Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7432/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi X7, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-322/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh1, Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 vəfatı ilə bağlı Bakı şəhəri, 28 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 mərhumun yeganə vərəsəsi kimi tanınmasına dair 03.07.2012-ci il tarixdə, Reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilməklə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilərək onun da mərhumun vərəsəsi kimi tanınmağı, mərhum X3 Azərbaycan Respublikası, “Kapital Bankada hesab № ******* də saxlanılmış (miras) pul əmanətinin 1 /2 hissəsi üzərində onun pay hüququmun müəyyən edilərək, həmin payın Cavabdeh1 alınıb ona verilməsi, mərhum X4 miras qalmış və ünvan 1 ünvanda yerləşən evin 1/2 hissə üzərində onun pay hüququnun tanınması və bu barədə də ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi vəzifəsinin cavabdeh, Bakı şəhəri, 28 saylı Notariat Ofisinin üzərinə qoyulması, rüsum kimi ödədiyi 30 (otuz) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh1 saxta şəhadətnamə almaq üçün 3 saylı evlər idarəsindən ünvan 2 ünvanda yerləşən evdə 17.08.2009-cu ildə vəfat etmiş anası X8 ilə ikisi yaşamasına dair saxta arayış alıb, həmin arayışın əsasında notariusa yazdığı ərizəsində də, saxtakarlıq edərək özünün "yeganə vərəsə kimi təqdim etməklə" öz adına “qanun üzrə vərəsəlik hüququ haqqında saxta şəhadətnamə alaraq, həmin saxta şəhadətnamədə də istifadə etməsi faktında cinayət xarakterli məlumatlar olduğundan bu məsələ barəsində də Prokurora xəbər verilməsi haqqında Xüsusi Qərardad çıxarmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, doğulduğu vaxtdan hazıra kimi ünvan 1 ünvanında qeydiyyatdadır. Valideynlərinin ondan başqa, 05.04.1951-ci ildə anadan olmuş və onunla eyni ünvanda yaşayan Cavabdeh1 adlı 2-ci uşaqları da vardır və o, onun doğma bacısıdır. Anası X8 isə 17 avqust 2009-cu ildə yaşadığı ünvan 3 ünvanda vəfat etmişdir. Anası vəfat etdiyi vaxt da o da anası ilə həmin ünvanda yaşayırdı. Anaları X8 sağlığında, yəni 1994-cü ildə yaşadıqları ünvan 1 ünvanda, 0,12 ha torpaq sahəsində yerləşən evi “xüsusi mülkiyyət hüququ əsasında öz adına qeydiyyatdan keçirmişdir. O və doğma bacısı Cavabdeh1 ilə 17 avqust 2009-cu ildə vəfat etmiş anaları X3 yeganə vərəsələridir. Anaları vəfat etdiyi vaxt vəsiyyətnamə qoymamışdır. Analarının vəfatından sonra o və bacısı Cavabdeh1 faktiki olaraq vərəsəliyi qəbul etdiklərindən mənzilə görə vərəsəlik açdırmamışdırlar. Bacısı oğlu X2 daim incitməyə, evdən qovmağa çalışdığını görüb qərara aldı ki, notariusa müraciət edib evlə bağlı vərəsəlik işi açdırıb payını öz adına keçirsin. Bu məqsədlə 30.10.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 28 saylı Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmiş və 04.11.2020-ci il tarixdə vəkili vasitəsi ilə notariusdan aldığı “vərəsəlik işi”ndən ona məlum oldu ki, bacısı Cavabdeh1 mərhum anaları X3 adına Azərbaycan Respublikası, 'Kapital Bank”da hesab № ******* də saxlanılan pul əmanətini almaq üçün ondan gizlincə, 03 iyul 2012-ci il tarixdə “Ərizə” ilə 28 saylı Notariat ofisinə müraciət edərək, ərizəsində mərhum anaları "X1 başqa vərəsəsi olmadığını, özünün yeganə vərəsə olmasını göstərib. Bacısı Cavabdeh1 mərhum anaları X3 bank hesabındakı pulu özü alıb ona çatası payı verməyərək mənimsəmişdir. Odur ki, onun da mərhum X3 vərəsəsi kimi tanınaraq, mərhumun bank hesabında olmuş daşınar əmlakın-pul vəsaitinin ona çatası hissəsində pау hüququnun, həmçinin, mərhum X4 miras qalmış və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka-evə qanuni vərəsə kimi pay hüququnun müəyyən edilməsi zəruridir. Mərhumun vərəsələri tərəfindən miras faktiki olaraq qəbul edilməsi, vərəsələrin hər ikisinin də miras qoyulmuş daşınmaz əmlakda-evdə qeydiyyatda olmaqla orada yaşamaları ilə bağlı mirasın bölünməsi, həmçinin miras bölgüsü zamanı hüququn pozulması ilə əlaqədar olaraq bu iş üzrə iddia müddəti tətbiq edilə bəlməz və bu iş üzrə də onun hüququnun pozulmasını 04.11.2020-ci ildə bildiyindən iddia müddəti keçməmişdir. Miras qoyulmuş evin Qeydiyyat Vəsiqəsinin əsli bacısı İrinadadır və verməkdən imtina edir. Odur ki, Cavabdeh1 mərhum X3 28 saylı notariatda açılmış 56/2012 saylı vərəsəlik işi üzrə yeganə vərəsəsi kimi tanınması barədə verilmiş, 03.07.2012-ci il tarixdə, Reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, onun da 17 avqust 2009 cu ildə vəfat etmiş mərhum anası X3 vərəsəsi kimi tanınmağı üçün, mərhumdan miras qalmış və Cavabdeh1 tərəfindən saxta şəhadətnamə ilə Bankdan çıxarılmış pul vəsaitinin 1/2 hissəsi və mərhumdan miras qalmış, ünvan 2 ünvanda yerləşən evin 1/2 hissəsi üzərində pay hüququnun tanınması üçün məhkəmədə iddia qaldırılmalıdır. Bundan başqa, Cavabdeh1 saxta şəhadətnamə almaq üçün 3 sayl evlər İdarəsindən ünvan 4 ünvandi yerləşən evdə 17.08.2009-cu ildə vəfat etmiş anası X8 ilə ikis yaşamasına dair saxta arayış alıb, həmin arayışın əsasında notariusa yazdığı ərizəsində də, saxtakarlıq edərək özünün "yeganə vərəsə kimi təqdim etməklə" öz adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” alaraq, həmin saxta şəhadətnamədən istifadə etməsi faktında da cinayət xarakterli məlumatlar olduğundan bu məsələ barədə də Prokurora xəbər verilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(009)-322/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddia qismən təmin edilmiş, 03.07.2012-ci il tarixli, 2V-1-67 saylı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mərhum X3 “Kapital Bank” da hesab №0576497 saxlanılmış pul əmanətinin və ünvan 5 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X9 vərəsəlik hüququ tanınması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, miras əmlakın 1/3 hissəsində X9 vərəsəlik hüququnun tanınması barədə tələb heç bir tələb olmamışdır. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbi üzrə həm ümumi 10 illik iddia müddəti, həm də mirasın qəbulu üçün nəzərdə tutulan 3 aylıq və 6 aylıq müddəti ötürmüşdür. Müddətin ötürülməsi ilə bağlı ərizə versə də, məhkəmə təmin etməyib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, cavabdeh tərəfin apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(009)-322/2021 saylı qətnaməsinin 1/3 hissəsinə isə X9 vərəsəlik hüququ tanınması hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X10 və nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 2(009)-322/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdilər. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onhun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri verildiyindən və eləcə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən 3 iddia tələbi irəli sürülmüşdür. İddia tələblərinin ilk hissəsi 03.07.2012-ci il tarixli, 2V-1-67 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlıdır. Bu tələblərin qanuni əsasını Mülki Məcəllənin 19-cu maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı iş üzrə iddiaçı mirası faktiki olaraq qəbul etmişdir və ona görə də vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, İddiaçı vərəsəlik hüququ tanınmalıdır. İddia tələbinin bu hissəsində məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Lakin, məhkəmə kollegiyası iddia tələbinin payların müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi miras əmlakın 1/3 hissəsində X9 vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edərək iddia tələbindən kənara çıxmış və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan başqa X13 tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmur. Çünki o, Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından görünür ki, X13 uzun müddətdir ki, xaricdə yaşayır. Göründüyü kimi X13 mirası əmlakı faktiki olaraq da qəbul etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi vərəsəlik hüququ tanınması hissəsində X11 münasibətdə ləğv edilməli, digər vərəsələrə münasibətdə isə paylar bərabər şəkildə bölünməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında saxta şəhadətnamədə cinayət xarakterli məlumatlar olduğundan bu məsələ barəsində də Prokurora xəbər verilməsi haqqında Xüsusi Qərardad çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində müddəti ötürməklə bağlı dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 mərhum anaları X6 miras qalmış əmlakı faktiki qəbul edərək hal-hazıradək yaşadıqlarından, iddia tələbində qeyd etdiyi halları 30.10.2020-ci il tarixdə bildiyindən və bildiyi gündən bir ay keçməmiş mübahisə etdiyindən iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-322/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-322/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi qismən, mərhum X3 “Kapital Bank” da hesab №0576497 saxlanılmış pul əmanətinin və ünvan 5 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X9 vərəsəlik hüququ tanınması hissəsində ləğv edilsin. X3 “Kapital Bank” da hesab №0576497 saxlanılmış pul əmanətinin və ünvan 5 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 vərəsəlik hüququ tanınsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7432/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7432/2021
20.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver