Məhkəmə qərarları › İş №2(103)-7516/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7516/2020

16.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7516/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Ərizəçi X9 və maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsitələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2004-cü ildən xx.xx.2008ci ilədək “AJ Crane” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Sparrows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətində kran maşinisti kimi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1959-cu ildə Ağdam rayonu, Paparavənd kəndində anadan olmuşdur. 1993- cü il tarixində doğma torpaqları erməni işqalçıları tərəfindən işğal olduqdan sonar Ağdam rayonundan məcburi köçkün düşərək Qaradağ rayonu, Sənqəçal qəsəbəsinə köçərək orada yaşayır. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə Ağdam rayonunda başlamışdır və hal hazıradək Qaradağ rayonu ərazisində yerləşən “xxxxxxxx” MMC şirkətində kran operatoru kimi işləyir. o, xx.xx.2004cü ilddən Qaradağ rayonu ərazisində Neft platformalarının tikintisi ilə məşqul olan “AJ CRANE” LTD şirkətində yer səthindən 17 metr hündürlükdə olan “portal” kranları üzrə kran maşinisti vəzifəsində işləmişdir və şirkət xx.xx.2008-ci ildə bağlandıqdan sonar o işdən azad olundum və şirkətin işini həmin ərazidə icra edən “Sparows Offshore” Services LTD şirkəti tenderi udaraq “AJ CRANE” LTD şirkətinin işini davam etdirdi və onda xx.xx.2008-ci ildən “Sparows Offshore” Services LTD şirkətində yer səthindən 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti kimi işə qəbul edilərək işləməyə başladı və xx.xx.2010-cu ildə yuxarıda qeyd etdiyi kimi şirkətin müqaviləsi bitidiyindən o işdən azad edildi və “Spaows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkəti davam etdirməyə başladı və şirkət məni xx.xx.2010- cu ildə yenidən əvvəlki şirkətə yer səthindən kranın kabinasının 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti vəzifəsinə qəbul etdi və xx.xx.2015-ci il tarixində öz xahişi ilə işdən azad edilərək xx.xx.2015-ci ildə xxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə yer səthindən 17 metr hündürlükdə olan portal kranları üzrə kran maşinisti vəzifəsinə işə qəbul edildi və halhazıradək xxxxxxxx Məhdud Məsuliyyətli Cəmiyyətində yer səthindən 17 metr hündürlükdə olan portal kranları üzrə kran maşinisti vəzifəsində işləyir. Məhkəməyə müraciət etməkdə məqsədim onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qanunla müəyyən edilmiş yaş həddindən tez əmək pensiyyası hüququnun təmin edilməsi üçün işlədiyim kranın kabinasının yer səthindən 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti vəzifəsində xx.xx.2004-cüs ildən xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətindən arayış ala bilməməyin səbəb olmuşdur. Tərəfindən Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Yanında Dövlət X8 X6 İdarəsinə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiyya təyin edilməsini xahiş etmişdi lakin qeyd etdiyi qurum onun müricətinə xx.xx.2019-cu il tarixində cavab məktubu göndərərək güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış təqdim etdiyim halda ona pensiya təyin ediləcəyinini göstərdilər və o qeyd olunan arayışları işlədiyi müəssisələrdən ala bilmədiyi səbəbindən Qaradağ rayon məhkəməsinə ərizə verərək qeyd olunan faktın müəyyən edilməsini məhkəmədən xahiş etdi. Lakin Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin geri qaytarılması barədə qərardad qəbul edərək qeyd etdiyim şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmaması barədə məhkəməyə sübut təqdim etməni ondan tələb etdi və o AR-nın Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə yazaraq qeyd olunan şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmamsım xahiş etdim, amma buna baxmayaraq qeyd olunan qurum onun ərizəsi əsasında tələb edilən məlumatın vergi sirri olması səbəbindən AR-nın Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən məlumatın verilməsinin mümkünsüz olduğunu göstərərək ona imtina cavabı verdilər. xx.xx.2015-ci ildən işlədiyim xxxxxxxx MMC-şirkətində yer səthindən 17 metr hündürlükdə kran maşinisti işləməyi barədə arayış alsada lakin adlarını yuxanda qeyd etdiyi “AJ CRANE” LTD, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətlərinin hal hazırda Azərbaycan Respublikası ərazisində fəaliyyətləri olmadığından həmin şirkətlərdən işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması barədə arayış ala bilmir. xx.xx.2004-cü ildən xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkətində, xx.xx.2008ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətinin Azərbaycan Respublikasında fəaliyyətləri olmadığından işlədiyi kranların kabinasının yer səthindən 17 metr hündürlükdə olması faktı məhkəmə tərəfindən müəyyən edilərək qərar qəbul edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizənin rədd edilməsi qət edilmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “AJ CRANE” LTD şirkəti, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətləri Azərbaycan Respublikasının Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan göründüyü kimi Azərbaycan Respublikasında fəaliyyət göstərmişlər. Qeyd olunan şirkətlərin əsas işi BP şirkətinin Azərbaycan Respublikasında neft platformalarının tikintisi və neft platformalarına dəniz limanlarında yüklərin gəmilərə yüklənərək daşınmasını həyata keçirmişlər və qeyd edilən işin icrasını ardıcıl tarixlərlə xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkəti, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkəti, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkəti vəxx.xx.2015-ci ildən hal hazırdək yerli şirkət olan X11 Bakı Dərin Özlüllər zavodunun ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan xxxxxxxx MMC şirkəti icra edir və tarixlərdən də, göründüyü kimi şirkətələr ardıcıl olaraq biri birinin işini icra etmişlər. Əmək kitabçasından da görünür ki, ərizəçi xx.xx.2008-ci ildək "AJ CRANE LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkətində, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətində və xx.xx.2015-ci ildən hal hazırdək yerli şirkət olan X12 Bakı Dərin Özlüllər zavodunun ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan xxxxxxxx MMC şirkətində yer səthindən 17 metr hündürlükdə olan portal kranlar üzrə kran operatoru işləyir. “AJ CRANE” LTD şirkəti, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətlərinin işini icra edən hal hazırda ərizəçinin işlədiyi xxxxxxxx MMC-tərəfındən verilmiş məktubdan da görünür ki, ərizəçi hal hazırda yer səthindən 17 metr hündürlükdə olan prtal kran üzrə kran operatoru vəzifəsində işləyir. Buda onu göstərir ki, əgər “AJ CRANE” LTD şirkəti, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətlərinin işini hal hazırda işlədiyi xxxxxxxx MMC şirkəti davam etdirirsə demək ərizəçi “AJ CRANE” LTD şirkəti, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətlərində də, yer səthindən 17 metr hündürlükdə portal kranlarda işləmişdir. xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək ərizəçinin portal kran üzrə kran operatoru işləməyini əmək kitabçasında Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sparows Offshore” Services LTD şirkəti qeyd etmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş ərizəçi ilə xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010cu ildək “Sparows Offshore” Services LTD şirkətində, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “xxxxxxxxxxxxxxxxxxxxx” SA şirkətində və xx.xx.2015-ci ildən hal hazıradək xxxxxxxx MMC şirkətində eyni vəzifəni icra edən X2 və X1 məhkəmə iclasında öz əmək kitabçalarını məhkəməyə təqdim etməklə şahid qismində dindirilərək qeyd olunan şirkətlərdə bir kranla lakin növbəli iş qarafıki əsasında eyni tarixlərdə, eyni vəzifəni icra etdiklərini və ərizəçinin qeyd olunan şirkətlərdə göstərilən tarixlərdə yer səthindən 17 metr hündürlükdə kran operatoru kimi işlədiyini bildirmişlər. Amma buna baxmayaraq məhkəmə qeyd edilən sübutları qiymətləndirmədən işə baxaraq ərizəni rədd etmişdir. Ərizəçi hesab edir ki, adlarını göstərdiyi şirkətlər hal-hazırda Azərbaycan Respublikasmda öz fəlaiyyətlərini dayandırdığından və onlar Avropanın müxtəlif dövlətlərində yerləşdiyi üçün hazırki tələblə bağlı arayış ala bilmədiyi üçün ərizəçinin həmin şirkətlərdə yer səthindən 17 metr hündürlükdə işləməyi ilə bağlı məhkəməyə təqdim etdiyi sübutlar və şahid ifadələri apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək ərizəm təmin edilməsi üçün əsas hesab edilməlidir. Kollegiya iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və ərizənin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi M.Həsənov, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin: 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Hazırki iş üzrə ərizəçinin müəyyən edilməsini istədiyi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktına dair müvafiq sənədlər işlədiyi müəssisə tərəfindən verilə bildiyindən həmin faktın məhkəmə tərəfindən müəyyən edilməsi qeyd olunan hüquq normalarının tələblərinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Ərizəçi apellyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinədair mülki işin icraatına xitam verilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-350/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar