Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7386/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 (HİT-na) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “sənədlərin təqdim edilməsi ” hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin X5 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X3rşı “sənədlərin təqdim edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2912/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin HİT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aid olan Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan hərəkətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Beynəlxalq Bankı Həmkarlar İttifaqı Komitəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Nəsimi Rayon Məhkəməsinin 2(006)-2912/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin X5 üzərinə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; İddiaçı aid həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı təqdim edilməsi vəzifəsi qoyulması və ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 3.Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 85, 86, 309; 24 fevral 1994-cü il tarixli "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 4.1, 77.1, 88, 106.1 ci maddələrinə istinadən qeyd edilmişdir ki, əmək qanunvericiliyinə əsasən həmkarlar ittifaqları təşkilatları (birlikləri) işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən işçilərin nümayəndəli orqanı olmaqla onların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılır. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin X2 dair çıxarılmış sənədin surətlərini almaq hüququna malik olduğundan iddia tələbi əsaslı olaraq təmin edilməlidir. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2018ci il tarixli iddianın təmin edilməməsi barədə qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2912/2023 saylı qətnaməsinin ləğv edilməsi, bu iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yeni qətnamə qəbul edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 49.1, 54.1 88, 217.1, 217.3 və 218.1; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86; Azərbaycan Respublikası Konstitusiyasının 71.2; “ Fərdi məlumatlar haqqında “ qanunun 13.1-ci maddəsinə, Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarına ; Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, qanunvericilik hər bir şəxsin fərdi məlumatlarının qorunması, mühafizəsi və başqa şəxslərə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla təqdim oluna bilməməsi barədə normalar təsbit etmişdir. Hazırki məhkəmə işində iddiaçının tələblərindən biri də Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolunun bütövlükdə ona təqdim olunmasıdır. Sözügedən iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsinə baxmayaraq Bank tərəfindən həmin iclasla bağlı tərtib olunmuş protokoldan məhz iddiaçıya aid olan hissənin çıxarış formasında iddiaçıya təqdim olunması təmin olunmuşdur. Buna səbəb həmin iclas zamanı sadəcə iddiaçıya deyil, digər şəxslərə aid məsələlərin də müzakirə olunması və protokolda öz əksini tapmasıdır. Digər işçilərlə bağlı iclasda müzakirə olunan məsələlər də protokolda öz əksini tapdığından və bu məlumatlar həmin şəxslərin fərdi məlumatları hesab olunduğundan, həmin protokolun bütövlükdə təqdim olunmasını tələb etmək həm iddiaçı, həm də bununla bağlı qərar qəbul edən məhkəmə tərəfindən qanunvericiliyin ciddi formada pozulması və digər şəxslərin qanunla qorunan mənafelərinə xələl gəlməsi deməkdir. AR Konstitusiyasında və hüquq nəzəriyyəsində də təsbit olunduğu kimi, bir şəxsin hüquq və azadlıqları digər şəxsin hüquq və azadlıqlarının başladığı yerdə bitir. Hərçənd ki, sözügedən protokoldan çıxarışın məhkəməyə və iddiaçıya təqdim olunması faktı digər sübutlar kimi məhkəmə qətnaməsində öz əksini tapmasa da, yuxarı instansiya məhkəməsi tərəfindən iş materiallarına baxış keçirildikdə sözü gedən protokoldan çıxarışın təqdim olunduğunu görmək mümkündür və beləliklə, məhkəmə tərəfindən iddiaçının iddiasının bu hissədə təmin olunması qanunvericiliyin yuxarıda göstərilən normalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir.Məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində qeyd yekun akt çıxararkən əsaslandığı hüquq normalarının içərisində AR Əmək Məcəlləsinin 86-a maddəsini qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 86-cı maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Məhkəmənin öz iddiasının əsaslarından birini bu normanın üzərində qurması hazırki işin hüquqi həlli baxımından absurd bir yanaşma olmuşdur. Belə ki, ilk növbədə, iddiaçının hazırki iddia tələbi ilə bağlı təqdim edilməsini tələb etdiyi sənədlərin heç biri: 1) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli iclas protokolu; 2) işəgötürənin Həmkarlar İttifaqına əsaslandırılmış yazılı təqdimatı; 3) onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədləri; 4) İddiaçı aid ediməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan həkərətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülər; 5) Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətləri) yuxarıda məhkəmənin istinad etdiyi ƏM 86-cı maddəsində nəzərdə tutulan sənədlər siyahısına aid deyildir və həmin maddənin məzmununda qeyd olunan sənədlərin hər biri məhz işəgötürənlə işçi arasında olan əmək münasibətlərinə dair yekun faktların təsdiq olunduğu sənədlərdir. Hazırki iddianın mahiyyətində, iddia işəgötürən olaraq "xxxx" ASC-yə qarşı deyil, məhz onun Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir və tələb olunan sənədlər işəgötürən olaraq Banka deyil, Həmkarlar İttifaqı Komitəsinə aid olan sənədlərdir. Bundan əlavə absurd olan məqamlardan da biri ondan ibarətdir ki, məhkəmə sözügedən maddəyə əsaslanaraq qeyd olunan sənədlərin saxlanma müddətinin 5 il olduğunu göstərmişdir. Ən pis ehtimalda iddia tələbində göstərilən sənədlərin necəsə bütün hüquq normalarını qıraraq həmin maddədəki sənədlər siyahısına daxil olduğunu fərz etsək belə, bu halda da sözügedən iclas xx.xx.2017-ci il tarixdə keçirilmişdir və iddiaçı məhkəməyə məhz bu iclasla bağlı sənədlərin təqdim edilməsi tələbi ilə müraciət edərkən artıq iclasın keçirilməsindən 5 ildən çox müddət keçməsi tamamilə aşkardır. Bu halda məhkəmənin ƏM-nin 86-cı maddəsini rəhbər tutaraq cavabdehin üzərinə tələb olunan sənədlərin verilməsi öhdəliyinin qoyulması həm hüquqi, həm də məntiqi-riyazi cəhətdən tamamilə absurd bir yanaşma olmuşdur. Göründüyü kimi məhkəmə öz qətnaməsini əsaslandırarkən istinad etdiyi maddi hüquq normaları nə işin mahiyyətinə, nə hüququn ümumi prinsiplərinə uyğun gəlməmiş və beləliklə, heç bir maddi hüquqi əsası olmayan məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaranmışdır. Qanunvericilikdə mülki prosessual fəaliyyət qabiliyyətinin təsbit olunmasına dair normada konkret olaraq kimlərin bu fəaliyyət qabiliyyətinə məxsus ola bilməsi dairəsi müəyyənləşdirilmişdir və bunlardan biri də qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsdir. "Azərbaycan dövlət idarələri və ictimai xidmət işçiləri Həmkarlar ittifaqı"mn Nizamnaməsinin 1-ci bəndinə əsasən İttifaq hüquqi şəxs statusuna malikdir və qanunlara, hüquqi aktlara, mövcud Nizamnaməyə uyğun yaradılmış orqanlar vasitəsilə öz vəzifələrini icra edir. İttifaqın ilk, ərazi və birləşmiş təşkilatları hüquqi şəxs statusuna malik deyillər və onların fəaliyyəti bu Nizamnamə ilə tənzimlənir. Cavabdeh iddianı müstəqil hüquqi şəxs olan Azərbaycan Respublikası Həmkarlar İttifaqı Komitəsinə qarşı deyil, ona tabe olan, sadəcə kiçik bir struktur bölməsi - “ABB" ASC-nin Həmkarlar İttifaqı Komitəsinə qarşı verilmişdir. Bu qurum həm AR HİK-ə tabe olmaqla bərabər, həm də “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tərkibində mövcud olan bir qurumdur və məhkəmədə müstəqil cavabdeh kimi qoyulması, ona qarşı iddia sürülməsi və hətta məhkəmə qətnaməsi ilə onun üzərinə hansısa öhdəlik qoyulması həm MPM-in 49.1-ci maddəsinin tələblərinə, həm də yuxarıda adı çəkilən Nizamnamənin tələblərinə uyğun deyildir. Bu halda məhkəmə tərəfindən iddianın qaldırıldığı qurumun subyektiv cavabdeh olmadığı müəyyən edilməli və məhz həmin cavabdehə qarşı iddia tələbi təmin edilməməli idi. Göründüyü kimi məhkəmə hələ iddia ərizəsi icraata qəbul edilərkən və işə mahiyyəti üzrə baxılarkən yoxlamalı olduğu məsələlərdən ən vacibi - subyektiv cavabdehlik məsələsini yoxlamadan və düzgün müəyyənləşdirmədən əsassız məhkəmə qətnaməsinin çıxarılmasına zəmin yaratmışdır. Cavabdeh tərəfindən nə məhkəmə proseslərində təqdim olunan, nə də "Elektron Məhkəmə İnformasiya sistemi" vasitəsilə yaradılmış elektron kabinet vasitəsilə təqdim olunan sənəd və sübutlara nəinki məhkəmə tərəfindən qiymət verilməmiş, ümumiyyətlə, məhkəmə qətnaməsində ad olaraq belə öz əksini tapmamışdır. Təqdim olunan sənədlər kimi yalnız İddiaçıla ABB ASC arasında mövcud olmuş məhkəmə mübahisəsinə dair məhkəmə aktlarının adı çəkilmiş, iş materiallarında olan və iş üçün mühüm əhəmiyyət kəs edən sənədlərin heç biri qətnamədə öz əksini tapmamış və bu sənədlərə dair məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bu da öz növbəsində məhkəmə qətnaməsinin qəbulu ilə bağlı açıq-aşkar qərəzli mövqeyin mövcudluğunu deməyə rahatlıqla əsas verir. İddiaçının tələblərindən biri işəgötürənin Həmkarlar İttifaqı əsaslandırılmış yazılı təqdimatı və onun Həmkarlar İttifaqına rəsmi olaraq təqdim edilmə (daxil olma) tarixini təsdiq edən sənəd, təqdimata əlavə edilmiş əsaslandırma sənədlərinin təqdim edilməsi olmuşdur. Bununla bağlı da tərəfindən daha öncə iddiaçıya onun “işə bərpa" tələbinə dair məhkəmə prosesi zamanı da təqdim edildiyi kimi, yenidən Bankın Təşkilati departamentin direktoru Şölə Ələkbərova tərəfindən cavabdeh təşkilatın sədrinə ünvanlanmış yazılı müraciət təqdim olunmuşdur. Daha öncə də qeyd olunduğu kimi ABB ASC-nin Həmkarlar İttifaqı Komitəsi adından da göründüyü kimi Bankın tərkibində fəaliyyət göstərir və eyni müəssisənin daxilindəki struktur bölmələr tərəfindən bir-birilərinə verilən sənədlərlə bağlı hansısa kargüzarlıq təlimatı, yaxud dəftərxana qeydiyyatı ilə bağlı hansısa tələb mövcud deyildir və hazırda iddiaçı tərəfindən sırf əsassız və süründürməçi mahiyyət daşıyan iddia qaldırılmaqla və həmin iddianı icraata qəbul edərək absurd istəklərin təmin olunmasına şərait yaradılması məhkəmə tərəfindən rəhbər tutulmalı olan ideyalar və prinsiplərlə, ümumiyyətlə, uyğun gəlməməkdədir. Hazırki halda iddiaçının məhz hansı hüququnun pozulduğu, ümumiyyətlə, belə bir hüququnun mövcudluğu məhkəmə tərəfindən araşdırılmalı, tələb olunan istəyin fiziki cəhətdən həyata keçirilməsinin mümkün olub-olmaması məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Təqdimata əlavə edilən sənədlərin təqdim edilməsi məsələsinə gəldikdə, yenə də məhkəmə qətnaməsində bununla bağlı heç bir qeyd olmamasına baxmayaraq bildirilir ki, sözügedən sənədlər onsuz da daha öncə adı çəkilən məhkəmə prosesində iş materiallarında mövcud olmuş və məhz həmin məhkəmə qətnaməsinin (hansı ki, iddiaçının ziyanına qəbul edilmişdi) çıxarılmasına əsas olan sənədlər olmuşdur. Bununla bağlı da həmin məhkəmə prosesində həmin işdə də iddiaçı olan İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli işlə tanış olma ərizəsi tərəflərindən məhkəməyə təqdim edilmiş (yenə də bu fakt qətnamədə öz əksini tapmamışdır) və məhkəmə tərəfindən həmin iş qaldırılaraq, həqiqətən də, tələb olunan sənədlərin məhz o iş qovluğunda olması və iddiaçının da həmin sənədlərlə tanış olma barədə ərizəsinin mövcudluğu faktı öz əksini tapmışdır. Onsuz da daha öncə dəfələrlə təmin olunan istəklə yenidən məhkəməyə müraciət edən iddiaçının heç bir hüququnun pozulmamasına, öz hüququnu həyata keçirməsinə kifayət qədər şəraiti olması və həqiqətən də, həyata keçirməsinə baxmayaraq məhkəmə yenə də eyni öhdəliyi cavabdehin üzərinə qoymaqla çox absurd məhkəmə qətnaməsi qəbul edilməsinə zəmin yaratmışdır. İddiaçının növbəti tələbi İddiaçı aid edilməsi iddia edilən və həmkarlar İttifaqının iclasında müzakirə predmeti olan hərəkətlərin əks olunduğu təhlükəsizlik kameralarında olan görüntülərin tələb edilməsi olmuşdur. Bunula bağlı da tərəflərindən məhkəməyə sözügedən tələbin icrasının qeyri-mümkün olduğunu təsdiq edən sübut təqdim olunsa da, artıq təbii haldır ki, yenə də məhkəmə qətnaməsində bu fakt öz əksini tapmamışdır. Belə ki, ABB ASC- nin təhlükəsizlik kameraları ilə bağlı məsələlərlə əlaqədar məsul struktur bölməsinə - Təhlükəsizlik departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli sorğuya eyni tarixdə cavab ünvanlanmış və cavab məktubunda Bankda təhlükəsizlik kameraları ilə bağlı video görüntülərin saxlanma müddətinin 6 ay olduğu bildirilmişdir. Aydındır ki, xx.xx.2017-ci il tarixli Hİ iclasının keçirilməsinin üzərindən nəinki 6 ay, 6 ilə yaxın müddət keçmişdir və hazırda videogörüntülərin təqdim olunmasının qeyri-mümkünlüyü məsul struktur bölmə tərəfindən öz əksini tapmışdır. Lakin məhkəmə sanki bu cavabı və sübutu görməzdən gəlmiş və yenə də icrası qeyri-mümkün olan öhdəliyi cavabdehə yükləməklə öz qərəzini açıq-aydın göstərmişdir. Əgər məhkəmənin cavabdeh tərəfindən təqdim edilən sübutun mötəbərliyinə şübhəsi mövcud olmuşdursa, bu zaman, həqiqətən də, videogörüntülərin mövcud olub-olmamasını müəyyənləşdirmək məqsədilə bu məsələ ilə bağlı mütəxəssis və ya ekspert təyin edilə, həmçinin başqa yoxlamalar yolu ilə bu məlumatın düzgünlüyü məhkəmə tərəfindən yoxlanıla bilərdi. Növbəti tələb Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2017-ci il tarixli qərarının hansı tarixdə işəgötürənə təqdim edilməsini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi olmuşdur ki, sözügedən sənəd də eyni iddiaçının Banka qarşı işə bərpa tələbinə dair mövcud olmuş məhkəmə prosesi zamanı təqdim edilmiş, məhkəmənin qətnamə qəbul edilərkən Əmək Məcəlləsinin müvafiq normalarının tələblərinin gözlənilməsini yoxlamaq vasitəsilə tələb olunan sənədlərdən biri olmuşdur. Yenə də iddiaçı sözügedən sənədi həmin məhkəmə işi ilə tanış olmaq imkanı mövcud olarkən və həqiqətən də, tanış olmasına baxmayaraq hazırda yenidən cavabdeh istəməsi sırf prinsipial olaraq verilmiş iddiadan başqa şey deyildir və həmin sənədin də yenidən cavabdeh tərəfindən təqdim edilməsi qeyri- mümkündür. Lakin məhkəmə yenə də bütün bu faktları görməzdən gələrək sanki iddiaçının absurd tələblərinə absurd məhkəmə qətnaməsi ilə cavab verməyi üstün tutmuşdur. Yuxarıda qeyd olunan bütün hallar və faktlardan da görünür ki, məhkəmə hazırkin qətnaməsini qəbul edərkən subyektiv cavabdehi düzgün müəyyənləşdirmədən, tələbin hüquqi əsasının mövcud olubolmamasını yoxlamadan, icrası qeyri-mümkün olan, o cümlədən daha öncə artıq icra edilmiş tələbin icrasını yenə də cavabdehin üzərinə öhdəlik kimi qoymuşdur. Hüququn analogiyasını və məntiqi mülahizələri rəhbər tutaraq təsəvvür etsək ki, bir şəxs digərinə qarşı borcun (hansısa pul məbləğinin ) qaytarılması tələbi ilə məhkəməyə müraciət edir və məlum olur ki, onsuz da həmin pul cavabdeh tərəfindən ödənilmişdir, işin mübahisəsiz halıdır. Buna baxmayaraq məhkəmə iddianı təmin etməklə yenidən eyni məbləğin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyur. Yaxud başqa misalla, iddiaçı cavabdehin mənzildən çıxarılması və ya özünün mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir və məlum olur ki, onsuz da cavabdeh həmin mənzildə yaşamır və mənzildən çıxarılacaq heç kəs yoxdur, yaxud onsuz da iddiaçı o mənzildə yaşayır və yenidən onun köçürülməsi qeyri-mümkündür. Daha qısa desək, iddiaçının hüquqları pozulmamış və məhkəmə tərəfindən bərpa edilməli heç bir məsələ mövcud olmamışdır. Lakin məhkəmə qeyd olunan iddiaları artıq heç bir pozuntu olmamasına baxmayaraq rədd etmək əvəzinə təmin etsə və qeyri-mümkün bir öhdəliyi cavabdehin üzərinə qoyarsa, o zaman məhkəmə qətnaməsinin də heç bir mahiyyəti qalmaz və icrası mümkün olmayan kağız parçasına çevrilər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin HİT-nın nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının cavabdeh kimi “ Azərbaycan Respublikası” Beynəlxalq Bank” ASC-nin HİT-nı qoymasını düzgün hesab etmədiyini, çünki onun müstəqil hüquqi şəxs deyil, ASC-nin tabeliyindəki ictimai qurum olduğunu, baxmayaraq ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində Həmkarlar İttifaqının səlahiyyəti nəzərdə tutulsa da, bunun Azərbaycan Respublikası X7 aid edilmiş səlahiyyət olduğunu qeyd edir. Bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə nizamnamə, protokoldan çıxarışlar təqdim olunsa da bunların heç birinin nəzərə alınmadığını, həmçinin birinci instansiya məhkəməsində iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunmasının təklif olunduğunu, lakin qəbul etmədiyini bildirmiş, işin halları ilə bağlı isə məhkəməyə dəfələrlə sənədlərin X4 deyil, Beynəlxalq Bankdan tələb edilməli olduğunu bildirsələr də bunun nəzərə alınmadığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 7.İddiaçı nümayəndəsi Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə və məlumatla müraciət etmiş və məlumatda apellyasiya şikayəti ilə tanış olarkən onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığının müəyyən edildiyini qeyd etmiş, ərizədə isə Bakı şəhəri Baş Polis İdarəsində istintaq hərəkətlərində iştirak etməli olduğundan məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Konstitusiyanın 32, 50; Əmək Məcəllənin 85, 86, 296, 300 , 309; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-84, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 9.Əmək Məcəlləsinin tələblərinə əsasən: 86.1 İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.86.2 Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. 86.3 Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir;309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət: 1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. 2. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir. 10.“Həmkarlar ittifaqı haqqında“ Azərbaycan Respublikası qanununun tələblərinə əsasən:
1. Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil, ictimai, qeyri-siyası təşkilatdır. 1 2 . Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. 11.X1 tələblərinə əsasən: 7. Həmkarlar İttifaqı üzvü: özünün sоsial - əmək hüquqlarını və mənafеlərinin müdafiəsində həmkarlar İttifaqı köməyindən istifadə еtmək; Təşkilatın, sahənin, rеgiоnun inkişafı prоqramlarına, sоsial və iqtisadi siyasət məsələlərinə dair təkliflər vеrmək; Həmkarlar İttifaqı оrqanlarına sеçmək və sеçilmək; Həmkarlar İttifaqı və оnun təşkilatlarının kеçirdiyi tədbirlərdə iştirak еtmək; Həmkarlar İttifaqı оrqanlarını, оnların rəhbərlərini, hər bir həmkarlar İttifaqı üzvünü tənqid еtmək, öz rəyini bildirmək və müdafiə еtmək; Həmkarlar İttifaqının məqsəd və vəzifələri çərçivəsində təşəbbüslər irəli sürmək, həmkarlar İttifaqı оrqanlarına təkliflər vеrmək; Həmkarlar İttifaqı оrqanlarına оnların səlahiyyətlərinə aid məsələlərlə müraciət еtmək, öz müraciətlərinin mahiyyətinə aid cavab almaq; Ərizəsi, şikayəti və təklifi baхılan həmkarlar İttifaqı оrqanının yığıncağında iştirak еtmək; Müəyyən оlunmuş qaydaya əsasən həmkarlar İttifaqı əmlakından istifadə еtmək; Həmkarlar İttifaqından sоsial kömək və dəstək almaq; Sоsial - əmək məsələləri üzrə təmənnasız hüquqi məsləhətlər almaq hüququna malikdir. 12.“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə əsasən: 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5. İnformasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 6.1. İnformasiya əldə olunmasının əsas prinsipləri aşağıdakılardır: 6.1.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi; 6.1.2. informasiyanın əldə olunmasının qanuniliyi; 6.1.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi; 6.1.4.informasiyanın maksimum açıqlığı; 6.1.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi; 6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması; 6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi; 6.1.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi; 6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması; 6.1.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi; 6.1.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması. 6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra - sənəd) hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.1. sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma; 14.1.2. sənədin üzünün köçürülməsi; 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 14.1.4. sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması; 14.1.5. stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi; 14.1.6. sənədin tərcümə olunması; 14.1.7. sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. 17.1. İnformasiya sahibi informasiyanın əldə olunmasının şərtlərini, qaydalarını və üsullarını sorğuçuya anlaşıqlı şəkildə çatdırmalıdır. 17.2. İnformasiya sahibi sorğu edilən informasiyaya malik olmadıqda onun mövcud ola biləcəyi yeri tapmaqda sorğuçuya kömək göstərməlidir. 17.3. Sorğuda hansı informasiyanın əldə olunması və ya bu informasiyanın hansı formada təqdim edilməsi aydın göstərilməyibsə, vəzifəli şəxs bunu dəqiqləşdirmək üçün sorğuçu ilə bu Qanunla müəyyənləşdirilmiş qaydada əlaqə yaratmalıdır. 17.4. Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyənlərin şifahi sorğusu informasiya sahibinin vəzifəli şəxsləri tərəfindən adları və soyadları, tutduqları vəzifə göstərilməklə yazılı şəkildə tərtib edilir və tarixi göstərilməklə qeydə alınır. 20.1. İnformasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 20.1.1. sorğunun icrasından imtina edir; 20.1.2. sorğunun icrasını təmin edir; 20.1.3. sorğunu aidiyyəti informasiya sahibinə göndərir. 24.1. İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 24.2. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. 24.3. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. 24.4. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. 38.1. Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. 38.2. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır: 38.2.1. qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar; 38.2.2. etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar; 38.2.3. cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;38.2.3-1. şəxsin məhkumluğu barədə məlumatlar ;38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar; 38.2.5. şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar; 38.2.6. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar; 38.2.7. ruhi və fiziki əzablara dair məlumatlar; 38.2.7-1. şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar; 38.2.8. vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar; 38.2.9. maliyyə əməliyyatları barədə məlumatlar. 38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: 38.3.1. cinsi həyat haqqında məlumatlar; 38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar; 38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar. 38.4. Bu maddədə göstərilən fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur. 38.5. İnformasiya sahibi aşağıdakı hallar istisna olmaqla, fiziki şəxslərin sorğuları əsasında onları özləri barəsindəki fərdi məlumatla tanış etməyə borcludur: 38.5.1. yetkinlik yaşına çatmayan şəxsin informasiya ilə tanış olması onun mənşəyi haqqında sirri pozursa;38.5.2. informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa və ya cinayət işində həqiqəti müəyyənləşdirməyə mane olarsa; 38.5.3. digər insanların hüquq və azadlıqlarının müdafiəsi informasiyanın açıqlanmamasını tələb edirsə; 38.5.4. informasiya dövlət təhlükəsizliyi naminə toplanıbsa. 38.6. Aşağıdakı şəxslər bu maddədə göstərilən fərdi məlumatlarla tanış olmaq və ya onu əldə etmək hüququna malikdirlər: 38.6.1. valideynlər və ya qəyyumlar - yetkinlik yaşına çatmayanlar haqqında məlumatlarla; 38.6.2. qəyyumlar - fiziki pozuntusu olan şəxslər barədə məlumatlarla; 38.6.3. dövlət və bələdiyyə qulluqçuları xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı məlumatlarla; 38.6.4. fərdi məlumatlarla işləməyə icazə alanlar - yalnız bu icazədə göstərilən məlumatlarla; 38.6.5. normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, mədəniyyət, səhiyyə və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərin işçiləri və sahibkarlar yalnız bu xidmətlərin göstərilməsi üçün zəruri olan həddə informasiyalarla; 38.6.6. fiziki şəxslər - özləri barəsindəki informasiyalarla; 38.7. İnformasiya sahibi fərdi məlumatları əldə edən şəxslərin qeydiyyatını aparmalı, həmin qeydiyyatda informasiya ilə tanışlığın və ya onu əldə etmənin məqsədi, vaxtı və üsulu göstərilməlidir. 13.Diqqətə çatdırılmalıdır ki, mülki işdə iddiaçının müraciətinə hər hansı cavab verilməsi barədə sübut mövcud deyildir. Əmək qanunvericiliyin sənədlərin saxlanılma müddətini müəyyən normaya istinad etməsi də qeyd edilən müraciətin işəgötürənə verilməsini istisna etdiyindən, habelə həmkarlar ittifaqları - könüllü birləşdiyi, nizamnamələri və Həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən, iddiaya cavab verməsi istisna edilməyən, müstəqil ictimai, qeyri-siyasi təşkilat olduğundan, onun informasiya sahibi olaraq iddiaçının özü barədə mövcud məlumatları təqdim etmək, olmadıqda isə müvafiq köməklər göstərmək vəzifəsi vardır. Ona görə məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edir. 14.Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci isə, apellyasiya şikayəti əsassız olduğundan,onu ödəyən şəxsə aid edilməlidir. 15.Göstərilənlərə əsasən və MPM-in 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)- 2912/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.