Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7484/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı QSC-nin adından çıxış edən “X3 Edilməsi Agentliyi” MMC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadından iddiaçı Təşkilatın verdiyi şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsini, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını əsas götürərək baxılmamış saxlamışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) “X3 Edilməsi Agentliyi” MMC ilə “Xidmət müqaviləsi” bağlamışdır. “Xidmət müqaviləsinin” 2.1.4-cü bəndindən görünür ki, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətlər verilmişdir. Lakin iddia ərizəsini baxılmamış saxlamış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" QSC ilə “X3 Edilməsi Agentliyi” MMC arasında bağlanmış "xxxx" görünür ki, QSC, "xxxx" ASC-dən ona keçmiş problemli aktivlərinin tələb hüququ çərçivəsində mövcud olan borcların tələbi ilə bağlı idarəetmə və hüquq xidmətlərinin göstərilməsini X3 Edilməsi Agentliyi MMC-yə həvalə etmişdir. "xxxx" QSC tərəfindən “X3 Edilməsi Agentliyi” MMC-yə verilmiş 11.09.2019-cu il tarixli, 3-11/2241 saylı etibarnamədən görünür ki, QSC, problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətləri MMC-yə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qeyd olunan prosessual hüquq normasının tələbindən görünür ki, məhkəmədə hüququ şəxsin nümayəndəsi hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər ola bilər. Göründüyü kimi özü hüquqi şəxs olan MMC-nin digər hüquqi şəxs olan QSC-ni məhkəmədə təmsil etmək hüququ yoxdur. MPM-nin 259.0.3-cü maddəsinin mənasına görə isə, ərizə buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadı qəbul etməklə və bu qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edərək hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7484/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7484/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver