Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-751/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi) hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi,iddaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7130/2022 saylı işi üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan Cavabdeh ASC-nin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 175 k nömrəli əmrin ləğv edilməsi, işdən çıxarıldığı boşdayanma günlərinin əvəzi ödəniməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmış, İddiaçı "Aqroservis” ASC-nin 2021-ci İİ 27 may tarixli 175/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 2021-ci il 27 may tarixində tutduğu vəzifədən azad edilmişdir. "Aqroservis” ASC-nın 2021 -ci il 27 may tarixli 23/A-221 nömrəli məktubuna işdən azad olunma barədə "Aqroservis” ASC-nin 2021-ci il 27 may tarixli 175/k nömrəli əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və İddiaçı tərəfindən 2021-ci il 11 iyun tarixdə şəxsən imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya işdən azad olunması 2021-cı il 11 iyun tarixdə məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3- cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İddiaçı işlədiyi müddət ərzində "xxxx" ASC-nin rəhbərliyi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə, barəsində intizam tənbehi tədbirləri tətbiq edilməsinə baxmayaraq, törətdiyi əməllərdən heç bir nəticə çıxarmamış, maddi məsul şəxs kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 2020-ci il üzrə X2 aparılmış inventarizasiya zamanı İddiaçı fəaliyyətində yenidən nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Bununla əlaqədar araşdırma aparılması üçün 2021-ci il 09 mart tarixində İddiaçı “Aqroservis" ASC-nin 2021-cı ıl 09 mart tarixli 83/k nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. İddiaçı işdən azad olunması Cəmiyyət tərəfindən təqdim olunmuş materiallar əsasında qanunvericiliyin tələblərinə uyğun araşdırılmışdır. Daha sonra işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları, yəni hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənin mənafeyinə ciddi xələl gətirildiyi müəyyən olunmuşdur. İşçinin işlədiyi müddət ərzində yol verdiyi kobud səhvləri müxtəlif səbəblər və hallarla bağlı olduğu, işəgötürənə hüquqazidd, təqsirli davranışı nəticəsində zərər yetirən hərəkət və hərəkətsizliyə yol verdiyindən onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi üçün əsas yaranmış, təsdiq olunmuş vəzifə təlimatları və bağlanmış əmək müqaviləsinin şərtləri İddiaçı tərəfindən kobud surətdə pozulmuşdur. “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin X2 2020-ci il üzrə aparılmış inventarizasiya zamanı Nümayəndəliyin mineral gübrə anbarındakı faktiki qalıq Cəmiyyətin “1C" avtomatlaşdırılmış idarəetmə və mühasibat əməliyyat sistemində olan qalıqla üzləşdirilərkən çatışmazlıq və nöqsanların olduğu aşkar edilmişdir. Belə ki, X3 anbarında 100%-lik dəyəri 165526,08 manat olan 177.350 ton ammofos, 100%-lik dəyəri 53.33 manat olan 0.1 ton ammonium nitrat, 100%-lik dəyəri 7113,30 manat olan 97 ton nitroammafoska mineral gübrəsinin, 100%-lik dəyəri 328,628 manat olan 5.8 litr cowboy, 100%-lik dəyəri 80,0 manat olan kingpix, 100%-lik dəyəri 84,0 manat olan ephtal, 100%-lik dəyəri 81,0 manat olan hexygit, 100%-lik dəyəri 68,1 manat olan melodyne pestisidinin anbar çatışmazlığı, eləcə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aidiyyəti olmayan və Cəmiyyət tərəfindən X6 rəsmi şəkildə təhvil verilməyən 100%-lik dəyəri 163192,75 manat olan kükürdlü ammofos mineral gübrəsinin Nümayəndəliyin anbarında artıq gəlməsi faktı müəyyən edilmişdir. Araşdırmanın nəticələri müvafiq qaydada sənədləşdirilmiş və bu barədə Cəmiyyətin Daxili nəzarət şöbəsi tərəfindən audit rəyi tərtib olunmuşdur. Beləliklə, “Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd olunan fakt üzrə aparılmış araşdırma nəticəsində X3 direktoru İddiaçı ona etibar edilmiş dövlət əmlakının mənimsəməsinə dair əsaslı şübhə yaranmış və aşkar edilmiş pozuntulara qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vurduğu ziyanın tam həcmdə ödənilməsini təmin etmişdir. Buradan da göründüyü kimi, İddiaçı Cəmiyyətə dəymiş ziyanı ödəməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntularını təsdiq etmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7130/2022 saylı işi üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68-ci maddənin 1 və 2-ci bəndlərinə, 70-ci maddəsinin "ç” bəndinə, 71-ci maddəsinin 2-ci hisəsinə, 72-ci maddəsinin "a” , "ə” bəndinə, 76.1, 80.1, 283.2, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü, Mülki Məcəllə 372.1, 375.2, 377.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.1, Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddia müddətinin axımı iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirşi aldığı andan xx.xx.2021-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir,nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. iddiaçı Ağayev X12 ASC-nin X3 direktoru vəzifəsində çalışdığı zaman əmək müqaviləsinin şərtərini bir neçə dəfə pozaraq intizam məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə İddiaçı "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin X2 aparılmış yoxlama zamanı çatışmadığı aşkar edilmiş gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf etməsi halı müəyyən edilmiş, ilkin olaraq vəzifə səlahiyyətlərinin icrası 2021-ci il 09 mart tarixindən müvəqqəti olaraq dayandırılmışdır-Qeyd edilən hal 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarda da öz təsdiqini tapmışdır. Daha sonra Aqroservis ASC-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınaraq xx.xx.2021-ci il tarixli 175 K nömrəli Əmr ilə "İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 27 may 2021-ci il tarixindən xitam verilmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir.
4. İşin icraatı zamanı müəyyən etmişdir ki: - 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətinə əsasən İddiaçı barəsində CM-nin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü və Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X3 balansındakı texnikaları icarəyə verilmsəi prosessində yol verdiyi nöqsanlar özündə cinayət əməlinin tərkib əlamətlərini ehtiva etmədiyindən bu epizodlar üzrə cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir; - 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətinə əsasən ibtidai istintaqın gedişində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X9 tərəfindən bəzi şəxslərə texnikaların verilməsi barədə müqavilələrin onların özləri tərəfindən imzalanmadığı, habelə texnika verilmiş şəxslərin adlarına yox başqa şəxslərin adlarına texnikaların verilməsi barədə müqavilələr tərtib edildiyi və imzalandığı müəyyən edilsə də bunun Nümayəndəliyin iş prosesinin surətləndirilməsi, texnikanın istifadəsiz qalmaması, son nəticədə Nümayəndəliyin maddi vəziyyətinin pisləşməməsı məqsədilə edildiyi və bu növ qüsurlu müqavilələrin bağlanması nəticəsində "xxxx" ASC-ə hər hansı maddi ziyanın dəymədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14 2-ci maddəsinə əsasen cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Odur ki, İddiaçı əməlində cinayət qanununda nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətinin formal əlamətləri mövcud olsa da, yuxanda göstərilən xüsusatlara əsasən az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yeni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmadığı üçün əməlləri (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilə bilməz. Bununla belə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X2 aparılmış yoxlama zamanı çatışmadığı aşkar edilmiş gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə taladığı müəyyən edilir. Beləliklə aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, 11 mart 2015-ci il tarixdə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin X3 direktoru vəzifəsinə təyin olunmaqla 27 may 2021 -ci il tarixədək həmin vəzifədə işləyən İddiaçı Cəmiyyətlə arasında bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən vəzifəli şəxs kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən satış üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ayrılmış 163286,08 manat dəyərində olan gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. İstintaqın gedişində İddiaçı tərəfindən 163286,08 manat məbləğində ziyan Cavabdeh ASC-nın bank hesabına ödənilmiş və bununla da İddiaçı tərəfindən vurulmuş ziyan tam aradan qaldırılmışdır. Cavabdeh ASC-nin İdarə heyətinin sədri Elmir Rəhmanov tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş 08 iyul 2021-ci il tarixli, 23/2-1344 saylı məktubda İddiaçı tərəfindən cəmiyyətə vurulmuş ziyanın tam aradan qaldırıldığı, zərərçəkmiş şəxsin nümayəndəsi Məftun Süleymanov tərəfindən istintaq orqanına təqdim olunmuş ərizədə Cəmiyyətin İddiaçı hər hansı şikayət və tələbi olmadığı göstərilmişdir. 10 mart 2022-ci il tarixdə İddiaçı cinayət əməli nəticəsində onun tərəfindən vurulmuş ziyanın müvafiq faiz dərəcəsi üzrə dövlət büdcəsinin hesabına ödəniş etməyə hazır olması, barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə ibtidai istintaq orqanına müraciət edərək mənimsəmə xüsusatı üzrə vurulmuş ziyan qismində 163.286,08 manat məbləğində pul vəsaitinin əlli faizini, yəni 81.643,04 manat məbləğində pul vəsaitini ödəmək istədiyini bildirmiş, 10 mart 2022-ci il tarixdə 50.000 manat və 31 mart 2022-ci il tarixdə 31.645 manat olmaqla, cəmi 81.645 manat pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir; - Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB/9-00186 nömrəli, xx.xx.2022-ci il tarixli X11 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətinə əsasən tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiyini, lakin tərəflər X11 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2019-cu il tarixli, 41/k nömrəli X5 və İddiaçı Xəbərdarlıq edilməsi barədə əmrin surətinə əsasən X3 direktoru İddiaçı ilkin sənədlərdə 6 ədəd qaimədə torpaq sənədi qismində “Alqı-satqı müqaviləsi” qəbul edilmiş, 1 ədəd qaimədə ərizə və məlumat formalarında torpaq sahəsi düzgün yazılmamışdır. Bununla bağlı İddiaçı izahat alınmış və xəbərdalıq edilmişdir; - Cavabdeh ASC-nin xx.xx.2013-cü il tarixli, 1586/6 nömrəli İddiaçı barəsində intizam tənbehinin verilməsi haqqında əmrin surətinə əsasən təsərrüfat hesablı Yevlax Rayon Aqroservis filialının müdiri İddiaçı Cəmiyy\ət qarşısında müqavilə öhdəliklərini pozduğuna, mineral gübrələrin satışında nöqsanlarına yolverdiyinə, bunula da intizam xətası törətdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RNnin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 90 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 10 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RN- nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 30 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RN- nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 20 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RN- nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 13 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; - xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən Cavabdeh ASC-nin Yevlax RN- nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020ci il istehsalı olan 33.9 ton kükükrdlü ammofos gübrəsi İddiaçı təhvil verilmişdir; xx.xx.2021-ci il tarixli aktın surətinə əsasən gübrələr üzə cəm 1655.75 ton, əskik gəlmə miqdarı 174.95 ton, dəyəri 163.286.08, pestisidlər üzrə faktiki miqdarı 3385.4 ton müəyyən edilmişdir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 83/k nömrəli vəzifənin icrasının həvalə edilməsi barədə əmrin surətinə əsasən X4 direktoru İddiaçı vəzifə səlahiyyətlərinin icrası 2021-ci il 09 mart tarixindən müvəqqəti olaraq dayandırılmışdır; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 23/2-1121 nömrəli təqdimatının surətinə əsasən Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinə təqimat ünvanlanaraq Ramiq Mustafanın təqdimatında göstərilənlərin araşdırlması, X3 direktoru İddiaçı əmək vəziflərini kobud şəkildə pozması və vəzifə öhdəliklərinin icrası zamanı qanunazidd hərəkət və hərəkətsizliyi nəticəsində ciddi nöqsanlara, neqativ hallara yol verdiyi üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi qeyd edilmişdir; - Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 25 nömrəli protokolunun surətinə əsasən Cavabdeh ASC-nin X3 direktoru İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilmədiyi qeyd edilmişdir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, 175/k nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətinə əsasən İddiaçı X3 direktoru 2021-ci il 27 may tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir; - xx.xx.2021-ci il tarixli məktuba əsasən İddiaçı əmək kitabçasının Cəmiyyətin İnsan Resursları şöbəsindən götürməsinə dair məlumatlandırılmışdır; xx.xx.2021-ci il tarixli xəbərnaməyə əsasən İddiaçı əmək kitabçasının götürməsinə dair Cəmiyyətin məktubunu xx.xx.2021-ci il tarixdə qəbul etmişdir (iş səh. 9-22, 28, 47-53, 61, 76, 77,80,81,102, 104). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətamə qəbul edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 80.1,292, 292.1,292.2, 296.3, 296.5, 296.6, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisələndirdiyi əmri iki həftə öncə aldığından dərhal mübahisəni Mediasiya Şurasında mübahisələndirərək, bir ay keçmədən hazırki iddianı hazırlamışdır. O, bu günə kimi əmək kitabçasını belə almamışdır. Əmək kitabçasını almadan iddianı hazırlayaraq məhkəməyə vermişdir. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 161/ü saylı əmrinə əsasən 25-28 dekabr 2020-ci il tarixlərində X2 inventarlaşdırma işləri aparılmışdır. O, həmin vaxt “Aqrolizinq’ ASC-nin X2 direktor vəzifəsində işləyirdi. Bu vəzifəyə xx.xx.2015-ci tarixində təyin edilmişdir. İdarədə aparılan araşdırma zamanı bir sıra əşyaların, kimyəvi vasitələrin çatışmadığı qeyd edilmişdir. O, bildirmişdir ki, gübrə çatışmamazlığı və artıqlığının yaranması onunla bağlı olmuşdur ki, X3 yaxınlığında hazırda adını xatırlamadığı gübrə satışı ilə məşğul olan “MMC” ilə Cavabdeh ASC arasında müqaviləyə əsasən Cavabdeh ASC-yəkükürdlü gübrə həmin MMC tərəfindən verilmişdir. MMC- yə məxsus olan kükürdlü gübrə razılıq ilə Nümayəndəliyin həyətinə yığılmışdır. Heydər adlı fəhlə bilmədən MMC-yə məxsus olan kükürdlü gübrə əvəzinə Cavabdeh ASC tərəfindən Nümayəndəliyə təhvil verilmiş gübrəni fasilələrlə satmışdır. Bundan xəbər tutduqda səhvən satılmış gübrə tərəfimdən eyni tərkibli kükürdlü gübrə ilə əvəz edilmiş, lakin yoxlama zamanı həmin gübrənin köhnə olduğu bildirilmiş və cəmiyyət tərəfindən verilmiş gübrədən ayrılmış, artıq aşkar edilmiş gübrə kimi sənədləşdirilmiş, ondan Cəmiyyət tərəfindən verilmiş gübrənin bərpa edilməsi tələb edilmiş, Cəmiyyət arasında olan razılığa əsasən köhnə gübrə yenisi ilə əvəz edildikdən sonra Cəmiyyətin sədr müavinləri onunla yenidən əlaqə saxlayaraq, köhnə gübrənin yenisi ilə əvəz edilməsinə rəhbərliyin razılıq vermədiyini, yeni alınmış gübrənin satılaraq məbləğin, yəni 163286,08 manat pulun Cəmiyyətin bank hesabına köçürməyini bildirmişlər, ondan özünün alıb yerinə qoyduğu gübrənin anbardan çıxarılması tələb edilmiş, o da bundan imtina etmişdir. Bu səbəbdən toplanmış material hüquqi qiymət verməsi üçün Baş Prorurorluğa göndərilmişdir. Bundan sonra tərəfindən dəyişdirilmiş gübrənin pulu, yəni 163284 manat pulu 2021-ci ilin mart ayı ərzində, xx.xx.2021- ci il tarixdə 93333 manat, xx.xx.2021-ci il tarixdə 37332 manat, xx.xx.2021-ci il tarixdə isə 32.619 manat pulu 3 dəfəyə cəmi 163.284 manat pulu cəmiyyətin bank hesabına ödəmiş və cəmiyyətə aidiyyati olmayan 174,85 ton ammofoz və kükürdlü ammofoz mineral gübrəsini nümayəndəliyin anbrından çıxartmışdır. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli, 1614/ü saylı əmrinə əsasən X2 aparılan inventarlaşdırama zamanı texnika və aqreqatların nümayəndəlikdə olmaması müəyyən edilməsi ilə əlaqədar, bir ədəd 2005-ci il istehsalı olan qoşqu, bir ədəd 2010-cu il istehsalı olan Niva kombaynı, bir ədəd 2007-ci il istehsalı olan kotanla birlikdə, 1221 Belarus traktoru operativ lizinq müqavilələrinə əsasən aparılmış şəxslərin həyətlərində olduğu üçün Nümayəndəliyin anbarında aşkar edilməmişdir. Bundan sonra həmin texnika və aqreqatlar Nümayəndəliyin anbarına təhvil vermişdir. Nümayəndəliyin özəlləşdirilməsi gecikdiyi üçün alqı-satqının həyata keçirilməsi mümkün olmamışdır. Müqavilələrin hamısı üzrə ödənişlər qanuni olaraq Cavabdeh ASC-yə ödənmişdir. Məhkəmə barəsində Baş Prokurorluqyanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş aparılarkən Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 83/k nömrəli əmri tərtib edilmiş, həmin əmrlə onun vəzifə səlahiyyətlərimin icrası 09 mart 2021-ci il tarixindən dayandırılmışdır. Mənimlə bağlı aparılan cinayət təqibi tamamlanmadan, Cavabdeh ASCsi 175/k nömrəli əmrlə xx.xx.2021-ci il tarixində məni “Əmək Məcəlləsinin” ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki onun barəsində Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq araşdırma aparırdı. Onun işilə bağlı “Aqroservisin” qeyd etdiklərini tam araşdıraraq 07 aprel 2022-ci il tarixində cinayət tətbiqinə xitam verilməsi haqqında qərar qəbul edərək, AR CM-nin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə CM-nin 73-1.3-cü və CPM-nın 40.2-ci maddələri ilə xitam verilmişdir. O, Cavabdeh ASC-nin cinayət işinin nəticəsini gözləmədən bir günün içində işdən azad olmuşdur. Cavabdeh tərəfindən, qaldırdıqları məsələlərin yekun nəticəsi gözlənilmədən 40 illlik iş təcrübəsi, dövlətə olan xidmətləri, nəzərə almadan o, AR ƏM-nin 70.ç bəndi ilə əsassız olaraq işdən azad edilmişdir. Əmrdə qeyd edilənlər obyektiv deyildir. Hal-hazırki müddətdə bir şəxsin işdən çıxarılması həm onun özü, həm də ailə üzvləri üçün çox ciddi çətinliklər yaradır. Bu səbəbdən də o, işdən çıxarılmasını hesab edir ki, ciddi qanun pozuntusudur. O, mübahisənin məhkəməyə qədər həll edilməsi üçün mediasiya şurasına müracət etmişdir. Müraciətində qanunsuz işdən çıxarılma ilə bağlı rəsmi məlumat vermişdir. Həmçinin Mediasiya prosessində qarşı tərəfin onu işə bərpa etməsi, boşdaynma günlərinin əvəzinin ödənilməsi, həmçinin əmrin ləğv edilməsi ilə bağlı Mediasiya prosesinin təşkil edilməsini təklif etmişdir. Cavabdeh Mediasiya prossesində iştirak etməmişdir. Cavabdeh eləcə məhkəmə iddia müdətinin ötürülməsini bəyan edir. Cavabdehin müdətin tədbiq edilməsi ilə bağlı inadı, tələbi qəbul etməsidir. Ancaq o, iddia müddətini ötürməmişdir. Mən ən əvvəl tutduğum vəzifəni icra etməmək üçün əmək fəaliyyətim dayandırılıb. Barəmdə Baş Prokurorluğun aidiyyatı orqanına məlumat göndərilib. Fakta görə cinayət işi qaldırılıb. Məsələ odur ki, işəgötürən Baş prokurorluğun nəticə qərarını gizləməkdən onu tez təlkəsik işdən azad edib. Onun məsuliyyət məsələsi öz həllini tapmadan dərhal işdən çıxarılmışdır. Bu hal özü belə insan hüquqlarının ciddi pozulmasıdır. Bundan başqa qətnamədə qeyd edilənləri “şəxsi ehtiyacına sərf edilmə halını” qəbul etmir. Çatışmazlıq tərəfindən şəxsi istifadə edilmə kimi yox vətəndaşlardan tam alınmamış kimi qəbul edilməlidir. Bütün çatışmazlıq isə anbarda olmuşdur, ona görə bu artıq yazıblar. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Şikayəti ilə bağlı aşağıdakıları məlumatları məhkəmənin nəzərinə çatdırır: 1-ci. Cavabdeh Açıq Səhimdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 83/k saylı əmri ilə araşdırma materialı Baş Prokurorluğa göndərildiyi üçün əmrdə qeyd edildiyi kimi “əməlinə” hüquqi qiymət verilənədək onun vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti dayandırılmasına dair əmr verilmişdir. 2-ci. Barəsində cinayət təqibini həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbovun xx.xx.2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarını qəbul etmiş, İddiaçı barəsində CM-in 179.3.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 73-1.3-cü və 1 Azərbaycan Respublikası CPM-in 40.2-ci maddələrinə əsasən xitam verilmiş, və tərəfindən Cavabdeh "ASC-nin X3 balansındakı texnikaları icarəyə verilməsi prossesində yol verdiyi nöqsanlar özündə cinayət əməlinin tərkib əlamətlərini ehtiva etmədiyindən bu epizodlar üzrə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən Barəsində aparılan cinayət təqibinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. 3-cü Onun barəsində cavabdeh orqan əmək müqaviləsini xx.xx.2021-ci il tarixində 175/k nömrəli əmrlə pozmuşdur. 4- cü. Cavabdeh müəsissə vermiş olduğu xx.xx.2021-ci il tarixli 83/k saylı əmri ilə onunla bağlı araşdırma materialı Baş Prokurorluğa göndərildiyi üçün əmrdə qeyd edildiyi kimi əməlinə hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti dayandırılmasına dair əmrinin bəndlərini yəni, istintaq təqibi orqanının son qərarını gözləmədən onu qanunsuz olaraq işdən azad etmişdir. 5-ci. Cavabdeh idarə bu günə kimi onun əmək kitabçasını ona göndərməmiş, bu sənədi ona təqdim etməmişdir. 6-cı. X10 xx.xx.2022 tarixində müraciət edilmişdir. 7-ci. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixində X11 sonra prossesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. 8-ci. xx.xx.2022-ci il tarixində Bakı şəhəri, N.Nərimanov ravon Məhkəməsinə Əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, işə bərpa tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. 9cu. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfındən tələb aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. İşdən göründüyü kimi o, müddəti ötürməmişdir. Mübahisə öz ədalətli həllini tapmamışdır.
7. Cavabdehin tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəz edilməsi və işə bərpa iddia tələbi üzrə apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir: 1. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin şərtlərinə uyğun olaraq iddiaçının ərizəsində göstərdiyi məsələlər fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəninə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh ASC-nin 2021-ci il 27 may tarixli 175/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2021-ci il 27 may tarixində tutduğu vəzifədən azad edilmişdir. "Aqroservis” ASC-nin 2021-ci il 27 may tarixli 23/A-221 nömrəli məktubuna işdən azad olunma barədə Cavabdeh ASC-nin 2021-ci il 27 may tarixli 175/k nömrəli əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və İddiaçı tərəfindən 2021- ci il 11 iyun tarixdə şəxsən imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya işdən azad olunması 2021-ci il 11 iyun tarixdə məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirşi aldığı andan xx.xx.2021-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa birinci instansiya Məhkəməsində məhkəmə proseslərinin gedişində iddiaçı poçt xəbərnaməsini xx.xx.2021ci il tarixdə qəbul etdiyini etiraf etmişdir. Bu barədə Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli 2(008)-7130/2022 nömrəli qətnaməsinin 3-cü, 9-cu və 10-cu səhifələrində hakim tərəfindən qeydlər göstərilmişdir. Bu barədə Sabunçu Rayon Məhkəməsində keçirilən proseslərin audio və video görüntülərindən də görmək mümkündür. Cəmiyyət tərəfindən göndərilən məktubların reyestr və poçt bildirişlərindən də görünür ki, məktub göndərilmişdir. 2. 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı barəsində CM-nin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü və Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X3 balansındakı texnikaları icarəyə verilməsi prosessində yol verdiyi nöqsanlar özündə cinayət əməlinin tərkib əlamətlərini ehtiva etmədiyindən bu epizodlar üzrə cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının işlədiyi müddət ərzində müqavilə öhdəliklərini pozduğuna, mineral gübrələrin satışında nöqsanlara yol verdiyinə görə onun barəsində müxtəlif illərdə intizam tədbirləri görülmüşdür.Məlumat üçün bildirir ki, İddiaçı X3 direktoru vəzifəsində işləyərkən X13 ilə bağlanmış 2019-cu il 18 sentyabr tarixli 02/00025334 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktor ona istifadəyə verilmişdir. Yaranmış borc öhdəliyi ilə bağlı məhkəməyə müraciət olunmuş və məhkəmə proseslərinin gedişində məlum olmuşdur ki, bağlanmış müqavilədə vətəndaşın imzası saxtalaşdırılmışdır. Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 5 dekabr tarixli e-2-2(115)-1392/2022 nömrəli xüsusi qərardad çıxarmışdır, iş araşdırılması üçün Yevlax Rayon Prokurorluğuna göndərilmiş, hal-hazırda istintaq tədbirləri davam edir. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.Bu baxımdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddənin 2 -ci bəndinə əsasən İddiaçılə bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmişdir.İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı iddia tələbi üzrə apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
8. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil mübahisənin danışıqlar aparılmaqla barışıq yolu ilə həll edilməsinə razı olduqlarını, iddianın əvvəlcə xx.xx.2022-ci il tarixində Nərimanov rayon Məhkəməsinə verildiyini,daha sonra aidiyyat üzrə işin Sabunçu rayon Məhkəməsinə göndərildiyini,müddəti ötürmədiklərini bildirmişdir.
9. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, ona öz ərizəsi ilə işdən çıxmasının təklif olunduğunu, bununla razılaşmadığını, 4 ayda 6 dəfə yoxlama aparıldığını, haqsız yerə onu işdən azad etdiklərini, heç bir əskiyinin olmadığını, onu şərlədiklərini, gübrənin legal olmadığını dediklərini, lakin Respublikanın hər yerində həmin gübrədən istifadə oldunduğunu, pulu ödəməsini gözləmədən işini Korrupsiyaya göndərdiklərini, əməllərində cinayət əməlinin olmaması barədə qərar qəbul edildiyini, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarını gözləmədən 40 il işləməsinə baxmayaraq, onu işdən azad etdiklərini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən cavabı aprel ayının 7-sində aldığını, dərhal məhkəməyə müraciət etdiyini, bu qərarın nəticəsini gözlədiyindən müddəti ötürmədiyini, əmri isə almadığını və ona məktub göndərilmədiyini, xx.xx.2021-ci il tarixində onun əməlinə hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin dayandırılması barədə əmr verilmiş, lakin hüquqi qiymət verilməsi barədə yekun qərar gözlənilmədən onu işdən azad etdiklərini bildirmişdir.
10. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraza uyğun izahat verməklə, işə bərpanın mümkün olmadığını, barışıq üçün hər hansı mövqelərinin olmadığını,işdən çıxarılmasına əsas olan maddənin dəyişdirilməsinə razılığın olmadığını, xx.xx.2022-ci il tarixində əmək kitabçasını götürməsi ilə bağlı iddiaçı tərəfə məktubla müraciət etdiklərini, iş materiallarında olan xəbərnamə ilə əmrin iddiaçı tərəfdən xx.xx.2021-ci il tarixində şəxsən alındığının xəbərnamə ilə təsdiq olunduğunu,bunu nəzərə alaraq iddia müddətinin ötürüldüyünü,birinci instaniya məhkəməsi iclasları zamanı iddiaçının əmri aldığını qəbul etdiyini, iddiaçı barəsində cinayət işi açıldıqdan sonra onun işdən azad edildiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına; Mülki Məcəllənin 372-384, 560, 1096, 1097; "İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya"nın 41; Əmək Məcəlləsinin 10, 68-76, 296; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilməlidir ki, kifayət qədər zaman çərçivəsində ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciətlərin edilməməsi bu halın mövcudluğunu şübhə altına alan və qarşı tərəfin iddiaçıya yönələn tələblərinin mənzərəsində sui-istifadəyə işarə edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
14. Həmin Məcəlləsinin 71-ci maddəsinə əsasən: 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
15. Məcəllənin 72-ci maddəsinə əsasən: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi
16. Məcəllənin 186-cı maddəsinə əsasən 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
17. İddia üzrə şikayətin dəlillərinin əsası Cavabdeh Açıq Səhimdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının əməlinə hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti dayandırılmasına baxmayaraq, istintaq təqibi orqanının son qərarını gözləmədən iddiaçının qanunsuz olaraq işdən azad etməsi, cinayət təqib orqanının qərarının nəticəsin gözlədiyindən iddia müddətinin ötürmədiyi, idarə tərəfindən əmək kitabçasının ona təqdim edilməməsi, fəaliyyət dövründə pozuntuya yol vermədiyi, öz xoşu ilə işdən çıxması üçün ərizə vermədiyindən ona qarşı qərəz olduğu təşkil etsə də, bu hallar sübuta yetirilməmiş, əksinə, əsassızlığı sübuta yetirilməyən əmrin ləğvi üçün iddia müddətinin üzrlü hesab edilməsinə əsasları olmayan kifayət qədər uzun müddətin ötürüldüyü müəyyən edilmişdir.Qeyd etmək lazımdır ki, səlahiyyətlərinin icrasının müvəqqəti dayandırılmasına dair əmrin verilməsi, işəgötürən tərəfindən hüquqmühafizə orqanlarının araşdırma nəticələrin gözləmədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi barədə özünün əsaslandırılmış əmrinin verilməsini istisna etmir ki, bu əsaslar da işdə olan sübutlarla təkzib edilmir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7130/2022 saylı işi üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.