Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7418/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4179/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi “iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi barədə” qərardaddan İddiaçı verdiyi şikayətinə, Cavabdeh vəkili (nümayəndəsi) X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh və Bakı Şəhəri 46 saylı Notariat Kontoruna qarşı “notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” xx.xx.2021-ci il tarixədək uzadılmış hesab edilməsi tələbi” barədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış və 46-cı Notariat Kontoru tərəfindən qeydiyyata alınaraq təsdiq edilmiş xx.xx.2015-ci il tarixli “İcarə müqaviləsinə” əsasən, Cavabdeh özünə məxsus olan və Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən 223,9 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin 85 kv.metr ölçüdə olan hissəsini (bundan sonra – mübahisəli sahə) xx.xx.2020-ci il tarixədək MMC-yə icarəyə vermişdir. Müqavilənin şərtinə görə, icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməsələr icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilədə qeyd edildiyi kimi, müddətin başa çatmasına 1 ay qalmış nə MMC Cavabdeh, nə də ki, Cavabdeh MMC-yə müqavilənin pozulması barədə təkliflər göndərməmişlər. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən mülki iş başlanmışdır. Bundan sonra iddiaçı MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli sahəyə elektrik enerjisinin və suyun verilişinin kəsilməsini cavabdehə və digər şəxslərə qadağa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” iddiaçı MMC-nin ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1.); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər (maddə 158.1.2.); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (maddə 158.1.3.). Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (maddə 158.2.). “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizəni təmin etməyən Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iddianın təmin etmə tədbiri ilə əlaqədar olan ərizənin iddia tələbi ilə bağlılığı yoxdur və iddianın təmin etmə tədbirinin tətbiq edilməməsi qətnamənin gələcəkdə icra olunmasına heç bir maneçilik törətmir. Məhkəmə, Rayon Məhkəməsinin bu yanaşması ilə razılaşmır. Belə ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək elektrik enerjisinin və suyun mübahisəli sahəyə verilməsinin dayandırılması kommersiya fəaliyyəti ilə məşğul olan MMC-nin mənafeyinə ziddir. Mövcud mülki mübahisənin də, kökündə məhz kommersiya fəaliyyəti ilə məşğul olan iddiaçı MMC-nin həmin sahədə fəaliyyətinin davam etdirilməsinə yönəlmiş və buna görə də MMC cavabdehlərə qarşı “notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” xx.xx.2021-ci il tarixədək uzadılmış hesab edilməsi tələbi” barədə iddia irəli sürmüşdür. Bu iddianın rədd edilməsi istisna edilmədiyi kimi, təmin edilməsi də istisna edilmir. Lakin bu məsələlərə hazırki mərhələdə qiymət vermək mümkün deyil. Amma “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizə rədd edilərsə və iddia gələcəkdə təmin edilərsə bu hal iddiaçı MMC-nin fəaliyyətinə ziyan vura bilər. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizə əsaslıdır, lakin işə baxmış Rayon Məhkəməsi müzakirə edilən məsələyə səhv yanaşaraq ərizəni təmin etməmişdir Göstərilənləri nəzərə alan və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” iddiaçı MMC-nin ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 365, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il il tarixli qərardad ləğv edilsin. İddiaçı MMC-nin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizəsi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 5-də yerləşən 223,9 kv.metr ölçüdə olan qeyri-yaşayış sahəsinin iddiaçı MMC-nin istifadəsində olan 85 kv.metr ölçüdə olan hissəsinə işə mahiyyəti üzrə baxılıb qurtaranadək elektrik enerjisinin və suyun verilişinin kəsilməsi cavabdehə və digər şəxslərə qadağa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7418/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7418/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver