Məhkəmə qərarları › İş №2(103)-7428/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7428/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7428/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “icarə müqaviləsinin ləğvi, cavabdehin icarə obyektindən çıxarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair 2(003)-2430/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli (reyestrdə 3M-923) nömrə ilə qeyd olunmuş icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və ona vurulmuş 100000 manat maddi ziyanın ödənilməsi barədə qətanamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə iddiaçı iddianı təmin etmək üçün tədbirin görülməsi barədə ərizə əlavə etmişdir. Ərizədə cavabdehin mülkiyyətində olan xromlanmış iribuynuzlu heyvan dərisinin 100000 manat olan hissənin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2(003)- 2430/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh MMC-nin mülkiyyətində olan xromlanmış iribuynuzlu heyvan dərisinin üzərinə iddia tələbi həcmində, yəni 100000 manat həcmində həbs qoyulması qərara alınmışdır. İddiaçı şikayət verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 2430/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2430/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmiş, Samux rayonu, Sərkar kəndində yerləşən dəri sexində cavabdehin mülkiyyətində olan xromlanmış iribuynuzlu heyvan dərilərinin üzərinə iddia tələbi həcmində, yəni 100000 manat həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC şikayət verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-2430/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 2430/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh şikayəti geri götürməsi barədə ərizə göndərərək apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizə təqdim edərək şikayətin geri götürülməsinə və apelyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin şikayəti əsasında başlanmış apelyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, cavabdehin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin hazırkı şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh MMC-nin şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar