Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7376/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 974/2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Zəngilan Rayonu X5-Təchizat Birliyini maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu X5-Təchizat Birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində (zərərli iş sahəsində) işləməyi və buna aid ümumi əmək stajının olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə maraqlı şəxsin dəyişdirilməsi barədə yazılı ərziə təqdim edərək, hazırki iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət X7 X4 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən maraqlı şəxsin dəyişdirilməsi qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonu işğal olundu və bütün əhali qaçqın və didərgin düşmüşdür. Həmin vaxtdan o da ailəsi ilə birlikdə çıxıb Bakıya gəlmişdir və Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışdır. Hazırda da qaçqın kimi ailəsi ilə birlikdə S.Orucov küçəsi ev 19, mənzil 16 ünvanında yaşayır. Onun xx xxxxxx 1976-cı il tarixdə Zəngilan rayonu X5-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçı-sürücü vəfisəniə daxil olduğunu, əmək fəaliyyətinə bağlamışdır. xx.xx.1977-ci il-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur və təxris olunduqdan sonra, yəni xx.xx.1979-cu il ildən yenədə Zəngilan rayonu X5-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçı-sürücü vəzifəsində işə qəbul olunaraq, fasiləsiz olaraq xx.xx.1993-cü il tarixədək həmin sahədə işləmişdir. o Qarabağ hadisələri ilə əlaəqdar Zəngilan rayonundan qaçqın düşərkən, əmək kitabçasının həmin idarədə qaldığını bildirmişdir. Həmçinin, Zəngilan rayonu işğal olunduqdan sonra Zəngilan rayonu X5- Təchizat Birliyi ləğv olunmuşdur. və həmin vaxtdan heç bir fəaliyyət göstərməmişdir, hazırda hüquqi varisi də yoxdur. 1993-cü ilin 29 oktyabr tarixindən, o Bakı şəhərində yaşamağa başlamışdır, fərdi qaydada qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğunu başlamışdır. 2013-cü ildə insult keçirmişdir. Daha o vaxtdan işləyə bilməmişdir.Əmək kitabçasının işğal olunmuş Zəngilan rayonunuun ərazisində qalmasını, bu halın isə onun əmək və pensiya hüquqularını pozduğunu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 974/2020 nömrəli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət X7 X4 İdarəsinin maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Ərizəçi apelyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-974/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apelyasiya şikayətini onunla əsaslandırır ki, o, həmin qətnamədən tam şəkildə narazıdır. Çünki bu mövcud qətnamədə əsas maddi və prosessual hüquq normaları işə baxan hakim tərəfindən çox ciddi şəkildə pozulmuşdur. Məhz bu əsaslar üzrə Mülki Kollegiya Məhkəməsi tərəfindən dərhal ləğv olunmalıdır. Təkcə bu faktı göstərmək kifayətdir ki, Zəngilan rayonu işğal olunan tarixdə o, öz ailə-uşaqları ilə və qoca ata-anası çox əzab-əziyyətlə Araz çayını o taya, yəni İran İslam Respublikasına adlamışlar və oradan da çətinliklə gəlib indiki yaşayış yerlərinə məskunlaşmışlar. Həmin vaxtlar hansı əmək kitabçasının hayında olmuş? Fövqəladə halın olmasını, hamının öz canını götürüb qaçmasını, müharibənin dəhşətlərindən xilas olmağa çalışmasını qeyd etmişdir. Onun 2 nəfər şahidlərindən başqa hakim daha hansı sübutların olmasını ondan istəmişdir? Məgər müharibədən də başqa bir fövqəladə hal olmalı idi ki, hakim onda onun ərizəsini təmin edən qətnamə çıxarmalıydı? Bunlar hamısı sübut edir ki, işə baxan hakim işin faktiki hallarını qətiyyən nəzərə almamışdır. Yəni onun Qarabağ müharibəsi veteranlığı, qaçqın ailəsi olduğu, Zəngilandan qaçıb Bakıya gəldikdən sonra 2 dəfə insult xəstəliyi keçirdiyi, artıq 64 yaşında olduğunu qeyd etmişdir. Bütün bu faktiki hallara Mülki Kollegiya Məhkəməsinin qiymət verilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə ərizəçiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin, işin təxirə salınmasına əsas ola biləcək sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və maraqlı şəxsin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəngilan rayonu Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli Arayışının məzmunundan aydın olur ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr aynının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində almışdır, qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon X5təchizat birliyinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF-nin Zəngilan Rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Sizin X4 İdarəsinə müraciətinizə baxılmaq üçün göndərilmişdir, Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq, arxiv sənədlərinin işğal zonasında qaldığı üçün sizin xx.xx.1976xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu X6 Təchizat birlioyində olan iş stajı ilə bağlı arayışın verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət X7 Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-c il tarixli Qəraraının 13.1-ci bəndinə əsaəsn “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsaəsn əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə ərizəçinin iddia tələbi əmək stajına dair hüquqi əhəmiyyəti faktın təsdiq olunmasına aiddir. Ərizəçi xx.xx.1976-xx.xx.1993-cü illərdə Zəngilan rayonu X6-Təchizat birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində çalışdığını, buna dair əmək kitabçasının olduğunu, lakin həmin rayonun məlum səbəblərdən işğal olunduğundan, həmin sənədlərin işğal zonasında qaldığından onun həmin vəzifədə çalışması ilə bağlı mövcud olan əmək stajını başqa qaydada təsdiq edə bilmədiyini əsas gətirərək, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə ərizəçi iddia tələbinin əsasını və istinad etdiyi halların sübut edilməsinə dair yalnız iki nəfər şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı tədiqiq edilmiş şahid ifadələrinin məzmunundan aydın olur ki, şahid qismində dindirilmiş hər iki şəxs ərizəçi ilə birlikdə işlədiklərini, 1976-1993-cü illərdə ərizəçinin həmin idarədə qeyd olunan vəzifədə işlədiyini bildirmişlər. Lakin şahid qismində dindirilmiş şəxslərin özlərinin həmin müddətdə həmin idarədə işləmələirnə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu hal isə öz növbəsində qeyd olunan şahid ifadələrinin mötəbərliyini şübhə altına almış olur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə ərizəçinin yeganə sübut qismində təqdim etdiyi qeyd olunan şahid ifadələri iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü məhz bilavasitə ərizəçinin üzərinə düşür. Belə ki, məhz ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut etməlidir. Deməli bu halda məhz ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi hallarını sübut etməli və buna dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1976-xx.xx.1993-cü illərdə Zəngilan Rayonu X5-Təchizat birliyində sürcü-qaynaqçı vəzifəsində işlədiyini bildirsə də, məhz həmin halın müəyyən olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə tərəfindən qeyd edilən hüquqi faktın müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X11 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizəçinin “əmək stajının təsdiq olunmasına dair faktın müəyyən olunması” tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 974/2020 nömrəli qətnaməsi Ərizəçi münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7376/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7376/2020
15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver