun qızı olması faktları müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayonu, Ayna Sultanova küçəsi, 29 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə X14, 1/3 hissəsinə X3 vərəsəlik və mülkiyyət hüququ tanınmış, qalan 1/3 hissəsinə vərəsəlik hüquqları açıq saxlanılmışdır. Həmzəyev Şahverdİ Hüseyn oğluna məxsus 1/3 hissə Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2005-ci İl tarixli, 2V- 1№205 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixində X4, X6, X8, X9, X15, X10 adlarına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/18 hissə-X11, 1/18 hissə-X5, 1/18 hissə-X12, 1/18 hissə-X16 mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evinin X17 məxsus olmuş hissəsi Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 2V-81 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixində X6 adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/9 hissəsi X6 mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin X19 məxsus 1/3 hissədən "A" tikilisinin İİ mərt.(3 otaq y\s-50.4kv.m, k\s- 43.4kv.m)- Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2005-ci il tarixli, 4Ə/2-375 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2005-cİ if tarixində Cavabdeh2 oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissədən "A" tikilisinin İİ mərt.(3 otaq y\s-50.4kv.m, k\s- 43.4kv.m) Cavabdeh2 oğlunun, 1/3 hissədən qalan hissə X14 mülkiyyətlərindədir. X7 məxsus 1/3 hissədən "B" tikilisinin l mərt.(2 otaq, otaql y\s-25.2, otaq 2 y/s 28.3 kv.m)- Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2004-cü il tarixli, 4Ə-04-106 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixində Əliyeva Əminə Mİrsəttar qızının adına qeydiyyatdan keçmişdir, lakin X23 məxsus olmuş, 1/3 hissədən "B11 tikilisinin 1 mərt.(2 otaq y\s-53.5kv.m)- Bakı şəhər notariusu X37 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə- 03-800 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixində X1 adma qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissədən qalan hissə X3, 1/3 hissədən "B" tikilisinin İ mərt.(2 otaq y\s-53.5kv.m) X1 mülkiyyətlərindədir. Bakı şəhəri Yasamal rayonu, Ayna Sultanova küçəsi, 29 A saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; Bakı şəhəri 53 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli məktub ilə daxil olmuş kompensasiya və alqı-satqı müqavilələrinin surətlərinə əsasən, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli kompensasiya müqavilələri, xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən, “xxxxxxxxx” MMC ilə X20, Cavabdeh2 oğlu, X18, X2, Cavabdeh3 ilə müqavilələr bağlanmış, “xxxxxxxxx” MMC tərəfindən Cavabdeh3 200000 manat, İ.Həmzəyevə 475000 manat, Cavabdeh2 oğluna 723550 manat, T.Təvəkkülova 345000 manat, Ş.Həmzəyevə isə 588820 manat pul məbləği ödəniş etmişdir. Müqavilələrdə təqdim edilmiş arayışlar üzrə İddiaçı adı qeydiyyatda olan şəxslər arasında olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 152-158, 225-228, 324, 385-387, 1092; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, şikayət verən cavabdehə münasibətdə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya əsassız olduğundan ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd edilməlidir ki, məhkəmə qətnamələri ilə iddiaçının qeyd edilən ünvana istifadə hüququnu məhz Cavabdeh2 tərəfindən mübahisələndirmiş, deməli bu haldan xəbərdar olmuşdur. İddiaçının istifadə hüququnun xitam verilməsinin kompensasiya verilmə yolu ilə mümkünlüyünü yolverilməz edən borclulardan tələb etməkdə seçim hüququnu və qətnamədən şikayət vermədiyini, habelə hər bir cavabdehə qarşı ayrı tələbin mövcudluğunu nəzərə alaraq prosessual hədlər baxımından digər cavabdehlərə münasibətdə tələblərin müzakirə edilməsini kollegiya mümkünsüz hesab edir və cavabdeh Ə,Məmmədovun digər cavab verməli olan şəxslərə qarşı iddiasının irəli sürməsini istisna etmir. Belə ki, iş üzrə sorğu edilən sənədlərdən iddiaçının istifadə hüququ olan ünvana bir neçə şəxs kompensasiya almış və iddiaçıya münasibətdə alınmış kompensasiyanın mülkiyyət hüquqları olmayan məhz Cavabdeh3 yalnız cavabdehlik daşıması sübuta yetirilməsə də, əmlaka görə bir neçə şəxsin kompensasiya aldığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh2 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1895/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar