Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7447/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və X2 qarşı “mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-4258/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X6 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” MMC-nin Bakı şəhəri Binəqədi rayonu M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078A saylı məhəlləsində tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinə daxil olan binanın E korpusunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 214,14 kv.m olan 4 otaqlı 19 saylı mənzildən cavabdehlərin öz əşyaları ilə birgə çıxarılmaları, həmin mənzilə onun köçürülməsi və mənzilin öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 “iş üzrə icraatın dayandırılması barədə” ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə iddia predmeti olan mənzillə bağlı, iddiaçı və onun zərərçəkmiş şəxs olaraq iştirakçısı olduqları 1(102)-632/2020 saylı cinayət işi hazırda Ali Məhkəmənin icraatında baxılmaqdadır. Bu səbəbdən hazırki iş üzrə eyni tərəflər arasında eyni predmetə dair Ali Məhkəmənin icraatındakı müvafiq iş baxılıb qurtaranadək 2(001)- 4258/2020 saylı işin icraatının dayandırılması qanunvericiliyin tələblərinə uyğun olmaqla bərabər, yaxın gələcəkdə qəbul ediləcək məhkəmə aktının maneəsiz icrasını da təmin edəcəkdir. Göstərilənlərə əsasən Ali Məhkəmənin icraatında olan 1(102)-632/2020 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4258/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(102)-632/2020 saylı cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı cavabdehlər X5 və X3 qarşı mənzildən cavabdehlərin çıxarılması, mənzilə köçürülmə və qanuni sahibliyə qaytarılması tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfdən verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-25/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının cəza hissəsindən təqsirləndirilən şəxs (şəxslər) tərəfindən kassasiya şikayəti verilmiş və həmin şikayət üzrə 1(102)-632/2020 saylı cinayət işi Ali Məhkəmənin Cinayət Kollegiyasının icraatındadır. Qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxsin (şəxslərin) təyin olunmuş cəzanın ağırlığından narazı olması hazırki iddia tələbinə mülki məhkəmə icraatında baxılması üçün qeyri-mümkün hesab edilə bilməz. Təqsirləndirilən şəxslərin törətdikləri ağır cinayət əməllərinə görə onlara təyin olunan cəzanın ağırlığını mübahisələndirilmələri mülki işdəki iddiaçı və cavabdehlərdən biri arasında “eyni tərəflər, eyni predmet” mübahisəsi kimi qəbul edilməməlidir. İddia tələbi üzrə qəbul ediləcək məhkəmə qətnaməsi verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmənin qəbul ediləcək qərarından asılı deyildir. Digər tərəfdən isə cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin qərarı yekun qərar hesab olunmaqla qəbul edildiyi vaxtdan qüvvəyə minir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş icraatın dayandırılması barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(102)-632/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxslərin siyahısında İddiaçı və X4 da vardır.Həmin cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi istisna olunmur. Ona görə də cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməyincə hazırki mülki işə baxmaq mümkün olmadığından hazırki iş üzrə icraat dayandırılmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Kollegiya qeyd edir ki, iş materiallarından Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarının hansı hissəsindən və iş üzrə kim tərəfindən kassasiya şikayəti verilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(102)-632/2020 saylı cinayət işi üzrə kimin kassasiya şikayətinə münasibətdə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarının hansı hissəsinin yoxlanılması müəyyən deyildir. Birinci instansiya məhkəməsi isə bu hallar üzrə ətraflı araşdırma aparmadan, iş üzrə icraatın dayandırılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, qeyd edilən hallar müəyyən edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının icraatında olan 1(102)-632/2020 saylı cinayət işinin hazırki mülki iş üzrə icraatın dayandırılmasına əsas olub-olmaması qənaətinə gəlmək mümkündür. Bundan başqa Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(103)-25/2020 saylı qərarından görünür ki, qərar elan edildiyi andan qanuni qüvvəyə minmişdir. Odur ki, məhkəmə vəsatətə yenidən baxarkən göstərilən xüsusatı da nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 4258/2020 saylı qərardadı ləğv edilsin və mülki iş cavabdeh X1 icraatın dayandırılması barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7447/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7447/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver