Məhkəmə qərarları › İş №2(103)-7460/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7460/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7460/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi X1 cavabdeh X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-12950/2016 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi (hazırda X2) xx.xx.2016-cı il tarixdə cavabdeh X4 qarşı kredit borcunun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (hakim Z.Quliyev, iş N 2(004)-12950/2016) tərəflər məhkəməyə gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2016-cı il tarixdə ləğv prosesində olan İddiaçı2 ASC-nin ləğvedicisi X2 həmin qərardadın ləğv olunması və icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə xx xxxxxx 2016-cı il tarixli qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsinə dair ərizə baxılmadan geri qaytarılmışdır. Ləğvedici bu qərardaddan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraatın təzələnməsinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadında məhkəmənin istinad etdiyi halların əksinə olaraq iddiaçı xx xxxxxx 2017-ci il tarixə saat 09:40-a təyin edilmiş məhkəmə iclası istisna olmaqla keçirilmiş digər məhkəmə iclasları barədə mülki prosessual qanunvericiliyin tələb etdiyi qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandılmamış və ona məhkəmə bildirişi göndərilməmişdir. Eyni zamanda məhkəmənin ərizənin baxılmamış saxlanılması barədə dəlilləri də həqiqəti əks etdirmir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Əyyubov) şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, cavabdeh üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ləğv edilməli, baxılmamış saxlanma qərardadının ləğv olunması və icaatın təzələnməsi barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, xx.xx.2016-cı il tarixli qərardadın qəbul olunması və iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas tərəflərin məhkəmə iclasına gəlməmələri və işə onların iştirakı olmadan baxmağı xahiş etməmələri olmuşdur. Bu tələb Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsindən irəli gəlir. Həmin maddəyə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Birinci instansiya məhkəməsi qeyd olunan sübutların təqdim olunmadığını əsas gətirərək ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv etməkdən imtina etmiş və ümumi qaydada məhkəməyə müraciət etmək hüququ olmasını iddiaçıya izah etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın təzələnməsi barədə ərizə müzakirə olunarkən ilk növbədə iddiaçının xx.xx.2016-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediulib-edilmədiyi, eləcə də məhkəmə bildirişlərinin işdə iştirak edən şəxslər tərəfindən rəsmi qaydada alınıb-alınmadığı müəyyən edilməli və yalnız bundan sonra işin müəyyən edilmiş hallarına əsasən iddiaçının məhkəmə iclasında iştirak etməməsinin səbəbinin üzrlü olub-olmadığına, həmçinin baxılmamış saxlanma qərardadının ləğv olunması və icaatın təzələnməsi üçün əsasların olub-olmadığına qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarında iddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə dair məktub müəyyən etsə də, həmin məktubun iddiaçıya çatdırılmasını təsdiq edən hər hansı sübuta rast gəlmədi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından xx.xx.2017-ci il tarixli qərardad ləğv edilməli və baxılmamış saxlanma qərardadının ləğv olunması və icaatın təzələnməsi barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ləğv olunsun. Baxılmamış saxlanma qərardadının ləğv olunması və icaatın təzələnməsi barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar