Məhkəmə qərarları › İş №2(103)-7434/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7434/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7434/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2 (103) -7434/2022 Məhkəmə iclası PROTOKOLU 24 noyabr 2022-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Cəfərov Namiq Şamil oğlu (sədrlik edən), Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçı Teymurov Tahı̇ r Teymur oğlunun cavabdeh Əlı̇ yev Telman Ağababa oğlu və İsmayilova Mehrı̇ ban Ağababa qizina qarşı pul tələbi barədə ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh Teymurov Tahı̇ r Teymur oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 15:00-də açır və baxılacaq işi elan edir. Sədrlik edən Xətai Rayon Məhkəməsinə hazırkı mülki iş üzrə iddiaçı Teymurov Tahı̇ r Teymur oğlu tərəfindən 18.05.22-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə daxil olduğunu və bununla əlaqədar olaraq mülki işin həmin məhkəməyə qaytarılması zərurəti yarandığını qeyd edir. Məhkəmə mülki işin apellyasiya baxışından çıxarılaraq Xətai Rayon Məhkəməsinə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə yerində müşavirə edərək qərara alır: Mülki iş apellyasiya baxışından çıxarılsın və iddiaçı Teymurov Tahı̇ r Teymur oğlu tərəfindən 18.05.22-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iclası saat 15:10-da bağlı elan edilir. Məhkəmə iclasının protokolu 24 noyabr 2022-ci il tarixində tərtib olunmuşdur. Sədrlik edən: Namiq Cəfərov Məhkəmə iclasının katibi: Aytən Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar