Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7467/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oölu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)-572/2022 saylı qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib olunmuş Tovuz şəhəri, F.Ələkbərov küçəsi, 8 saylı evin qiymətləndirilməsinə dair xx.xx.2021- ci il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(005)-572/2022 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədən iddiaçılar (birlikdə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6143/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilərək müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Mülki iş Bakı Apellyasiya Məhkəməsində olarkən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-572/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə qeyd olunan apellyasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən geri qaytarılmışdır. Hazırda həmin qərardaddan İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv olunub mülki işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmənin 18 oktyabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-572/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(005)-572/2022 saylı qətnaməsi tərəflərə göndərilmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərkən prosessual müddəti ötürmüşdür. Hazırda da həmin müddətin hər hansı üzrlü səbəbə görə buraxılmasını bildirmir. Prosessual müddətin bərpası üçün iddiaçı tərəfindən ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(005)- 572/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7467/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7467/2022
11.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver