Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7500/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3308/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi, əmək haqqı və əmək məzuniyyəti üzrə ödənişlərin düzgün hesablanması və mənəvi təzminat tələbi”na dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla (iddiaçı ilə) “Azərsutikinti” xəstəxanası arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmrə əsasən əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi, istifadə edilməmiş məzuniyyətə görə 1328.29 manat pulun ödənilməsi, başqa işçinin ona həvalə edilmiş əmək funksiyalarını icra etdiyinə görə ödənilməmiş 2400 manat məbləğində əmək haqqının hesablanması və mənəvi zərərə görə 20.000 manat məbləğində təzminatın ümumilikdə cəmi 23728.29 manat həcmində pul məbləğinin Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3308/2023 saylı qərardadı ilə iddia ərizəsininin məzmununa dair qanunvericiliyin tələbinə riayət olunmadığı üçün həmin ərizə geri qaytarılmışdır. İddiaçı şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-3308/2023 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə məhkəmə baxışının davam etdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Təbib”in xx.xx.2021-ci il tarixli protokolundan çıxarışa əsasən Cavabdeh yaradılmış, digər tibb müəssisələri ilə yanaşı “Azərsutikinti” xəstəxanası da Mərkəzin strukturuna daxil edilmişdir. Həmin vaxtdan etibarən işçinin işə qəbul və işdən azad edilməsi ilə bağlı səlahiyyətlər artıq “Azərsutikinti” xəstəxanasının deyil, yalnız Cavabdeh-nin direktorunun əmri ilə rəsmiləşdirilməli idi. Lakin iddiaçının 29 avqust 2022-ci il tarixli 95 nömrəli əmrlə işdən azad olunduğu zaman əmr həmin əmri verməyə səlahiyyəti olmayan və həmin vaxt artıq “Azərsutikinti” xəstəxanasında işləyən keçmiş baş həkimin imzası ilə və Cavabdeh-nin sənədləri üçün istifadə edilən möhür ilə təsdiq edilmişdir. İşdən azad olunma ilə bağlı əmək kitabçasında aparılmış qeydlərdə düzəlişin aparılması ilə əlaqədar tələb ondan ibarət olmuşdur ki, “Azərsutikinti” xəstəxanası Cavabdeh-nin struktur bölməsi kimi fəaliyyət göstərdiyi üçün həmin əmr “Azərsutikinti” xəstəxanasının baş həkimi E.S.Mirzəyevin imzası ilə deyil, Cavabdeh-nin direktorunun imzası və üzərində Azərbaycan Respublikasının gerbi təsvir olunmuş möhür ilə təsdiq edilməli idi. İddiaçının uzun illər bir müəssisədə çalışmasına baxmayaraq işdən azad olunması ilə bağlı verilmiş bu cür ziddiyyətli əmr əsasında əmək kitabçasında qeydiyyatların aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalar”-nın 3.7-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd olmuşdur. Həmin maddənin tələbinə görə əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyridəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu orqan tərəfindən aparılmalıdır. Nizami Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən bu Məcəllənin 149cu maddəsi ilə müəyyən forma və məzmuna riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı iddia ərizəsinin məzmununa dair qanunvericiliyin tələbinə riayət etməmişdir. Qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbi, onun tələbinin əsası kimi istinad etdiyi fakt və hallar göstərilməlidir. Lakin iddiaçının “əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 95-k nömrəli əmrə əsasən əmək kitabçasında aparılmış qeydlərə düzəliş edilməsi”nə dair tələbi aydın deyil, yəni iddiaçının hansı düzəlişin edilməsini istədiyi tələbində dəqiq göstərilməmişdır və bunu iddia ərizəsinin məzmununa əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7500/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7500/2023
11.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver