Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7381/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdroğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin 2(005)-2126/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhori, Nərimanov rayonu. X10 pr., 37 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X2, X3, «xxxxx» Firmasından və X4 müştərək qaydada 513839.70 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu. X10 pr., 37 saylı evin, 26 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1623/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, X10 pr., 37 saylı evin, 26 saylı mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X10 pr., 37 saylı evin, 26 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2126/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu X10 pr., 37 saylı evin, 26 saylı mənzildən istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərəkqətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin 2(005)-2126/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmişBakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1623/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC-nin cavabdehlər X7, X8, «xxxxx» Firması, Cavabdeh2, X5 və X6 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və.s tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş ....tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu. X10 pr., 37 saylı evin, 26 saylı mənzilinə tutma yönəldikdən sonra və mənzil satıldıqdan 1 ay sonra X8, Cavabdeh2 və X1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və.s qət edilmişdir. Həmin qətnamədən cavabdehlər X8, Cavabdeh2 və X5 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, İddiaçı QSC-nin cavabdehlər X7, X8, «xxxxx» Firması, Cavabdeh2, X5 və X6 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və.s tələbi ilə cavabdehlər X8 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X10 pr., 37 saylı evin, 26 saylı mənzilindən çıxarılması təmin edildiyindən, yenidən cavabdehlər X8 və Cavabdeh2 qarşı Bakı şəhori, Nərimanov rayonu, X10 pr., 37 saylı evin, 26 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə iddia tələbi ilə çıxış etməzinə lüzum qalmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndindən görünür ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsaslardan biri yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Göründüyü kimi “mənzilindən çıxarılma” məfhumu eyni zamanda həmin mənzilə dair istifadə hüququnun itirilməsini də əhatə etdiyindən həmin tələbin ayrıca iddia kimi irəli sürülməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, iş məhkəmədə baxılmalı olmadığuna görə iddiaçının hazırki tələbi ilə bağlı iddia tələbinə baxılması yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara qiymət verməmiş, prosessual hüquq normasını düzgün tətbiq etməməklə hazırki iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin 2(005)-2126/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 384.0.4, 385.1.1, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh1apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov RayonMəhkəməsinin 2(005)-2126/2020 saylı mülki işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7381/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7381/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver