Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7458/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(004)-2266/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “su sayğaclarının quraşdırılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı “Nəsimi8” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi həvalə edil barədə qətnamə çıxarmasını xahiş etmişdir. Həmçinin, iddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilə hesablanmış 30831 manat borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hər iki mülki işin bir icraatda birləşdirilməsi və mülki işə 2(004)- 2266/2022 nömrəsinin verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(004)- 2266/2022 saylı qətnaməsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 271 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyinin həvalə edilməsi, Cavabdeh ASC-dən dövlət rüsumuna görə 200 (iki yüz) manatın tutularaq iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iki mülki iş bir icraatda birləşdirilmiş, lakin apelyasiya məhkəməsinə işlərdən yalnız biri göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Hüseyn Səfərov 05 dekabr 2022-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, mülki iş üzrə yaranmış zərurətlər əlaqədar olaraq mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(004)- 2266/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-7458/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7458/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver