Məhkəmə qərarları › İş №2(103)-7391/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7391/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7391/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi kağız daşıyıcıda iş materiallarına əlavə edilmədən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. İş materiallarından göründüyü kimi, apellyasiya qeyri-mümkün hesab olunaraq iş, aşağıda göstərilən çatışmazlıqların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında şikayət olunan xx.xx.2023-cü il tarixli qətnamənin qəbul edildiyi məhkəmə iclasının protokolu tikildikdən sonra mülki işin 103cü səhifəsinə məhkəmənin müvafiq qətnaməsi əlavə edilməli olduğu halda, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olan ərizə tikilmişdir. Digər tərəfdən işdən görünür ki, məhkəmə, sənədlərin işə əlavə olunmasının (tikilməsinin) ardıcıllığını da pozmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən alınmasına dair məktubu həmin məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokollarına dair iddiaçı tərəfindən verilən qeydlərin rədd edilməsi barədə qərardadından sonraya, yəni iş materiallarının 131-ci səhifəsinə tikmişdir. Göründüyü kimi, qeyd edilənlər hallar iş materialının normal şəkildə öyrənilməsini çətinləşdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən çatışmazlıqların aradan qaldırılması, daha sonra apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar