Məhkəmə qərarları › İş №2(103)-741/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-741/2024

29.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-741/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X4 LTD” MMC-yə qarşı “xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5580/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 mart 2023-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi buraxdığı günlərin pulunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5580/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə; Əmək Məcəlləsinin 3.5, 43.1, 43.2, 44, 45.1, 45.2, 45.3, 68.1, 68.2, 73.1, 300; Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 119.1, 119.2; Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 8.2, 9.1.1-ci maddələrinə istinadən) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İA-060/23 nömrəli əmri ləğv edilərək İddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi, cavabdeh "X5 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(001)- 5580/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsindən imtina etməsinə dair ərizə təqdim etməklə, qarşı tərəflə barışıq sazişi bağladıqlarını bildirmiş, məhkəmədən sazişin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdeh tərəfindən etiraz edilməmiş və tərəflər barışıq sazişini məhkəməyə təqdim etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: 1.Cavabdeh İddiaçı iddiadan imtina etməsi şərti ilə apellyasiya şikayətini geri götürməyi və 10500 AZN (vergilər və tutulmalar istisna olmaqla) məbləğində vəsaiti iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür. 2. İddiaçı iddiadan imtina etməyi və bu barədə onun tərəfindən imzalanmış ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etməyi, Cavabdehnə qarşı iddia predmeti ilə bağlı heç bir tələbinin olmadığını və bu iddia predmeti ilə bağlı hər hansı bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. 3. İddiaçı tərəfindən Sazişdə göstərilən razılığa əməl olunmazsa tərəflər arasında bağlanmış hazırki saziş ləğv olunur. Hazırki saziş tərəflərin iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmişdir. Sazişin hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tərəflərə izah edilmişdir. Sazişin qəbul edilməsini tərəflər imzaları ilə təsdiq edirlər. Tərəflər mübahisəni sülhlə başa vurmaq qərarına gəldiklərindən, məhkəmədən sazişi təsdiq edib, işə xitam verilməsini xahiş edirlər. Saziş üç nüsxədə tərtib edilir, biri sazişi təsdiq edən məhkəmədə saxlanılır, digərləri isə tərəflərə verilir. Saziş tərəflərin onu imzalamasından dərhal sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5580/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh “X4 LTD” MMC arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 1.Cavabdeh İddiaçı iddiadan imtina etməsi şərti ilə apellyasiya şikayətini geri götürməyi və 10500 (on min beş yüz) AZN (vergilər və tutulmalar istisna olmaqla) məbləğində vəsaiti iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür. 2.İddiaçı iddiadan imtina etməyi və bu barədə onun tərəfindən imzalanmış ərizəni Bakı Apellyasiya Məhkəməsinə təqdim etməyi, Cavabdehnə qarşı iddia predmeti ilə bağlı heç bir tələbinin olmadığını və bu iddia predmeti ilə bağlı hər hansı bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. 3.İddiaçı tərəfindən Sazişdə göstərilən razılığa əməl olunmazsa tərəflər arasında bağlanmış hazırki saziş ləğv olunur. Hazırki saziş tərəflərin iradə ifadəsidir, heç bir təsir altında tərtib edilməmişdir. Sazişin hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq tərəflərə izah edilmişdir. Sazişin qəbul edilməsini tərəflər imzaları ilə təsdiq edirlər. Tərəflər mübahisəni sülhlə başa vurmaq qərarına gəldiklərindən, məhkəmədən sazişi təsdiq edib, işə xitam verilməsini xahiş edirlər. Saziş üç nüsxədə tərtib edilir, biri sazişi təsdiq edən məhkəmədə saxlanılır, digərləri isə tərəflərə verilir. Saziş tərəflərin onu imzalamasından dərhal sonra qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar