Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7387/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nümayəndə2 Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1983/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ilin fevral ayında X8 rayon şöbəsinin Alpan filialına öz adına qoyduğu 1100 (min yüz) rus rublunun və 1993-cü ildə X8 rayon şöbəsinin Alpan filialına X2nun adından birdəfəlik uşaq əmanəti üzrə qoyduğu 50.000 (əlli min) manat məbləğində pulun qaytarılması, həmin pulların vaxtında Azərbaycan Respublikasında denominasiya getməmişdən əvvəlki hesabla 200% hesablanmaqla geri qaytarılması, həmin pulların vaxtında geri qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq qaytarılacaq pulların üzərinə əlavə olunması, 2003-cü ildən bu vaxta kimi ona və oğluna məxsus pul vaxtında geri qaytarılmadığı üçün dəymiş mənəvi və maddi ziyan olaraq 50.000 (əlli min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin avqust ayında X10in adına əmanət bank 053 nömrəli filialının 010 nömrəli şöbəsində H-1 nömrəli hesabına məqsədli uşaq əmanətinə 50000 manat milli pul qoymuşdur. Əmanətin mədaxil orderini iddiaçı 50000 manat rəqəminin qarşısında manat yazdığı zaman iddiaçıdan pulu qəbul edən bankın işçisi 50000 rəqəminin qarşısında «publ» sözünü tyazmasını demiş və iddiaçı «rubl» yazmağa məcbur olmuşdur. Manatla ifadə etdiyi orderi bank işçisi «rubl» eləmişdir. İddiaçıya demişdir ki, bankın müdiriyyəti onlara tapşırıb ki, qəbul etdikləri əmanətlərin qarşısında «rubl» yazmaqla qəbul edin. Beləliklə, müqavilələr belə olmuşdur ki, əgər iddiaçı bu əmanəti 2003-cü ilə kimi bankdan çıxarsa həmin əmanət hər il üçün 200% artmaqla 2003-cü ildə ödəniləcək. 50000 hər il üçün 200% hesablanmaqla ödəniləcəkdir. Daha sonra 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə bank işçiləri bir daha təsdiq etmişlər ki, əmanətləri rubla qəbul etməsi onlara tapşırmışlar. Deməli qoyduğu əmanətlərin mənimsənilməsi üçün birindi addam idi. 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə ona demişlər ki, onun əmanətin öz dəyərini itirmiş və iddiaçı 12 manat almalıdır və bu əmanəti iddiaçya verə bilməzlər. Ona görə ki, pulun buraxılması üçün Preziddentin Xüsusi Sərəncamı olmalıdır. Lakin iddiaçı əmanəti banka qoyarkən müqaviləsində Prezidentin Sərəncamı olsa «sizə əmanətin verməyəcəyik» ifadəsi olmamışdır. Beləliklə, iddiaçı əmanətini 2003-cü ildən sonra ala bilməmişdir. Bu barədə Respublikasının bütün səlahiyyətli orqanlarına müraciət etmişdir. İddiaçının əmanətinin hesablanması aşağıdakı kimi olmalıdır. 11.12.1993-cü il 58 nömrəli Respublika Prezidentinin Fərmanına əsasən hər 10 publ 1 AZN manatına qiymətləndirilərsə, iddiaçının 50.000 rublun 5000 və 1994-cü il üçün 5000 manata bərabər olur. 1994-cü il = 5000 1995-ci il = 5000 x 200%=10000 1996cı il = 10000 x 200% = 20000 1997-ci il = 20000 x 200% = 40000 1998-ci il = 40000 x 200% = 80000 1999-cu il = 80000 x 200% = 160000 2000-ci il = 160000 x 200% = 320000 2001-ci il = 320000 x 200% = 640000 2002-ci il = 640000 x 200% = ******* 2003-cü il = ******* x 200% = ******* (iki milyon beş yüz altmış min) manat ödənilməlidir. Kapital bank bağladıqları müqaviləyə 1993-cü ildə 80 faiz, 1994-cü ildə 200% hesablamaqla iddiaçı ilə bankın arasında müqaviləni bank birtərəfli qaydada pozmuş, müqaviləni pozarkən müqavilənin bağlanması və pozulması qaydalarına əməl etməmiş, iddiaçıya məlumat verməmiş və nəticədə iddiaçının əmanətin bank tərəfindən məqsədli formada mənimsənilmişdir. İddiaçı ilə bank arasında bağlanmış müqaviləyə görə ona 2003-cü ildə iki milyon beş yüz altmış min manat ödənilməli idi. Lakin hər hnsı səbəb olursa olsun bank iddiaçıya məlumat verməli olsaydı ki, 1995-ci ildə onun bank arasında müqavilə pozuluq, iddiaçı həmin ildə qoyduğu pulu alardı və iddiaçıya o qədər ziyan dəyməzdi. Məlumat vermədən müqavilənin pozulması və iddiaçıya vurulan ziyan üçün bank günahkardır. İddiaçı 1992-ci ilin fevral ayında əmək-əmanət kitabçasına 1100 publ bankın 349 nömrəli filialın 10 nömrəli şöbəsinin 805 nömrəli hesaba 1100 rubl pul qoymuşdur. Bu pulun üstünə aylıq əmək haqqından əlavə etməklə 08 yanvar 1993-cü il tarixədək 24476 pul qoymuşdur. Respublika Prezidentinin Fərmanına əsasən bu pulun 7030 publ iddiaçıya bu vaxta kimi qaytarılması idi. Halbuki, 24476 manat tam məbləğdə iddiaçıya ona verilə bildiyi halda heç 7030 rublu da ona ödəməkdən Cavabdeh imtina etmişdir. Bu da onu göstərir ki, həqiqətən də onunla bank qərəzlidir. Ona görə də iddiaçı haqqını tələb edir. Bir daha demək olar ki, bank iddiaçının əmanətlərini ona vermək istəsəydi, onlar iddiaçıya məcbur surətdə bildiriş göndərib, pulu almasına israrlı olardılar. İddiaçı əmanətini 2003-cü ildə almalı olduğuna görə 2005-ci ilin bank əmanətləri ona aid ola bilməz. Göründüyü kimi, iddiaçının cavabdehdən ziyan tələbi əsaslıdır. Ona görə ki, iddiaçı banka pul qoymuşdur. Pulun geri qaytarılma vaxtında ona qaytarılmamış, denominasiya nəticəsində həmin pullar qəpik quruş olmuş, iddiaçı bu barədə 2003-cü ildən müraciət etdiyi orqan yoxdur. Lakin bunun heç bir nəticəsi olmamışdır. Oğlu X1 torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 28.09.2020-ci ildə şəhid olmuşdur. Quba Regional ASAN xidmət mərkəzinin notariat kontorunda vərəsəlik işi açılmış notariat kontorunun verdiyi məktuba əsas iddiaçı da oğlunun vərəsələri sırasına daxildir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1983/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 17.03.1993-cü ildə bankın Quba rayon şöbəsində X2nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank müqavilə şərtlərinə ümumiyyətlə əməl etməmiş, müqavilə üzrə faizləri birtərəfli dəyişmişdir və bu barədə ona heç bir yazılı, rəsmi, habelə şifahi məlumat verməmişdir. Halbuki belə bir dəyişiklikdən xəbəri olsa idi əmanətini vaxtında çıxardar və külli miqdarda zərərə düşməzdi. Bundan başqa birinci instansiya məhkəməsi şahid dinidirilməsi barədə vəsatətə səhlənkar yanaşmış, bank tərəfindən onda olan zəruri sənədləri, müqavilələri, sazişləri məhkəməyə verilməməsinə hüquqi qiymət verməmiş, həmin sənədləri tələb etməmişdir. Qeyd olunan qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilmiş hissəsinə xitam verilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC istər məhkəmən əvvəl, istərsə də məhkəmə mübahisəsinin davam etdiyi vaxtda iddiaçıya çatmalı olan və hal-hazırda Bankda müvafiq hesabdasaxlanılan 13.56 manat pul vəsaitini ödəməkdən imtina etməmişdir. İddiaçı tərəfindən Əmanət məbləğinin geri qaytarılması ilə bağlı Banka müraciət edildikdə qalıq məbləğin ona ödənilməsini təmin etmək üçün əmanət kitabçası ilə birlikdə Banka yaxınlaşması tövsiyə edilmişdir. Lakin iddiaçı bu günədək sözügdən məbləğin götürülməsi üçün banka müraciət etməmişdir. Göründüyü kimi 13.56 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Həmin hissədə mübahisə olmadığı üçün iddianın bu hissəsinə məhkəmədə baxılmalı deyildi. Məhkəmə iclasında iddiaçı, tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellysasiya şikayətinin təmin edilməsini xahiş edərək, əlavə olaraq bildirdi ki, bankla aralarında olan müqavilə onun xəbəri olmadan birtərəfli qaydada pozularaq, faizlər düzgün hesablanmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili, tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən 50000 məbləğində vəsaiti banka manatla qoyulmuşdur. Həmin vaxt manat dövriyyədən çıxarılmamışdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçının özü də etiraf edir ki, 50000 məbləğində vəsaiti banka rublla qoymuşdur. Həmin hal ilkin iddia ərizəsindən də görünür. Birinci abzasda qeyd edilir ki, rubl yazmağa məcbur olub. Hesab edir ki, iddia tələbinin mübahisə olmayan hissəsində məhkəmə icraaata xitam verməli idi. Qeyd olunanlara əsasən tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinəyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş əmanət kitabçasından görünür ki, X3 adına «məqsədli uşaq» əmanəti üzrə H-1 saylı hesabda 17.08.1993-cü ildə 50000 rubl vəsait yerləşdirilmişdir. İş üzrə Cavabdeh ASC-nin Quba rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 15.03.2005-ci il tarixli məktubun kserosurətindən görünür ki, X7 Alpan filialı tərəfindən 17.02.1992-ci ildə və 17.08.1993-cü ildə İddiaçı tərəfindən əmanətə qoyulmuş 400 rubl məbləğində sertifikatın və 50.000 rus rublun qəbulu zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir. İddiaçı sorğu etmişdir ki, 17.02.1992-ci ildə əmanətə qoyulmuş 400 rubl sertifikatın dəyəri hazırda hansı miqdarda ödənilməlidir. Bildirirlər ki, hazırda bu pulların ödənişi saxlanılmışdır və onların hansı miqdarda ödəniləcəyi barədə İddiaçı heç bir məlumat verə bilmərlər. Məktubunda 17.08.1993-cü ildə əmanətə qoyduğu 50.000 rublun əvəzində İddiaçı nə qədər pul ödəniləcəyi ilə bağlı sorğusuna əsasən bildirilər ki, hazırda İddiaçı əmanətinin məbləği ötən illərdə hesablanmış faizlərlə birlikdə 62.000 manatdır. İstədiyi vaxt bu pula ala bilər. Daha bir məsələ barədə məlumat vermək istəyirlər. O dövrlərdə qoyulmuş əmanətlərin qaytarılması ilə bağlı hazırda höküməti müvafiq işlər aparır. Qanunverici orqanlarda bu məsələlər vaxtaşırı olaraq müzakirə edilir. Əmanətlərin ödənilməsi ilə bağlı hər hansı qərar qəbul edilərsə bütün vətəndaşları kimi bu İddiaçı da şamil ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Milli Bankı tərəfindən İddiaçı ünvanlanmış 30.12.2008-ci il tarixli məktubundan görünür ki, 17.08.1993-cü ildə X5 adına keçmiş Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankının 053 №-li Quba rayon şöbəsinin Alpan kəndində yerləşən 010 №-li filialında «Məqsədli uşaq» əmanət növü üzrə H-1 №-li hesab açılmışdır. Həmin dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun «Əhalinin əmanət qoyuluşları» adlanan 20-ci maddəsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasən əmanətlər üzrə faiz dərəcələri və digər şərtlər bankların özləri tərəfindən müəyyən edilirdi. Belə ki, əmanətlərə tətbiq olunan faiz dərəcələri, makroiqtisadi vəziyyət, mərkəzləşdirilmiş kredit resurslarının uçot dərəcəsi, həmçinin inflayasiya səviyyəsi nəzərə alınmaqla 4%-dən 200%-ə qədər yüksəldilmişdir. Beləliklə, 17.08.1993-cü il tarixdə «məqsədli uşaq» əmanət növü üzrə illik faiz dərəcəsi 80% olmuş, 01.01.1994 – 01.10.1995-ci il tarixlərində 200%-ə qədər yüksəlmişdir. Lakin sonradan ölkədə maliyyə sabitliyinin bərpa edilməsi və maliyyə bazarında faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqədar əmanətlərə tətbiq olunan faiz dərəcələri da aşağı salınmışdır. Bununla əlaqədar İddiaçı hesabı üzrə əmanətə aşağıdakı faiz dərəcələri tətbiq olunmuşdur: - 17.08.1993 - 31.12.1993-cü il – 80% - 01.01.1994 – 30.09.1995-ci il - 200% - 01.10.1995 – 30.03.1996-cı il – 100% - 01.04.1996 – 14.07.1996-cı il – 50% - 15.07.1996 – 31.12.1996-cı il – 25% - 01.01.1997 – 30.04.1997-ci il – 15% - 01.05.1997 – 31.05.1997-ci il - 12% - 01.06.1997 – 30.06.2000-ci il – 10% - 01.07.2000 – 17.08.2003-cü il – 8%. Qeyd olunanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında 01.01.2006-cı il tarixdən etibarən manatın 5000 : 1 nisbətində denominasiya olunması da nəzərə alınaraq, A.Məlikovun adına olan əmanət hesabı üzrə bu günə olan əmanət qalığı 13 manat 56 qəpik (AZN) təşkil edir. Onu da nəzərinə çatdırırlar ki, A.Məlikovun adına açılan «məqsədli uşaq» əmanət növü üzrə hesabın bağlanma tarixi 17.008.2003-cü il tarixi müəyyən edilmişdir. Sözügedən hesab bu tarixdə bağlanmadığı üçün Qaydalarla nəzərdə tutulmuş şəkildə hesab bağlananadək əmanət qalığına illik 2% olmaqla faiz hesablanacaqdır. Əmanət hesabının valyuta növünə gəldikdə isə, nəzərinə çatdırırlar ki, bank əmanət hesabına 50.000 (əlli min) məbləğiində vəsaitin manatla (AZM) deyil, Rus rublu ilə qoyulduğunu bildirir. Bu məsələ ilə bağlı təsdiqedici sənəd kimi şəxsi hesabın surəti olsa da, ilkin mədaxil orderi bankın daxili sənədlərində tapılmamışdır. Bununla əlaqədar, bankın Quba filialının izahat məktubu alınmış və hadisə aktlaşdırılmışdır. Akta əsasən, İddiaçı filiala müraciət etdiyi zaman ilkin mədaxil orderi bankın mühasibatlığında olmuş və İddiaçı göstərilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 09.04.2013-cü il tarixli məktubun kserosurətindən görünür ki, vətəndaş İddiaçı1993-cü il 17 avqust tarixdə X2nun adına (məqsədli uşaq əmanətinə) 50.000 rubl mədaxil etmişdir. Milli pula keçirməsi ilə əlaqədar olaraq 50.000 rubl 01.01.1994-cü il tarixə 5.000 manat, 2005-ci ilin sonuna isə faizlərlə birlikdə 65.504 manat olmuşdur. 2005-ci ilin sonuna bu məbləğ denominasiya nəticəsində 13.10 manat, 2006-cı ilin sonuna 0,26 qəpik faiz əlavə edildikdən sonra isə 13,36 manat olmuşdur. İstədiyi vaxt bu hesabda olan 13,36 manat məbləği ala bilərdi. Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 16.12.2014-cü il tarixli məktubun kserosurətindən görünür ki, əmanətçi əmanətini pul istahatları (AR Prezidentinin 15.07.1992-ci il tarixli 48 №-li və 11.12.1993-cü il tarixli 58 №-li Fərmanlarına əsasən 01.01.1994-cü il tarixdən 10 rubl = 1 AZM; 7 fevral 2005-ci il tarixli 189 №-li Fərmana əsasən 01.01.2006-cı il trixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla, müraciəti tarixinə olan qalığı ilə istənilən bir vaxt maneəsiz olaraq şəxsiyyətini təsdiq edən sənədi və əmanət kitabçasını təqdim etməklə Cavabdeh ASC-nin Quba rayon filialından ala bilər. İş materiallarında olan Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən 22.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 28.09.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.10.2020-ci il tarixdə 555 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: baş beyin əzilməsi, kəllə sümüklərinin sınıqları, hərbi əməliyyat nəticəsində qəlpə zədələnmələr göstərilmişdir. İş üzrə Quba regional «ASAN xidmət» Mərkəzində notariat ofisi tərəfindən 18.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 17.12.2020-ci il tarixli 2V-1015 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.09.2020-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarında iddiaçının 1992-ci il tarixdə əmanət kimi 1100 rus rublunun yerləşdirilməsi müəyyən edilmədiyindən iddia tələbi qeyd olunan məbləğin qaytarılması hissəsində əsassız olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rəd etməklə düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən 17.08.1993-cü ildə uşaq əmanəti üzrə X8 rayon şöbəsinə 50.000 rubl məbləğində əmanət yerləşdirilmişdir. Həmin məbləğin manatla yerləşdirilməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur, belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, qeyd olunan məbləğ rus rublu ilə yerləşdirilmişdir. «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşalrı olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli 602 saylı Fərmanına əsasən 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi "xxxx" ASC-də bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. AR Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi "xxxx" ASC-də bu Qaydaların nüvvəyə mindiyi tarix şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmanətçi – 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri. AR Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»na əsasən Azərbaycan Respublikası vətəndaşlarının Əmanət Banklarının filiallarına qoyduqları əmanətin qaytarılması müəyyən edilmişdir və həmin əmanətlər 01.01.1992-ci il tarixədək qoyulmuş əmanətlərə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» 15.07.1992-ci il tarixli 48 №-li Fərmanına əsasən: 1. 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılsın. 2. Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir. 3. bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» 11.12.1993-cü il tarixli 58 №-li Fərmanına əsasən: 1. 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin. 2. Azərbaycan Respublikası Mərkəzi Bankına tapşırılmışdır ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRi Dövlət Bankının 1961-1992-ci illərə aid pul nişanlarının dvriyyəyə buraxılmasını dayandırsın. 3. 1993-cü il dekabr ayının 31-dək dövriyyədə olan keçmiş SSRİ Dövlət Bankının 1961- 1992-ci illərə aid pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab edilsin və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» 07.02.2005- ci il tarixli Fərmanına əsasən 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında millik valyutanın – manatın denominasiyası həyata keçirilməsi və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır. Göründüyü kimi iddiaçının uşağın adına əmanət 17.08.1993-cü ildə qoyulduğundan, faizlər nəzərə alınmaqla hazırki əmanətin məbləği 13,56 manata bərabərdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin məhz qeyd olunan hissədə əsaslı olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən həmin məbləğin verilməsindən cavabdeh tərəfindən imtina etmədiyindən iddia tələbi - əmanətlərin qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq əlavə pulların qaytarılması hissəsində əsassız olmuşdur. Digər tərəfdən iddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Bu səbəbdən 50000 manat maddi və mənəvi ziyanın tutulması hissəsində tələbin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbini - Cavabdeh ASC-dən İddiaçı xeyrinə 17.03.1993-cü ildə bankın Quba rayon şöbəsində X2nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulması hissəsində təmin etməklə işin faktiki hallarına uyğun nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələbində - 1993-cü ildə X8 rayon şöbəsinin Alpan filialına X2nun adından birdəfəlik uşaq əmanəti üzrə qoyduğu 50.000 (əlli min) manat məbləğində pulun qaytarılmasını xahiş etmiş, cavabdeh tərəf isə iddia tələbinin həmin hissəsinə münasibətdə iddiaçıya 13,56 manat məbləğin ödənilməsi təklif etmişdir, lakin məhkəmə araşdırması zamanı iddia tələbinin məhz qeyd olunan həcmdə əsaslı olması öz təsdiqini tapdığından qeyd olunan hissədə icraata xitam verilməsi üçün əsaslar olmamışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyi-nəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1983/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Nümayəndə2 Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7387/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7387/2021
08.09.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver