Məhkəmə qərarları › İş №2(103)-7415/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7415/2021

20.09.2021 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7415/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10250/2017 saylı mülki iş üzrə qəbul etdiyi 13 noyabr 2017-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs maraqlı şəxc qismində cəlb etdiyi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinə olan ümumilikdə 101.397,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizəsini onunla əsasladırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə 18.10.2017-ci il tarixə vergilər üzrə 4546,03 manat, faizlər üzrə 213,67 manat, maliyyə sanksiyası üzrə 38290 manat, məhkəmə qərarı ilə təmin edilmiş hiss üzrə 58347,46 olmaqla cəmi 101397,16 manat məbəğində borcu vardır Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(004)- 10250/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi verilmiş ərizəyə formal yanaşmış, ərizədə göstərilən xüsusatları təsdiq edə biləcək sübutların iş materiallarında mövcud olmadığını nəzərə almamış və nəticədə iş üzrə tamamilə yalnış qənaətə gələrək ərizənin təmin olunması ilə bağlı əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırki apellyasiya şikayətinə əlavə olunmuş 09 iyun 2016-cı il tarixli «cinayət işi üzrə xitam verilməsi barədə» qərarın məzmunundan görünür ki, cəmiyyətdə kameral vergi yoxlaması ilə hesablanmış 2014-cü ilin may ayı üzrə külli miqdar təşkil edən 58.147,47 manat məbləğdə əlavə də,ər vergisi dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 19.03.2015-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmış, lakin sonradan həmin verginin həqiqətdə 06.04.2016-cı il tarixə 18.152,54 manat məbləği həddində olması müəyyən olunduğundan cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC 2009-cu ildən sonra həqiqətdə heç bir fəaliyyətlə məşğul olmamışdır. Vergilərin düzgün hesablanıb-hesablanmamasından asılı olmayaraq 5 ildən artıq müddətin keçməsi onları ümidsiz borc hesab etməyə imkan verir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinə maddi hüquq norması kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 305.1.12, 355-5, 355-6, 355-7-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs istinad etdiyi hallar isə ərizənin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, maraqlı şəxs "xxxx" MMC-nin 2009-cu ildən sonra həqiqətdə heç bir fəaliyyətlə məşğul olmadığını qeyd etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün əsas vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olmasıdır. Ərizəçi tərəfindən ərizəyə müvafiq qaydada təsdiqlənmiş formada şəxsi hesab vərəqəsindən çıxarış əlavə olunmuşdur ki, həmin sənəddə vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması öz təsdiqini tapmışdır. Maraqlı şəxs apellyasiya şikayətində vergi borcunun azalmasını qeyd etsə də, 06.04.2016-cı il tarixə həmin borcun 18.152,54 manat olmasını təsdiq etmişdirr. Həmin məbləğ özünü cinayət məsuliyyətini cəlb olunmaq üçün cinayət tərkibini yaratmasa da, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün kifayətedici hesab olunur. Məhkəmə kollegiyası Maraqlı şəxs Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə istinad etməsini qətnamənin ləğvi üçün əsas hesab etmir. Belə ki, Maraqlı şəxs müvafiq qaydada vergi borcunun silinməsini təmin etdikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə 355-5-ci maddəsində də təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu baxımdan kollegiya hesab edir ki, vergi orqanı düzgün olaraq vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10250/2017 saylı mülki iş üzrə qəbul etdiyi 13 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar