Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7492/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında) Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Maraqlı şəxs X5, nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Şirkətinə qarşı qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021ci il tarixli qətnaməsindən maraqlı şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-881/2021 nömrəli iş üzrə 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə "xxxx" Şirkəti tərəfindən inşa edilən hündür mərtəbəli binalarında iddiaçı X6 ilə "xxxx" Şirkəti arasında bağlanmış 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 1-ci blok üzrə 527,5 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 2ci blok üzrə 559,0 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok üzrə 510,6 kv. metr və 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 527,5 kv. metr qeyri-yaşayış (qarajlar) sahələrin boşaldılıb iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə iddiaçı X1 və istifadə hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs X7 apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı X2 cavabdeh "xxxx" Şirkətinin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiyanın iclasında maraqlı şəxs X7 vəsatətlə müraciət edərək iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqəti araşdırmadan, şübhəli olduğu kənardan açıq-aşkar bəlli olan iddia tələbini təmin etmişdir. Cavabeh "xxxx" şirkəti və onun rəhbərliyi çox gözəl bilir ki, vətəndaş X2 iddia etdiyi qeyri-yaşayış sahəsi onundur və faktik olaraq mülkiyyətindədir. Bu qeyri-yaşayış sahəsi "xxxx" şirkəti tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahəsi kimi hələ 2011-ci ildə ******* manata ona satılmışdır. Elə o dövrdən də mənim istifadə və sərəncamımdadır. Hal-hazırda da, həmin qeyri-yaşayış sahəsinin sahibi odur. Məhkəmə kollegiyası maraqlı şəxsi, onun səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəlləsinin 97.4-cü maddəsinə əsasən, ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməli, mülki iş materialları ekspertizaya təqdim olunmalıdır. Ekspertlərə Azərbaycan Respublikası MPM-nin 63-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmalı, onlar CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə–bilə yalan rəy vermə cinayət məsuliyyəti ilə xəbərdar edilməlidirlər. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsərin ərizəsi və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.2.-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3. və 255-ci malddələri ilə nəzərdə tutulmuş hallarda ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 97, 255-256, 263, 264 və 400-cü maddələrini rəhbər tuturaq, kollegiya q ə r a r a a l d ı: İddiaçı X2 cavabdeh "xxxx" Şirkətinə qarşı qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsin. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:
1. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə X6 ilə "xxxx" Şirkəti arasında bağlanmış 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 1-ci blok üzrə 527,5 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 2-ci blok üzrə 559,0 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok üzrə 510,6 kv. metr və 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 527,5 kv. metr və X7 ilə "xxxx" Şirkəti arasında bağlanmış 07.04.2011-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 1765 kv. metr qeyri-yaşayış sahələrin ölçüləri müəyyən edilsin.
2. X6 ilə "xxxx" Şirkəti arasında bağlanmış 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 1ci blok üzrə 527,5 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 2-ci blok üzrə 559,0 kv. metr, 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok üzrə 510,6 kv. metr və 28.06.2007-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 527,5 kv. metr qeyriyaşayış sahələri X7 ilə "xxxx" Şirkəti arasında bağlanmış 07.04.2011-ci il tarixli müqaviləyə əsasən 4-cü blok üzrə 1765 kv. metr qeyri-yaşayış sahəsi ilə üst-üstə düşürmü? Ekspertlər bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edilsinlər. Hazırkı mülki iş ekspertizaya təqdim edilsin.Ekspertizanın keçirilməsi ilə əlaqədar zəruri şəraitin yaradılması iddiaçı, cavabdeh və 3-cü şəxs tərəfindən təmin edilsin. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.