Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7463/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Nəzirə Altay qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Murtuz oğluna və Cavabdeh4 qarşı kompensasiya(əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermişdir.
4. Nizami Rayon Məhkəməsindən xx.xx.2022-ci il tarixli sorğu daxil omuş, həmin sorğuda qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 sorğu ilə əlaqədar mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi.
6. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onların iştirakı olmadan olmadan baxılması mümkündür.
8. Nizami Rayon Məhkəməsindən 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli sorğu daxil olmuş, sorğuda Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur.
9. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verildiyindən mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7463/2022 nömrəli, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə verilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev