Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7357/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və həmin Birliyin 1 saylı Nəqliyyat İdarəsinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 19 avqust 2022-ci il tarixli qətnamədən cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Pirallahı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Birlik, buna səlahiyyəti olan vəkili (nümayəndəsi) X1 vasitəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdeh Birliyin vəkilinin (nümayəndəsinin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir (iş v. 105). Belə olan təqdirdə hesab edilməlidir ki, cavabdeh Birliyə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2022-ci il hesab edilir. Lakin elektron məhkəmə sistemindən görünür ki, cavabdeh Birliyin apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh Birlik tərəfindən ötürülmüşdür. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş Birlik “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh Birliyin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Buna görə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 19 avqust 2022-ci il tarixli qətnamədən cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayətinin qaytarılması üçün mülki iş həmin Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7357/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7357/2022
31.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver