Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-736/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şabəddin qızına, Cavabdeh2 və Cavabdeh3 İslam qızına qarşı pul tələbinə dair 2(008)-577/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şabəddin qızına, Cavabdeh2 və Cavabdeh3 İslam qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şabəddin qızından, Cavabdeh2 və Cavabdeh3 İslam qızından müştərək qaydada 53220 (əlli üç min iki yüz iyirmi) manat məbləğində pulun, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, hüquqi yardıma görə ödənilmiş 110 (yüz on) manat məbləğində pulun, cəmi 53360 (əlli üç min üç yüz altımış) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin hər üçünə inam və etibarı olmuşdur. Cavabdeh3 İslam qızı mağazada satıçı, digərləri isə daimi müştəri olmuşlar. Onlar bu etibardan istifadə edərək təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə onun əmlaklarını qanunsuz şəkildə ələ keçirmiş və ona külli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İslam qızı ilə qabaqcadan əlbir olmaqla 2016-cı ilin fevral ayında müxtəlif adda dəyəri 3700 manat qızıl zinət əşyalarını toya taxıb qaytaracaqlarını vəd etməklə ondan almış və həmin qızıl zinət əşyalarını satıb mənimsəmişlər. Bundan başqa Cavabdeh2 2016-cı ilin fevral ayının əvvəllərindən mart ayının 03-dək olan müddət ərzində ona məxsus olan Bakıxanov qəsəbəsində yerləşən paltar mağazasında ümumi dəyəri 650 manat müxtəlif geyim əşyalarını, hədiyyəlik malları və bijuteriyaları satıcı Cavabdeh3 götürərək satıb pulunu verəcəyinə dair yalan vəd verməklə həmin əşyaları onunla birlikdə mənimsəmişlər. Bundan başqa cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İslam qızı ilə qabaqcadan əlbir olmaqla 2016-cı ilin fevral ayının axırlarında ona məxsus mağazadan müxtəlif çəkidə və adda dəyəri 19000 manat olan qızılzinət əşyalarını, mart ayının əvvəllərində yenə həmin mağazada müxtəlif adda və çəkidə dəyəri 23120 manat olan qızıl-zinət əşyalarını, xx xxxx 2016-cı il tarixdə yenə də həmin ünvanda ona məxsus olan müxtəlif adda və çeşiddə ümumi dəyəri 16750 manat olan qızılzinət əşyalarını satıb pulu qaytaracaqları vədi ilə aldatmaqla həmin əşyaları birgə satmış və dəyərini mənimsəmişlər. Cavabdehlər tərəfindən aldadıldığını çox gec anlamışdır. Bundan sonra dəfələrlə cavabdehlərlə danışıqlar aparmış, əşyaların geri qaytarılmasını tələb etsə də onlar müxtəlif bəhanələrlə əşyaları qaytarmaqdan yayınmışılar. Cavabdeh3 İslam qızı onu inandırmışdır ki, onun barəsində şikayət etməsin, o öz payına düşən hissəni tez bir zamanda qaytaracaqdır. Ona görə də onun barəsində şikayətçi olmamış və pulu qaytarmasını gözləmişdir. Digər cavabdehlərin ümumiyyətlə pul məbləğini qaytarmamaq niyyətlərini görüb onların dələduz əməlləri barəsində polis orqanlarına şikayət etmişdir. Onların barələrində araşdırma aparılmış, əməllərində dələduzluq cinayətinin tərkibi olduğuna görə onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Bütün bu yuxarıda qeyd etdiyi faktlar məhkəmə hökmü və qərarı ilə müəyyən edilmişdir. Cavabdehlərin birgə qanunsuz hərəkətləri nəticəsində ona 62570 manat, Cavabdeh2 ilə Cavabdeh3 İslam qızının ayrıca qanunsuz hərəkətləri nəticəsində ona 650 manat məbləğində maddi ziyan vurulmuşdur. Vurulmuş ziyanın məbləğindən Cavabdeh2 tərəfindən ona 10000 manat ödənilmişdir. Nəticədə isə cavabdehlər ona müştərək qaydada 53220 manat məbləğində maddi ziyan vurmuşlar. Cavabdehlər öz qanunsuz əməlləri ilə məhkəmənin hökmündən də göründüyü kimi onun küllü miqdarda pul vəsaitini qanunsuz və əsassız şəkildə əldə etmiş və heç bir müqavilə və ya qanuni əsas olmadan varlanmışlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şabəddin qızından, Cavabdeh2 müştərək qaydada 52570 (əlli iki min beş yüz yetmiş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 650 (altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə xx xxxx 2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin zaman mülki işə baxılarkən iddiaçı tərəfindən aidiyyat qaydalarının pozulması aşkar olmuşdur. Bu zaman iddiaçı tərəf iddia ərizəsinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin mülki iş baxılmamış saxlanılmışdır. Hazırki mülki iş üzrə iddiaçı mülki işin aidiyyat qaydalarını tənzimləmək məqsədi ilə iddia ərizəsində əlavə cavabdeh qismində Cavabdeh3ın adını qeyd edilmişdir. Halbuki, Cavabdeh3 ümumiyyətlə bu məsələyə aidiyyatı yoxdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə də müəyyən olunur ki, cinayət işi üzrə hökm Cavabdeh3 barəsində yox, digər iki cavabdeh barəsində çıxarılmışdır. Cavabdeh3 həmin cinayət işi üzrə şahid qismində iştirak etmişdir. Belə ki, Cavabdeh3 İddiaçı satıcısı olmuşdur. Təbii ki, Cavabdeh3 mövqeyindən çıxış edəcək. Bu da bir növ iddia tələbinin etirafı kimi qəbul edilməsi deməkdir. Ən əsası isə hazırkı mülki iş üzrə Cavabdeh3 adı aidiyyat qaydalarının tənzimlənməsi məqsədi ilə yazılmışdır. Bu səbəbdən də hesab edir ki, hazırkı mübahisəli məsələ ilə bağlı iddia ərizəsinə cavabdehlərin qeydiyyatı üzrə Astara rayon və Qazax rayon məhkəməsində baxılmalı idi. Hesab edir ki, bu halın aradan qaldırılması üçün aidiyyat ilə bağlı verilmiş vəsatətlər təmin edilməməsi hazırda iddia tələnin qismən təmin edilməsinə gətirib çıxarmışdır. Əks halda bu metod ənənə halını alacaq və təcrübədə isə məhkəmənin aidiyyat qaydalarını iddiaçı öz arzu istəyinə görə müəyyən edəcəkdir. Bu isə ciddi prosessual pozuntudur. İşin faktiki halları ilə bağlı qeyd edim ki, ümumiyyətlə iddia tələbi qəbul etmirlər. Belə ki, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı deyildir, göstərilən hallar Cavabdeh2 münasibətdə əsassız və qanunsuzdur. Tələb olunan məbləğin hamısı Cavabdeh2 tərəfindən mənimsənilməmişdir. Bundan əlavə, Cavabdeh2 özünə münasibətdə iddiaçıya 10000 manat ödəmişdir. Bununla da özünə aid hissədə iddiaçıya aid olan borcunu tam ödəmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarına istinad edərək pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(103)-73/2018 saylı qərarına əsasən, Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus paltar mağazasında ümumilikdə 83 qram çəkidə mütəlif adda cəmi 3700 (üç min yeddi yüz) manat dəyərində qızıl-zinət əşyalarını toya taxıb qaytaracağını yalan vəd verib aldatmaqla, həmin qızıl-zinət əşyalarını Cavabdeh1 vasitəsilə satdırıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı cəmi 3700 (üç min yeddi yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2016-cı il fevral ayının əvvəllərindən mart ayının 3-dək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus paltar mağazasından ümumi dəyəri 650 manat təşkil edən müxtəlif üst geyimləri, hədiyyəlik mallar və bijüteriyaları həmin mağazada satıcı işləyən Cavabdeh3 İslam qızından alaraq satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatmaqla ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı cəmi 650 (altı yüz əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardən suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq əvvəlcə 2016-cı ilin fevral ayının axırlarında Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən İddiaçı məxsus paltar mağazasında İddiaçı 196 qram 750 əyarlı və 220 rqam 583 əyarlı olmaqla ümumilikdə 416 qram çəkidə müxtəlif adda cəmi 19000 (on doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını, sonradan isə 2016-cı ilin mart ayının əvvəllərində həmin ünvanda İddiaçı 244 qram 583 əyarlı və 320 qram 583-585 əyarlı olmaqla ümumilikdə 564 qram çəkidə müxtəlif adda cəmi 23120 (iyirmi üç min yüz iyirmi) manat dəyərində qızıl-zinət əşyalarını və daha sonra xx xxxx 2016-cı il tarixdə yenə də həmin ünvanda İddiaçı 230 qram 750 əyarlı və 100 qram 583 əyarlı olmaqla ümumilikdə 330 qram çəkidə müxtəlif adda cəmi 16750 (on altı min yeddi yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını alaraq satıb pulunu ona verəcəyinə dair yalan vəd verib aldatmaqla, həmin qızılzinət əşyalarının bir hissəsini özü satmaqla, bir hissəsini isə Cavabdeh1 vasitəsilə satdırmaqla ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilidə 58870 (əlli səkkiz min səkkiz yüz yetmiş) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmaması, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 2016-cı ilin fevral ayının əvvəllərində 3700 (üç min yeddi yüz) manat, 2016-cı ilin fevral ayının axırlarında 19000 (on doqquz min) manat, sonradan isə 2016-cı ilin mart ayının əvvəllərində 23120 (iyirmi üç min yüz iyirmi) manat və daha sonra xx xxxx 2016-cı il tarixdə yenə də 16750 (on altı min yeddi yüz əlli) manat, cəmi 62570 manat dəyərində əmlaklarını dələduzluq yolu ilə ələ keçirərək iddiaçıya zərər vurmuşlar. Qeyd olunan zərərin 10000 manatı cavabdehlərdən Cavabdeh2 tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, 52570 manat məbləğində pul cavabdehlər Tağıyeva (Səmədova) Dilqənd Şabəddin qızı və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 1(103)-73/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2016-cı il fevral ayının əvvəllərindən mart ayının 3-dək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus paltar mağazasından ümumi dəyəri 650 manat təşkil edən müxtəlif üst geyimləri, hədiyyəlik mallar və bijüteriyaları həmin mağazada satıcı işləyən Cavabdeh3 İslam qızından alaraq satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatmaqla ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı cəmi 650 (altı yüz əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Yəni məhkəmə qərarı ilə 650 manat məbləğində əmlakların məhz Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə mənimsənilməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh2 qarşı iddianın təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)- 577/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-736/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-736/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver