Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7435/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2021 saylı 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 29 saylı mənzili, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 72, M4, m2 ünvanında yerləşən mənzil Cavabdeh4 xüsusi mülkiyyətində olmuş, daşınmaz əmlakın dövlət reyestrində 2753 nömrəli reyestr kitabının 256636 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
2. xx.xx.2017-ci il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh4 həmin mənzili İddiaçı satmışdır.
3. RX ******* nömrəli çıxarışa əsasən, mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, həmin mənzildə X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır.
5. MH ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində istifadədə olan 0,03314 ha torpaq sahəsində yerləşən 13 nömrəli 14 mərtəbəli binanın 1-ci girişində 9-cu mərtəbəsində 123,2 kv.m ümumi, 70,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 88428 nömrəli vərəqində xx.xx.2009-cü il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 13, 29 saylı mənzildən, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 72, M4, m2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, 29 saylı mənzili 04 dekabr 2017-ci ildə Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunda bağlanmış yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli çıxarışa əsasən həmin mənzil adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdehlər mənzildən 01 yanvar 2018-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, mənzildən köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal mənzil üzərində mülkiyyət hüquqlarını pozur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 fevral 2021-ci il tarixli 2(011)-954/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, 29 saylı mənzildən, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 72, M4, m2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh4 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, iddiaçı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş sakinləri olmaqla, mənzilin alğısatqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.4, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.2 maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə, Mülki prosessual Məcəllənin 119.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil üzərində onun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 88428 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onun mənzil üzərində mülkiyyə hüququ iddiaçı tərəfindən qeyd edilən tarixdən 8 il əvvəl, yəni 12 may 2009-cu il tarixdə qeydiyyata alınmış və hələ də qeydiyyatı təsdiqləyən dövlət reyestrindən çıxarış qüvvədədir. Onun mənzil üzərində tam mülkiyyət hüququ olmasaydı belə mənzildən istifadə hüququ xitam oluna bilməzdi. Ona alqı-satqı ilə bağlı hər hansı məlumat verilməmiş, qeydiyyatdan çıxması ilə bağlı hər hansı öhdəlik götürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri xəbərdar edilməmişdir. Mübahisəli mənzil üzərində tam mülkiyyət hüququnun olması Bakı İnzibati Məhkəməsi tərəfindən də təsdiqlənmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ünvan uyğunsuzluğu olduğu üçün hazırki mübahisə yaranmışdır. Belə ki, əslində iki müxtəlif mənzillərdən söhbət gedir, yəni Cavabdeh4 mülkiyyətində olmuş və 2017-ci ildə iddiaçıya satılmış mənzillə Cavabdeh3 hazırda da mülkiyyətində olan mənzil müxtəlif ünvanlarda (binalarda) yerləşsə də, aidiyyəti qurumun səhvi səbəbindən hər iki mənzilə eyni ünvan verilmişdir: ünvan 2ə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsasında Cavabdeh3 faktiki olaraq öz mənzilindən qeydiyyatdan çıxarılmışdır, halbuki Cavabdeh3 hazırki mübahisənin tərəflərinə və Cavabdeh4 iddiaçıya satdığı mənzilə heç bir aidiyyəti yoxdur. Odur ki, qətnamə hüquqlarına toxunur.
15. Cavabdeh2 qeyd etdi ki, həmin mənzil atasına verilmiş mənzildir, 20 ilə yaxın həmin mənzildə yaşamışlar, sonra isə onun adına özəlləşdirilərək İddiaçı satmışlar. Həqiqətən də Cavabdeh3 tanımır və sonuncunun onların mənzilinə heç bir aidiyyəti yoxdur.
16. İddaçı qeyd etdi ki, mənzilin dəyərini ödəyib almışdır, sonra da cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müraciət etmişdir. Onların mənzili 7 mərtəbəli binada yerləşir, Cavabdeh3 mübahisələndirdiyi mənzil isə 16 mərtəbəli binada yerləşir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə yalnız Cavabdeh3 aid hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, 29 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
30. İş materiallarından göründüyü kimi RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, 29 saylı mənzil, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 72, M4, m2 ünvanında yerləşən mənzil xx.xx.2017ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
31. Apelyasiya şikayətinə əlavə edilmiş MH ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində istifadədə olan 0,03314 ha torpaq sahəsində yerləşən 13 nömrəli 14 mərtəbəli binanın 1-ci girişində 9-cu mərtəbəsində 123,2 kv.m ümumi, 70,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 88428 nömrəli vərəqində xx.xx.2009-cü il tarixdə qeydiyyata alınmışdır.
32. Apelyasiya baxışı zamanı təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh3 iddia tələbi təmin edilmiş və iddiaçıya məxsus ünvan 3 ünvandan üçüncü şəxslər X3, X2, Cavabdeh1 qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.
33. Göründüyü kimi iddiaçının Cavabdeh4 satın aldığı mənzilin ünvanı köhnə qaydalarla ünvan 4 eyni zamanda Cavabdeh3 mülkiyyətində olan mənzilin ünvanı da Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13 mənzil 29-dur.
34. Həm iddiaçının, həm də Cavabdeh3 adına olan çıxarışa əsasən mənzillərin ünvanı eynidir.
35. Hazırda iddiaçı özünə məxsus olan mənzildə, Cavabdeh3 isə öz mülkiyyətində olan mənzildə yaşayırlar.
36. İddiaçının hazırki iddiası əsasında qəbul edilmiş hazırda mübahisələndirilən qətnamənin icrası nəticəsində Cavabdeh3 öz mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmışdır. Halbuki, işin mübahisəsiz halıdır ki, ünvanlar eyni olsa da, Cavabdeh3 öz mülkiyyətində olan mənzilə qeydiyyatdadır. Onun qeydiyyatı iddiaçı tərəfindən satın alınmış mənzilə olmamışdır.
37. Odur ki, Cavabdeh3 apelyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ona aid hissədə ləğv edilməli və iddia tələbi ona aid hissədə rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-954/2021 saylı iş üzrə 23 fevral-ci il tarixli qətnaməsi qismən - Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 13, 29 saylı mənzildən, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 72, M4, m2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Nəzərə alınsın ki, Cavabdeh3 qeydiyyatı MH ******* nömrəli çıxarışa əsasən, daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 88428 nömrəli vərəqində xx.xx.2009-cü il tarixdə qeydiyyata alınmış Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsində istifadədə olan 0,03314 ha torpaq sahəsində yerləşən 13 nömrəli 14 mərtəbəli binanın 1-ci girişində 9-cu mərtəbəsində 123,2 kv.m ümumi, 70,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzilədir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.