Məhkəmə qərarları › İş №2(103)-7409/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7409/2022

03.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7409/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdəki paya görə kompensasiya ödənilməsi, yaxud əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayş evinin payına uyğun hissəsinin dəyəri olan 130 000 manatın cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə evin hərracdan satılıb əldə olunan pulun paylarına uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə işin icraatı, İddiaçı Cavabdeh qarşı “evin naturada bölünməsi” tələbi üzrə çıxarılmış qətnaməyə apellyasiya qzaydasında baxılanadək dayandırılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət üzrə apellyasiya icraatı mümkün hesab edilərək şikayətə yazılı icraat qaydasında baxılması 03 noyabr 2022-ci il tarixə təyin olunmuş, bununla belə 30.10..2022-ci il tarixdə elektron kabinetə ərizə yerləşdirən şikayət müəllifi şikayətindən imtina etdiyini bildirməklə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə görə, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya instansiyası məhkəməsinin apellyasiya icraatına xitam vermək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətdən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 397.3-cü, 398.0.4-cü, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5652/2022 saylı iş üzrə 15 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətdən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar