Məhkəmə qərarları › İş №2(103)-735/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-735/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-735/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair, Cavabdeh İddiaçı, X27, X15, X11 qarşı (Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə İş № 2(103)-735/2023 Açar sözlər:Apellyasiya şikayətinə baxılma hədləri(Əqdin etibarsızlığı, mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X39 və X13 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə cavabdeh X16, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(005)-1926/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri, Nərimanov rayonu,Təbriz küçəsi, ev 85, 88 saylı mənzil (bundan sonra- mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olmuşdur və onun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. 2.03 avqust 2018-ci il tarixli 2V-76 nömrə ilə reyestrdə qeydiyyata alınmış vəsiyyətnamə ilə Məlikova X5 Dəniz Rəhim qızı və X37 şahidliyi ilə mübahisəli mənzili X27 vəsiyyət etmişdir. 3.**********475 nömrəli ərizə ilə Cavabdeh xx.xx.2018-ci il tarixli 2V-76 reystr nömrəli X38 adına mübahisəli mənzilin vəsiyyət edilməsinə dair vəsiyyətnamənin ləğv edilməsi üçün 21 saylı notariat ofisinə müraciət etmişdir. 4.Cavabdeh xx.xx.2019-cu il tarixli, AR-İ 630772 saylı, reyestrdə 1S14039 nömrəsi ilə qeyd edilmiş, 11 saylı notariat ofisində xx.xx.2024-cü il tarixədək verilmiş etibarnamə ilə, özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X27 etibar etmişdir. 5.xx.xx.2019-cu il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X6 X36 adından mübahisəli mənzili 60.000 manata İddiaçı satmış, sonuncunun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. 6.Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1926/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil üzərinə həbs qoyulmuşdur. 7.xx.xx.2021-ci il tarixli, AZ-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı mübahisəli mənzili 65.000 manata X3, sonuncunun mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2.04.2019-cu il tarixli, ********** nömrəli Çıxarış verilmişdir. 8.xx.xx.2021-ci il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X21 mübahisəli mənzili 64.000 manata X1. Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. 10.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlayaraq mübahisəli mənzili almışdır. Alğı-satqı müqaviləsinin 16-cı bəndində göstərilmişdir ki, satıcı Cavabdeh xx.xx.2019-cu il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə öhdəlik götürsə də, bu günə qədər mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir. 11.Cavabdehlər İddiaçı, X27, X15, X11 qarşı, Bakı şəhəri 11 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X38 ilə İddiaçı oğlu arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alğı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X22 arasında bağlanmış 31 mart 2021-ci il tarixli, AN-İ №0929924 saylı alğı-satqı müqaviləsinin, qeyd olunan mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Cavabdeh həmin mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. 12.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə 2006-cı ildən təkbaşına yaşayır. Ləman Həsənovanı uzun müddətdir tanıyır və ona öz övladı kimi baxmışdır. Ləman təsərrüfat işlərinin aparılmasında ona kömək etmişdir. Aralarındakı razılığa əsasən Ləman ona qulluq etməyi, o, isə evini Ləmana vəsiyyət etməyi qərara almışlar. Bununla bağlı 03 avqust 2018-ci il tarixdə 21 saylı notariat ofisində Ləmana evin vəsiyyət edilməsi ilə bağlı vəsiyyətnamə vermişdir. Sonradan kənar şəxsdən borcun tutulub Cavabdeh verilməsi işi ilə məşğul olmaq üçün 13 iyul 2019-cu il tarixdə 3 saylı notariat kontorunda X38 adına etibarnamə vermişdir. Lakin etibarnamənin məzmunundan məlumatlı olmamışdır, bu etibarnamənin yalnız sözügedən borc pul məbləğinin tutulması işi ilə bağlı olduğunu düşünmüşdür. Bundan sonra 25 oktyabr 2020-ci il tarixdə cavabdeh İddiaçı mübahisəli mənzilə gələrək həmin mənzilin ona məxsus olduğunu, mənzili X17 alqı-satqı vasitəsi ilə aldığını bildirmişdir. Daha sonra X23 İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrənmişdir. Bir müddət sonra İddiaçı polislə mənzilə gələrək ondan evi tərk etməyini tələb etmişdir. O, isə məcbur qalaraq evi tərk etmişdir. İddiaçı isə ona məxsus əşyaları onun icazəsi olmadan mənzildən çıxararaq naməlum yerdə gizlətmiş, bu səbəbdən də polis orqanlarına müraciət etmiş və araşdırma zamanı X38 yuxarıda qeyd olunan halları etiraf etmişdir. 13.Hazırkı mülki işə məhkəmədə baxılan zaman ona məlum olmuşdur ki, məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, mənzil 11 saylı DNK-nın 4Ə-245 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mənzillə bağlı İddiaçı ilə X21 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, sonradan isə elə həmin notariat ofisində X21 ilə X16 arasında 13 aprel 2021-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla «vicdanlı alıcı» obrazı yaratmaq üçün mənzili öz yaxın qohumu olan cavabdeh Zaman Hacıyevin adına, bundan sonra isə xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Əfsanə Məhərrəmovanın adına keçirmişdir. Həmçinin notariat işindən də məlum olur ki, Bəyim Məlikova mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin mənzillə bağlı xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olan şəxs kimi onun razılığı alınmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, mübahisəli mənzillə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri də görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqdlərdir. 14.Qarşılıqlı iddia üzrə cavabdeh X38 iddianın etiraf edilməsinə dair ərizə ilə məhkəməyə müaciət edərək bildirmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddia tələblərini qismən qəbul edir. Belə ki, həqiqətən də qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə dair ona xx.xx.2020-ci il tarixdə vəsiyyətnamə vermişdir. Eyni zamanda notariat kontorunda öz adından ona ümumi etibarnamə vermişdir. Lakin onun adından çıxış edərək X38 digər cavabdeh İddiaçı arasında mübahisəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmamış və o, Məlikovanın mənzilini İddiaçı satmamışdır. İddiaçı 40000 manat faizə pul almaq barədə onunla razılığa gəlmiş və İddiaçı pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat olaraq Cavabdeh evini təklif etmişdir və Akif də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım duğunu ona bildirmişdir. Onlar xx.xx.2019-cıı il tarixdə 11 saylı notariat kontoruna getmiş və orada sənədlər hazırlanmışdır. X10 həmin sənədlərə imza etməsini bildirmişlər. Ləman Həsənova sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alğı-satqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Akif bildirdi ki, narahat olma, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza etdi. Sonra onlar banka getmiş, bankda İddiaçı öz depozitindən pul çıxararaq notariusun hesabına pul köçürmüşdür. Növbəti gün isə onlar birlikdə banka getmiş, Ləman Həsənova bankdan 60000 manat məbləğində pulu götürmüşdür. Bu zaman Akif həmin puldan ona cəmi 34000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34000 manat məbləğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alğı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır. Mənzili yalnız Akifə pul qarşılığında girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir. 15.Məhkəmə iclasında şahid X49 ifadə verərək bildirmişdir ki, Cavabdeh qulluq edən şəxs olmuşdur. Məlikova X4 mənzildə yaşamışdır. 16.Məhkəmə iclasında şahid X32 ifadə verərək bildirmişdir ki, İddiaçı X27 borc pul vermişdir. Cavabdeh məxsus mənzil borcun təminatı kimi girov qoyulub. X32 müəyyən məbləğdə pulu X17 götürüb İddiaçı çatdırıb. 17.Məhkəmə iclasında şahid X44 ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə qonşu olmuşlar. Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Sonradan İddiaçı Cavabdeh həmin mənzildən çıxarmışdır. 18.Məhkəmə iclasında şahid X29 ifadə verərək bildirmişdir ki, Cavabdeh mübahisəli mənzildə yaşamışdır. Lakin sonradan məcburi qaydada yaşadığı mənzildən çıxarılmışdır. 19.Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 105-1-11/2081-21 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzilə xx.xx.2008-ci il tarixdə telefon xətti çəkilmiş və Cavabdeh adına rəsmiləşdirilmişdir. 20."xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/0506/2068 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli mənzil **********50088 nömrəli abunə kodu ilə 02 sentyabr 2000-ci il tarixdən 25 mart 2006-cı il tarixədək X30 adına qeydiyyatda olmuş, 25 mart 2006-cı il tarixdə ilə “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilərək, Cavabdeh adına qeydiyyata alınmışdır. Abunə kodunun Cavabdeh digər şəxslərin adına keçməsi barədə məlumat yoxdur. 21."xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01/4/017/6/6908 nömrəli, xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi müvafiq sənədlərə əsasən xx.xx.2012-ci il tarixdə 11498970 nömrəli müqavilə bağlanaraq, **********880 saylı abonent kodu verilmişdir. 22.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) hər iki iddia rədd edilmişdir. 23.Birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2021-ci tarixli alğı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda da Əfsanə Məhərrəmovanın mülkiyyətindədir. İddiaçı sözügedən mənzilə heç bir hüququ olmadığından o, hər hansı şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi tələbi irəli sürmək hüququna malik deyil. 24.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X27 xx.xx.2024-cü il tarixədək verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh özünün mülkiyyətində olan bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X27 etibar etmişdir və bu etibarnamə əsasında X38 mübahisəli mənzili İddiaçı qanunvericiliyə müvafiq qaydada satmışdır. 25.Qarşılıqlı iddiaçı mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı alğı-satqı müqavilələrin etibarsız hesab edilməsinə əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki işin materiallarından göründüyü kimi, tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar.Etibarsız hesab edilməsi tələb edilən müqavilələr bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərtlərinə əməl olunmuşdur. 26.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 337.1, 337.2, 339.1, 339.3, 340.2, 646.1 və 648.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 27.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissəsində ləğv edilməsinə və qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanоv Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə 30 sеntyabr 2021-ci il tarixli qətnamə qəbul edilərkən qanunun tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsini yalnız оnunla əsaslandırmışdır ki, “…qarşılıqlı iddiaçı alğı-satqı müqavilələrinin еtibarsız hеsab еdilməsinə əsas оla biləcək sübutları məhkəməyə təqdim еdə bilmədi…” Lakin hazırkı mülki iş üzrə məhkəmə araşdırmaları nəticəsində də tam təsdiq və sübut оlunur ki, mübahisələndirilən əqdlər еtibarsız əqdlərdir. Bеlə ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrmiş və göstərmişdir ki, “həqiqətən də qarşılıqlı iddiaçı B.Məlikоva mübahisəli mənzilə dair ilk iddia üzrə cavabdehə xx.xx.2020-ci il tariхdə vəsiyyətnamə vеrmişdir. Еyni zamanda nоtariat kоntоrunda öz adından ona ümumi еtibarnamə vеrmişdir. Lakin оnun adından çıхış еdərək ilk iddia üzrə cavabdehlə digər cavabdеh Akif Quliyеv arasında mübahisəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmamış və o, B.Məlikоvanın mənzilini Akif Quliyеvə satmamışdır. Bеlə ki, ona iş qurmaq üçün pul lazım оlduğundan B.Məlikоva ilə razılığa gəlmiş və anası Könülün tanışları Naibə və digərlərinin vasitəsilə faizə pul almaq üçün Akif Quliyеvlə tanış оlmuşdur. Akif Quliyеvdən 40.000 manat faizə pul almaq barədə оnunla razılığa gəlmişlər, lakin A.Quliyеv pulun əvəzində ondan təminat istəmişdir. O, da təminat оlaraq B.Məlikоvanın еvini təklif еtmiş və Akif də bununla razılaşaraq еvin girоv qоyulması barədə nоtariusda müqavilə bağlamaq lazım оlduğunu ona bildirmişdir. Onlar Akiflə xx.xx.2019-cu il tariхdə оnun tanışı оlan 11 saylı nоtariat kоntоruna gеtmişlər və оrada sənədlər hazırlanmışdır. Sоnra ona həmin sənədlərə imza еtməyini bildirmişlər, o sənədlərə imza еdən zaman görmüş ki, оrada mənzilin alğı-satqısı yazılıb, buna еraz еdərək bildirmişdir ki, mənzili satmır, pulun əvəzində girоv qоyur. Lakin bu zaman Akif ona bildirmiş ki, narahat оlmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu vеrməyəcək. O, da məcbur qalıb həmin sənədlərə imza еtmişdir. Sоnra onlar Akiflə banka gеtmişlər, bankda Akif öz dеpоzitindən pul çıхararaq nоtariusun hеsabına pul köçürmüşdür. Səhəri gün isə onlar Akiflə birlikdə banka gеtmişlər, bankdan 60.000 manat məbləğində pulu çıхartmışlar. Bu zaman Akif həmin puldan ona cəmi 34.000 manat məbləğində pul vеrmiş, qalan pulu isə yеnidən həmin bankda öz hеsabına qоymuşdur. Akif ona ümumilikdə 34.000,0 manat məbləğində pulu faiz kimi vеrmiş, o, həmin vaхtdan bir il yarım Akifə faiz ödəmiş, lakin sоnradan pandеmiya ilə bağlı işləri yaхşı gеtmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Qеyd еdir ki, faktiki оlaraq B.Məlikоvaya məхsus mənzillə bağlı A.Quliyеvlə aralarında alğı-satqı оlmamış, onun mənzili satmaq fikri və bеlə bir iradəsi оlmamışdır. Mənzili yalnız Akifə girоv qоymuşdur. Cavabdеh A.Quliyеv onu da bu yоlla aldatmış və qanunsuz yоlla B.Məlikоvanın еvini ələ kеçirmişdir.” Bundan başqa, tərələrindən məhkəməyə təqdim еdilmiş nоtariat işlərindən görünür ki, B.Məlikоvanın adından еbarnaməyə əsasən çıхış еdən cavabdеh L.Həsənоva ilə digər cavabdеh A.Quliyеv arasında B.Məlikоvanın mülkiyyəndə оlan Bakı şəhəri, Nərimanоv rayоnu, Təbriz küçəsi, еv 85, 88 saylı mənzillə bağlı xx.xx.2019-cu il tariхdə mənzilin alğı-satqısına dair ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən B.Məlikоvanın nümayəndəsi L.Həsənоva salacaq mənzili 60.000 manata qiymətləndirir və həmin qiymətə A.Quliyеvə satmağı, A.Quliyеv isə 60.000 manata almağı öhdəsinə götürür. A.Quliyеv satış məbləğinin 40.000 mananı nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə B.Məlikоvanın nümayəndəsi L.Həsənоvaya ödəyir, satış qiymətindən qalan 20.000 manatını mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Yеnə, еyni mənzilə görə еyni tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tariхli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən tərəflər arasında mənzilin qiyməti ilə əlaqədar hеsablaşma qaydası: alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nоtariusun bankda açılan dеpоzit hеsabı vasitəsilə göstərilən mənzilə dair Bakı şəhəri 11 saylı nоtariusu Məmmədоv İ.A. tərəfindən xx.xx.2019-cu il tariхli 3M/1138 r/n ilə təsdiq оlunmuş ilkin alğı-satqı müqaviləsinə əsasən 40.000 manatını ilkin müqavilə bağlanarkən, qalan 20.000 manatı isə hazırda satıcıya ödədi. Satıcı isə həmin məbləği bütünlükdə qəbul еdir. Lakin həmin nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20.000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40.000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Bundan əlavə, məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хudiyеva Sürayə Əli qızı ifadəsində göstrəmişdir ki, Bəyimхanım Məlikоva ilə iş yоldaşı оlmuş, həmişə gеdiş-gəlişləri оlmuş, B.Məlikоva tənha оlduğu üçün mütəmadi оlaraq оnun yaşadığı еvə gəlib оnu ziyarət еtmişdir. Ləman və anası Könüldən də məlumatı оlmuşdur. Hətta B.Məlikоva Ləmana vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Məmmədоva Cəmalə Aydın qızı ifadəsində göstrəmişdir ki, Həsənоva Ləman Хəqani qızı Quliyеv Akif Balaca оğlundan faizə bоrc pul almışdır. Ləman da Akifdən faizə götürdüyü pul vəsaitinin təminatı оlaraq B.Məlikоvaya məхsus mənzili Akifə girоv qоymuşdur. О, müəyyən vaхtlarda və müхtəlif məbləğdə pul vəsaitlərini faiz оlaraq Ləmandan götürüb Akifə ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Əliyеva Sahilə Sеyfulla qızı ifadəsində göstrəmişdir ki, Dövlət Sоsial Müdafiə Fоndunun Nərimanоv Rayоn Şöbəsində sоsial хidmətçi vəzifəsində çalışmışdır, Bəyimхanım Məlikоva 2010-cu ildən tənha və yaşlı qadın kimi həmin şöbədə qеydiyaatdadır. Bəyimхanım Məlikоva ilə həmişə о özü maraqlanmış, mütəmadi оlaraq оnun yaşadığı mənzilə gəlib-gеtmişdir. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnunadək tək yaşamışdır, həmin müddətdə mənzildə оndan başqa hеç kim yaşamamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vеrən Əbilоva Şahnaz Şamil qızı ifadəsində göstrəmişdir ki, Məlikоva Bəyimхanım ilə qapı bir qоnşudur. Ləman və anası Könüldən də məlumatı оlmuşdur. Hətta B.Məlikоva Ləmana vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyabr ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanı yaşadığı mənzildən zоrla çıхarmışlar. Həmin vaхt оna məlum оlmuşdur ki, Ləman Bəyimхanımı aldadaraq оndan еtibarnamə almış və Akif adlı şəхsdən götürdüyü faiz pulun təminatı оlaraq mənzili Akifə girоv qоymuşdur. Bütün qеyd оlunanlar bir daha оnu təsdiq еdir ki, B.Məlikоvanın mülkiyyətində оlan mənzillə bağlı cavabdеhlər arasında bağlanmış müqavilələr оnun iradə ifadəsi və məlumatı оlmadan bağlanmış, еyni zamanda müqaviləni imzalayan tərəflər arasında оlan münasibətlər də mənzilin alğı-satqısı ilə bağlı dеyil, öz aralarında оlan bоrc münasibətlərini pərdələmək üçün оlmuşdur. Bütün bu faktlar qеyd оlunan sübutlardan əlavə tərəflər arasında aparılmış tеlеfоn danışıqlarının səs yazıları ilə də təsdiqini tapır. Həmin səs yazılarını əks еtdirən 1 ədəd CD-R disk məhkəməyə təqdim еdilməsinə baхmayaraq, məhkəmə həmin sübuta da qiymət vеrməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Nərimanоv Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmiş, işin hallarına və sübutlara düzgün qiymət verilməmiş, Azərbaycan Respublikası Konstusiyası, Mülki Qanunvericiliyinin tələbləri kobud və qərəzli şəkildə pozulmuşdur. Bu isə öz növbəsində qətnamənin qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi hissədə ləğvi üçün əsasdır. 29.X8 nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən bəlli olduğu kimi, qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmiş X16 mübahisələndirilən alğı-satqı münasibətlərində vicdanlı üçüncü şəxs kimi çıxış edir və bu səbəbdən də, onun hazırkı mülki iş üzrə ümumiyyətlə cavabdeh qismində cəlb edilməsi düzgün olmamışdır. Hüquqlarını müdafiə etdiyi qarşılıqlı iddia üzrə cavabdeh X8 “vicdanlı” üçüncü şəxs olmadığını təkzib edən heç bir sübut mövcud deyil. Cavabdeh vəkili və nümayəndəsi öz mövqeyini onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixində aparılan alğı-satqı zamanı mübahisəli əmlak üzərində həbs mövcud olmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da aydın şəkildə görünür ki, əmlak üzərinə həbs xx.xx.2021-ci il tarixində qoyulmuşdur. Bununla yanaşı, xx.xx.2021-ci il tarixində alğı-satqı aparılan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsi ilə Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən edilən sorğu əsasında çap edilmiş arayışla “xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən mənzil üzərində məhdudiyyətin və yüklülüyün qeydiyyata alınmadığı” aşkar edilmişdi. Bununla yanaşı, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. 30.Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xx/xx-6853 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş İddiaçı məxsus hesabdan xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış əməliyyatlardan və 18 iyul 2019-cu il tarixli mədaxil və məxaric orderlərindən müəyyən edilir ki, ayrı-ayrılıqda 50000 manat, 30000 manat və 20000 manat məxaric, eyni zamanda ayrı-ayrılıqda 50000 manat və 20000 manat mədaxil edilmişdir. 31.Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X24 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2021-ci il tarixli Qərarından görünür ki, ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X45 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bır qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X45 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Məlikova X25 Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, əri Xaqaninin sabiq polis əməkdaşı olduğu uçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin əlaqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquq-mühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq qızı HəsənovaLəman Xəqani qızı ilə qabaqcadan əlbir olub bır qrup şəxs halında birləşərək xx.xx.2019- cu ıl tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütün daşınmaz əmlakının üzərində müstəqil sərəncam vermə hüquqlarına dair Ləman Həsənovanın adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilini xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X46 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 85.2.4. 223, 224-cu maddələrini rəhbər tutaraq X31 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. 32.Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X24 “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, № ********* saylı cinayət işinin istintaq materialları əsasında müəyyən olunmuşdur ki, X38 toplanmış kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, X38 tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh Səmayə adlı rəfiqəsi ilə aralarında borc mübahəsələrinin olmasını öyrəndikdə, atası Xəqaninin sabiq polis əməkdaşı olduğu üçun hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olmasını bildirərək və guya həmin ələqələri vasitəsi ilə Cavabdeh pullarının Səmayə adlı qadından alınmasında köməklik göstərəcəyini yalan vəd verib, guya müraciət edəcəkləri hüquq-mühafizə orqanlarında onu təmsil etmək üçün müvafiq rəsmi etibarnamə tələb olduğuna inandıraraq anası X46 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2019-cu il tarixdə birlikdə Cavabdeh Bakı şəhəri 3 saylı notariat kontoruna apararaq orada sonuncunun yaşlı və görmə qabiliyyətinin zəif olmasından sui-istifadə edərək həqiqi məzmununu və təyinatını gizlətməklə bütun daşınmaz əmlakının üzərində müstəqil sərəncamvermə hüquqlarına dair öz adına etibarnamə yazdırmaqla və sonradan həmin etibarnamə əsasında özünə bildirmədən ona məxsus ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin xx.xx.2019-cu ıl tarixdə ünvan 2 ünvanında yerləşən 11 saylı notariat kontorunda İddiaçı 62800 manata sataraq pulu ələ keçirməklə əmlak sahibi Cavabdeh külli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə X38 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən X38 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddə ilə ittiham elan olunması qərarı alınmışdır. 33.Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”nda qeyd edilmişdir ki, X38 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akifin özünün tanış notariatkontoruna getmişlər, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Lakin müqavilənin adının alqı-satqı müqaviləsi olduğunu gördükdə narazılıq etmiş, Solmaz onu arxayın etmişdir ki, narahat olmasın arada o özü var. Nə vaxt pulları geri qaytarsa mənzili özünə qaytaracaq. Akifdən hər ay 1600 manat faiz ödəmək şərti ilə 40000 manat pul borc götürmüşdür. O da onlara inanmışdır. Əslində mənzil girov qoyulmalı idi. 34.Adı çəkilən cinayət işi ilə bağlı “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”ndan görünür ki, X23 anası Könül Həsənova ona elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Akif tərəfindən aldadılaraq Ləman mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Əslində mənzil girov qoyulmalı idi. 35.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3015/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X38 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X22 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; qeyd olunan mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi qət edilmişdir. 36.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdеh L.Həsənоva məhkəməyə iddianın еtirafı barədə ərizə vеrərək qarşılqlı iddia tələbində göstərilən faktları etiraf etmişdir. 37.Həmçinin məhkəməyə təqdim еdilmiş nоtariat işlərində оlan, ödəniş barədə "xxxx" ASC-nin xx.xx.2019-cu il tariхli mədaхil оrdеrlərindən açıq-aşkar müəyyən оlunur ki, tərəflər arasında bağlanmış müqavilələrin bəndlərinə zidd оlaraq mənzilə görə ödənilməli оlan pul məbləğinin 20000 manatı xx.xx.2019-cu il tariхində saat 16:05-də, qalan 40000 manat isə həmin günü, yəni xx.xx.2019-cu il tariхdə saat 16:06-da bank vasitəsilə nоtariusun dеpоzit hеsabına mədaхil еdilmişdir. Məhkəmənin qərardadına əsasən "xxxx" ASC-dən cavabdеh Quliyеv Akif Balaca оğluna aid "xxxx" ASC-də оlan bank hеsabı üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tariхlərdə aparılmış əməliyyatlarına dair hеsabdan çıхarışlar, хəzinə məхaric və mədaхil оrdеrlərindən də müəyyən оlunur ki, A.Quliyеv xx.xx.2019-cu il tariхdə öz dеpоzit hеsabından məхaric еtdiyi pul vəsaitlərini, xx.xx.2019-cu il tariхdə yеnidən dеpоzit hеsabına mədaхil еtmişdir. 38.Bundan başqa, məhkəmə iclasında şahid qismində ifadə vеrən Хudiyеva Sürayə Əli qızının, Məmmədоva Cəmalə Aydın qızının, Əliyеva Sahilə Sеyfulla qızının, Əbilоva Şahnaz Şamil qızının ifadələrindən müəyyən olunur ki, B.Məlikоva Ləman Həsənovaya vəsiyyətnamə də vеrmişdir ki, vəfatından sоnra еv оna qalsın. B.Məlikоvanın hеç vaхt еvini satmaq və ya girоv qоymaq fikri оlmamışdır. B.Məlikоva öz mənzilində 2020-ci ilin оktyabr ayının sоnlarınadək tək yaşamışdır. Həmin müddətdə B.Məlikоvadan başqa mənzildə hеç kəs yaşamamışdır. 2020-ci ilin оktyabr ayının sоnlarında Quliyеv Akif Balaca оğlu başqa şəхslərlə birlikdə B.Məlikоvanın yaşadığı mənzildən zоrla çıхarmışlar. 39.Apellyasiya instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına da istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X42 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alqı-satqı müqaviləsi Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığından etibarsız hesab olunmalıdır.

40. Apellyasiya instansiya qeyd etmişdir ki, mübahsəli mənzillə bağlı İddiaçı ilə X21 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, cavabdeh X47 оğlu verdiyi izahatında satıcı İddiaçı qızı ilə 20 ilə yaxın vaxtda evli olduğunu, qaynatası İddiaçılə münasibətləri yaxşı olduğunu bildirməklə yanaşı, qeyd olunan mənzilə dair məhkəmə mübahisəsi olduğunu İddiaçı kürəkəninə bildirməməsini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Həmçinin, iddiaçı A.Qulivev ona qarşı xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia verildikdən, həmçinin həmin məhkəmə iclasında mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından (məlum olmayan səbəbdən mənzilin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadının icrası dərhal həyata keçirilməli olduğu halda gecikmişdir) cəmi 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alqısatqı müqaviləsi bağlamaqla mübahisəli mənzili kürəkəni cavabdeh X47 оğluna satmasının, sonuncunun isə mənzili almasının hansı zərurətdən və ehtiyacdan irəli gəlməsini də inandırıcı dəlillər əsasında izah edə bilməmişdirlər. 41.Bundan başqa apellyasiya baxışında 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlu mübahisəli mənzilin proyektini əvvəlcədən gördüyü, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanı olduğu halda nəyə görə mənzili aldıqdan cəmi 13 gün sonra xx.xx.2021-ci il tarixli müqavilə əsasında digər cavabdeh Əfsanə Məhərrəmovaya satmalı olmasının səbəblərini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. Belə ki, cavabdeh X47 оğlu verilən suallara cavab olaraq mübahisəli mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi ilə izah etsə də, bu ağlabatan olmamışdır. Çünki, qeyd edildiyi kimi, cavabdeh X47 оğlu qaynatası İddiaçı aldığını iddia etdiyi mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olub-olmamasını qiymətləndirmək imkanına malik olmuşdur. 42.Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı İddiaçı ilə X21 arasında 11 saylı notariat ofisində 31 mart 2021-ci il tarixdə bağlanmış AN-İ №0929924 saylı alqı-satqı müqaviləsi “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir.

43. Eyni zamanda məhkəmə hesab etmişdir ki, mübahisəli mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi də “vicdanlı alıcı obrazı” yaratmağa yönəlmiş uydurma əqddir. Belə ki, X21 mübahisəli mənzili qaynatası, digər cavabdeh İddiaçı aldıqdan qısa müddət, cəmi 13 gün sonra digər cavabdeh X2 imkanının yaranmasını izah etsə də, bu imkanın ağlabatan olması nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, həm cavabdeh X21 izahlarını mötəbər dəlillərlə sübut etməmiş, həm X8 izahatı və apellyasiya baxışı zamanı verilən suallara cavabı ziddiyyətli olmaqla, özünün “vicdanlı alıcı” mövqeyinə uyğun olmamışdır ona görə ki, əvvəla qarşılıqlı iddia üzrə cavabdeh X16 verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzilə dair satış məlumatını ya əmlak.az, ya da bina.az saytında yerləşdirilən elanda görmüşdür. Daha sonra isə verilən suala cavab olaraq bildirmişdir ki, Zamanın telefon nömrəsini Tural adlı maklerdən almışdır. Həmçinin, cavabdeh Məhərrəmova ƏfsanəƏləddin qızı verilən suallara cavab olaraq bildirmişdir ki, o, mənzili alanda Notariat Kontorunda Bəyimxanın Məlikovanın qeydiyyatda olduğunu bilib və deyib ki, pul versin qeydiyyatdan çıxarsın, lakin Bəyimxanın Məlikovanın mübahisəli mənzilə münasibətdə kim olmasını maraqlanmamışdır. Həmçinin, bildirmişdir ki, mənzilin pulu ödənilsə də, evi qaytarmağa razı deyil. Bundan başqa mənzili yaşamaq niyyəti ilə aldığını bildirsə də, aldıqdan 3-4 ay sonra kirayəyə verdiyini də bildirmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, həmin mənzilin təmirinə çox xərc çəkmək lazım idi, təmir işləri aparmamışdır, bu səbəbdən qərara gəldilər ki, kirayəyə versinlər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh X8 nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. Daha sonra 23 may 2022-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddiaçı Bəyimxanım Məlikovanın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh X16 belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, Bakı şəhəri Nərimanov rayonu, X64 küçəsində, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, göründüyü kimi, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X64 küçəsində yerləşən mənzil yox, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilldir. Bundan başqa cavabdeh X16 vicdanlı alıcı olaraq mənzilin mülkiyyətçisi olduğunu bildirsə də, mənzilin telefon xətti çəkilişi müqaviləsini öz adına dəyişmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun adına “Əhali istehlakçısının ad dəyişdirilməsi” həyata keçirilmədiyinin, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadığının və öz adına abonent kodu əldə etmədiyinin səbəbini inandırıcı dəlillər əsasında izah edə bilməmişdir. 44.Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı nə cavabdeh X14, nə də X8 vicdanlı alıcı olmaları müəyyən olunmamışdır. 45.Məhkəmə əqdin etibarsızlığı ilə bağlı müddətə də qiymət verərək qeyd etmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan mənzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında Əfsanə Məhərrəmovanın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır. 46.Qeyd edilənlərə əsasən məhkəmə həmçinin Cavabdeh mübahisəli mənzilə köçürülməsi tələbini də əsaslı hesab etmişdir.

47. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.5, 337.1, 337.3, 337.4, 324.1 və 324.4cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında, “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

48.Cavabdeh X16 (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovaya qarşı iddia tələbinin rədd edilməsi və sonuncuya dair dövlət reyestrində mövcud olan qeydin saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 49.İddiaçı (vəkil X33) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. 50.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-5051/2022 saylı qərarı ilə qarşılıqlı iddia üzrə cavabdeh X16 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3015/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində ləğv edilməsi, mülki işin həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə ilk iddia tələbinin rədd edilməsi hissəsinin ləğv edilərək, iddianın rədd edilməsi hissəsində ləğv edilməsi; İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X21 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X38 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X22 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarız hesab edilməsinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 51.Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq prosessual pozuntuya yol vermiş, məhkəmə tərəfindən hüququn tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. 52.Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti əsasında yalnız qarşılıqlı iddia tələbinin rədd olunması hissədə yoxlamalı olduğu halda, apellyasiyanın həddlərini pozaraq ilk iddia tələbinin rədd olunması hissəsini də yoxlamış, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv edərək yeni qətnamə qəbul etmiş və ilk iddia tələbinin rədd edilməsini qət etmişdir. Halbuki ilk iddiaçı tərəfindən həmin hissədə qətnamə mübahisələndirilməmişdir. 53.Baxılan işdə ilkin İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilən hissəsində müahisələndirmədiyi halda, apellyasiya instansiyası məhkəməsi qətnamənin həmin mübahisələndirilməyən hissəsi ilə bağlı hüquqi qiymətləndirmə aparmış, bu hissədə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd etmiş, lakin sonda qətnaməni həmin hissədə də ləğv etmiş və yeni qətnamə qəbul edərək ilk iddia tələbini rədd etmişdir. Bununla da məhkəmə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur ki, bu da öz növbəsində ilk iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırılması ilə nəticələnmişdir. 54.Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin mübahisəli mənzillə bağlı Cavabdeh adından cavabdehlər X38 ilə İddiaçı arasında bağlanmış 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin mənzillə bağlı cavabdehlər İddiaçı ilə X22 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarız hesab edilməsi hissədə düzgün nəticəyə gəlmiş, qeyd edilən hissələrdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edilmir. 55.Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh adından onun verdiyi etibarnamə əsasında Ləman Həsənova çıxış edərək, İddiaçı ilə 18 iyul 2019-cu il tarixli mübahisəli mənzilin alğı-satqı müqaviləsini bağlamışdır. 56.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı bir əqdin etibarlı olması üçün əqdin qurucu ünsürlərinin olması vacibdir. Əqdin qurucu ünsürlərinin mühüm elementlərdən biri iradə ifadəsidir. Hər hansı bir əqd bağlanarkən iradə ifadəsinin olmaması və ya zədələnməsi həmin əqdin etibarlılığına təsir edir. 57.Baxılan işdə Cavabdeh qarşılıqlı iddia tələbində Ləman Həsənovaya həmin etibarnaməni mübahisəli mənzili satmaq üçün deyil, kənar şəxsdən borcun tutulub ona verilməsi işi ilə məşğul olmaq üçün verdiyini, evin alğı-satqı edildiyindən xəbərinin olmamasını və alğı-satqının onun iradəsinə uyğun olmamasını bildirmişdir. 58.Daha sonra X23 İddiaçı evi borc pul müqabilində girov qoyduğunu, lakin borcunu ödəmədiyini, bu səbəbdən də İddiaçı ondan evi boşaltmasını tələb etdiyini öyrəndiyini bildirmişdir. 59.Hazırki işdə mülkiyyətçi Cavabdeh qarşılıqlı iddia tələbində göstərdiyi hallar qarşılıqlı iddia üzrə cavabdeh Ləman Həsənova tərəfindən onun etirafedici ifadələri təsdiq edilmiş, eyni zamanda bu hal işə əlavə edilmiş cinayət işinin materialları, alğı-satqı ilə bağlı notariat işin materialları, şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər hallarla müəyyən edilmişdir. 60.Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X23 İddiaçı evi borc pul müqabilində girov qoymaq məqsədi olmuş, tərəflər arasında bağlanılan alğı-satqı bu məqsədlə olmuşdur. 61.Göründüyü kimi, bağlanılan alğı-satqı mülkiyyətçi Cavabdeh iradə ifadəsinə uyğun olmamış, o mənzili satmaq niyyəti ilə təmsilçi - cavabdeh Ləman Həsənovaya etibarnamə verməmiş, həmçinin təmsil edən L.Həsənova da əqdi bağlayarkən aldadılmışdır. 62.Ona görə də, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin 18 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə düzgün nəticəyə gəlmişdir. 63.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinin İddiaçı ilə X22 arasında bağlanmış 31 mart 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarız hesab edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. 64.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində düzgün nəticəyə gəlməmiş, bu hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 65.Belə ki, məhkəmə alıcı Əfsanə Məhərrəmovanın vicdanlı əldə edən olub-olmamasına düzgün qiymət verməmişdir. 66.Məhkəmə daşınmaz əmlakın vicdanlı əldə edilməsi ilə bağlı yuxarıda qeyd edilən hüquqi mövqeyi təkrarlayaraq qeyd edir ki, reyestrdəki qeydin əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallarda onun vicdanlı əldə edən olması istisna edilir. 67.Apellyasiya instansiyası məhkəməsi Əfsanə Məhərrəmovanı vicdanlı əldə edən olmaması hesab edərkən, qənaətini yuxarıda kimi əsaslandırmışdır. 68.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, mənzilin Zaman Hacıyev tərəfindən qısa bir müddət ərzində (13 gün sonra) Əfsanə Məhərrəmovaya satması sonuncunun vicdanlı əldə edən olmasına təsir edən hal deyil. 69.Belə ki, Əfsanə Məhərrəmova mübahisəli mənzili əldə edərkən mənzillə bağlı reyestrdə Zaman Hacıyevin adına qeydə etimad etmiş, həmin qeydin əsassız olması alıcıya məlum olması barədə işdə hər hansı bir mötəbər sübutun olmamasına apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmişdir. Mənzilin satıcısının mənzili aldıqdan qısa bir müddət sonra özgəninkiləşdirməsi əldə edənin vicdanlılığına təsir edən hal olubolmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. 70.Apellyasiya instansiyası məhkəməsi əslində cavabdeh Ə.Məhərrəmovanın vicdanlılığını istisna edən hal kimi məhz müqaviləni bağlayarkən satıcının adına reyestrdəki qeydin həqiqi hüquq əsasında qeydə alınmadığına dair birbaşa məlumatlı olmasını sübut etməli idi. 71.Mübahisəli mənzili alarkən Bəyimxanın Məlikovanın mənzildə qeydiyyatda olmasını bilməsi də Ə.Məhərrəmovanın vicdanlı əldə edən olmasına nə üçün təsir etməsini apellyasiya instansiyası məhkəməsi əsaslandırmamış, alıcının mənzili yüklü qaydada əldə etmək hüququnun olmasını məhkəmə nəzərə almamışdır. 72.Eyni zamanda apellyasiya instanisyası məhkəməsi nəzərə almamışdır ki, kommunal xidmətlərlə bağlı müqavilələrin mənzilin əldə edilməsindən sonra öz adına dəyişdirməməsindən ibarət hal müstəqil əsas kimi deyil, yalnız cavabdehin müqaviləni bağlayarkən satıcının həmin əmlaka həqiqi hüquq əsasında sərəncam vermədiyinin sübuta yetirildiyi halda əhəmiyyətli ola bilərdi. 73.Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ə.Məhərrəmovanın mübahisəli mənzilin vicdanlı əldə edən olub-olmaması ilə bağlı məsələyə qiymət verərkən, işdə olan sübutları müqavilənin bağlanma anına münasibətdə Mülki Məcəllənin 140-cı maddəsi baxımından qiymət verməyərək, daşınmaz əmlakı vicdanlı əldə edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. 74.Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqılı iddia tələbinin Cavabdeh mübahisəli mənzilə köçürülməsi hissəsi, Əfsanə Məhərrəmovanın vicdanlı əldə edən olması ilə bağlı qərarın təsviri əsasalandırıcı hissələrində göstərilənlərə hüquqi qiymət veriləndən, onun vicdanlı əldə edın olubolmaması, X51 mülkiyyətçi kimi qalıb-qalmadığı müəyyən edildikdən sonra baxılıb həll edilə bilər. 121. Ona görə də, qətnamə həmin hissədə də ləğv edilməlidir. 75.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları Mülki Məcəllənin 140-cı maddəsi baxımından tam və hərtərəfli araşdırılmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qarşılıqlı iddia tələbinin X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsi hissələrində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissələrdə və ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

76.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin mübahisələndirilən hissədə təmin edilməsini xahiş etdilər. 77.Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh X16, onun nümayəndəsi və vəkili Vəkil3 izahatlarında apellyasiya şikayətini mübahisələndirilən hissədə qəbul etməyərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 78.Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdi. 79.Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılıqlı iddia üzrə cavabdeh X21 izahatında apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 80.Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X38, X21 və üçüncü şəxs Bakı şəhəri 11 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə digər cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 81.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 82.Maddə 148.2.Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 83.Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 84.Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 85.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 86.Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 87.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 88.Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 89.Maddə 340.1.Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 90.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 91.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 92.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

93.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 94.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddia tələbinin X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

95.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qeyd olunan hissədə təmin edilməlidir. 96.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, Qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 97.Kollegiya hesab edir ki, mübahisələndirilən hissədə məhkəmə qarşılıqlı iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 98.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı Cavabdeh adından cavabdehlər X38 ilə İddiaçı arasında 11 saylı notariat kontorunda bağlanmış 18 iyul 2019-cu il tarixli əmlakın alğı-satqı müqaviləsinin Cavabdeh iradə ifadəsi və məlumatı оlmadan bağlandığı müəyyən olunduğundan etibarsız hesab edilmişdir. 99.Hazırda apellyasiya baxışının predmetində qalan X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etirbarsız hesab edilməsi ilə bağlı kollegiya hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün bir sıra əsaslar mövcuddur. 100.Hazırkı mülki işə məhkəmədə baxılan zaman Cavabdeh məlum olmuşdur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış bu barədə ona Çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzil 11 saylı DNKnın 4Ə-245 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 101.Apellyasiya məhkəməsində birinci icraat zamanı 05 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlunun izahatından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən evi almış, lakin daha sonra proyekti xoşuna gəlmədiyi üçün və həmçinin kiçik olduğuna görə dəyişmək qərarına gəlmişdir. O, təqribən 20 ilə yaxındır ki, Akif müəllimin qızı ilə evlidir. Akif müəllim özü ona evin satılmasını dedi. Mübahisəli mənzili 65.000,0 manata almışdır. Qaynatası mənzilin məhkəmədə mübahisəli olması barədə ona heç bir məlumat verməmişdir. 102.Həmçinin hazırkı icraat zamanı qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlu eyni məzmunlu izahat vermişdir. 103.Göründüyü kimi, həm əvvəlki, həm də hazırkı apellyasiya məhkəməsində olan icraat zamanı cavabdeh X21 qaynatası İddiaçı aldığı mübahisəli mənzili 13 gündən sonra satmaq qərarına gəlməsini mənzilin proyektinin xoşuna gəlməməsi, evin balaca olması ilə izah etsə də, cavabdeh mübahisəli mənzilin proyektini əvvəlcədən görmək, mənzilin onun tələbatına uyğun olubolmamasını qiymətləndirmək imkanına malik olmuşdur. 104.Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh X16 izahatında qeyd etmişdir ki, mübahisəli mənzili cavabdeh X47 оğlundan əldə edərkən sonuncu həyat yoldaşı xəstə olmaqla, hətta “Bonadea” Klinikasında müalicə olunduğundan, pula ehtiyac yarandığından satılmasını bildirmişdir. 105.Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh X8 qeyd etdiyi halla bağlı qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlu nə əvvəlki, nə də hazırkı apellyasiya icraatında qeyd edilənlərə uyğun məzmunda izahat verməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh X8 qeyd olunan məzmunda izahat verməsi, onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlu tərəfindən alınan mənzilin 13 gündən sonra satılmasının, qarşılıqlı iddia üzrə cavabdeh X9 qarşılıqlı iddia üzrə cavabdeh X47 оğlunun adına olan qeydin qeyri-dəqiq olmadığını bildiyinə şübhə yaratmasın. 106.Bundan başqa, mübahisəli mənzili qarşılıqlı iddia üzrə cavabdeh X12 alan digər qarşılıqlı iddia üzrə cavabdeh X16 mənzili “Bina.az” saytında elanda gördüyünü bildirmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovanın özünün kassasiya şikayətinə əlavə etdiyi “Bina.az” saytından çıxarışdan (İİ cild, i/v 126) görünür ki, elan 02 may 2021-ci tarixdə yerləşdirilmişdir. 107.Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmova 13 aprel 2021-ci ildə alğı-satqı müqaviləsini bağladığı mənzillə bağlı elanı “Bina.az” saytında 02 may 2021-ci ildə görmüşdür. Mənzillə bağlı məlumatın mənzil satılandan bir ay sonra “Bina.az” saytında yerləşdirilməsi halı bir daha təsdiq edir ki, qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmova mənzillə bağlı məlumatı “Bina.az” saytından əldə etməmişdir. Bu halın özü qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovanın mübahisəli mənzillə bağlı vicdanlılığını istisna edir. 108.Həmçinin qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmova yaşayış sahəsinə ehtiyacları olduğu üçün, ona payın düşdüyü mənzlin satılaraq, hazırkı mənzilin alınmasını bildirmişdir. Həmçinin alınan və hazırda mübahisələndirilən mənzilin 320 manata kirayə verildiyini, özlərinin 1000 manata kirayəyə götürdükləri mənzildə yaşadıqlarını qeyd etmişdir. Digər tərəfdən qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmova mənzil alınarkən təmirsiz olduğu üçün orada yaşamadıqlarını, kirayə verdiklərini qeyd etdiyi halda, nümayəndəsi və vəkili Vəkil3 “Elektron kabinet” vasitəsilə apellyasiya şikayətinə etiraz təqdim edərək göstərmişdir ki, 2021-ci ildən sonra Əfsanə Məhərrəmova aldığı mənzildə təmir işləri aparmış və 2000 manat məbləğində vəsait xərcləmişdir. 109.Belə olan halda kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovanın yaşayış sahəsinə ehtiyaclarına görə mənzil aldıqlarını, mənzil alınarkən təmirsiz olması, buna görə kirayəyə verilməsi, onun nümayəndəsinin isə mənzilin təmirinə görə 2000 manat xərc çəkilməsini bildirməsi, hazırkı mənzilin 320 manata kirayəyə verildiyi halda, özünün kirayədə yaşadıqları mənzilə görə 3 dəfə artıq məbləğdə (1000 manat) kirayə haqqı ödənilməsi halı, qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmovanın qısa zaman kəsiyində mənzilə ehtiyacı olan şəxs olmasını istisna etməklə, mübahisəli mənzillə bağlı bağlanmış alğı-satqı müqaviləsində “vicdanlılıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır. 110.Digər tərəfdən 23 may 2022-ci il tarixli əvvəlki apellyasiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, məhkəmə iclasında qarşılıqlı iddiaçı Bəyimxanım Məlikovanın vəkili Vəkil1 “mənzilin həqiqi alıcısıdırsa mənzilin ünvanını deyə bilərmi?” sualına cavabdeh X16 belə cavab vermişdir ki, “mübahisəli mənzilin harada yerləşdiyini bilir, Bakı şəhəri Nərimanov rayonu, X64 küçəsində, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzildir.” Halbuki, göründüyü kimi, mübahisəli mənzilin ünvanı Bakı şəhəri Nərimanov rayonu, X64 küçəsində yerləşən mənzil yox, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilldir. 111.Qeyd olunanlar əsasında bir daha sübut olunur ki, qarşılıqlı iddia üzrə cavabdeh Əfsanə Məhərrəmova mübahisəli mənzili əldə edərkən qarşılıqlı iddia üzrə cavabdeh Zaman Hacıyevin adına olan mənzillə bağlı qeydin qeyri-dəqiq olmasını bilmiş, alğı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Onun vicdanlı alıcı hesab edilməsi üçün Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrində nəzrədə tutulmuş əsaslar müəyyən olunmur. 112.Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia mübahisələndirilən hissədə təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış əqd olduğundan, etibarsız hesab edilməlidir. 113.“T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. 114.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. 115.Kollegiya qeyd edir ki, alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız olduğundan, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normasına əsasən (Mülki Məcəllənin 337.5-ci maddəsi) X16 tərəfindən müqavilə üzrə ödənilmiş 64000 (altmış dörd min manat) manat X12 alınaraq, X11 qaytarılmalıdır. 116.Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan məzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında Əfsanə Məhərrəmovanın mübahisəli mənzilə mülkiyyətinə dair daşınmaz əmlakın reyestrində aparılmış qeydlər də də dəyişdirilməli olacaqdır. 117.Odur ki, Cavabdeh mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzilə köçürülməsinə dair tələbi də əsaslıdır və təmin olunmalıdır. 118.Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur.Belə ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.” 119.Beləliklə, qeyd olunan xüsusuatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, X12 X8 xeyrinə 64000 (altmış dörd min manat) manat məbləğində pul tutulmalı, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülməlidir. 120.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1926/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi mübahisələndirilən hissədə təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə bağlı X21 ilə X16 arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. X12 X8 xeyrinə 64000 (altmış dörd min manat) manat pul tutulsun. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85, 88 saylı mənzillə köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar