Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-751/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qapının açılması, əşyaların götürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X7 ilə X5 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Telman Əliyev 2016cı ildə, anası Fatixə Əliyeva isə 2021-ci ildə vəfat etmişlər.
2. Mübahisə predmeti ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsidir. Həmin yaşayış sahəsində iddiaçının qaynanası ölən günə qədər yaşamışdır. Həmin ünvanda olan digər iki otaqda isə iddiaçı, əri və ərinin birinci nikahdan olan qızı yaşamışlar. Bakı şəhəri Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1408 qeydiyyat nömrəli Şəhadətnamədə mübahisəli ünvanda sahəsi 60 kvm olan yaşayış sahəsinin sahibi və vergi ödəyicisi kimi İddiaçı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otağın qapısının açılması və otaqda olan əşyaların cavabdeh tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx.xx.2004-cü ildə ailə həyatı qurmuş, bir müddət sonra, yəni 2004-cü ilin mart ayında Bakı şəhəri, Balaxanı qəsəbəsi, Partizan Məmmədov küçəsi 4-də yerləşən yaşayış sahəsinin bir hissəsini almış və 21 avqust 2004-cü ildə həmin evə qeydiyyata düşmüşdür. Qeyd olunan ev 2 mərtəbədən ibarət olmaqla evin çıxarışı olmamışdır. Sonradan onların razılığı əsasında X6nın yaşadıqları evin 1-ci mərtəbəsində bir otağında yaşamasına icazə vermişlər. Həyat yoldaşı X7 2016-cı ildə vəfat etmiş, həmin evdə o, X6 ilə birlikdə yaşamışdır. X6 2021-ci ildə vəfat etmiş və onun vəfatından sonra baldızı Cavabdeh otağı bağlayaraq açıb istifadə etməsinə imkan vermir və otaqda olan X12ya aid əşyaları çıxarmır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev, iş № 2(008)-4822/23) iddia təmin edilməmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin evlə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.2, 157.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmalı və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
21. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
22. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına istinad etmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.
24. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı 2004-cü ildə nikaha daxil olmaqla həmin tarixdən mübahisəli evdə yaşayır. İddiaçının əri Telman Əliyev 2016-cı ildə, qaynanası Fatixə Əliyev isə 2021-ci ildə vəfat etmişlər, iddiaçı bundan sonra da həmin evdə yaşamış və bu gün də yaşamaqdadır. X12 iddiaçı ilə bir ailənin üzvü olmuşlar. İşdə olan 13 və 89 saylı tədiyyə bildirişlərindən görünür ki, iddiaçı istifadəsində olan evin torpaq sahəsinə görə əmlak və torpaq vergisi ödəyir.
25. Apellyasiya baxışı zamanı təqdim olunmuş Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-18 2/2- 157/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədov küçəsi 4 saylı fərdi yaşayış evi Bakı şəhər sovetinin texniki inventar bürosu tərəfindən 1963-cü ildə verilmiş evin texniki pasportuna əsasən mərhum X4 məxsusdur və yaşayış evlərinin tikinti tarixi 1930, 1970, 1971-ci illər evin texniki pasportunda qeyd olunmuşdur. İddiaçı qeyd olunan ünvanda xx.xx.2003-cü ildən qeydiyyatdadır və yaşayır. Qeyd olunan ünvana baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh qeyd olunan ünvanda yaşamır və qeydiyyatda deyil.
26. Apellyasiya baxışı zamanı mübahisəli evin mülkiyyət hüququ üzrə qeydiyyatdan keçib-keçmədiyini müəyyən etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərildi və alınmış cavab əsasında müəyyən edildi ki, İdarənin arxivində Balaxanı qəsəbəsi, Sovet (hazırkı Partizan Məmmədov) küçəsi ev 4 ünvanına aid X2 adına 1963-cü il tarixdə hazırlanmış texniki pasport mövcuddur.
27. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, X2 övladlarından hazırda sağ qalanı yoxdur. Onun həmin ünvanda qeydiyyatda olan və yaşayan nəvəsi – 1971-ci il təvəllüdlü X8 məhkəmə kollegiyasının iclasında iddiaçının vəsatətinə əsasən şahid kimi dindirildi və qeyd olunan halı təsdiq edərək bildirdi ki, o, X1 qızıdır. Atası Kazım və eləcə də əmiləri vəfat ediblər. Hazırda mübahisəli ünvanda o və əmilərinin ailəsi yaşayırlar. Təxminən 2000-ci illərin əvvəllərində Telman Əliyev onlardan qeyri rəsmi alqısatqı yolu ilə üç otaq almışdır. X14 Əliyeva ilə ailə qurduqdan sonra orada yaşamağa başlamış, sonra anasını və qızını da ora gətirmişdir. Yuxarıda olan bir otaqda Telman və Xatirə, ikinci otaqda Telmanın qızı, aşağıda yerləşən yarımzirzəmi otaqda isə Telmanın anası Fatixə Əliyeva yaşamışlar. Telmanın ölümündən sonra qalan ailə üzvləri, yəni anası, arvadı və qızı orada yaşamağa davam etmişlər. Fatixə Əliyevanın ölümündən sonra isə onun qızı, yəni iddiaçının baldızı olan Cavabdeh Fatixənin yaşadığı otağın qapısını bağlayıb gedib və oradan heç kimin istifadəsinə icazə vermir. Halbuki, həmin otaq orada yaşayan şəxslərin, yəni iddiaçının, onun ərinin və qaynanasının ümumi istifadəsində olan sahə olmuşdur. Cavabdeh bu evdə heç vaxt yaşamayıb, hərdənbir anasına dəyməyə gəlib və hər gəldiyində də iddiaçı ilə dava salıb.
28. İşin müəyyən edilmiş halları və təqdim olunmuş sənədlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmmədov küçəsi 4 saylı fərdi yaşayış evinin texniki pasportu mövcuddur. İddiaçı mübahisəli evdə 2003-cü ildən qeydiyyata düşüb yaşamaqla və bu gün də həmin ünvanda yaşamağa, ondan istifadə etməyə davam etməklə, vergi və kommunal xidmətlərə görə ödənişlər etməklə sözügedən fərdi yaşayış evinə faktiki sahiblik hüququ əldə etmişdir. Mübahisəli ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və o, hər hansı miras kütləsinə daxil deyil.
29. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmaması əsası ilə iddanın rədd edilməsinin hüquqi əsası olmamışdır.
30. İddiaçının izahatından, habelə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 5-18 2/2-157/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edildi ki, cavabdeh qeyd olunan ünvanda yaşamamış, yaşamır və qeydiyyatda deyil. Mübahisəli ünvanda yalnız iddiaçı, onun mərhum əri, mərhum qaynanası və ərinin birinci nikahdan olan qızı qeydiyyatda olmaqla yaşamışlar.
31. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının sahibliyində olan əmlakdan istifadəsinə yaradılmış maneə aradan qaldırılmalı, fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otağın qapısı açılmalıdır.
32. Məhkəmə kollegiyasının qənaətinə görə X12nın yaşadığı və ona məxsus əşyaların yerləşdiyi otağın qapısının cavabdeh tərəfindən bağlanması iddiaçının həmin sahə üzərində sahiblik və istifadə hüququnu pozur. Ona görə də iddia tələbi otağın qapısının açılması hissəsində əsaslı sayılmalı və təmin edilməlidir.
33. Mülki Məcəlləyə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir (maddə 164.2). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1).
34. Kollegiya əşyaların cavabdeh tərəfindən götürülməsi barədə tələbə dair iddianı əsaslı saymır və hesab edir ki, əşyaların cavabdeh tərəfindən götürülməsi bilavasitə cavabdehə məxsus hüquq olduğundan cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz. Cavabdeh anasından miras qalmış daşınar əşyalarla bağlı qanunla müəyyən olunmuş qaydada notariat ofisinə, yaxud digər orqana müraciət edə və onların siyahıya alınmasını tələb edə bilər.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
38. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı, cəmi 75 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. ünvan 2 ünvanında yerləşən yaşayış evinin 1-ci mərtəbəsində yerləşən mübahisəli otağın (X12nın yaşamış olduğu) qapısı açılsın. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.