Məhkəmə qərarları › İş №2(103)-7472/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7472/2021

28.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7472/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Tərcüməçi X2 qızının İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X1, ikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1093/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 20 saylı mənzilin cavabdeh ilə aralarında ½ hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə , 2005-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı və 1997-ci il buraxılışlı “Mitsubishi L300” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtombillərin nikah dövründə əldə edilmiş ümumi birgə əmlak kimi bölünməsi, avtombillərin ½ hissəsi üzərində Cavabdeh payının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1093/2021 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Mitsubishi L300” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə Cavabdeh, qalan ½ hissədə İddiaçı payları müəyyən edilməklə, paylarına uyğun mülkiyyət hüquqları tanınması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayətləri vermişlər. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: İddiaçı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə dair iddiasından imtina edir və həmin mənzilə hər hansı bir hüququnun olmadığını bəyan edir; Cavabdeh 2005-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı və 1997-ci il buraxılışlı “Mitsubishi L300” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara dair iddiasından imtina edir və həmin avtomaşınlara dair hər hansı bir hüququnun olmadığını bəyan edir; İddiaçı 15 oktyabr 2021-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. 15 oktyabr 2021-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxmadığı təqdirdə İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X3, ikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə idə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1093/2021 nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: İddiaçı ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə dair iddiasından imtina edir və həmin mənzilə hər hansı bir hüququnun olmadığını bəyan edir. Cavabdeh 2005-ci il buraxılışlı “Nissan Sunny” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı və 1997-ci il buraxılışlı “Mitsubishi L300” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara dair iddiasından imtina edir və həmin avtomaşınlara dair hər hansı bir hüququnun olmadığını bəyan edir. İddiaçı 15 oktyabr 2021-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxmağı, 15 oktyabr 2021-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən qeydiyyatdan çıxmadığı təqdirdə İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(011)-1093/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar