Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-75/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh “xxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxx” MTK-ya və qeyrilərinə qarşı mənzilin verilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-824/2018 №-li iş üzrə xx xxxxx 2018-ci il tarixli, qətnaməsindən cavabdehlər “xxxxxxxxx” MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxxxxxxx” MTK-ya, “xxxxxxxxx” MMC-yə və Cavabdeh2 qarşı iddiası təmin edilərək, “xxxxxxxxx” MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində inşa edilmiş, 1-ci blok, 4-cü mərtəbə, 256 saylı mənzilin “xxxxxxxxx” MTK-dan alınaraq iddiaçıya verilməsi, Cavabdeh2 mənzildən çıxarılması qət edilmişdir. Cavabdehlər “xxxxxxxxx” MMC və Cavabdeh2 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişlər. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi yazılı ərizə təqdim edərək cavabdehlə razılığa gəldiklərini, aralarında mübahisə olmadığını, buna görə iddiadan imtina etdiklərini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxx” MMC-nin qanuni təmsilçisi iddiadan imtinaya etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehlərin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə işitrak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfdən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-824/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “xxxxxxxxx” MTK-ya, “xxxxxxxxx” MMC-yə və Cavabdeh2 qarşı “mənzilin verilməsi və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-75/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-75/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver