Məhkəmə qərarları › İş №2(103)-738/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-738/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-738/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi məişət zorakılığı törətmiş şəxs X6 qarşı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsi üzrə (Açar sözlər: məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Məişət zorakılığı törətmiş şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi məişət zorakılığı törətmiş şəxs X6 qarşı maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən məişət zorakılığı törətmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X5ndən görünür ki, məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər, məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər qadağan olunmuşdur.

2. Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs başçının aparatı tərəfindən Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Qanununun 5.2-ci və P9-cu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Monitorinq Qrupu tərəfindən vətəndaş X9, vətəndaş Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə qadağa qoyularaq, X5 verilmiş və məlumatlar icra üçün Bakı şəhəri, Nəsimi rayon və Yasamal rayon İcra şöbələrinə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. . Məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi məişət zorakılığı törətmiş şəxs X9 və maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Məişət zorakılığından zərərçəkmiş şəxs tələbini belə əsaslandırmışdır ki, Ərizəçi artıq keçmiş əri X9 tərəfindən ona olan təzyiqlərə dözə bilmir. xx.xx.2018-ci il boşanma tarixindən başlayaraq Elxan Nəbiyev tərəfindən ona fiziki, psixoloji və iqtisadi zorakılıq edir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə, saat 14:40 radələrində idarə etdiyi “Mercedes Benz E300” markalı, ** GL *** qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, H.Əliyev küçəsi ilə hərəkətdə olan vaxt şəhərin mərkəzində hərəkətin sıx yerində keçmiş maşınına yaxınlaşmış, maşın hərəkətə gəldiyinə görə öz niyyətinə nail ola bilməmiş, yenidən hərəkət dayandıqda öz avtomobilini saxlayıb, yenidən yaxınlaşmış, qapını aça bilməmiş, maşını təpikləmiş, maşının güzgüsünü sındırmışdır. X3 niyyəti ona xəsarət yetirmək olmuşdur. X2 boşandıqdan sonra daimi olaraq sonuncu tərəfindən təqib olunur, daim söyülüb təhqir olunur. Ölüm təhlükəsi və qorxusu içində yaşayır və bu vəziyyətdə iki azyaşlı uşağı böyüdür. Keçmiş əri X9 18 aprel 2020-ci il tarixdə yenidən yaşadığı evə gəlib, qapını qırıb, uşaqları qorxudub, həyətdə maşınını vurub, qırıb, qapıları yararsız hala gətirib. Maşınına külli miqdarda ziyan dəyib. Bu hadisə ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Elxan Nəbiyevin fiziki zorakılığı ilə bərabər psixoloji zorakılıqları da davam edir. Elxan Nəbiyev heç bir əsası olmayan şikayətləri ilə onu bezdirib. Son 5 ildə Elxan Nəbiyevin əsassız şikayətlərinə görə davamlı polis idarələrində, komissiyalardadır. Bundan sonra X9 heç bir əsas olmadan ona qarşı «valideynlik hüquqlarından məhrum etmə və uşaqların alınıb atanın himayəsinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiasının təmin olunması üçün X9 onun guya narkomaniyadan müalicə almağı ilə bağlı Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçılik komissiyasına saxta sənədlər təqdim etmiş və komissiya üzvlərinə göstərmiş, onun guya narkoman olmağıyla bağlı komissiya üzvlərində təəssürat yaratmağa çalışmışdır. Elxan Nəbiyev məhkəməyə onun guya narkoman olmağıyla bağlı saxta sənədlər təqdim etdiyinə görə onun məsuliyyətə cəlb olunması ilə bağlı şikayət etmiş, halhazırda yenidən onu məhkəməyə verib ki, guya şübhələnir ki, atası Rafiq Dəmirovun qızı deyil. X10 genetik yoxlamasını tələb edir. Dövlət qurumları da belə şikayətlərə görə onunla əlaqə saxlayır və onu dövlət qurumlarına dəvət edirlər. Dövlət qurumlarına getdiyi zaman isə Elxan Nəbiyev ona hücum edir, xəsarət yetirməyə çalışır. Ən son Bakı şəhəri Maraqlı şəxsndən çıxanda onu gizlin küçədə gözləmiş və maşınını üstünə sürmüşdür. Son anda yoldan çıxa bilmiş və sağ qalmışdır. Həyatı təhlükədə olduğu üçün Bakı şəhəri Maraqlı şəxsnə X5nin verilməsi ilə bağlı rəsmi qaydada müraciət etmiş və ona X5 verilmişdir. Lakin X5nin müddəti artıq bitmişdir. Hazırda da keçmiş əri X9 tərəfindən ona olan fiziki və psixi təzyiqlər bitmir. Uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ərizəçi 180 günədək müddətə uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı ünvan 2 ünvanına 30 metr məsafədə yaxınlaşmaq, ərizəçiyə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girməyin X6 qadağan edilməsi, X6 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə təqdim edilmiş sənədlərdən Ərizəçi keçmiş əri X9 tərəfindən müxtəlif vaxtlarda fiziki və psixizorakılığa məruz qaldığı müəyyən edilmişdir (telefon rabitəsi vasitəsilə, avtomobilinə yaxınlaşaraq şiddət tətbiq etməsi, barəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2021ci il tarixli hökm (əmlakı qəsdən məhv etmə), ona qısa müddətli mühafizə orderinin verilməsi və s). Belə olan halda, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutub hesab etmişdir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməli, məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı ünvan 2 ünvanına 30 metr məsafədə yaxınlaşmaq, ərizəçiyə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək X6 qadağan edilməli, X6 uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməlidir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.2, 10.3, 10.4, 12.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 12.4, 14.2, 77.1, 217.3, 217.4, 355-4.4, 355-4.5, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən məişət zorakılığı törətmiş şəxs X9 apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4721/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi “məişət zorakılığından qorunmaq üçün uzunmüddətli mühafizə orderinin verilməsinə” dair ərizəsinin rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Ərizəçi da məhkəməyə müraciət ərizəsində Elxan Nəbiyev tərəfindən hər hansı bir məişət zorakılığla bağlı konkret hərəkətin törədilməsini göstərmədən, ancaq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündə qeyd olunan 18 aprel 2020-ci tarixli hərəkətlərə istinad etmiş və onun ərizəsi əsasında Bakı şəhəri Maraqlı şəxs tərəfindən ona 19 sentyabr 2023-cü il tarixədək qısa müddətli orderin verilməsini göstərərək bildirmişdir ki, X5nin müddəti artıq bitmişdir və ona görə də, başqa bir əsas göstərmədən, uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəsində göstərdiyi halları araşdırılmadan, ona qarşı konkret məişət zorakılığı hərəkətlərin mövcud olubolmamasını müəyyən etmədən, birinci instansiya məhkəməsi təkcə ərizədə göstərilən və iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə və Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 21 avqust 2023-cü il tarixli X5nə əsaslanaraq, qanunsuz və əsassız olaraq belə nəticəyə gəlmişdir ki, ərizəçi Elxan Nəbiyev tərəfindən fiziki və psixi zorakılığa məhruz qalmışdır. (qətnamə 9, 10, 11, 22, 23 bəndləri). Qətnamədə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin bütün bəndlərini sadalamaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin maddədə nəzərdə tutulan hərəkətlərin ona qadağan edilməsinə dair ərizəçiyə uzunmüddətli mühafizə orderi verilməlidir. Halbuki, yuxarıda göstərdiyi kimi istər o xaricdə olarkən ərizəçiyə X5 verilərkən, istərsə də hazırda onun iştirakı olmadan məhkəmə tərəfindən uzunmüddətli mühafizə orderi verilməsi barədə qətnamə qəbul olunarkən, həmin maddi hüquq normasında qeyd olunan hərəkətlərin heç biri onun tərəfindən ərizəçiyə qarşı törədilməmişdir və qeyd olunan maddi hüquq normanın ona heç aidiyyatı yoxdur və qanunun həmin normasını ona qarşı tətbiq etmək qanunsuz və əsassızdır. Nə ərizəçinin müraciətində, nə də məhkəmənin qətnaməsində konkret olaraq göstərilməmişdir ki, onun tərəfindən X5nin hansı tələblərinə, hansı vaxtda əməl edilməmişdir. Bu hallar göstərilə də bilməzdi. O ərizəçiyə qarşı məişət zorakılığı ilə bağlı heç bir hərəkətlər törətməyib, X5ndən onun məlumatı olmamışdır, həmin vaxtı o ölkə xaricində olmuş və apellyasiya şikayətinə əlavə edilən sənədlərlə bu fakt təsdiq olunur. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək onları düzgün tətbiq etməmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası MPM-nin 355-4.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, o nəinki təkrar, hətta X5 veriləndə də ərizəçiyə qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətməyib. Onun tərəfindən belə bir hərəkətlərin törədilməsinə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb və onun tərəfindən məişət zordkəlığı ilə bağlı kokret hansı hərəkətin, harada və nə vaxt törədilməsi qətnamədə göstərilməyib. Ərizəçi hazırda yaşadığı həyat tərzi, uşaqların baxımsız, digərlərin himayəsində saxlanılması, Ərizəçi hazırda öz valideynlik hüquqlarından (uşaqların onun yanında qalmasından) sui-istifadə edib uşaqları atalarına qarşı düşmənçilik ruhunda böyütməsi, onların atalarından gizlədib, ünsiyyətdə olmasına imkan verməməsi, uşaqların düzgün humanizm və əxlaqi prinsiplər əsasında vətənpərvər tərbiyə alınması, uşaqların savadlı, hərtərəfli inkişaf etməsi, onların sağlam və psixi inkişafı imkanlarından məhrum edilməsi uşaqlara zərərli təsir göstərə biləcək əməllərdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 56, 58, 59, 63 və 64-cü maddələrinə əsasən uşaqların hüquq və mənafelərini müdafiə etmək məqsədilə və öz valideynlik hüquq və vəzifələri çərçivəsində, qanunun həmin maddələrinin tələblərindən çıxış edərək, o qanunlarla nəzərdə tutulmuş qaydada, dövlət orqanlarına və məhkəmələrə müraciət etməklə, öz valideynlik hüquqlarımı müdafiə etməyə çalışıb və Ərizəçi qarşı heç bir məişət zorakılığı ilə bağlı hərəkətlər törətməyib. Bunun əksinə, Ərizəçi müxtəlif orqanlara sistematik olaraq əsassız şikayətlər etməklə, onun telefonuna zəng etməklə, iş yerinə gəlib təhqir etməklə, rahatlığını pozmaqla, qəsdən onu münaqişəyə cəlb etməyə çalışır. 2023-cü ilin sentyabr ayında o cavabdehlər X4 və Ərizəçi qarşı yetkinlik yaşına çatmamış uşaqları ilə cavabdeh X1 ünsiyyətdə olmasına və onun evində qalmasına cavabdehlərə qadağa qoyulması təklifi və mediasiyanın keçirilməsi üçün Mediasiya Təşkilatına müraciət edib. Lakin, cavabdehlər tərəf onun təklifinə cavab verməmiş və mübahisəni mediasiyanın keçirilməsi ilə həll edilməsindən boyun qaçırmışlar. Bundan sonra həmin iddia tələbi ilə o məhkəməyə müraciət edib. O bu iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, yenə buna cavab olaraq Ərizəçi, onu öz valideynlik hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada məhkəmələrdə müdafiə etməkdən yayındırmaq üçün, heç bir əsas olmadan, guya onun tərəfindən ona qarşı məişət zorakılığının davam etdirilməsini qeyd etməklə, eyni halları təkrar ərizəsində göstərməklə, X5nin müddətinin başa çatmasını əsas tutaraq üzunmüddətli mühafizə orderin verilməsinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizədə, onun yeni iddia tələbi ilə məhkəməyə müraciət etməyi ona qarşı məişət zorakılıği kimi qiymətləndirilir və üzünmüddətli mühafizə orderinin verilməsi üçün müraciətinin səbəb kimi göstərilir. Halbuki qeyd olunan halların üzunmüddətli mühafizə orderin verilməsi üçün qanunda əsas kimi nəzərdə tutulmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, illərdir Elxan Nəbiyev və onun ailəsi fiziki, psixi , iqtisadi zorakılığa məruz qalır. Elxan Nəbiyev onu dəfələrlə öldürməyə cəhd edib bununla bağlı məhkumluğu var. Hal hazırda mühafizə orderi var və ona fiziki şiddət göstərə bilmədiyi üçün ona psixiki təzyiqlər edir. Atalıq yoxlanması məsələsinə Elxan Nəbiyevin belə iddia qaldırmağa və ona psixi zorakılıq etməyə heç bir hüququ yoxdu. Məhkəmədə bu işə baxılmasına etiraz edir, çünkü hüquqi olaraq Elxan Nəbiyevin iddia qaldırmağa hüququ yoxdur. Bunu ona psixolojı zorakılıq məqsədi ilə edir, bunun nəzərə alınmasını xahiş edir.

Proses iştirakçılarının izahatı

11. Məişət zorakılığı törətmiş şəxs X7 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəflər arasında boşandıqdan sonra 2020ci ilin aprel ayında münaqişə olub. Elxan uşaqları ilə görüşmək üçün evə gəlib və qapını döyməsinə baxmayaraq qapını ona açmadıqlarına görə münaqişə baş verib. 2021-ci ildə hökm çıxarılıb və cinayət işi yekunlaşıb. Həmin vaxtdan sonra Elxan xanıma qarşı elə bir hərəkət etməyib. Bundan əlavə Elxanın qardaşı xanımla eyni binada yaşayır. O, Elxana, xanımın narkotik vasitələrdən istifadə etdiyini, uşaqları nənə-babasına verdiklərini və uşaqların qayğısına qalmadığını demişdir. Elxan bunlara görə uşaqların anasından alınaraq ona verilməsi ilə bağlı iddia qaldırdı. Xanımın həqiqətən narkomaniyadan əziyyət çəkib-çəkməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdilər. Birinci instansiya məhkəməsi hazırlıq iclasından sonra işi komissiyaya göndərdi. Komissiya burada adam dindirilmə və işi ətraflı araşdırmanın mümkün olmayacağını düşünərək işi birinci instansiya məhkəməsinə qaytardı. Komissiyanın sədri uşaqların ata ilə görüşməsi üçün Səidə xanıma uşaqları gətirməyi tapşırdı. O uşaqları gətirmədi, amma uşaqları gətirməlidir ki, uşaqlar ata ilə danışsın. Xanım atayla görüşməsi üçün belə gətirmədi. Elxan hökmdən sonra xanımla heç vaxt mübahisə etməmişdir. Elxan tərəfindən sonradan heç bir məişət zorakılığı olmayıb. 2020-ci ildən sonra Elxan elə mübahisələr etməyib, əksinə olaraq ona Səidə xanım gizli nömrələrdən zəng vururdu. Onun narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkməməsinin yoxlanılması ilə bağlı iddia qaldırdılar, bundan sonra qarşı tərəf qarşılıqlı iddia qaldırdı. Bu məsələlərlə bağlı Səidə xanım dəfələrlə polisə şikayət yazıb və onun iştirakı ilə dəfələrlə polisə getmişdilər. Elxan uşaqları üçün narahatdır, Səidə xanım heç uşaqları göstərmir. Bütün bu mübahisələr o zaman sakitləşə bilərdi ki, uşaqlarla görüşməsi üçün məhkəmə qərarı olardı. Mühafizə orderinin uzaldılması zamanı Elxan heç burada olmayıb. Məhkəmə iclasında da iştirak etməyib, orada yazılanların heç biri əsaslı deyil. Elxanın məişət zorakılığı etməsi ilə bağlı heç bir əsas yoxdur. 1 aylıq mühafizə orderi verildiyi vaxtda onun heç bir hadisə etmədiyi görünür. Xanımın dedikləri hökmə qədər olan hadisələrdir. Burada söhbət qısamüddətli order verildikdən sonra Elxanın hər hansı bir qanunsuz hərəkətinin olub olmamasından gedir. O mühafizə orderinin verilməsi barədə qərar çıxdıqda işlə tanış olmaq üçün ona vaxt verilməsini istəyib, amma məhkəmə onlara vaxt vermədi. Yazılanların hamısı 2020-ci ildə olan cinayət işinin hallarıdır. Qısa müddətli orderin verilməsindən Elxanın xəbəri olmayıb. Məhkəmə bildirişi məhkəmə iclasına 1 gün qalmış tərəfə göndərilib. Hakim təxirə sala bilməyəcəyini deyərək qərar çıxardı,amma hər iki tərəfi dinləməli idi. Sumqayıt Şəhər Məhkəməsində də iddia qaldırmışdılar. Orada iddia tələbini belə qoymuşdular ki, Səidə xanımın atası Elxana müraciət edərək Namiqin onun övladı olmadığından şübhələndiyini və bunu müəyyən etməyə kömək etməsini deyib. X17 həqiqətən də uşaqların babası olmadığı halda uşaqların Səidə xanımın əlindən alınması ilə bağlı iddia tələbi qoyublar. Elxan Səidə xanıma yaxınlaşmadığı halda mühafizə orderinin uzadılması əsassızdır. Mülki iddia verdiyinə görə Səidə xanım qıcıqlanaraq mühafizə orderinin uzadılması barəsində iddia qaldırıb. Mühafizə orderinin verilməsi üçün bir əsas olmalıdır, Elxan heç nə etməyib. Elxan heç nə etmədən ona uzunmüddətli mühafizə orderinin verilməsi pis təsir edib və ona görə apellyasiya şikayəti verib. Xanım şikayətində 2019-cu il qərarında göstərilən halları yazıb. Bu münaqişələr Elxanın uşaqla görüşə bilmədiyinə görə olub, Elxan evə gəlib qapını təpiklə vurub. Buna görə cinayət iş açılıb və hökm çıxarılıb. Ümumiyyətlə, Elxan Səidə ilə heç qarşılaşmaq istəmir. 2022-ci ildə uşaqda appendisit olduğu aşkar edilib. Onlar da qorxduğuna görə Polis İdarəsinə gediblər və orada Səidə xanımla əlaqə saxlayanda o, uşağı özü müalicə edəcəyini bildirib, onların şikayəti də buna görə olub. 2 mülki iddia qaldırıblar. Birinci iddia Səidə xanımın doğma bacısının Elxana müraciət etməsinə görə olmuşdur. Onlar məhkəmədə Səidə xanımın bacısının dindirilməsini xahiş etmələrinə baxmayaraq, Səidə xanımın bacısı ilə münasibəti yaxşı olmadığına görə bacısının dindirilməməsini istədi və məhkəmə də onu dindirmədi. Digər mülki iddiaya 29 yanvar tarixində Sumqayıt Şəhər Məhkəməsində baxılacaqdır. Səidə xanımın atası 2010cu ildə Elxana və Səidə xanıma müraciət edərək onun oğlu Nahidin bioloji övladı olmasına şübhəsinin olduğunu bildirir. Elxan uşaqlarının bioloji olmayan babasının yanında qalmasını istəməyib və iddia qaldırıb. Məhkəmədə ekspertiza keçirilməsini istəyiblər. Elxan Nəbiyevlə bağlı guya ki, onun narkotik vasitələrinin istifadəçisi olmasına istinad edərək iddia qaldırıblar, amma o, şöbə müdiri vəzifəsində işləyən adamdır və o heç vaxt belə işlərlə məşğul olmayıb. Elxan bəyin iş yerinə gələrək yoxlanış aparıblar. Xanım şər-böhtan ataraq iddialar qaldırır. Xanımın naməlum nömrələrdən zəng edərək Elxanı narahat etməsi ilə bağlı arayış var, polis nömrələrin Səidə xanıma aid olduğunu da bildirib. Uzunmüddətli mühafizə orderinin verilməsi üçün heç bir əsas yoxdur. İndiyə qədər heç bir hadisə olmayıb. Xanım hökmdə olan məsələləri qaldırır. Qətnamənin özündə də əsas kimi hökmdəki məsələlər yazılıb, hökmdə yazılanları əsas götürərək məhkəmə qətnamə qəbul edilib. Bu cür qətnamə qəbul etmək əsassızdır. Xanım sadəcə olaraq mülki iddialar qaldırdığına görə belə ərizə verib. Qətnamənin tam əsassız olduğunu hesab edir, apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər.

12. Məişət zorakılığından zərərçəkmiş şəxs Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o, təkcə Elxan Nəbiyevlə boşanmayıb, onun ailəsi ilə mübarizə aparır. Elxan Nəbiyev istənilən xətanı törədir. Nə vaxt polis bölməsinə getsə, Elxan Nəbiyevin 15 dəqiqə sonra oradan çıxdığını görüb. Etibar Nəbiyev öz əhatəsinə güvənir. 2018-ci ilin dekabrın 26 o Elxan Nəbiyevlə boşanıb. 2019-cu ilin yanvarın axırı-fevralın əvvəlindən müxtəlif kişilərdən ona zənglər gəlib. Onun nömrəsinə anasının nömrəsinə və iş yerinin nömrəsinə zənglər gələrək əxlaqsız təkliflər ediblər. 10-15 zəngdən sonra özü polis bölməsinə müraciət edib. Bilirdi ki, onlar adını əxlaqsız çıxarmağa çalışırlar. O, ərizə yazanda polis bölməsində Elxana heç nə edə bilməyəcəklərini dedilər. 2019-cu ildə Elxan Nəbiyev anonim məktublar yazıb, estetik sahədə həkim çalışdığına görə Səhiyyə Nazirliyinə də yazıb. Fövqəladə Hallar Nazirliyinin 3 qurumuna və müxtəlif qurumlarına yazıblar və davamlı şəkildə yoxlamalar gəlib. Bununla bağlı o Yasamal RPİ-nin 29-cu bölməyə şikayətlər edib. 2019-cu ilin dekabrında video görüntülərdə də göstərilən kimi o maşının tıxac olduğuna görə gedə bilmədiyindən pəncərələri bağlayanda adam maşını təpikləməyə başlayır. O bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdikdə Etibar Nəbiyev və Elnur Nəbiyevin təsiri ilə onun şikayəti ləğv edilib. Bir neçə şikayət verməyinə baxmayaraq şikayətlərim ləğv edilib. Salman müəllim 2020-ci ilin mart ayından,aprel ayından sonra o qədər cinayəti birləşdirərək bir cinayət kimi baxılmasını istədi. 1 il ərzində cinayət işı getdi, çünki o vaxt cinayət işinin dayandırılması ilə bağlı gəlməyən təhdid yox idi. Çünki, ona 11.000 manatdan çox ziyan vurmuşdu. O Ailə,Qadın və Uşaq Komitəsində qeydiyyatdaydır, Daxili İşlər Nazirliyində Adıgözəl müəllimin davamlı nəzarətində olub. 2021-ci ildə Elxana 2 il azadlıqdan məhrum edilib. Prezident 2021-ci ildə xırda xuliqanlıqla bağlı məhkum edilmiş şəxslərin azadlığa çıxması ilə bağlı sərəncamı olduğuna görə qarşı tərəf maddi cəriməni ödədi. 29-cu polis bölməsindən ona zəng gələrək Elxan Nəbiyev tərəfindən onunla bağlı şikayət verdiyini və şikayətin səbəbinin ona zəng vuraraq narahat etməyi olduğunu dedilər. O 29-cu bölməyə çatanda Elxanın maşının orada olduğunu görüb. O 29-cu bölməni yığaraq düzgün etmədiklərini və burada onun başına bir hadisə gəldikdə onların heç bir şey edə bilməyəcəklərini deyib. O adam 2 illik məhkum edilməsi onun şikayətinə əsasən olduğundan ona qarşı böyük aqressiyası var. Dəfələrlə Elxan onun üzərinə gəlib və onları ayırıblar. İçəri keçəndə 29-cu polis bölməsinin rəis müavini onun həmin xanım olduğunu soruşdu və Elxanı çağırmağını dedi.Mən ona Elxanla məni bir araya gətirə bilməyəcəyini dedim və Elxan gəldiyi təqdirdə mən gedəcəyini deyib..O getmək istəyəndə isə qarşımı kəsərək Elxanın gələcəyini, gedə bilməyəcəyini və Elxanın gəlməyini gözləməyini dedi. Bunların hamısını onlar düşünülmüş şəkildə ediblər. Aşağı düşmək istəyəndə rəis yenə onu saxlamağı tapşırdı, 102 qaynar xəttə zəng vurub, bir-bir otaqdakıların adlarını çəkib, onu buraxmadıqlarını deyib. Qaynar xəttin zəngin açıq qoyaraq o formada 29-cu bölmədən çıxıb. Çölə çıxdıqdan sonra bütün dövlət qurumlarına yazıb. Sonra oradakılar cəzasını aldı, amma nə faydası var, onun həyatını tamamilə məhv edibiər, daima məhkəmələrdədir. Onun əxlaqsız və narkoman olduğunu əsas tutaraq məhkəməyə veriblər amma uduzublar, çünki hamısı yalandır. Elxan Nəbiyev onun narkoman olmağı ilə bağlı saxta sənədlər hazırlamışdı, o sənədləri prokurorluğa verib. Nəsimi Rayon Polis idarəsində onu yoxladılar, analiz nəticələri təmiz gəlib. Onu davamlı polisə veriblər. Maraqlı şəxs müavini Gülarə Verdiyevə ona qarşı idi, çünki Etibar Nəbiyevlə onun həyat yoldaşı Sumqayıt Şəhər Məhkəməsində işləyib. O 3 dəfə mühafizə orderi ilə bağlı müraciət edib, Gülarə Verdiyevə ona imtina verib. Sonuncu dəfə Maraqlı şəxsndə Mürsəl müəllim və onun keçmiş vəkilin vasitəsi ilə Elxanı otaqdan çıxardıblar, onu gördükdə təhqir edir. 3 dəfə onu otaqdan çıxarıblar, gedib küçədə maşınla dayanıb. O Maraqlı şəxsndə ona mühafizə orderini vermədiyinə görə Gülarə Verdiyevadan şikayət yazıb. Bu qədər şikayət yazdıqdan sonra işi digər müavin Zahid Xəlilova verdilər və o ona qulaq asaraq ona mühafizə orderini verdi, iki gün keçməmiş Elxan yenə bu hərəkətləri etməyə başlayıb, onun uşağını öldürmək istədi. Ən axırıncı mühafizə orderi avqust ayında olub və o mediasiyaya getməyib. Xanıma elektron formada mühafizə orderini göndərib. və onunla görüşmək istəmədiyini bildirib. Onların şərinə, böhtanına əsəbləri dözmür, saxta sənədlər düzəldirlər. Mühafizə orderi olduqda heç bir problem olmadığını dedi və onu onlayn qoşdular. Elxana onun atasının kim olduğu niyə maraqlıdır. Ona psixoloji zorakılıq göstərir. Davamlı polisdə, məhkəmələrdədir. Etibar Nəbiyev nəvələri ilə maraqlanmır. Elxanla evlənəndən sonra onun böyük problemlərinin olduğunu görüb. 2018-ci ildə öz kəndlərində qonşunun inəyini güllələdiyini görüb, bunu hansı səbəblə etdiyini soruşduqda ona inəyin onların həyətinə girdiyini dedi. O Etibar Nəbiyevə dəfələrlə onun psixoloji durumunun yerində olmadığını deyib, amma Etibar Nəbiyev bunların hamısını ört-basdır etmək üçün onun adını narkoman, əxlaqsız qoyublar. Maraqlı şəxs qarşısında Elxanın əlindən zorla alıblar, bunu hamı görüb. Mühafizə orderinin olması Elxana heç bir problem törətmir. Maraqlı şəxsndə onu əxlaqsız adlandırıb, hamının içində təhqir edib. Onlar ona fiziki zorakılıq edə bilmədiyindən psixoloji zorakılıq ediblər. Elxanın onun atasının kim olması nəyinə lazımdır, hamısı onu incitmək üçündür. Elxan Nəbiyevlə evli olduqda o ilk dəfə travmatik silahla vurub, onu öldürəcəyini deyib. Heç bir zaman Etibar Nəbiyev onlarla yaşamayıb.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Maddə 10.2. X5ndə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Maddə 10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılar nəzərdə tutula bilər: məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur. Maddə 12.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 12.2. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 355-1.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və X5nin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-1.2. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-2. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-4.4.Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə aşağıdakılardan biri və ya bir neçəsi qadağan edilir: məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Maddə 355-4.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı aşağıdakılardan biri və ya bir neçəsi göstərilir: məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları; yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi; zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri; uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat. Maddə 355-4.6. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki halda məişət zorakılığı törətmiş şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(006)-78/2021 saylı hökmünə əsasən X9 tərəfindən Ərizəçi əmlakına qəsdən məhv etmə və zədələməklə ona xeyli miqdarda ziyan vurma və ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxşlər üzərində zor tətbiq olunması hədəsi ilə, habelə özgənin əmlakının məhv etmə, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri tam sübuta yetirilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-78/2021 saylı hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, iş üzrə mülki iddianın tam təmin edilməsi və vurulmuş maddi zərərə görə 11.255 (on bir min iki yüz əlli beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul X2 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Ərizəçi ödənilməsi, X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

21. Ərizəçi qısa müddətli mühafizə orderinin verilməsi ilə bağlı müraciət etmiş və ona xx.xx.2023-cü il tarixdə 19 sentyabr 2023-cü il tarixədək X5 verilmişdir.

22. Məişət zorakılığı törətmiş şəxs Elxan Nəbiyevin apellyasiya şikayətində qeyd etdiyi kimi qısa müddətli mühafizə orderi verildiyi müddətdə mülki qaydada Ərizəçi və onun atasına qarşı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia tələbində qeyd edir ki, X18 Dəmirovaya münasibətdə bioloji atalığının müəyyən edilməsi üçün genetik laborator yoxlamanın keçirilməsi zəruridir. Ekspertiza rəyi ilə təsdiq olunsa uşaqlarının yad bir insanın yanında qalmasına və onunla ünsiyyətdə olmasına qadağa qoyulmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək X3 hüququdur. Lakin həmin iddia ərizəsində X19 Dəmirovanın atası olması mübahisələndirilir, bunun üçün lobarator yoxlamanın keçirilməsi tələb olunur.

24. Göründüyü kimi, tərəflərin arasında 2020-ci ildən bəri mübahisələr davam etməkdədir. Qısa müddətli mühafizə orderinin verilməsinə baxmayaraq yenə də tərəflər arasındakı gərginlik davam edir. Yəni görülən tədbirlərə məhəl qoymayaraq psixi təsirlər davam etdirilir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia qaldırmaq tərəfin hüququ olsa belə bütün görülən tədbirlərə rəğmən X14 Səidənin atasının doğma atası olub-olmamasını mübahisələndirməklə ona psixi təsir göstərməsi öz özlüyündə uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır.

26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Məişət zorakılığı törətmiş şəxs X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4721/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar