Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7457/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi vəkil X7 iştirakları ilə, İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1rşı “kredit müqaviləsi üzrə borc, tələbin ipotekaya yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı mülki iş üzrə 09.06.2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(011)-487/2018 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 və X2 27.12.2012-ci il tarixli 6-GZ2-1-0-1283-12 saylı əsas kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 517 425,50 ABŞ dolları, faiz borcuna görə 91 642,16 ABŞ dolları, dəbbə puluna görə 5000 ABŞ dolları olmaqla, cəmi 614 067,66 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 210 manatın Nikoyl İKB-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və X2 ipoteka predmetlərinin qiymətləndirilməsinə görə 300 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzili ilkin satış qiyməti 597 600 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə tutulmalı olan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 9 saylı mənzilinin 3 otağı, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 12 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 15 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 18 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu M.Rəfili küçəsi 9 saylı evin 24 saylı mənzili satıldıqdan bir ay sonra Cavabdeh2 həmin mənzillərdən çıxarılmaqla mənzillərin boşaldılması qət edilmişdir. Daha sonra cavabdeh X9 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 13.11.2018-ci il tarixli 7927/2018 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(011)-487/2018 saylı qətnaməsi X9 tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2221/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28 oktyabr 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 2(103)- 14766/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Kassasiya instansiya məhkəməsinin 2(102)-4611/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7987/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1344/2021 nömrəli iş üzrə 01.03.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 Gennadyevna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7987/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh2 vəkili və nümayəndəsi X12 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(011)-487/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 09.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(011)-487/2018 nömrəli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi X7 apelyasiya şikayəti verilməsi üçün buraxdığı müddət bərpa edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.04.2018-ci il tarixli 2(011)-487/2018 nömrəli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi X7 verdiyi apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı "xxxx" İKB ASC şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı 09.06.2021 -ci il tarixli qərardadını ləğv edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı 10 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5rşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbi barədə Cavabdeh2 tərəfindən verilmiş buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizəsinin təmin edilməməsi, əks təqdirdə Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq şikayəti 7 (yeddi) gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə istinadən qeyd edilmişdir ki, Mülki Kolleqiya Apellyasiya instansiyası Məhkəməsinin mübahisələndirilən qərardadla şikayətini qeyrimümkün hesab edərkən prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etdiyi qənaətinə gəlmişdir. Məhkəmə qərarında ona əsaslanmışdır ki, həmin qətnamədən ilkin olaraq X9 apellyasiya şikayəti vermiş və onun şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı borcun məbləği və ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində yoxlanılmışdır. Bundan əlavə Cavabdeh2 Gennadyevnanın 2019-cu ildən qətnamədən və qərarlardan xəbəri olmuşdur və sözügedən qətnamədən təkrarən şikayət vermək üçün prosessual müddətin bərpası barədə ikinci dəfə müraciət etməsi tamamilə əsassızdır. Belə ki, Ali Məhkəmənin qərarında qeyd olunur ki, “...Qərardadla hazırkı apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Cavabdeh2 Gennadyevnanı qanunla müəyyən edilmiş qaydada birinci instansiya məhkəməsinin Özünə aid olan və yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılmamış hissələrindən apellyasiya şikayəti vermək hüququndan məhrum etmir” cümləsi tərəfin istədiyi vaxt müddəti bərpa etməklə şikayət vermək hüququnun olduğuna dəlalət elmir. Bunun üçün qanunla müəyyən edilmiş qaydada prosessual müddətlər müəyyən edilmişdir. Hazırkı qərardaddan belə nəticəyə gəlmək olar ki, hər bir tərəf müddəti bərpa edilməsi barədə ərizə ilə müxtəlif vaxtlarda müraciət edib, əsası dəyişərək istədiyi vaxt, habelə bir neçə dəfə qətnamədən apellyasiya şikayəti verə bilər. Bu hal isə ciddi qanun pozuntusudur. Cavabdeh Ella Gennadyevnanm nümayəndəsi tərəfindən apellyasiya şikayətində qeyd etdiyi əsaslar yuxarı instansiya məhkəmələri tərəfindən artıq yoxlanılmış qətnamədən yenidən şikayət verməsinə dəlalət edir. Bu hal da həmin ərizənin təmin edilməsini tamamilə əsassız edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 09.06.2021-ci il tarixli qərardadından İddiaçı "xxxx" İKB ASC-nin verdiyi şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 müddətin 1 il yarim ötürüldüyünü, müddətinin ötürülməsinin üzrlü səbəb olmadan ötürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil X12 birinci instansiya məhkəməsinə şikayətin vaxtında verildiyini, onların müddəti ötürmədiyini, xəbərnaməyə Cavabdeh2 tərəfindən imza edilmədiyini, Ali Məhkəmənin qərarına əsasən tərəfin məlumatlandırılmalı olduğunu, müddətin ötürülməsinin onun iradəsindən kənar olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, X6 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24, 72, 80; “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15,128-137, 146, 357- 366, 385.2, 387.2.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüş və bu qanuni qüvvəsini almış məhkəmə qərarların verilməsi zamanını da əhatə etmişdir. Belə ki, cavabdeh zamanında müddətin ötürülməsi üzrə ərizə vermək və bunu üzrlü hesab edilməsi üçün sübutlar (vəsatətlər) təqdim etmək əvəzinə saysız şikayətlər etməklə sui-istifadəyə şərait yaradan tipik təzahürləri açıqcasına nümayiş etdirmiş, bu hallar isə müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün qəbul edilən deyildir. Bundan əlavə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Hazırki halda işə apellyasiya icraatı həddində baxılmaq üçün müddəti buraxılmış zəruri prosessual hərəkətlərin edilməsi imkanı tükənmiş və cavabdeh təkrar apellyasiya baxışının prosedur ardıcıllığının qanunvericiliklə müəyyən edilmiş göstərişlərinə riayət etməmişdir. Belə ki, qanunvericilik təkrar apellyasiya baxışının mümkünlüyünü yalnız (əlavə) kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarının tam və ya qismən ləğv edilməsi halında ehtiva etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) və Mülki Prosessual Məcəlləsinin 422-429-cu maddələrinin tələbləri iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə ilk apellyasiya icraatı zamanı prosesin çəkişmə prinsipinin təmin edilməməsinə qiymət verilməsini formalaşdıran mövqe kimi (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Hazırki halda isə artıq kassasiya instansiyası məhkəməsi də işə baxdığından onun da təkrar işə baxılması mümkün deyil və yalnız əlavə kassasiya qaydasında işə baxıla bilər. Belə ki, kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə və ya qərar Mülki Prosessual Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşsa Ali Məhkəmənin Plenumu tərəfindən Kassasiya qərarlarının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxılması üçün isə təqdimat və ya şikayət formasında müraciət olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı "xxxx" İKB ASC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı, 09.06.2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh2 vəkili və nümayəndəsi X12 tərəfindən verilmiş (buraxılmış müddətin bərpa edilməsinə dair) ərizə təmin edilməsin və apellyasiya şikayətinin geri qaytarılması təmin edilsin.
Məhkəmə qərarları › İş №2(103)-7457/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7457/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver