Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7450/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayənədəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “Cavabdeh1" ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 42 haqqında hərracın yekunları barədə protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 42-dəki mənzil üzərinə, həmin mənzilin mülkiyyət mübahisəsi olan sözügedən məhkəmə mübahisəsi bitənə qədər həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 mülki işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə qarşı hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmin edilməsi haqqında ərizəsi təmin edilməməsi qərara alınmışdır.Qərardadda Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 158.1.1, 163.1-ci il tarixli maddələrinə istinadən qeyd edilmişdir ki, iddianın təmin tədbiri barədə ərizədə mübahisə üzrə yekun qətnamə qəbul olunanadək Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 42-nin üzərinə həbs qoyulması xahiş edilsə də, iş materiallarına əlavə edilmiş DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki,İddiaçı adına mülkiyyət hüququ ilə qeyd alınmış mənzil Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 23, mənzil 41-dir. İddiaçı qərardaddan şikayət verərək verilmiş şikayətin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmək haqqında ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 157, 158, 159, 160, 161, 162, 163, 164, 263, 264, 266, 267, 268, 269-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia predmetinə aid məhkəmə mübahisəsi bitənə kimi müvəqqəti olaraq qərardadla məhkəmə mübahisəsi predmeti olan mənzilə həbis qoyulması qanunidir və məhkəmənin bu mərhəlsində hesab edir ki, vacibdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3822/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayənədəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, qərardadın qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, Cavabdeh2 MMC iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPM-nin 157, 158, 159.2, 163, 164, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad gələcəkdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır və daşınmaz əmlakın mövcudluğu barədə mötəbər sübutlar olmadığından bu qərardadın formal mülahizələrlə ləğvinə kollegiya əsaslar müəyyən etmir. Əgər hərracın keçirilməsi icra sənədi əsasında aparılıbsa qeyd edilən prosedur digər iş üzrə icra icraatı çərçivəsində baxılma predmeti kimi müəyyən edilən haldır. İzah edilməlidir ki, icra sənədi əsasında aparılan hərracın və onun nəticələrin mübahisələndirilməsi istisna olmaqla göstərilən çatışmazlıqların aradan qaldıralaraq iddiaçının iddianın təmin edilməsi üçün yenidən müraciət etmək hüquqlar mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3822/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7450/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7450/2020
28.09.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver