Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7435/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ("müavinətdən tutulmuş pulun ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, cavabdehin nümayəndəsi Vəkil1 Səftər oğlu və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehn qarşı "müavinətdən tutulmuş pulun ödənilməsi” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-931/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1905,72 manat pulun və 50 manat mediasiya xərcinin "Azneft” X7 və Qazçıxarma İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-931/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1905,72 manat məbləğində gəlir vergisi və 50 manat mediasiya xərcinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 77, 175; Vergi Məcəlləsinin 98.1, 102.1.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 112.1.1, 119, 217.4; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğlərinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında imzalanmış 03 noyabr 2022-ci il tarixli Razılaşmadan da görünür ki, iddiaçı ona ödəniləcək müavinətdən vergi tutulacağı ilə bağlı məlumatlandırılmamış və iddiaçının bununla bağlı hər hansı bir razılığı olmamışdır. Məhkəmə cavabdehdən tutulmalı olan məbləğə münsibətdə isə qeyd etmişdir ki, iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 1905,72 manat gəlir vergisi tutulduğundan tələb qeyd olunan məbləğdə təmin edilməlidir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən 39,5 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: - "Azneft” X7 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir; - SOCAR-ın NQÇİ-nin haqq-hesab vərəqəsinə əsasən İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş 9107,57 manat müavinətdən 1905,72 manat gəlir vergisi tutulmuşdur; - SOCAR-ın "Azneft” İB-nin "X5 İdarəsi” ilə İddiaçı arasında imzalanmış 03 noyabr 2022-ci il tarixli Razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən və son haqq-hesabdan başqa İşəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını bəyan edir və təsdiqləyir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh SOCAR Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-931/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə; Əmək Məcəlləsinin 69.3, 70, 77.3, 175.4; Vergi Məcəlləsinin 2.4-1, 2.4, 9, 95, 97.3, 98.1, 102.1.4; Mülki Prosessual Məcəllənin 9.3, 88, 106.1, 217.1. 217.3; "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 sayl qərarının 2.2; İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 09 sebtyabr 2013cü il tarixl qərarına; Ruis Torixa və Hiro Balani İspaniyaya qarşı işinə; Van de Hurk Niderlanda qarşı işinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində 9405.75 manat məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 11/2022 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundar xəbəri olmuşdur. Məhkəmə iddianın təmin edilmə əsası kimi qətnamədə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müvainətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına dair əsaslanması əsassızdır. Məhkəmə tərəfindən qeyd etdikləri maddi hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70- ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası VM-nin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda; işçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə vs.); sınaq müddəti ərzində (mak. 3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. İş materiallarından da göründüyü kimi əmək müqaviləsinə işçilərin ixtisar edilməsi və sayının azaldılması ilə deyil, işçinin öz ərizəsi əsasında xitam verilmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış və maddi hüquq normalarının tələblərini pozaraq, tətbiq edilməli normaları düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehdən 39.5 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməli olduğunu qət etmişdir. Məhkəmə dövlət rüsumunu düzgün hesablamamışdır. Belə ki, iddia tələbi qiymətləndirilən iddiadır və iddia tələbi 1905.72 manatdır. Tələb edilən məbləğ üzrə dövlət rüsumu 39.6 manat edir. İddiaçı mediasiya prosesi ilə bağlı 50 manat ödəniş etmişdir. Qanunvericiliyə uyğun tərəf mediasiya prosesi ilə bağlı çəkilən xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi iş üzrə ödənilməli olan 39.6 manat dövlət rüsumu mediasiya prosesi ilə bağlı çəkilən 50 manat ödənişindən azdır. Məhkəmə çəkilmiş medasiya xərcinin 50 manatını cavabdehdən tutmuşdur. Göründüyü kimi iş üzrə ödənilməli olan dövlət rüsumu medasiya prosesi ilə bağlı çəkilmiş xərcdən az olduğundan iş üzrə dövlət rüsumu ödənilməməlidir. Məhkəmə medasiya prosesi ilə bağlı çəkilmiş 50 manat xərci və 39.5 manat dövlət rüsumunu cavabdehdən tutmaqla iddiaya dövlət rüsumu hissəsində də düzgün qiymət verməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4cü maddələri təhrif olunmuş, işə obyektiv baxılmamış və əsassız qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-nin 220.4-cü maddəsinin tələbinə uygun olması lazımdır. Həmin maddədə qeyd edilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnamədə iddiaçıya müavinətin ARDNŞ-nin 22 aprel 2009-cu il tarixli 57 nömrəli əmrinə və ANQSİHİRİK-nin 06-19ə nömrə əmr-qərarına əsasən verilməsini qeyd etmiş və həmin əmr-qərarda işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılmasını qeyd etmişdir. Lakin, iş materiallarından da görünür ki, iddiaçıya müavinət ARDNŞ-nin və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinə əsasən verilmiş və həmin sazişdə işçilərin sayının azaldılması ilə bağlı heç bir qeyd yoxdur. Məhkəmə qətnamədə işə aid olmayan ARDNŞ-nin 22 aprel 2009-cu il tarixli 57 nömrəli əmrinə və ANQSİHİRİK-nin 06-19ə nömrəli əmr qərarına istinad etməklə əsassız qərar qəbul etmişdir. Məhkəmə qətnamədə tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmada və əmr-qərarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağının qeyd edilməməsinə istinad edərək iddianı təmin etmişdir. Lakin, məhkəmənin bu mövqeyi işin halları ilə sübut edilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi Vergi Məcəlləsi işçilərlə bağlanmış əmək müqaviləsinə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verildiyi halda onlara ödənilən birdəfəlik müavinətlərin və yalnız dövlət büdcəsi hesabına verilən digər dövlət müavinətlərinin vergidən azad edilməsini müəyyən etmişdir. Hazırki mülki iş üzrə iddiaçıya ödənilmiş pul vəsaiti isə nə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar verilən, nə də dövlət büdcəsi hesabına ödənilən birdəfəlik maddi yardımlara aid deyildir. Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı" başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c" və “ç", 70-ci maddəsinin “a" və “b", 74-cü maddəsinin “a", “c" və “e" bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, işçi ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər əsasla xitam verilərkən işəgötürən tərəfindən ödənilən pul məbləği dövlət müavinəti olmadığından müvafiq məbləğdə pulu alan işçi müavinətlər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən yararlanmaq imkanından məhrum olur. Digər tərəfdən, VM-nin 102.1.4-cü maddəsində ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Digər hallar üzrə verilən müavinətlərin isə gəlir vergisindən azad edilməsi qanunla müəyyən edilməmişdir. Buna görə də ARDNŞ - nin və ANQSİHİRK - nin birgə sazişinə əsasən, iddiaçıya orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait onun gəliri hesab edilərək həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutumuş fiziki şəxslərin gəlir vergisinə cəlb edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək iddiaçıya ödənilmiş 5 mislini işdən çıxma müavinəti hesab etməklə yalnışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, işçilərlə bağlanmış əmək müqaviləsinə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verildiyi halda onlara ödənilən birdəfəlik müavinətlərin və yalnız dövlət büdcəsi hesabına verilən digər dövlət müavinətlərinin vergidən azad edilməsini müəyyən etmişdir. Göründüyü kimi Vergi Məcəlləsi işçilərlə bağlanmış əmək müqaviləsinə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar xitam verildiyi halda onlara ödənilən birdəfəlik müavinətlərin və yalnız dövlət büdcəsi hesabına verilən digər dövlət müavinətlərinin vergidən azad edilməsini müəyyən etmişdir. Hazırki mülki iş üzrə iddiaçıya ödənilmiş pul vəsaiti isə nə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar verilən, nə də dövlət büdcəsi hesabına ödənilən birdəfəlik maddi yardımlara aid deyildir. Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı" başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c" və “ç", 70-ci maddəsinin “a" və “b", 74-cü maddəsinin “a", “c" və “e" bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. Başqa sözlə, işçi ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər əsasla xitam verilərkən işəgötürən tərəfindən ödənilən pul məbləği dövlət müavinəti olmadığından müvafiq məbləğdə pulu alan işçi müavinətlər üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən yararlanmaq imkanından məhrum olur. Digər tərəfdən, VM-nin 102.1.4-cü maddəsində ƏMnin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Digər hallar üzrə verilən müavinətlərin isə gəlir vergisindən azad edilməsi qanunla müəyyən edilməmişdir. Buna görə də ARDNŞ - nin və ANQSİHİRK - nin birgə əmr - qərarına əsasən, iddiaçıya orta əmək haqqının beş misli məbləğində ödənilmiş vəsait onun gəliri hesab edilərək, həmin pul vəsaiti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutumuş fiziki şəxslərin gəlir vergisinə cəlb edilmişdir.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1528/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmir edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə; Vergi Məcəlləsinin 1.1, 2.4-1, 16.1.1, 17.1, 17.3.1, 98.1, 101.1, 102.1.4-cü maddələrinə; Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi, 77-ci maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin “a"və “b" bəndləri və 175-ci maddəsinin 4-cü hissəsinə; Mülki Prosessual Məcəllənin 14, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq işçinin öz ərizəsinə xx.xx.2022-ci il tarixli SOCAR **********000700 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən iddiaçı müavinətin ödənilməyən hissəsinin işəgötürəndən tutulmasını tələb etməkdədir. O, öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad etmişdir. 1-ci instansiya məhkəməsi iddiaçının qanunsuz mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə onun pensiya yaşına çatmağı əsası ilə xitam verildiyindən və müvafiq əsasla işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmənin mövqeyinə görə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirməmişdir. İş materiallarına əlavə edilmiş əmr və qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Yuxarıda istinad olunan maddi hüquq normalarına görə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər-hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Məhkəmə bu qənaətə gələrkən işin faktiki hallarını düzgün araşdırmamış və tətbiq edilməli maddi hüquq normalarının tələblərini əhəmiyyətli şəkildə pozmuşdur. Başqa sözlə, məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; Əvəzsiz dövlət köçürmələri; Dövlət pensiyaları və dövlət təqaüdləri; İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirməmişdir və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Həmin maddənin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin maddənin 7-ci hissəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirilmiş dəlillər əsassızdır. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə münasibətdə xüsusi olaraq bildirirlər ki, həmin maddə özü-üzlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsi vergi qanunvericiliyində mövcud olmayan hərhansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Eyni zamanda, məhkəmənin məsələyə dair ifadə etdiyi mövqe kökündən yanlış olmaqla Azərbaycan Respublikası Konstitusiyasına və Vergi Məcəlləsinin bir sıra müddəalarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Həmin Məcəllənin 17.3.1-ci maddəsinə əsasən vergi agenti müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borcludur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən 2500 manatadək aylıq gəlirlərindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi qədər gəlir vergisi tutulur. Yuxarıda qeyd olunan müddəaları təhlil edərək qeyd edir ki, Azərbaycan Respublikasında vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, habelə vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırkı mübahisə çərçivəsində “Azneft” İB tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən “Azneft” İB həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Qeyd olunanlardan göründüyü kimi “Azneft” İB ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulub tutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz. Xüsusi olaraq qeyd etmək lazımdır ki, eyni predmet üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2019-cü il tarixli 2(103)-13645/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələr qəbul edilmiş və həmin qətnamələr qanuni qüvvəyə minmişdir. Təsadüfi deyil ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)- 13645/2019 nömrəli qərarın 3-cü səhifəsinin 4-cü abzasına əsasən 1-ci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)-1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd etmişdir. Qeyd olunan qərarlarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Hesab edir ki, məhkəmə öz üzərinə düşən bu vəzifələri icra etməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını,habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən, cavabdeh və 3-cü şəxsin dəlillərinə münasibət bildirmədən və formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 Səftər oğlu apellyasiya şikayətini müdafiə edərək iddiaçının pensiya yaşına çatdığına görə öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verildiyini, müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə X9 5.16-cı bəndinə əsasən əmək haqqının 5 misli miqdarında müavinət verildiyini, həmin sazişdə və tərəflər arasında olan razılaşmada Vergi Məcəlləsinə uyğun olaraq ödəniləcək müavinətdən vergi tutulacağının göstərildiyini qeyd etmiş, əmrdə işdənçıxma müavinəti qeyd edilsə də, mahiyyətinə baxıldıqda ödənilən vəsaitin sadəcə müavinət olduğunu və gəlir hesab edildiyini, bu halda qanunvericiliyə uyğun olaraq ondan vergi tutulmalı olduğunu və gəlir vergisindən azadolma hallarının isə Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində öz əksini tapdığını bildirmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 apellyasiya şikayəti ilə eyni məzmunda çıxış edərək, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad etməklə yanlışlığa yol verdiyini, vergidən azadolma hallarının yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdiyini qeyd etmiş, işçinin əmək müqaviləsinə onun öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verildiyini və iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsində qeyd edilən tələblərdən irəli gəlmədiyini, həmin müavinətin şəxsin gəliri olduğunu və Vergi Məcəlləsinə əsasən vergidən azadolma hallarına aid edilmədiyindən, həmin ödənilmiş vəsaitdən vergi tutulmasının qanunauyğun olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, işlədiyi dövrdə vergi ödədiyini, ona verilmiş vəsaitin mükafat olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikasını Əmək Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır;
7. 1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; l)sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq.
24. 1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. 2. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.
49. 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə Elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 2.Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. 4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü.
69. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
75. 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.
3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
77. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir;
175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası: 1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; 4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir;
209. Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir: müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması; həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi;
289. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar; 102.1.14. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr: 102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar; 102.1.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə(maddələrinə) əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən : 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli Qanununa müvafiq Dəyişdirilmiş Avropa Sosial Xartiyasına əsasən: Maddə
16. (Ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ) Cəmiyyətin əsas özəyi olan ailənin tam inkişafı üçün zəruri şəraitin təmin edilməsi məqsədilə Tərəflər, sosial və ailə müavinətləri, vergi güzəştləri, ailə ehtiyaclarına uyğun yaşayış yerlərinin nəzərdə tutulması, gənc ailələr üçün güzəştlər və digər müvafiq tədbirlər vasitəsilə ailə həyatının iqtisadi, hüquqi və sosial müdafiəsini dəstəkləmək öhdəliyini götürürlər. Maddə 20.(Cinsindən asılı olmayaraq məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququ) Cinsindən asılı olmayaraq, məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bu hüququn tanınması və aşağıdakı sahələrdə həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlərin görülməsi öhdəliyini götürürlər: a) işə daxil olmaq mümkünlüyü, işdən kənarlaşdırmadan və peşə reinteqrasiyasından müdafiə; b) peşə yönümü, peşə hazırlığı, təkrar peşə hazırlığı və reabilitasiya; c) iş şərtləri və şəraiti, o cümlədən əməyin ödənilməsi; d) işdə yüksəlməyi daxil etməklə karyera inkişafı. Maddə 24. (Əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququ) İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. Maddə H(Xartiya və daxili hüquq və yaxud beynəlxalq razılaşmalar arasında münasibətlər) Xartiyanın müddəaları artıq qüvvəyə minmiş və ya qüvvəyə minə bilən və onun müdafiə etdiyi şəxslər üçün daha əlverişli ola bilən daxili hüququn, hər hansı ikitərəfli və ya çoxtərəfli müqavilə, konvensiya və ya çoxtərəfli müqavilələrin, konvensiyaların və razılaşmaların müddəaları zərərinə tətbiq edilə bilməz.
15. Dəyişdirilmiş Avropa Sosial Xartiyasına Əlavələrə (Müdafiə ilə əhatə etdiyi şəxslərə dair dəyişdirilmiş Avropa Sosial Xartiyasının təsir dairəsi) əsasən : 20-ci maddə 1. Belə bir anlaşma mövcuddur ki, qocalığa görə təqaüdlər, işsizliyə və ailə başçısının itirilməsinə görə müavinətlərə dair digər müddəalar kimi, sosial təminat məsələləri də həmin maddənin təsir dairəsindən çıxarıla bilər.
16. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 2, 7, 175; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Mülki prosessual mənada qeyd edilməlidir ki, cavabdehin etirazının əsasını təşkil edən dəlillərdən biri olan kollektiv saziş birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmişdir. Bu baxımdan, sübutetmə yükü üzrə cavabdehin etirazı prosessual cəhətdən əsassız olsa da, əmrin əsası kimi tərəflərə bəlli olmalı (məhkəmə tərəfindən təqdim edilməsi təklif edilməli) və şikayətin əsası kimi istinad edilən kollektiv sazişin mahiyyətinə digər sübutlarla birgə qiymət verilməsini, kollegiya, ətraflı araşdırmanın aparılmasından irəli gələn zərurət hesab edir. Diqqətə çatdırılmalıdır ki, işdənçıxma barədə ərizənin yazıldığı və razılaşmanın imzalanması zamanı əmrdə gəlir vergisindən tutulan məbləğin məhz işdənçıxma müavinətinə aidiyyəti olması barədə xəbərdar (olmalı) olması öz təsdiqini tapmır. Bundan əlavə, "Azneft” X7 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrdə, müqavilə ləğv edilərkən işçinin təminatları qismində SOCAR və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi qeyd edilmişdir. Əmrdə istinad edilən Sazişin 5.16-cı bəndi Sosial təminatlar adlanan Sazişin 5-ci Bölməsində qeyd edilmişdir. Kollektiv Sazişin 5.16-cı bəndində qeyd edilmişdir : “pensiya yaşına çatdıqda, AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstləşdikdə onlara orta aylıq əmək haqqının 5(beş) misli həcmində birdəfəlik və ya sosial dayanıqlılığın təmin edilməsi məqsədilə qüvvədə olan Proqram üzrə müavinət vermək”. Əmək Məcəlləsinin tələblərinə əsasən: 175. 2. a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər . İş üzrə məhkəməyə belə bir sərəncam təqdim edilməmişdir.
17. Qeyd edilənlərdən əlavə, diqqətə çatdırılmalıdır ki, əmək qanunvericiliyi ilə qeydiyyata alınmalı olan əmək müqaviləsinə dəyişikliyin (razılaşmanın müqavilənin tərkib hissəsi olması və sair) qeydiyyata alınmaması və vergi tutmanın əsasları müəyyən edilməyən əmrdə müavinətdən verginin tutulmasını müəyyən edən sazişin müddəalarına müvafiq işdənçıxarılma əsaslarının uyğunsuzluğu, iddiaçının hüquqlarının pozulmasına (vəziyyətinin pisləşməsinə) münasibətdə şikayətlərin istinad etdikləri dəlilləri üzrə sazişin və razılaşmanın aidiyyəti müddəalarının əmək qanunvericiliyinə uyğunsuzluğunu və etibarsızlığını şərtləndirir. Belə ki, razılaşmada onun əmək müqaviləsinin tərkib hissəsi kimi qeyd edilsə də, əmək müqaviləsinə dəyişikliklərin edilməsi haqqında əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə Sazişin istinad edilən bəndinə əsasən verilməli olan müavinətin vergiyə cəlb edilməsi müəyyən edilməmiş, o cümlədən iş üzrə əmək münasibətlərinə xitam verilməsi əsasları (maddələri) Sazişin istinad edilən bəndi ilə uyğunluq təşkil etməmişdir. Tərəflər (işçi və işəgötürən) arasında münasibətlərin əmək qanunvericiliyi və əmək müqaviləsi şərtləri ilə tənzimlənməsini nəzərə alaraq, işəgötürən tərəfindən işçiyə münasibətdə əmək qanunvericiliyinin tələblərinə cavab verməyən sənədləşmə (rəsmiləşdirmə) aparılması nəticəsi olaraq məsuliyyətin işçiyə yönəldilməsi yolverilməzdir və müavinətdən vergitutma üzrə cavabdehlik işəgötürənə aid olmalı, sosial təyinatlı səciyyə daşıyan birdəfəlik müavinətdən tutulan vergi nəticəsində işçiyə dəymiş ziyan işəgötürən tərəfindən ödənilməlidir. Hazırki münasibətlərdə biləvasitə iddiaçıya (işçiyə) aid vergiödəmə öhdəliyi (vəzifəsi) müəyyən edilmədiyindən sonuncunun əmək hüquqları müstəvisində tərəflər arasında mübahisə vergi qanunvericiyi ilə tənzimlənə bilməz və bu qanunvericiliyin tətbiqi işəgötürənlə dövlət (vergi orqanı) arasında olan münasibətlərə aiddir.
18. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbərliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır.
19. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-931/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.