Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7355/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5084/2024 saylı xx.xx.2024cü il tarixli qəradadından Cavabdeh tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və s.» tələbinə dar ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı «özəlləşdirmənin ləğv edilməsi və s » tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qəradadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü üçün əsaslar hazırda mövcud deyil və şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Göründüyü kimi cavabdehin şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, MPM-ə 3 saylı Əlavədə müəyyən edilmiş formaya riayət edilməmiş, elektron kabinetə cavabdeh tərəfindən yalnız şikayətin “PDF” variantı əlavə edilmişdir ki, qüvvədə olan mülki prosessual qanunvericiyə əsasən həmin formada verilmş şikayətin qəbul edilməsinə yol verilmir. Bununla da kollegiya hesab edir ki, cavabdehin şikayəti qanunvericliklə nəzərdə tutulmuş formaya əməl edilmədən verildiyindən geri qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən kollegiyanın gəldiyi qənaətə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5084/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-7355/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7355/2024
26.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver