Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7430/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X5, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1045/2021 saylı iş üzrə qəbul etdiyi 21 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30.12.1999-cu il tarixli ÖM seriyalı 026507 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvan S.İbrahimxəlil küçəsi kimi adlandırılır) 14,84 kv. metr olan otaqlı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyətdan keçirilməklə və bu barədə 577 saylı reyestr kitabında 86255 səhifədə geydə alınmaqla 30/26044 nömrə altında ona məxsusdur və onun mülkiyyətimdədir. Mənzil cəmi 14,84 kv. metr ibarət olmaqla 1 otaqlı asayiş sahəsidir. Həmin ünvanda özü ilə birgə övladları 1981- ci il təvəllüdlü X4, qızı 1986-cı il təvəllüdlü X3 və balaca oğlu 1991-ci il təvəllüdlü X2 pasport qeydiyyatındadır. Cavabdeh oğlu X4 ilə 2005-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş, 2006-cı ildə onların bir qız övladı dünyaya gəlmiş və 2008-ci ildə isə onlar rəsmi nikaha daxil olmuşlar. Onlar ailə qurduqdan sonra müvəqqəti yaşamaq üçün onun evinə köçdülər. O da onların müvəqqəti yaşamalarını nəzərə alıb evində yaşamalarına icazə verdi. Cavabdeh bu günə kimi Ağstafa rayonu, Molla-Cəfərli kəndində pasport qeydiyyatındadir. Qeyd edir ki, cavabdeh ona və mülkiyyətinə qarşı hiyləgərlik işlədərək mənzili əlidən almaq fikrindədir. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh onun oğlu ilə ailə qurmamışdan əvvəl ərdə olmuş və iki övladı vardır. Bu cür şəxslə darısqal mənzildə birgə yaşaya bilmir. Cavabdehlə aralarında olan qeyri-sağlam münasibətlərə görə mülkiyyətində olan mənzildə yaşaya bilmir və ondan istifadə edə bilmir. Çünki cavabdehlə birgə yaşamaq qeyrimümkündür. Cavabdeh oğlu Elşad Məmmədovla aralarında olan qeyri-saglam münasibətlər o həddə çatmışdır ki, onların arasında bağlanmış rəsmi nikah Ağstafa rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və gətnamə güvvəsinə minmişdir. Qeyd edildiyi kimi, Cavabdeh onun mənzilində yaşaması səbəbindən o ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamaq məcburiyyətindədir. Onun digər yaşayış sahəsi yoxdur. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı cavabdeh tərəf olaraq ona qarşı “Yaşayış sahəsindən (mənzildən) çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun ünvan 3 ünvanından çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş edib. Aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə İddiaçı cavabdeh tərəf olaraq ona qarşı “Yaşayış sahəsindən (mənzildən) çıxarılma tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək onun ünvan 4 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı oğlu X4 ilə 2005-cı ildə faktiki ailə münasibətlərinə daxil olmuş. Göstərilən tarixdən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanına köçmüşdür. Onların faktiki ailə münasibətlərindən 07 sentyabr 2006-cı il təvəllüdlü İddiaçı Elşad qızı doğulub. 16 iyun 2008-ci il tarixdən X4 ilə nikaha daxil olmuşdur. Ağstafa rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(015)-64А saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh olaraq ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra 07 sentyabr 2006-cı il təvəllüdlü İddiaçı Elşad qızının anasının yanında qalması qət edilib. İşin faktiki hallarından göründüyü kimi, o 2005-ci ildə mübahisələndirilən mənzilə gəlin köçmüş və həmin tarixdən fasiləsiz olarqa orada yaşayır. Bir müddət yaşadıqdan sonra cavabdehin mülkiyyətində olan mənzilin qarşısında 1 otaq və sanitar qovşaq inşa etmişdir. Həm həmin 1 otaqlı həm də sanitar qovşağın mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud deyil. Qeyd edilən 1 otaq və sanitar qovşağı şəxsi vəsaiti hesabına inşa etmiş, həmin tikililərin inşa edilməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirak etməmiş, heç vaxt həmin tikililərdə yaşamamışdır. Qeyd etdiyi tikililər inşa edilən tarixdən bu günədək onun və azyaşlı övladının faktiki olaraq istifadəsində olub, hazırda da, onların istifadəsindədir. İlk iddia üzrə İddiaçı onun mənzilin mülkiyyətində olan hissəsindən çıxarılmağını tələb etsə də, mənzilin artırılmış sənədsiz hissəsi barədə iddia ərizəsində qeyd aparmamışdır. X4 ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsində bu barədə aşağıdakı formada qeyd etmişdir: Göründüyü kimi, ilk iddia üzrə İddiaçı onun mənzilin çıxarışlı hissəsi ilə bərabər, özünün inşa etdiyi sənədsiz tikilidən də, çıxarılmağını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cii hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İşin faktiki hallarında və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, X4 ilə nikaha daxil olduqdan sonra ünvan 4 ünvana köçmüşdür. Mənzilin yeni yaşayış otağını və sanitar qovşağını şəxsi vəsaiti hesabına inşa etmişdir. Mənzildə fasiləsiz olaraq yaşayır. İlk iddia üzrə İddiaçı onun mübahisəli mənzildə yaşamağına maneçilik törədir. Odur ki, onun mübahisəli mənzilə köçürülməyi zəruridir. İlk iddia üzrə İddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi 3 saylı evin 3 saylı mənzilinin artırılmış 1 otaq və 1 sanitar qovşağından çıxarılmağı barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi mülki mübahisənin qanuni həlli üçün ilk növbədə ilk iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1045/2021 saylı iş üzrə qəbul etdiyi 21 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı mülkiyyətində olan mənzil 1 otaqdan ibarətdir. İşin mübahisəsiz halıdır ki, mən həmin otağa bitişi ayrı 1 otaq inşa etmişəm və hazırda həmin otaqda qızımla birlikdə yaşayıram. Mənim və qızımın yaşadığımız 1 otağın, İddiaçı mülkiyyətində olan otaq deyil. Məhkəmə mübahisənin İddiaçı mülkiyyətində olan otağın texniki pasportla müəyyən edilmiş sərhədləri daxilində həll etməyib. Birinci instansiya məhkəməsi işin həqiqi hallarına nail olmaq üçün yerində baxış keçirməsi zəruri olub, lakin məhkəmə yerində baxış keçirməklə onun yaşadığı otağın, İddiaçı mülkiyyətində olan otaq olmadığını müəyyən etməmişdir. Məhkəmə bu məqsədlə ekspertiza da, təyin etməmişdir. Məhkəmə onu özünün inşa etdiyi və faktiki olaraq yaşadığı otaqdan çıxarılmasını qət edib, hər iki otağın eyni ünvanda yerləşməsi onun inşa etdiyi və 2005-ci ildən faktiki olaraq yaşadığı otaqdan çıxarılması üçün əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, İddiaçı onun mənzilin çıxarışlı hissəsi ilə bərabər, inşa edilmiş sənədsiz tikilidən də, çıxarılmasını tələb edir, halbuki iddiaçının sənədsiz tikiliyə heç bir aidiyyatı yoxdur. Hazırda uşağı ilə birlikdə yaşamaq hüququnu tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, hazırki iş üzrə yerli baxış keçirilməklə, cavabdehin qanunsuz olaraq iddiaçıya aid mənzildə yaşaması müəyyən edilmişdir. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 026507 nömrəli, 30 dekabr 1999-cu il qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 1 Padamdart küçəsi 3 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin 2(015)-64/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş 7 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 140 nömrəli 12 mart 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında X4, X3, X2, İddiaçı qeydiyyatdadır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdehin əşyalarının iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qalması, mülkiyyətçinin Mülki Məcəllənin 152.1-ci maddəsində müəyyən edilmiş mülkiyyət hüququnun – yəni mülkiyyətçiyə mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu həyata keçirməyə maneələr yaradır. Ona görə də ilkin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edib, mülkiyyətindən istifadədə yaradılan maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bələ ki, apellyasiya baxışı zamanı mübahisəli ünvana tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ev taxta dikt ilə ilk iddiaçı və cavabdehə məxsus ev bölünmüşdür. Tərəflərin yaşayış sahələrinin girişləri ayrı-ayrıdır. İddiaçı məxsus hissə 1 otaq və sanitar qovşaqdan ibarətdir. Cavabdehə məxsus hissə isə 1 otaqdan və 2 otaqlı özaşına tikilidən ibarətdir. İddiaçıya məxsus 1 otaq və sanitar qovşaq və cavabdehin yaşadığı otaq çıxarışda öz əksini tapmışdır. Özbaşına tikili olan otaqlardan biri mətbəx kimi istifadə edilir. Cavabdeh yerli baxış zamanı bildirmişdir ki, o, gəlin gələn zaman özbaşına tikili mövcud olsa da, yaşayış üçün yarasız olmuş, o, tikilidə müəyyən yaxışlaşdırma aparıb, yaşmaq üçün yararlı hala salmış və hazırda da həmin tikilidə yaşayır. Göründüyü kimi ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ünvanda həmçinin Cavabdeh da yaşadığı girişləri ayrı-ayrı olan başqa bir tikili də mövcuddur. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilin bir hissəsində, eləcə də həmin mənzilə bitişik tikilidə yaşayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında Cavabdeh iddiaçıya məxsus mənzildə hüququ olmadan yaşadığından ilkin iddia tələbi əsaslı olmuşdur. Həmçinin Cavabdeh qeyd olunan mənzilə hər hansı hüququ olmadığından həmin mənzilə köçürülməsini də tələb edə bilməz. Məhkəmə kollegiyası xüsusi ilə vurğalayır ki, hazırki iddianın predmeti İddiaçı mülkiyyətində olan ünvan 1 çıxarılması, qarşılıqlı iddianın predmeti isə məhz həmin mənzilə köçürülməsindən ibarətdir. Cavabdeh iddiaçıya məxsus mənzilə bitişik tikilidən çıxarılması barədə isə hər hansı bir tələb olmamışdır. Buna görə məhkəmə iddialara məhz bu konteksdən yanaşraq müəyyən edir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-1045/2021 saylı iş üzrə qəbul etdiyi 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7430/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7430/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver