Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7503/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» barədə ilkin, iddiaçı «X15 MMC»-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «maddi zərərin ödənilməsi» barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1903/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi – vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh «X15” MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədə» ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək onun tutduğu vəzifəyə bərpa edilməyi, cavabdeh tərəfindən pozulmuş əmək münasibətləri ilə bağlı vurulmuş 50000 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2012-ci il tarixindən Nümayəndə qanuni təmsilçisi olan "xxxx" MMC-də tibb bacısı vəzifəsində çalışmışdır. "xxxx" MMC neft daşlarında olan neftçilərə tibbi xidmət göstərilməsi ilə bağlı "Socar”la müqavilə bağlayırdı və həmin müqavilə üzrə "Azmedicon” MMC-nin tibb işçiləri neft daşlarında olan neftçilərə tibbi xidmət göstərirlər. "xxxx" MMC-də 2012-2017-ci il tarixlərində işlədiyi müddətdə demək olar ki, "xxxx" MMC tərəfindən onun bütün əmək üzrə hüquqları kobud şəkildə pozulmuşdur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarını qeyd edilməsi hesab edir ki, işin hərtərəfli və qanuni baxılması üçün vacibdir, çünki "xxxx" MMC- nin qanuni təmsilçisi və bu iş üzrə olan Cavabdeh MMC-nin qanuni təmsilçisi eyni şəxs Nümayəndədur. "xxxx" MMC tərəfindən pozulmuş hüquqları ilə bağlı qeydləri birbaşa Cavabdeh MMC-də də, aidiyyəti olduğunun nəzərə alınmasını xahiş edir və qeyd etmək istəyir ki "xxxx" MMC tərəfindən pozulmuş hüquqlarıyla bağlı artıq Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğuna, X16 və digər dövlət orqanlarına şikayət olunub. "xxxx" MMC 2012-ci il tarixindən 2017-ci il tarixinədək qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan tibb işçisi kimi onu işə qəbul etmişdir. Onunla müqavilənin bağlanmamasını onunla əsaslandırır ki, işə götürən tərəfindən ona əmək müqaviləsinin surəti təqdim edilməmişdir və əmək müqaviləsini qanunvericiliyə uyğun olaraq imzalamamışdı. 2012-ci il tarixindən 2017-ci il tarixinədək, əmək haqqı ona və digər işçilərə əlbəəl verilirdi. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, 2012-ci il tarixindən 2017-ci il tarixinədək gov.az saytında qeyd edildiyinə görə "Azmedicon” MMC tərəfindən işçinin gələcəkdə pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Faktiki olaraq qeyd etmək olar ki, həmən illərdə "xxxx" MMC-də çalışmağına baxmayaraq, işəgötürən tərəfindən hüquqlarının pozulması nəticəsində əmək stajı rəsmi olaraq qeyd edilməmişdir. Bundan əlavə olaraq ezamiyyət pulu, məzuniyyət pulu, və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilmirdi. 2017ci il tarixində məlum olmayan səbəblərə görə “Azmedicon" MMC-nin bütün işçilərini Cavabdeh MMC-yə keçirdilər. "xxxx" MMC-nin və “X15" MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. "X15" MMC ilə əmək müqaviləsi bağlansa belə eyni şəkildə necə ki, "Azmedicon“ MMC tərəfindən müqavilənin bir nüsxəsi ona verilməmişdir. "X15" MMC tərəfindən də nəinki müqavilənin bir nüsxəsini, müqavilə ilə tanış olmağa imkan verilməmişdir və Cavabdeh MMC rəhbərliyi müqavilənin imzalanması üçün onlara təqdim edəndə qeyd edirdilər ki, «imzalayırsınız ya da işsiz qalırsınız». “X15" MMC ilə müqavilə bağlansa belə əmək hüquqlarının pozulması davam edirdi. Əmək kitabçasında və onlara verilən arayışlarda əvvəllər tibbi ixtisasları - həkim, tibb bacısı ixtisası qeyd olunmuşdur. "X15" MMC tərəfindən birtərəfli olaraq dəyişdirilərək, əvəzinə sadəcə mütəxəssis yazıldı. Mütəxəssis yazmaqla ixtisas dərəcələri nəzərə alınmır və bu da öz növbəsində illər keçdikcə maaşlarının donub qalmasına, artmamasına səbəb olur. Əmək məcəlləsinə əsasən əmək müqaviləsində işçinin tutduğu vəzifə dəqiq göstərilməlidir, həmİn vəzifənin dəqiq göstərilməməsi əmək müqavilənin şərtlərini kobud şəkildə pozulması ilə nəticələnir. Qeyd edir ki, Azərbayan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Kollegiyası tərəfindən 19 iyun 2017-ci il tarixində, 8 saylı "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X8”nın təsdiq edilməsi barədə qərarı qəbul edilmişdir. Həmin qərarda səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələri göstərilmişdir və həmin kitabçada mütəxəsis vəzifəsi ümimiyyətlə yoxdur. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Amma bu şirkətlə işlədikləri müddətdə tibb işçisi kimi sertifikasiyadan keçməmişlər. Bu, işəgötürən tərəfindən çox ciddi qanun pozuntusudur. Baxmayaraq ki, xüsusi rejimli strateji obyektdə hər an təhlükə olan, dəniz sahilindən uzaq, içməli su hövzəsindən uzaq, neftçilərlə, demək olar ki, eyni şəraitdə çalışırdılar, lakin işəgötürən tərəfindən sığorta olunmamışdılar, və hər hansı bir hadisə baş versəydi müalicələrini öz hesablarına məcbur qalaraq ödəməli idilər. Əlavə olaraq qeyd etmək istəyir ki, işəgötürən iş vaxtlarını kobud şəkildə pozurdu və əlavə işlədiyi iş vaxtların, bazar günlərin və bayram günlərin ödənişini etməmişdir. O, faktiki olaraq həm öz əmək funksiyasını həyata keçirirdi, həm də, işçi olmadığına görə digər işçilərinin əmək funksiyalarını. Qeyd etmək istəyir ki, işəgötürən qanunsuz olaraq hər 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edirdi. Qeyd etmək istəyir ki, onlar dənizin ortasında yeganə tibb məntəqəsidirlər, bir hadisə baş verərsə və tibbi yardım lazım olarsa 1 saatdan tez heç bir yardım gələ bilməz. Belə bir halda minlərlə işçisi olan yerdə hər gün 1 həkim və 1 tibb bacısı bu qədər böyük bir kontingentə tibbi yardım göstərir və üstəlik ambulansla təcili tibbi yardımı həyata keçirir. Yeri gəlmişkən, təcili tibbi yardım fəaliyyətləri olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilmirdi. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyət xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilirdi. Dəyişikliyə əsasən, bu vəsait 15 manata qaldırılmışdır. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir və cavabdeh bu ödənişləri də həyata keçirməmişdir. Məzuniyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, iş stajına görə əlavə olunan 2-4-6 məzuniyyət günləri onlara verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın təsdiqlənməsi barəsindəki 5 iyul 2004-cü il tarixli 92 saylı qərarına əsasən: ... Neft çıxarılan adalardakı ambulatoriyalarda və sağlamlıq bölmələrində çalışan, həkim, orta və kiçik tibb işçisi heyyətinə əlavə məzuniyyət kimi 6 gün verilir. Şirkət tərəfindən şərait yaradaraq tibb işçiləri müəyyən müddətdən bir təkmilləşmə kurslarına getməli və attestasiyadan keçərək, bilik, savad və bacarıqların artırmalıdır, həmçinin ixtisas dərəcələri artırılmalıdır. İşəgötürən tərəfindən bu cür kurslara işçiləri göndərməmişdir. Koronavirusla mübarizə işlərində cənab Prezidentin fərmanıyla bu virusla mübarizədə birbaşa və bilavasitə mübarizə aparan tibb işçilərinin maaşları müddətli olaraq 3-5 mislə qədər artırılmışdır. Lakin buna baxmayaraq şirkət tərəfindən cənab Prezidentin fərmanı icra edilməmişdir və onları maaşları artırılmamışdır. Cavabdehə dəfələrlə müraciət olunsa belə maaş haqda haqq-hesab vərəqəsi verilməmişdir və bu səbəbdən cavabdeh tərəfindən, ezamiyyət ödənişlərin məzuniyyət ödənişlərin, əmək haqqına əlavə ödənişlər (gecə saatı, bayram və istirahət günlərin, təcili tibbi yardımın ödənişləri), Covidlə bağlı əmək haqqın artırılması və digər əmək münasibətlərindən irəli gələn ödənişləri ilə bağlı vurulmuş maddi ziyanın dəqiq hesablanması mümkün olmayıb. Prezidentin 18 mart 2020-ci il tarixli, 1947 saylı "Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Baxmayaraq ki, ağır şəraitdə neft daşlarında koronovirus tutmuş şəxslərin müalicəsi ilə bağlı da ilkin tədbirləri görürdülər, bu sərəncama uyğun olaraq onların maaşları artırılmamışdır. Ona vurulmuş maddi ziyandan əlavə olaraq həkimlərin sertifikasiya hüququ, tibbi yardımın göstərilməsi ilə bağlı lisenziya alınması, işçilərin tibbi sığortalanması və dövlət sosisal müdafiə fonduna olunan ödənişləri ilə bağlı qanuni pozuntuları da qeyd edir. Əvvəlki işlədiyi illərdə olduğu kimi Cavabdeh MMC-yə məzuniyyətə çıxmağı ilə bağlı yazılı şəkildə müraciət etdi. 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronaviruslu X24na müvəqqəti olaraq işə düzəlirdi və orda tibbi yardım göstərirdi. İşəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaratmırdı və illərlə, məzuniyyət ərizəsini yazandan sonra, həmin gündən işçiləri məzuniyyətə buraxırdılar. Bu dəfə də, onun tərəfindən 2020-ci il üçün istifadə olunmamış məzuniyyət ərizəsi təqdim olundu. O, ərizəni təqdim edəndən sonra əvvəlki məzuniyyət vaxtını istifadə etdiyi kimi, koronoviruslu X24na müvəqəti olaraq işə düzəldi. Bir müddət sonra işəgötürən tərəfindən ona müraciət olundu və bildirdilər ki, işə çıxmamağı ilə bağlı izahat yazmalıdır, o izahatda bildirdi ki, o məzuniyyəti ilə bağlı ərizə ilə müraciət etmiş və əvvəlki kimi məzuniyyətdə olduğu müddətindən istifadə edərək koronoviruslu X24na müvəqqəti olaraq işə düzəlmişdir. Götürdüyü məzuniyyət 2020-ci ilin təqvim ilin məzuniyyəti idi və həmin məzuniyyətlə bağlı 2020-ci ilin təqvim ilin sonunda müraciət etmişdir. Cavabdeh onun izahatını aldı və 08.01.2021-ci il tarixində qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) müqaviləsinə xitam verilmişdir. Beləliklə, həm onun məzuniyyət hüququ kobud şəkildə pozulmuşdur, həm də onu qanunsuz olaraq işdən azad etmişdilər. Cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmrə diqqət yetirilsə, istifadə edilməmiş əmək məzuniyyətlə bağlı son haq-hesabına ödəniş barədə qeyd var, halbuki həmin məzuniyyətinin istifadə edilməsi ilə bağlı rəsmi şəkildə işəgötürənə müraciət etmişdi. Bu günə kimi, işəgötürən tərəfindən əmək funksiyalarını yerinə yetirilməməsi ilə bağlı bir dəfə olaraq belə xəbardarlıq, töhmət və ya şiddətli töhmət verilməmişdir. İşəgötürən tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı dəfələrlə həm cavabdehə həm də, əmək müfəttişliyinə və digər dövlət qurumlarına müraciət etmişdi. Bu müraciəti ilə bağlı cavabdeh onu dəfələrlə narahat edib və əmək funksiyalarını yerinə yetirilməsi ilə bağlı maneələr törədib və sonda cavabdeh şəxsi qərəzliyə görə onu işdən azad edib. Uzun illər boyu cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və son nəticədə qanunsuz və əsassız olaraq məzuniyyət hüququnu pozaraq onu işdən azad etmişdir. Məhkəmə baxışı zamanı ilk iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 08.01.2021-ci il tarixli, 009/21/k saylı əmri ləğv edərək İddiaçı tutduğu vəzifəyə bərpa edilməyi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və cavabdeh tərəfindən pozulmuş əmək münasibətləri ilə bağlı vurulmuş 50000 manat maddi ziyanı və 20 000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Fərdi əmək mübahisələrinin həlli haqqında” Qanunun 7.3 maddəsinə əsasən “İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən, işçiyə dəyən maddi ziyanı ödəməklə yanaşı, mənəvi ziyana, yəni işçinin şərəf və ləyaqətinin ləkələnməsinə, alçaldılmasına görə də maddi məsuliyyət daşıyır. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği respublika üzrə minimum əmək haqqı miqdarının iyirmi beş mislindən az, işçinin hüquqlarının pozulmasında təqsirkar vəzifəli şəxsin (şəxslərin) altı aylıq əmək haqqından çox ola bilməz. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında işin faktiki hallarına uyğun olaraq mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.” Qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «maddi zərərin ödənilməsi barədə» qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı cəmiyyət barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində dəymiş olan maddi zərər olan 50.000 manatın tutularaq Cavabdeh MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsasız olması qədər həm də, iddiaçının bu günə qədər dəfələrlə ayrı-ayrı instansiyalara əlaqəsi və həqiqiliyi olmayan şikayətləri ilə Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərbələr vurmuşdur. Nəticədə Cavabdeh MMC bu şikayətlərin heç bir əsasının olmadığını bir çox instansiyalarda təsdiq etməli olmuşdur. İddiaçı bu davamlı və əsassız şikayətləri şirkətdən pul qoparmağa hesablanmışdır. Bunların nəticəsidir ki, cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulmuş və cəmiyyət bu səbəbdən maddi ziyana uğramışdır. İddiaçı altına imza atdığı bir çox şikayət ərizələri və iddia ərizəsində heç bir əsası olmadan işlədiyi cəmiyyətə qara yaxmış, böhtanlar savurmuşdur. Belə ki, o, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi, əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilərək ixtisasının mütəxəssis yazıldığını, sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu, xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, Cənab Prezident tərəfindən tibb işçilərinə müəyyən edilmiş 20 faiz əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını, məzuniyyət hüquqlarının pozulduğunu, maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, zərərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu, şəxsi qərəzliyə görə ona işə gəlməməsi deyildiyini, faktiki olaraq maneələr yaradıldığı üçün əmək funksiyasını yerinə yetirə bilmədiyini, uzun müddətdir ki, işəgötürənin onu işə gəlməyə qoymadığını qeyd etməklə əsassız olaraq cəmiyyətdən pul tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1903/2021 saylı, 22 aprel 2021ci il tarixli qətnaməsi ilə hər iki iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə iddiaçı onun ləğv edilməsini və ilkin iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu, iddia müddətini ötürmüş olması ilə bağlı gəldiyi nəticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Qətnamədən, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını; cavabdeh Şirkətin nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin 25 aprel 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı kiçik tibb bacısı vəzifəsinə qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-nin 22 aprel 2017-ci il tarixli ərizəsində görünür ki, onun 25 aprel 2017-ci il tarixdən MMC-ə kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 25 aprel 2017-ci il tarixli 083/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-ə kiçik tibb bacısı vəzifəsində qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-nin 28 aprel 2017-ci il tarixli ərizəsindən görünür ki, onu 29 aprel 2017-ci il tarixdən Cavabdeh MMC-yə assistans üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 29 aprel 2017-ci il tarixli 272/k saylı əmrindən görünür ki, İddiaçı Cavabdeh MMC-də assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə keçirilməsi, vəzifə maaşı müqaviləyə uyğun olaraq təyin edilməsi qəbul edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-nin 11 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 avqust 2018-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək 30 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMCnin 15 oktyabr 2018-ci il tarixli ərizəsindən görünür ki, onu 01 noyabr 2018-ci il tarixindən 07 dekabr 2018- ci il tarixinədək 36 gün məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 22 oktyabr 2018-ci il tarixli 268/18k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə AR Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2018-2019-ci iş ilinə görə) 01 noyabr 2018-ci il tarixindən 07 dekabr 2018-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, işçinin məzuniyyətdə olduğu müddət 1 gün Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə təsadüf etdiyi üçün məzuniyyət tarixi 08 dekabr 2018-ci il tarixinədək uzadılması, 08 dekabr 2018-ci il tarixində işə başlanılması əmr edilmişdir. İddiaçı Cavabdeh MMC-nin 18 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, onun 2019-2020 il üçün olan məzuniyyətini 01.09.2020-ci ildən çıxmağına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 25 avqust 2020-ciil tarixli 331/20k saylı əmrindən görünür ki, Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən 36 təqvim günü müddətinə (30 t/g əsas məzuniyyət və 6 tg əlavə məzuniyyət) olmaqla (2019-2020-ci iş ilinə görə) 01 sentyabr 2020-ci il tarixindən 07 oktyabr 2020-ci il tarixənədək əmək məzuniyyəti verilməsi, 07 oktyabr 2020-ci il tarixində işə başlanılması əmr edilmişdir. 27.03.2017-ci il tarixli, PMA-M/17/01 saylı, 29.12.2017-ci il tarixli N_M-PMA-025 saylı, 28.12.2018-ci il tarixli N_M-PMA-046 saylı, 30.12.2019-cu il tarixli N_M-PMA-062 saylı, 30.12.2020-ci il tarixli N_M-PMA-102 saylı "xxxx" ASC (Sığorta şirkəti) ilə “X18” (Assistans şirkəti) arasında bağlanmış tibbi sığorta müqavilələri üzrə Assistans xidmətlərinin göstərilməsi haqqında müqavilələrdən görünür ki, müqavilələrin predmeti “Assitans şirkəti” 2017-2021-ci illər ərzində "xxxx" ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (bundan sonra SOCAR) qurumlarıarasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə əsasən, SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommutatorluq və assistans ximətinin təşkil olunması, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil olunması, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməsi, “Sığorta şirkəti” isə göstərilən xidmətlərin haqqını ödəməsi təşkil edir. İddiaçı dair "xxxx" ASC ilə “X18” MMC arasında bağlanmış həyatın yaşam sığorta şəhadətnaməsindən görünür ki, bu müqavilənin müddəti 31.01.2018-ci il tarixdən 31.01.2021-ci il tarixədəkdir. Sığorta haqqı 3.600 AZN-dir. İş materiallarında olan "xxxx" MMC ilə 15 oktyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı tibb bacısı vəzifəsinə qəbul edilməsi ilə bağlı bu əmək müqaviləsi fəaliyət göstərmə səbəbinə görə 15.10.2020-ci il tarixindən 30.10.2020-ci il tarixədək bağlanmışdır. 26 oktyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavədəyişiklikdən görünür ki, "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 30.10.2020-ci il tarixindən aşağıdakı dəyişiklik edilir: 1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıda redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə 30.11.2020-ci il tarixinədək bağlanmışdır. 4.1. Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1661 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir. 2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan 30 oktyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 saylı əlavə-dəyişiklikdən görünür ki, "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 30.10.2020ci il tarixindən aşağıdakı dəyişiklik edilir: 1. Əmək müqaviləsinin 2.3-cü bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə 30.11.2020ci il tarixinədək bağlanmışdır. 2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03 saylı əlavə-dəyişiklikdən görünür ki, "xxxx" MMC-də Tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə 15.10.2020-ci il tarixində bağlanılmış əmək müqaviləsinin, 9.2 maddəsinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına əsasən müqaviləyə 01.12.2020ci il tarixindən aşağıdakı dəyişiklik edilir: 1. Əmək müqaviləsinin 2.3; 4.1-ci bəndləri aşağıdakı redaksiyada verilir: 2.3. Bu əmək müqaviləsi fəaliyyət göstərmə səbəbinə görə 25.12.2020-ci il tarixinədək bağlanmışdır. 4.1 Əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilir: İşçiyə hər ay 1326 məbləğində tarif maaşı təyin edilir və qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra ona xalis məbləğ ödənilir. 2. Bu əlavə və dəyişikliklər əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan “X18” MMC-nin İddiaçı verdiyi 16.02.2018-ci il tarixli 1025 saylı arayışdan görünür ki, o həqiqətən də 29 Aprel 2017-ci iltarixindən etibarən “X18” nəzdinə olan “Neft daşları” TSH-də tibb bacısı vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 494,54 manat təşkil edir. İş materiallarında olan X10, X5, X4, X1, X2 və İddiaçı nümayəndələri N.Səfərovun, "xxxx" ASC-nin sədrinə yazdığı 19.10.2020-ci il tarixli ərizələrindən görünür ki, onlar “X18” MMC-də baş verənlərin və tibbi personalların narazılığına səbəb olmuş vəziyyətin araşdırılaraq aradan qaldırılmasını, onların haqlı tələblərinin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan X10, X5, X4 “X18” MMC-nin direktoru Nümayəndə yazdıqları 26.10.2020, 07.01.2021, 25.01.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar bu günə qədər şirkətə qarşı etdikləri şikayətlərinin heç bir əsası olmadığını öz ərizələri ilə təsdiq edirlər və xahiş edirlər onları üzrlü saysınlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.02.2021-ci il tarixli 05/19-547 saylı məktubundan görünür ki, həmçinin İddiaçı “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”ndə onun praktiki tibb fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiya prosesində iştirak etməməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X30 Şəxsin 10.03.2021-ci il tarixli 08/3873 saylı məktubundan görünür ki, “X18” MMC-nin özəl və əczaçılıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı informasiya aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21.08.2020-ci il tarixli məktubundan görünür ki, X13, X3, İddiaçı, X11, X12 və X10 “X18” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinin araşdırması zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, A.Ələkbərovanın razılığı ilə xadimə vəzifəsinə, digər müraciət müəllifləri isə razılıqlarına əsasən “Assistans xidməti üzrə mütəxəssis” və “Assistent xidməti üzrə mütəxəssis köməkçisi” vəzifələrinə keçirilmişlər. “X18” MMC tərəfindən təqdim edilmiş məktubda müraciət müəlliflərinin koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə cəlb edilmədikləri halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 saylı qərarı ilə onlara şamil edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28.07.2020-ci il tarixli məktubundan görünür ki, X15 MMC-nin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv şikayət ərizəsi Səhiyyə Nazirliyində araşdırılmasından müəyyən edilmişdir ki, X15 MMC tərəfindən SOCAR Dövlət Neft Şirkətinin əməkdaşlarına tibbi koordinasiya xidməti göstərilir, tibbi yardıma ehtiyacı olduğu təqdirdə onlar müvafiq tibb müəssisələrinə göndərilir. Bununla bağlı “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarının onlara şamil edilməsi əsassızdır. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 06.01.2021-ci il tarixli teleqramda onun uzunmüddət işə gəlməməyinin səbəbini bildirməyi üçün, onun İnsan Resurları şöbəsinə yaxınlaşmasının tələb olunması göstərilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünürki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi 08.01.2021-ci il tarixində sistemə daxil edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin müdir müavini X25, Assistans xidməti üzrə mütəxəssis X6, Neft Daşları NQÇİ-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin rəis müavini X7 12.12.2020-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, 12.12.2020-ci il tarixində saat 15:00 radəsində Cavabdeh MMC-nin Assistans xidməti üzrə mütəxəssis köməkçisi Əliyeva X19 Hotelinə katantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Məlumat üçün bildirirlər ki, Koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMC-nin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi və dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Bu tədbirlər çərçivəsində növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 17.12.2020-ci il tarixli ərizəsindən görünür ki bütün dünyanı bürüyən, eləcə də Azərbaycandan yan keçməyən COVİD-19 virusu ilə mübarizədə bir tibb bacısı kimi, təqdim etdiyi müqavilə əsasında X23 işləyir (məzuniyyət dövründə). Bu çətin günlərdə xalqın sağlamlığının keşiyində dayanmağı özünə borc bilərək, növbəti məzuniyyətinin (köhnə illərdən qalan və 2020-ci ilin), ona verilməsinə icazə verilməsi xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə yazdığı, 07.01.2021-ci il tarixli izahatda göstərilmişdir ki, o, dekabr ayı üçün məzuniyyət ərizəsi yazmışdır. Məzuniyyətin səbəbi isə COVİD-19 (koronavirus) xəstəliyinə yoluxmuş xəstələrin müalicəsində iştirak etmək üçün FHN-nin X24 ilə müqavilə bağlamışa və həmin xəstəxanada məzuniyyət zamanı çalışıb xalqa bu çətin vaxtda xidmət edirdi. Məzuniyyət ərizəsini rəhbərliyə çatdırmış və sonrada baş həkimin müavini Qurbanov Eldara zəng edib nə cavab verildiyi ilə maraqlandı. Eldar Qurbanov ona dedi ki, ərizəsini aldılar və dedilər ki özləri məşğul olacaqlar. Bundan sonra ona heç bir zəng və ya heç bir şəkildə xəbərdarlıq olmayıb ki, ərizən qəbul olmur, işə çıxmalısan. O da ərizəsinin qəbul olunduğunu düşündü. Çünki, əks halda ona xəbərdarlıq olunmalı idi. Cavabdeh MMC-nin 08 yanvar 2021-ci il tarixli 009/21/k saylı əmrindən görünür ki, koronavirus (COVİD-19) pandemiyası davam etdiyi müddət ərzində Cavabdeh MMC-nin biznes fəaliyyətinin davamlılığının təmin edilməsi və dənizdə işçi heyətinin müdafiəsi məqsədilə əlavə tədbirlərin görülməsi ilə bağlı gücləndirilmiş karantin tələbləri müəyyən edilmişdir. Belə ki, növbəli rejimdə işləmək üçün səyahət etməli olan əməkdaşlar Caspian Hotelində karantin rejimində saxlanılmaqdadırlar. 12.12.2020-ci il tarixində Cəmiyyətin Assistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı bu məqsədlə Caspian Hotelində yerləşdirilməli idi. 17.12.2020-cu il tarixində İddiaçı rəhbərliyə ərizə yazaraq işə çıxa bilməyəcəyini bildirdi və başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin surətini təqdim etdi. Məsələ ilə bağlı İddiaçı İnsan Resurslar şöbəsinə dəvət olunaraq müvafiq qaydada izahat yazması tələb olundu. Əməkdaş izahatında dekabr ayı üçün nəzərdə tutulmuş qrafika uyğun işə çıxmadığını təsdiq etdi.Yuxarıda qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq 08.01.2021-ci il tarixindən Cavabdeh MMC ilə (X14 Quliyev) Assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsində çalışan İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 21 gün pul əvəzi olaraq son haqq-hesabında ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas 12.12.2020-ci il tarixdə tərtib edilmiş akt, İddiaçı 17.12.2020-ci il tarixli ərizəsi, başqa işəgötürənlə bağladığı əmək müqaviləsinin və 07.01.2021-ci il tarixli izahatı göstərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Cavabdehnə ********** 08 fevral 2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, Cavabdeh 30 yanvar 2018-ci il tarixdə yardımçı hüquqi şəxs kimi “Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestri”nə daxil edilmişdir. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsi ilə xitam verilərkən cavabdeh Şirkət tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməmişdir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçıya hər iş ili üçün olmaqla sonuncu məzuniyyət 25.08.2020-ci il tarixli əmrlə 2019-2020-ci iş ilinə görə 01 sentyabr 2020-ci il tarixindən 07 oktyabr 2020-ci il tarixənədək verilmişdir. İş materiallarından görünür ki, 12 dekabr 2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin asistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı işə çıxması üçün Caspian Hotelinə karantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Bundan sonra isə ilk iddiaçı işə çıxmamışdır və işə çıxmamaqda davam edərək 17 dekabr 2020-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək X23 işə düzəldiyini, ona təkrarən məzuniyyət verilməsini və məzuniyyət dövründə X23 işləyəcəyini qeyd etmişdir. Müəyyən edilmişdir ki, ilk iddiaçı 15.10.2020-ci il və 30 oktyabr 2020-ci il tarixlərdə "xxxx" MMC ilə bağladığı (sonradan də əmək müqaviləsinə dəyişiklik edilmişdir) 25.12.2020-ci il tarixinədək orada tibb bacısı vəzifəsində işləmişdir. Qeyd edilən müqavilələrin mövcudluğu barədə ilk iddiaçı cavabdehə 17.12.2020-ci il tarixdə növbəti məzuniyyət barədə ərizə verərkən məlumat verərək təqdim etmişdir. İlk iddiaçı 17.12.2020-ci il tarixli ərizəsində köhnə illərdən qalan və 2020-ci il üçün olan məzuniyyətinin verilməsini xahiş etsə də, həm cavabdeh tərəfin izahatları, həm də iş materialları ilə təsdiq edilir ki, İddiaçı 2017-2020-ci illər üçün nəzərdə tutulmuş bütün məzuniyyətlərində istifadə etmiş, köhnə illərdən məzuniyyəti qalmamışdır. İşin materiallarından görünür ki, cavabdeh tərəf ilk iddiaçıya üzün müddət işə çıxmamasının səbəblərini araşdırmaq üçün 05 yanvar 2021-ci ildə teleqramm göndərmiş və 07 yanvar 2021-ci il tarixdə onun müvafiq izahatını almışdır. Bu izahatında ilk iddiaçı FHN-nin X24 ilə müqaviləsinin olmasını və məzuniyyətə dair ərizəsinin qəbul olunmadığına dair ona məlumat verilməməsini onun da ərizənin qəbul olunduğunu düşünməsini göstərmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa kollegiya qeyd edir ki, ilk iddiaçının işə bərpa istisna olmaqla digər tələbləri əsasən onun 2012-ci ildən 2017-ci ilədək "xxxx" MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etməsi, əmək müqaviləsinin surətinin ona təqdim edilməməsi və onun əmək müqaviləsini imzalamaması, həmin vaxtlarda əmək haqqının ona və digər işçilərə əlbəəl verilməsi, onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməməsi, ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilməməsi təşkil edirdi. İlk iddiaçı bu tələblərini həm də iddiası üzrə cavabdeh «X15” MMC-nin qanuni təmçilçisi olan Nümayəndə "xxxx" MMC-nin də qanuni təmsilçi olması ilə də əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki prosessul qanunvericiliyə əsasən cavabdeh maddi hüququn subyektidir ki, iddiaçı həmin şəxsi onun hüququnun və qanunla qorunan marağının pozucusu kimi göstərir. Cavabdehin düzgün müəyyən edilməməsi irəli sürülən tələbin sübut edilmədiyini təsdiq edir, belə ki, iş üzrə cavabdeh onun hüquqlarının və qanunla qorunan maraqlarının pozucusu olmur. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur və məhkəmənin, iddiaçının iradə ifadəsi olmadan hər hansı şəxsi cavabdeh qismində cəlb etməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, hər bir halda ilk iddiaçının 2012-2017-ci illər arası, yəni, "xxxx" MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəvyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi "xxxx" MMC-yə qarşı iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İşin materiallarından isə görünür ki, "xxxx" MMC-yə qarşı tələb irəli sürülməmiş və sözügedən MMC hazırki iş üzrə cavabdeh deyildir. Nümayəndə isə hazırki iddia üzrə «X15” MMC-nin qanuni təmçilçisi kimi göstərilmişdir. Buna görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçının "xxxx" MMC ilə bağlı ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bundan başqa, işin materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış 28 aprel 2017-ci il tarixli ərizəsindən görünür ki, onu 29 aprel 2017-ci il tarixdən Cavabdeh MMC-yə assistans üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ona verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi tələbini məhkəmə əsassız sayır və qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 10.2-ci bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçı işdən azad olunan vaxta kimi işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və həmin müqavilə əsasında də əmək haqqı almışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin ilk iddiaçıya verilməməsi və həmin müqavilə ilə tanış ola bilməməsi halı həm inandırıcı deyil, həm də bu halı mövcud olduğu halda belə onun bununla bağlı hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Kollegiya ilkin iddia üzrə iddiaçının sertifıkasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1 maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir «Əhalinin sağlamlığı haqqında» qanunun 46 və 49- 1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifıkasiyaya cəlb edilirlər. Normada qeyd edilən müvafiq icra hakimiyyəti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir. İşin materiallarından görünür ki, ilk iddiaçı Cavabdeh MMC-də 25 aprel 2017-ci ildən 08 yanvar 2021-ci il tarixinə kimi işlədiyi, yəni 5 il belə tamam olmamışdır. Məhkəmə hesab edir ki, ilk iddiaçı qeyd edilən normalarının təsiri altına düşmədiyindən bununla bağlı qeyd etdiyi dəlili də əsassızdır. Kollegiya ilk iddiaçının xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığına dair dəlilinə də qiymət verərək əsassız sayır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh MMC işəgötürən olaraq bütün işçiləri, o cümlədən iddiaçını “Paşa sığortada” öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan müəyyən miqdarda vəsait almışdır. Kollegiya ilk iddiaçının işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini, həmçinin, təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq buna görə maaşa əlavə olunan faizlər verilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, bu halların mövcud olmasına dair hər hansı sübut növü təqdim olunmadığı, həmçinin, işdə olan sənədlər (jurnallar) əsasında isə bu hallar təsdiqlənmədiyi üçün bu dəlillər əsaslı sayıla bilməz. "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. İşin materiallarından görünür ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü, 2018-2019 iş ili üzrə 36 təqvim günü, 2019-2020 iş ili üzrə 36 təqvim günü məzuniyyətə buraxılmışdır. İlk iddiaçı ərizəsində məzuniyyət hüquqlarının pozulduğunu qeyd etməklə yanaşı 2020-ci ildə bir neçə dəfə məzuniyyətə çıxaraq koronoviruslu X23 işə düzəldiyini işəgötürən tərəfindən məzuniyyətə çıxmaqla bağlı heç bir problem yaradılmamasını və illərlə məzuniyyət ərizəsini yazandan sonra həmin gündən işçiləri məzuniyyətə buraxılmasını da qeyd etmişdir. İş materiallarından görünür ki, 12 dekabr 2020-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin asistans xidməti üzrə mütəxəssis köməkçisi İddiaçı işə çıxması üçün Caspian Hotelinə karantinə yerləşdirilməli olduğu halda bundan imtina etmişdir. Bundan sonra isə ilk iddiaçı işə çıxmamışdır və işə çıxmamaqda davam edərək 17 dekabr 2020-ci il tarixində Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək X23 işə düzəldiyini, ona təkrarən məzuniyyət verilməsini və məzuniyyət dövründə X23 işləyəcəyini qeyd etmişdir. Müəyyən edilmişdir ki, ilk iddiaçı 15.10.2020-ci il və 30 oktyabr 2020-ci il tarixlərdə"xxxx" MMC ilə bağladığı (sonradan də əmək müqaviləsinə dəyişiklik edilmişdir) 25.12.2020-ci il tarixinədək orada tibb bacısı vəzifəsində işləmişdir. Qeyd edilən müqavilələrin mövcudluğu barədə ilk iddiaçı cavabdehə 17.12.2020-ci il tarixdə növbəti məzuniyyət barədə ərizə verərkən məlumat verərək təqdim etmişdir. İlk iddiaçı 17.12.2020-ci il tarixli ərizəsində köhnə illərdən qalan və 2020-ci il üçün olan məzuniyyətinin verilməsini xahiş etsə də, həm cavabdeh tərəfin izahatları, həm də iş materialları ilə təsdiq edilir ki, İddiaçı 2017-2020-ci illər üçün nəzərdə tutulmuş bütün məzuniyyətlərində istifadə etmiş, köhnə illərdən məzuniyyəti qalmamışdır İddiaçının maddi ziyan tələbi ilə bağlı kollegiya, həmçinin, qeyd edir ki, onun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı ona cavabdeh tərəfindən ona maddi ziyan vurulması barədə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, mənəvi ziyan tələbi üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanlardan əlavə kollegiya hesab edir ki, ilk iddiaçı göstərilən normanın dispozisiya şərtlərini pozmuş, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə və hazırki iddianı qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə ilk iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya qarşılıqlı iddia tələbləri barədə qeyd edir ki, qarşılıqlı İddiaçı cəmiyyətin işgüzar nüfuzuna zərbələr vurulması və cəmiyyətin bu səbəbdən maddi ziyana uğramasını göstərsə də, bu ziyanın nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Kollegiyanın qənaətinə görə, İddiaçı tərəfindən cavabdehin (qarşılıqlı iddiaçının) qanunsuz hesab etdiyi hərəkətləri barəsində edilmiş müraciətlər, hətta bu müraciətlərin əsassız olması halında belə, cavabdehin (qarşılıqlı iddiaçının) işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilə bilməz; əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi və onları təqib etmək demək olardı. Nəzərə alınmalıdır ki, vətəndaş kiminsə hərəkətləri haqqında məlumat və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. Kollegiyanın belə mövqeyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də uyğundur. “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə Qərarında həmin məhkəmə qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda göstərilir ki, “ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1903/2021 saylı, 22 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7503/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7503/2021
28.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver