Məhkəmə qərarları › İş №2(103)-7357/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7357/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7357/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı qarşı kredit müqaviləsini ləğvi, borcun ödənilməsi, tutmanın ipoteka premetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı 08 oktyabr 2020-ci il tarixli qətnamə ilə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia təmin olunmuş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2011-ci il tarixli, 343/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi,Cavabdeh1 həmin kredit müqaviləsi üzrə 03.07.2019-cu il tarixinə olan 4428,38 manat əsas borc, 3948,75 manat faiz borcu, ümumilikdə 48236.16 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.6 m2 olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması,mənzilin satışından 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması qət olunmuşdur. Cavabdeh4 01.03.2021-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə vermiş və ərizəyə qanunla müəyyən olunan qaydada apelyasiya şikayəti əlavə etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı iş üzrə qəbul etdiyi 09.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin müddətin bərpasına dair ərizəsi təmin olunmamışdır. Həmin qərardaddan Cavabdeh4 şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nizami Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, sözügedən qətnamə 08.10.2020-ci il tarixli xəbərnaməli poçt vasitəsilə tərəflərin o cümlədən cavabdehlərin ünvanına göndərilmişdir və 02.11.2020-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul edilmişdir.(səh.180) Apellyasiya şikayəti isə məhkəməyə 01 mart 2021-ci tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Müddətin üzürlü səbəblərdən ötürülməsi barədə göstərilən arqumentləri əsassızdır. Kollegiya hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 rəsmi qaydada məlumatlı olduğundan, cavabdeh tərəfindən isə apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair Cavabdeh4 tərəfindən verilmiş ərizəni təmin edilməməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı 09 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar