Məhkəmə qərarları › İş №2(103)-7362/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7362/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7362/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2014-cü il tarixli 12-E saylı kredit müqaviləsi üzrə yaranmış 11.323,78 manat məbləğində əsas kredit borcu, 2413,72 manat əsas məbləğə hesablanmış faiz borcu, əldən çıxmış faydaya görə 10.070 manat olmaqla, cəmi 23.807,50 manat məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və banka olan borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, xx xxxx 2014-cü il tarixli 12-E saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzil satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində məhkəməyə ərizə təqdim edərək, xx xxxx 2014-cü il tarixli 12-E saylı kredit müqaviləsi üzrə yaranmış 11.323,78 ABŞ dolları məbləğində əsas kredit borcu, 2413,72 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, əldən çıxmış faydaya görə 10.070 ABŞ dolları olmaqla, cəmi 23.807,50 ABŞ dolları məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və banka olan borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinin satıldıqdan 1 ay sonra boşaldılması, xx xxxx 2014-cü il tarixli 12- E saylı ipoteka müqaviləsi izrə ipotekaya qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzili satıldıqdan sonra borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı çəkilən xərclərin və satışından əldə olunan vəsait borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin borclu Cavabdeh tutularaq Ləğv prosesində olan 'İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı Ləğv prosesində olan Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 11323.78ABŞ dolları əsas borc, 2413,72 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 14.820,50 ABŞ dolları məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin 55.000 (əlli beş min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 14.820,50 (on dörd min səkkiz yüz iyirmi dollar əlli sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan, ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində bəmin mənzili boşaldaraq oradan çıxarılması, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 120 (bir yüz iyirmi) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, Cavabdeh qiymətləndirmə tədqiqatının dəyəri üzrə 300 (üç yüz) manat tutulub “xxxxxxxxxxx” MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, o, bankdan dollarla pul vəsaiti götürməmişdir. İş materiallarında da onun bankdan kredit vəsaitini məhz dollarla götürməyi barədə heç bir sübut, sənəd, bank qəbzi, kassasiya məxaric orderi yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X4pellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını,Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, xx xxxx 2014-cü il tarixdə LPO İddiaçı ASC ilə Cavabdeh arasında 12-E saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə LPO İddiaçı ASC tərəfindən Cavabdeh mənzil təmiri məqsədi ilə illik 24% olmaqla, 16.600 (on altı min altı yüz) manat məbləğində kredit verilmişdir və o, 24 ay ərzində, yəni xx xxxx 2016-cı il tarixədək kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə 12- E saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov əsəbəsi, Akif Mustafayev küçəsində istifadədə olan ümumi sahəsi 43,22 kv.m, 2 otaqlı, 20a nömrəli evin 1 nömrəli mənzili ipoteka ilə yüklü edilərək Banka girov qoyulmuşdur. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin Bakı X6 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında” Qanunun 10.4-cü maddələrinə uyğun olaraq ipotekanın qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən bu barədə RX № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, LPO İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Cavabdehlər aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bugünə kimi mövcud borclarını ödəməmişlər. Nəticədə kredit borcu ödənilməmişdir. Eyni zamanda, borclu kredit borcunu vaxtında ödəsə idi, bank həmin məbləği yenidən kredit verərək (illik 24 %-lə investisiyaya qoyaraq) qazanc əldə edərdi. Cavabdehin xx xxx 2019-cu il tarixə banka 11323,78 ABŞ dolları əsas, 2413,72 ABŞ dolları faiz, illik 5 faizlə hesablanmış 1083 ABŞ dolları olmaqla, cəmi borcu 14820,05 ABŞ dolları təşkil edir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxx 2019-cu il tarixli 11204 №-li ekspert rəyinə əsasən hesabdan çıxarışlardan və xx xxxx 2014-cü il tarixli 12-E saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə bitən müddətə, yəni xx.xx.2016-cı il tarixdən sonra olan ödənişlər məhkəmə tərəfindən qeydə alınarsa, Cavabdeh banka borcunun ümumilikdə (11.438,76 ABŞ dolları əsas borc + 2557,72 ABŞ dolları faiz borcu - 259 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilmiş borc = 13.737,47 ABŞ dolları) 13.737,47 ABŞ dolları məbləğində olması müəyyən edilir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269-cu maddəsinəəsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinəəsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-cu maddəsinə görəəgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinəəsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinəəsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinəəsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Cavabdehin apellyasiya şikayətinin iş materiallarında onun bankdan kredit vəsaitini məhz dollarla götürməyi barədə heç bir sübut, sənəd, bank qəbzi, kassasiya məxaric orderi olmaması barədə dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan (i.v. 59) xx xxxx 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 16600 ABŞ dollarını İddiaçı ASC-dən qəbzi imzalamaqla şəxsən almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar