Məhkəmə qərarları › İş №2(103)-738/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-738/2023

09.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-738/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: «ipoteka müqavilənin və razılaşmanın etibarsız hesab edilməsi» hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC- yə qarşı «ipoteka müqavilənin və razılaşmanın etibarsız hesab edilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-627/2022 saylı işi üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İ.D.Nəzərovla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-NEDVİJ- 1230 saylı ipoteka müqaviləsinin və xx.xx.2016-cı il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 2.Cavabdehin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsəsən iddiaya qarşı etiraz ərizəsi məhkəməyə təqdim etmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-627/2022 saylı işi üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC- yə qarşı «ipoteka müqavilənin etibarsız hesab edilməsi və s» tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 331.1, 337.1, 339; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı ipoteka müqaviləsindən xəbəri olmadığını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013-cü il tarixli razılıq ərizəsində imza iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizəsindəki imza iddiaçıya aiddirsə, iddiaçının ipoteka müqaviləsindən xəbəri olmuşdur. 4.İşin icraatı zamanı müəyyən edilmişdir ki: -«Bank» qismində Cavabdeh ASC-nin 3 №-li Nizami filialı ilə «Kredit alan» qismində X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-1-6735/1 No-li kommersiya krediti müqaviləsinin surətinə əsasən bank tərəfindən İ.Nəzərova istehlak məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 19%-lə, 127000 ABŞ dolları məbləğində kredit verilmişdir; - «Bank» qismində Cavabdeh ASC-nin 3 №-li Nizami filialı ilə «Kredit alan» qismində X5 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1- 6735/2 №-li «Kommersiya krediti müqavilələri»nə və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı, xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən, «Kredit alan»ın «Bank»a xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 81745 ABŞ dolları məbləğdə müəyyən edilmiş, hazırki «Razılaşma»nın imzalandığı tarixdən «Kredit alan» «Kredit məbləği»ni «Kredit Müqaviləsi» ilə müəyyən olunan şərtlərlə və qaydada 24 ay müddəti ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a illik 16% faiz ödəməyi öhdəsinə götürmüş, «Kredit alan» xx.xx.2016cı il tarixinə kapitallaşdırılmış «Kredit məbləği»ndən əlavə 4949 ABŞ dolları məbləğində cərimə borcu mövcud olmuş, bu Razılaşmanın tərkib hissəsi sayılan Əlavələr (ödəniş qrafikləri) imzalandığı tarixdən, xx.xx.2013 cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nin tərkib hissəsi olan 1 saylı razılaşma üzrə imzalanmış Əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin «Kommersiya krediti müqavilələri»nin mətni üzrə Əlavə yeni Əlavə ilə əvəz olunmuş, xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2 №-li «Kommersiya krediti müqavilələri»nin tərkib hissəsi olan 1 saylı razılaşma qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2013-cü il tarixli 112918-1-6735/1, xx.xx.2013-cü il tarixli 112918-1-6735/2№-li «Kommersiya krediti müqavilələri»nin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmışdır; - İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizəyə əsasən, əri X4 məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın kredit öhdəliklərinin təminatı olaraq "VTB Bank” ASC-ya ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür; -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-4821/2019 saylı qərarın surətinə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11698/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərar ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P Hüseynov) xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh ASC-yə qarşı "kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı X4 aid edilməsi, Cavabdeh ASC-nin iddiaçı X4 qarşı "kredit müqaviləsi üzrə borc, borcun ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, 65497,30 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın X2 alınaraq "Bank VTB (Azərbaycan)" ASC-yə ödənilməsi, tələbin X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 423 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65697,30 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, dövlət rüsumuna görə ödənilmiş 30 manatın və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manatın Cavabdeh ASC-yə yönəldilməsi, qalan məbləğin X4 verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X3 fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, məhkəmə-tikinti ekspertizasının tədqiqat dəyəri olan 150 manatın X7 alınaraq "Əmlak Ekspert Mərkəzi” MMCyə ödənilməsi qət edilmişdir;Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-11698/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsin xx.xx.2018-ci il tarixli 2(006)-484/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir;-Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1712/2021 saylı qərarın surətinə əsasən, iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6098/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddiaçı X3 Cavabdeh ASC-yə qarşı «kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı X5 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6098/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - xx.xx.2022-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertiza rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 2(006)-627/2022 nömrəli mülki işin 130-cu vərəqəsində olan xx.xx.2013-cü il tarixli 112918-NRDVİJ-1230nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013- cü il tarixli 7E/10-8023 reyestr saylı razılıq ərizəsində «İmza» qrafasındakı imza və «Nəzərova» soyadı - İddiaçı tərəfindən icra olunmuşdur(iş.səh.6, 9, 10, 54, 65, 71,157 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(006)-627/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməs barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33; Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 77, 88, 103.1, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı əri İ.D.Nəzərov tərəfindən ümumi əmlakları olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 9-da yerləşən 423 saylı fərdi yaşayış evinin bank qarşısında ipoteka ilə yüklü edilməsindən xəbəri olmamışdır. Onun tərəfindən belə bir razılıq verilməmişdir. Məhkəmə isə ekspetiza keçirmiş və ekspertizanın nəticəsinə uyğun olaraq iddianı rədd etmişdir. Ekspertizanın rəyi ilə razı olmamışdır və işə iddiaçının nümayəndəsi vəkil qismində yeni qoşulduğundan məhkəmə iş materialları ilə tanış olmağına və təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verməyinə imkan verməmişdir. Məhkəmə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olubolmaması məsələsi həll edilərkən formal mülahizələrdən çıxış edərək, ər-arvadın rəsmi nigah münasibətlərinə olsalar da ailə münasibətlərinə xitam verilib-verilməməsi, birgə təsərrüfat aparıb-aparılmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 129; Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimat; Mülki Məcəllənin 269-274, 307-323-1, 337-354, 385-388, 560; Ailə Məcəlləsinin 31-37, Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 371- 372, 385-390 -cı maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil müəyyən edilməmişdir. 9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə əsəsən: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 10.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 11.Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən İpotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər; 315.2. Əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər.

12. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. 13.Ailə məcəlləsinin 33-cü maddəsinə əsasən 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər; 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. 14.Göründüyü kimi, Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində, hal-hazırki mübahisə üzrə pul vəsaitlərinə dair sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət etmişdir. Daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı olmuşdur. Ər-arvad arasında olan münasibətlərinin özünün mübahisəli olması isə onların arasında olan mübahisəyə aiddir və digər şəxslərin hüquqlarının məhdudlaşmasına yönələ bilməz.

15. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir. 16.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-627/2022 saylı işi üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar