Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7392/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-737/2018 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmişşikayətəBakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)- 737/2018 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011- ci il tarixli müqavilə üzrə ödənilmiş 127.100 manat məbləğində pul, 182.900 manat məbləğində zərər, cəmi 310.000 manat məbləğində pul Cavabdeh dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-737/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti təqdim edilmiş, eyni zamanda prosessual müddətin bərpa olunması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-737/2018 saylı qətnaməsi ilə İddiaçı ile cavabdeh "Cavabdeh" X1 (bundan sonra mətndə MMC adlanacaq) arasında mənzil tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, müqavilə üzrə ödənilmiş 127.100 manat məbləğində pul, 182.900 manat məbləğində zərər, cəmi 310.000 manat məbləğində pul cavabdeh “Cavabdeh" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi xx xxxx 2018-ci il tarixdə qəbul olunmasına baxmayaraq ona rəsmi şəkildə təqdim olunmamış, ərizə ilə müraciət edəndən sonra yəni xx xxxxxx 2019-cu il tarixində alınmış və həmin qətnamə ona heç bir qəbzə imza etdirilmədən qeyri-rəsmi olaraq verilmişdir. Göründüyü kimi qanunvericilikdə qətnamədən apellyasiya şikayət verilməsi müddəti qətnamənin rəsmi alındığı vaxtdan hesablanır. Qətnamə xx xxxxxx 2019-cu il tarixdə alındığından apellyasiya şikayəti də həmin vaxtdan hesablanmalıdır. Hazırki qətnamə məhkəmə tərəfindən təqdim olunarkən bildirilmişdir ki, iş materiallarında qətnaməni almağı ilə bağlı xəbərnamə mövcuddur. Ona görə də qətnamə sizə təkrar təqdim olunur. Bununla bağlı qeyd olunmalıdır ki, qeyd olunan qətnaməni İmdad xxxxxxxx almamışdır. Belə ki, qeyd olunan xəbərnaməyə baxış keçirərkən xəbərnamədə MMCnin hüquqi ünvanı göstərilməməsi, eyni zamanda xəbərnamədə şəxsən qətnaməni alan şəxsin soyadı və imzası olmalı olduğu halda soyad yazılsa da imza qoyulmamışdır. Bu isə o deməkdir ki, Mülki Prosessual Məcəllənin 134-cü maddəsinin tələblərinə müvafiq olaraq poçt orqanı tərəfindən MMC-yə çatdırılmamışdır. Üstəlik də ki, qətnamədə müqavilə üzrə tələb olunan olunan məbləğ 127.100 manat olduğu təqdirə maddi ziyan qismində MMC-dən tutularaq İddiaçı verilməli məbləğ 182.900 manat (yəni müqavilənin dəyərindən 1.5 dəfəçox) təşkil edir. Həmin qətnamənin onun tərəfindən alınaraq ondan şikayət verilməməsi ağıllı məntiqə sığmır. Digər bir məsələ də ondan ibarətdir ki, qətnamədə məhkəmə iclasında iştirakı qeyd olunmuşdur. Məhkəmə praktikasında adətən sonuncu məhkəmə iclasında iştirak edən zaman iştirak qeyd olunur. Bununla bağlı bildirir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edib cinayət törətmiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etsə də, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilməsi, prosessual baxımdan müddətin ötürülməmiş hesab edilməsi, apelyasiya şikayətinin mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2105/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 737/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməsi və “buraxılmış prosessual müddətin bərpası” barədə Cavabdeh-nin ərizəsinə yenidən baxılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 737/2018 nömrəli qərardadına əsasən ərizə rədd edilmişdir. Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-737/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş materiallarında məhkəmə qətnaməsinin məhz Cavabdeh-nin direktoru tərəfindən alındığını təsdiq edən heç bir sənəd yoxdur. Bu zaman məhkəmə, məhkəmə sənədini çatdırmayan şəxsi qanunvericiliklə nəzərədə tutulmuş qaydada cərimələməlidir. MMC isə qətnamə təqdim edilmədiyindən, qətnaməni almış kimi hesab oluna bilməz. İş materiallarında mövcud olan xəbəmamədəki imza MMC-nin direktoruna aid deyil (bununla bağlı məhkəmə- xətşünaslıq ekspertizası keçirilməli idi). Məhkəmə iclasında MMC-nin nümayəndəsi və vəkili Vəkil2 vəsatət verərək, poçt sənədindəki “xxxxxxxx" yazısının cavabdeh MMC-nin direktoru l.xxxxxxxx tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertizanın təyin edilməsini xahiş etmiş, həmçinin bu barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2105/2020 saylı qərardadında da göstəriş əks olunmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, "xxxxxxxx" yazısının kim tərəfindən icra edilməsinin eskpertiza vasitəsilə müəyyən edilməsi zərurəti yoxdur, iş üçün hər hansı əhəmiyyət kəsb etməyəcəkdir. Bakı Apellyasiya Məhkəməsi yuxarı instansiya məhkəməsi olmaqla qərardadda göstərilən göstərişlər birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərən Nərimahov rayon Məhkəməsi üçün məcburi xarakter daşıyır. Həmin göstəriş ondan ibarətdir ki, xəbərnamənin alan şəxs qrafasında xxxxxxxx sözünün ,xxxxxxxx tərəfindən imza edilib-edilməməsinin yoxlanılması məqsədilə müvafiq ekspertiza təyin edilməlidir. Üstəlikdə ki, nəzərə alsaq imdad xxxxxxxx həmin qətnaməni almadığını və hər hansı bir xəbərnaməyə imza etmədiyini iddia edir. Belə olan halda qərardadla bağlı obyektiv yekun nəticəyə gəlinməsi iş üzrə məhkəməxətşunaslıq ekspertizasının rəyinin əldə olunması ilə mümkün ola bilər. Əgər müvafiq ekspertiza keçirtmədən obyektiv qərar qəbul etmək mümkün olsaydı apelyasiya instansiya məhkəməsi müddətin bərpası məsələsinə baxılmasını yenidən araşdırılması üçün qeyd olunan göstərişlərlə birinci instansiya məhkəməsinə göndərməzdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-737/18 nömrəli qərardadı iləşikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiçı və onun nümayəndəsi şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 737/18 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-737/2018 saylı qətnaməsi şəxsən “xxxxxxxx”a xx.xx.2018-ci il tarixdə verilmişdir. Daha sonra cavabdehin yazılı müraciəti əsasında X2 tərəfindən xx.xx.2019-cu il tarixdə məhkəmə qəbzinə imza edilməklə məhkəmə qətnaməsi rəsmi qaydada qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2105/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadında əks olunmuş göstərişlərə əsasən məhkəmə tərəfindən müvafiq poçt şöbəsinə sorğu edilmiş və həmin sorğuya əldə olunmuş xx.xx.2020-ci il tarixli teleqramdan müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə “Svit House”-a ünvanlanan SS505969413AZ saylı sifarişli xəbərnaməli məktub xx.xx.2018-ci il tarixdə xxxxxxxxa verilmişdir. Yekun olaraq məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-737/2018 nömrəli qətnaməsi xx.xx.2018-ci il tarixdə Cavabdeh-yə poçt vasitəsilə verilmişdir. Sözügedən qətnamədən isə Cavabdehnin direktoru X2 tərəfindən apelyasiya şikayəti xx.xx.2019-cu il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmiş və prosessual baxımdan müddət 1 il 4 ay ötürülmüşdür. Habelə, məhkəməyə müddətin buraxılmasının heç bir üzrlü səbəbi barədə dəlillər təqdim etməmişdir. Onu da qeyd etmək lazımdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-737/2018 saylı qətnaməsi qəbul edilərkən X2 həmin məhkəmə iclasında iştirak etmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-737/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7392/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7392/2020
25.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver