Məhkəmə qərarları › İş №2(103)-7474/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7474/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7474/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (X12 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə - bundan sonra üçüncü şəxs(lər)) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 440/2021 saylı, 22.04.2021-ci tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 97 və 99 saylı mənzillərinə dair X5 adına yazılan 17.08.2000-ci il tarixli, 0148 saylı orderin verilməsinə əsas olmuş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərarın, Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərannın (protokolun) etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı yataqxana binasının 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 38,0 kv.metr olan 97 və 99 saylı mənzillərinə dair X5 adına yazılan Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 17.08.2000-ci il tarixli, 0148 saylı orderinin ləğv edilməsi və X5 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdərilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 97 və 99 saylı mənzillərinə dair X5 adına yazılan 17.08.2000-ci il tarixli, 0148 saylı orderin verilməsinə əsas olmuş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli birgə qərarın, Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərannın (protokolun) etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı yataqxana binasının 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 38,0 kv.metr olan 97 və 99 saylı mənzillərinə dair X5 adına yazılan Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 17.08.2000-ci il tarixli, 0148 saylı orderinin etibarsız hesab edilməsi və X5 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İşin faktiki halları ondan ibarətdir ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 97 və 99 №-li mənzillərin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmış və həmin qərar əsasında üçüncü şəxs X5 mübahisəli Mənzili tutmaq hüququ barədə 17.08.2000-ci il tarixli, 0148 saylı order verilmişdir. Üçüncü şəxs X5 Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunda işləməmişdir. Həmçinin, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, və R.Q uliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeydşərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra, X8 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 07.01.2014-cü il tarixli Akt əsasında “Radioquraşdırma” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmiş, bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı əsasında isə AR Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə Bakı Şəhər MKTD-nin balansına verilmiş, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş 07.01.2014-cü il tarixli Təhvil-qəbul aktı əsasında ünvan 3 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırılmışdır ki, vətəndaş X12 Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 28.03.2019-cu il tarixdə (08.04.2019-cu il tarixli, Ə46 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 17.08.2000-ci il tarixli, 0148 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 97 vo 99 saylı mənzillərinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayn şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər hallann mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X6 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxan dövlət orqanlanna müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. ünvan 1 saylı yataqxana binasının 97 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X7, arvadı X14, oğlu Rüfət Qasımov, gəlini X9 və nəvəsi məskunlaşmış, ünvan 1 saylı yataqxana binasının 99 saylı otağında isə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi X15, anası X10, arvadı X13 və qızı Fatimə Bayramova məskunlaşmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. X12 qeyd edilən binanın 97 və 99 saylı mənzilindən məcburi köçkün ailələri köçürüldükdən sonra həmin mənzilləri gələcəkdə ələ keçirmək məqsədilə qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, N.B.Əliyeva "Radiozavod" tərəfindən verilmiş, Xotai rayonu, X24 küçəsi, 4A ünvanında yerləşən yataqxana binasının, yaşayış sahəsi 78,0 kv. metr olan 5 otaqlı 25 saylı mənzilində qeydiyyatda olmaqla 3 nəfər ailə üzvləri ilə (özü, həyat yoldaşı və qaynı oğlu) birlikdə yaşamasına baxmayaraq, gələcəkdə ələkeçirmək məqsədilə Xotai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 97 və 99 saylı mənzillərin qapısını bağlayaraq balanssaxlayan təşkilat tərəfindən idarəçiliyin həyata keçirilməsinə maneə yaradır. Bundan başqa vətəndaş X2 da 12.12.2006-cı il tarixli, 0156 saylı orderin kserosurətini əlavə etməklə 09 04.2019-cu il tarixdə ərizə ilə Departamentə müraciət edərək, ünvan 3 yataqxana binasının 99 saylı mənzilinə adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Buradan aydın olur ki, 99 saylı mənzilə 2 nəfər şəxs qanunsuz olaraq order əldə etmişdir vo ya qanunsuz olaraq fərqli tarixlordə 2 müxtəlif şəxsə order verilmişdir. (Order verilmiş hər iki şəxsin ata adı Bahadur olmaqla, onların heç biri "Radioquraşdırma" zavodunda işləməmişdir). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzildən köçürüldükdən sonra X12 97 və 99 saylı mənzilləri əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 17.08.2000-ci il tarixli, 0148 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 97 və 99 saylı mənzillər onun istfadəsinə verilmişdir. N.B.Əliyeva həm.n mənzillərdə heç vaxt yaşamamış, habelə Bakı "Radioquraşdırma" İByi ilə də əmək münasibətlərində olmamışdır. N.B.Əliyevanm əldə etdiyi 17.08.2000-ci il tarixli, 0148 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Üfüq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə N.B.Əliyevanın barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adına "Radioquruşdırma" zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və X12 müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin ysşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən 11.08.2000-ci tarixli, 7 saylı protokolla rəsmiləşdirilmiş 17.08.2000-ci il tarixli, 0148 saylı yataqxana orderi ilə 97 və 99 saylı mənzillər ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. X3 heç vaxt "Üfüq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. Məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 97 və 99 saylı mənzillərə X5, eləcə də 99 saylı mənzilə X1 əldə etdikləri orderlərin verilməsinə əsas kimi göstərilmiş 7 saylı protokolla rəsmiləşdirilmiş 11.08.2000-ci il tarixli, 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli birgə qərarların və 09.11.2004-cü il tarixli, 41 saylı protokolun, həmçinin 17.12.2000-ci il tarixli, 0148 saylı və 12.12.2006-cı il tarixli 0156 saylı orderlərin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-440/2021saylı 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməyərək, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı).

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-440/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları hərtərəfli araşdırılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xhiş etmişdir. Tərəflərin izahatları:

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət- kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da dövlət mənzil fonduna aid edilməklə Departamentin balansına qəbul edilmişdir. Hüquqi dəyərləndirmə:

9. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir.

10. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

11. Hazırkı iş üzrə mübahisə edilən order 17.08.2000-ci il tarixdə verildiyindən hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

12. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi - MM, maddə 49) konkret göstərilmişdir.

13. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətindən fərqli olaraq Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Eyni zamanda, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir.

15. İşin hallarından göründüyü kimi, mübahisəli Mənzilə order 17.08.2000-ci il tarixdə verilmişdir. Bu halda, orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 20 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür.

16. Kolllegiya həmçinin, Mənzildə məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilməsinin qanunsuz olmasına dair iddiasının dəlili ilə bağlı qeyd edir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

17. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə kolegiyası hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də apellyasiya instansiya məhkəməsi hesab edir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 97 və 98 saylı mənzillərində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır.

18. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək kollegiya qeyd edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üç illik mübahisələndirmə müddəti keçirildiyindən orderin və həmin orderin verilməsinə əsas olmuş qərarın (protokolun) etirbasızlığı barədə iddia tələbi rədd edilməlidir.

19. Apellyasiya instansiya məhkəməsi həmçinin, hesab edir ki, iddia tələbi X5 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Nübar Əliyevaya qarşı onun yaşayış sahəsindən istifadə hüqunun itirilməsi barədə tələb irəli sürsə də, onu cavabdeh qismində işə cəlb etməmişdir.Eyni zamanda həmin tələb orderin etibarsızlığı ilə bağlı tələbdən asılı tələb olduğundan həmin tələbin təmin edilməməsi istifadə hüququnun itirilməsi barədə tələbin də təmin edilməsini istisna edir.

20. Mülki Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

21. Göstərilən müddəalardan da göründüyü kimi, iddiaçı irəli sürdüyü iddia tələbinə cavab verməli olan şəxsi, yəni tələbin yönəldiyi şəxsi (cavabdehi) iddia ərizəsində göstərməlidir. Lakin iddiaçı Nübar Əliyevanın yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürsə də, onu cavabdeh qismində cəlb etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası apellyaisya şikayətində göstərilənlərə münasibət bildirirərək qeyd edir ki, iddiaçının şikayətində göstərdikləri dəlillər iddia ərizəsinin mahiyyəti ilə eynidir və birinci instansiya məhkəməsi ümumən bu hallara hüquqi qiymət vermişdir.

23. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-440/2021saylı, 22.04.2021i il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar