Məhkəmə qərarları › İş №2(103)-7371/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7371/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7371/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(006)- 2044/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından verilmiş şikayətin təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizənin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən Yataq Belqiya şpon, kravat 2*2-metr başlıq şpon vevqe üzəri şüşə-3,20* Birləşik tumbalarla, döşək ortoped, kamod şpon vevqe üzəri şüşə, dekorativ vaza rəngi tünd palıd H-80-sm, xalca narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan, divar tipli TValt, qarderob quraşdırma küc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3-yerli, təbii dəri divan 2-yerli, təbii dəri kreslo 2-ədəd, qorka qara parlaq, puf 80*80, jurnal stolu R-120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, bra-zəncirlə xrustal-qızıl su, dünya qülləsi səkil, döşəmə üstü vaza Vileroy bos şüşə, dekorativ güllər, dekorativ albalı aksesuar H-90 sm, vaza dekor qara qızıl işlənmə R-75-sm, vaza dekor qara qızıl işlənmə R- 75-sm, dekor buruq aksesuar, vaza dekor dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, DVD kolonkalar, keramik vaza dəst 3-ədəd, divar saatı, Tarşer Xrustal 2 ədəd H100-R25 2*470, kravat 2*2- metr başlıq şpon vevqe üzəri şüşə-3,20* birləşik tumbalarla, döşək artopetiq, kamod şpon vevqe üzəri şüşə, dekorativ Vaz rəngi tünd palıd H-80-sm, xalça narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan-bağlanan, divar tipli TV-alt, qarderob quraşdırma künc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3-yerli ağ, təbii dəri divan 2-yerli ağ, təbii dəri kreslo 2-əd ağ, qorka qara parlaq, puf 80*80, jurnal stolu R-120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, bra-zəncirlə xrustal-qızıl su, dünya qülləsi şəkil (mirovıye-başni), döşəmə üstü vaza vileroy BOS Şüşə, dekorativ güllər, dekorativ Albalı aksesuar H-90sm, vaza dekor qara qızıl işlənmə R-60-sm, vaza dekor krem R-50- sm, dekor buruq aksesuar (piştaxtanın içində), vaza dekor çərcivə ilə dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, ev kinoteatrı, keramik vaza dəst 3 ədəd qara, divar saatı, tarşer Xrutal 2 ədəd H100- 25*25 2*470, divan aypara 2 səviyəli qəhvəyi-acıq krem, qəhvəyi puf - jurnalnıy+şüşə, əl işi yağlı boya tema ağ güllər, qorka spot-lampa ilə-şüşə polka ilə Belqiya, vaza dekorativ qızıl keramika, stol-stul türk klassik, qorka 2 ədəd klassik kamod, çil-çıraq xrustal-2-səviyəli, klassik dekorativ şəkil divar ücün, xalçca açıq-qəhvəyi türk, saat Pod-Klassik, Madonna QDR serviz 12-Person 120-ədəd sovet vaxtı alınıb, çay servizi 6- person tünd-göy kobolt sovet vaxtı alınıb, kofe servizi 6-person tünd-göy kobolt sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor desert dəsti (blud 1 ədəd, konfet qabı 3 ədəd, meyvə qabı 2 ədəd, çərəz qabı 2 ədəd çexiya) sovet vaxtı alınıb, sovet vaxtı cin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6-person, serviz 6-person sovet vaxtı çex kofe servizi mirvari-içi qızıl-suyu, oval faza 4 ayaqlı dəstəkli 1ədəd, dekorativ tarelka 2 ədəd klassik, şamdan gümüş suyu, statuetka qadın, vaza farfor ağ rəng qızıl işləmə bagema xrezontem, döşəmə üstü vaza dara bagema, açılan divan göy rəng, velo trenajor, divar mebeli şpon işləmə yazı stolu, xalça əl-işləmə bordo, soyuducu simensmetal rəng, televizor samsung dispenser-bosh, künc divan qara mətbəxdə, şüşə miz oval mətbəxdə, metal stul 2 ədəd mətbəxdə, şkaf kupe ayna qapı, mətbəx mebeli, mətbəx kamodu, kondisoner divar tipli simens siyahıya alınmaqla onların üzərinə həbs qoyulması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İlkin iddia üzrə Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(006)-2044/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 12 fevral 2021ci il tarixli qərardadından ilkin iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4304/2021 saylı, 06.04.2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı iş üzrə 12 fevral 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin şikayətin vaxtında verilib-verilmədiyinin aydınlaşdırılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması və vəsatətin tam təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, sözügedən Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadı 15.02.2021-ci il tarixdə Cavabdeh1 göndərilmiş, 17.02.2021-ci il tarixdə icra məmuru tərəfindən bilavasitə onun özünün iştirakı ilə qərardadın icrası həyata keçirilmiş və bununla bağlı akt tərtib edilmiş, qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət 03.03.2021-ci il tarixdə poçta təhvil verilərək 09.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki Prosessual Məcəlləsinin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Cavabdeh1 tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Müddətin üzürlü səbəblərdən ötürülməsi barədə göstərilən arqumentləri əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İlkin iddia üzrə Cavabdeh1ı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2044/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar