Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış, qeyri-yaşayış sahələrinin təhvil verilməsi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış, qeyri-yaşayış sahələrinin təhvil verilməsi və pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4508/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13A ünvanında yerləşən ümumi sahəsi 939,8 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh mülkiyyətində olmuş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı № ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışa əsasən torpaq sahəsinin mülkiyyət növü “Dövlət”, torpaq sahəsi üzərində hüququn növü istifadədədir. Tikintialtı sahə 217,1 kv.metrdir.
2. Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti başçısının 328 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə “Xətai rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı rəhbər tutulmaqla və "xxxx" MMCnin xx.xx.2017-ci il tarixli X- A-001 №-li müraciətini nəzərə alınaraq Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmişdir.
3. "xxxx" MMC ilə Cavabdeh arasında 08 mart 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Kontorunda təsdiqlənmiş müqavilənin şərtlərinə görə, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışda göstərilən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən 1140 kv.m qeyri- yaşayış sahəsini "İnşaat Konstruksiyaları” MMC-nin sahibliyinə verməyi, "xxxx" MMC isə həmin tikilini söküb, 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.1.2-ci və 2.2.2-ci bəndlərinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək qeyri- yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 manat kirayə haqqı verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən Cavabdeh qeyri-yaşayış sahəsini təhvil verməyi, Cavabdeh isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və "xxxx" MMC-a təhvil verməyi öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-199/2021 saylı qətnaməsi ilə Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı “08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəliyini icra etməyən "xxxx" MMC-dən 219,142 manat məbləğində əsas borc, əldən çıxmış faydaya görə 60.000 manat, bank uçot dərəcəsinə görə 12.000 manat olmaqla, ümumilikdə 291,142 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 5 manatın cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyriyaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilərək tərəflər arasında 08 mart 2018-ci il tarixli müqavilə ləğv edilməklə "xxxx" MMC tərəfindən Cavabdeh 1.600.000 manat məbləğində pul ödənilməklə Cavabdeh Bakı şəhəri, Nobel prospekti 13A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7636/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia üzrə iddiaçı Cavabdeh iddia tələbi qismən - 15 fevral 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi hissəsində təmin edilərək "xxxx" MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 206,430 manatın alınaraq Cavabdeh verilməsi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30 faiz əlavə edilməklə həmin binada təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsinə və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 1998/2022 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 7636/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 1.650.000 (bir milyon altı yüz əlli min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri, Nobel (hazırkı 8 Noyabr) prospekti 13 A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti (hazırkı 8 Noyabr) 13 ünvanında "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli 2(011)-4508/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh Müseyıb qızına qarşı iddiası baxılmamış saxlanılmışdır.
9. Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq "xxxx" MMC-nin qanunsuz hərəkətlərinin dayandırılması və qeyd olunan yaşayış, qeyri-yaşayış sahələrinin onun istifadəsinə təhvil verilməsi, 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 manat kirayə haqqının və 419 manat dövlət rüsumunun "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC tərəfindən verilmiş eyni presedent üzrə eyni məzmunlu iddia tələbinə dair qüvvəyə minmiş yekun məhkəmə aktları var və o, hesab edir ki , AR qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi üzrə icraata xitam verilməlidir. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edirsə, 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin-qərar adı olarsa iş üzrə icraata xitam verilir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması əsası, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilə olmuşdur. Tərəflər arasında 08 mart 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin cavabdeh tərəfindən mülkiyyətinə verilməsinə dair, həmçinin qeyd olunan 1482 kv.m qeyri yaşayış sahəsi ilkin iddia üzrə iddiaçıya təhvil verilənə qədər hər ay 8600 manat kirayə haqqı olaraq, "xxxx" MMC tərəfindən Cavabdeh ödənilməsinə dair öhdəlik götürmüşdür. İlk olaraq cavabdeh İnşaat Konstruksiyaları MMC kirayə haqqı olaraq ödəməli olduğu 8600 manatı ödəmədiyindən, borca dair tələb irəli sürülmüşdür. Müqavilə üzrə iddiaçıya təhvil verilməli olan yaşayış və qeyri-yaşayış sahəsi və ümumiyyətlə bina tam inşa olunduğundan mülkiyyətinə, istifadə və sahibliyinə təhvil verilərək, iddiaçının mənzilə köçürülməsinə dair ikinci tələb irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarxli qətnaməsi ləğv edilmiş, Cavabdeh iddia tələbi qismən - 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmuş, "İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 206 430 manat pulun alınaraq Cavabdeh qızma verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. AR Ali Məhkəməsinin 2(102)-1998/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli Qərarı ilə İnşaat Konstruksiyaları MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli, 2(103)-7636/2021 saylı qətnaməsi dəyişdirib nədən saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə aktları ilə İnşaat Konstruksiyaları MMC tərəfindən 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqı tululmuşdur. Lakin həmin tarixdən bu günə kimi MMC tərəfindən 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmir, o cümlədən hər ay ödəməli olduğu 8600 manat icarə haqqını ödəməkdən imtina edir. Belə ki, MMC müqavilə üzrə Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəs: ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyini icra etməkdən imtina edir. Baxmayaraq bina yalnız sonuncu mərtəbə istisna olmaqla tam inşa olunmuşdır və sonuncu mərtəbəni də bilərəkdən inşası dayandırılıb ki, binada olan yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsinin qarşısı alınsın. 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə kimi olan müddət ərzində İnşaat Konstruksiyaları MMC tərəfindən iddiaçıya ödənilməmiş kirayə haqqı 129.000 manat təşkil edir.
11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4508/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi və 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 (bir yüz iyirmi doqquz min) manat kirayə haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdehdən 419 (dörd yüz on doqquz) manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini belə əsasıandırmışdır ki, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən Cavabdeh öz mülkiyyətində olan qeyriyaşayış sahəsini təhvil verdiyi andan yeni binanın tikintisi başa çatanadək "xxxx" MMC tərəfindən ona aylıq 8600 manat pul ödənilməlidir. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından da görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 15 fevral 2021-ci il tarixədək kirayə haqqının ödənilməsi təmin edilmişdir. Hazırkı mərhələdə isə tərəflər arasındakı sözügedən müqavilənin mövcud şərtini nəzərə alaraq məhkəmə 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixədək olan müddət ərzində ödənilməli olan kirayə haqqının tələb edilməsi də əsaslı olmuşdur. Belə ki, müqavilədən irəli gələn bu öhdəlik "xxxx" MMC tərəfindən icra edilməmişdir.
13. Məhkəmə iddia tələbini “Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1,2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi” hissəsində təmin edərkən ona istinad etmişdir ki, Cavabdeh podrat müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirsə də, "xxxx" MMC tərəfindən bu öhdəlik yerinə yetirilməmiş, qeyd edilən sahələr iddiaçıya müqavilədə istinad edilən vaxt ərzində təhvil verilməmişdir. Bu səbəbdən də Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, həmin qeyri-yaşayış və yaşayış sahələri tam hazır olduğundan onlar iddiaçıya təhvil verilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 752.2, 385.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4508/2022 nömrəli qətnaməsininin ləğv edilərək, iddiaçı Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətİ onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən Cavabdeh məhkəməyə müraciət edərək "xxxx" MMC-dən əlavə pul tələb etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş COVİD-19 Koronavirusu (pandemiya) sağlamlıqla bağlı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Artıq onun vurduğu zərərin nəticəsi olaraq 2008-ci ildən bəri dünyada müşahidə olunan ən kəskin böhranın baş verdiyi təsdiq olunmuşdur. Koronavirus ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da mənfi təsir göstərmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduğu andan MMC-də artıq mənzil satışı dayandırılmışdır. İş rejimi ilə əlaqədar işçilərin işləməməsi və digər kirayə haqlarının ödənilməməsi və maliyyə böhranının yaranması müəssisəni iflic vəziyyətinə gətirib çıxarmışdır. Cavabdeh ölkədə kütləvi koronavirus infeksiyası ilə əlaqədar digər sahələr kimi tikinti sahəsində də durğunluq yaranmasını nəzərə almamış, öz mülki hüquqlarından sui-istifadə edərək pul tələb etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, hazırda ərazidə tikinti işləri aparılır. Əraziyə daxil olmaq ətrafdakı insanların sağlamlığı üçün təhlükəlidir. Tikintinin başa çatmadığı, davam etdiyi halda məhkəmə əsassız olaraq qeyri-yaşayış sahəsinin və mənzilin iddiaçıya təhvil verilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmə tam mövcud olmayan obyektin iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
30. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
31. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
32. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
33. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, iddia tələbinin Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. İddia tələbinin pul tələbinə dair hissəsi ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin tələb tərəflər arasında mövcud olan müqavilənin şərtlərindən irəli gəlir.
39. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında 8 mart 2020-ci il tarixdə bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əsasən Cavabdeh öz mülkiyyətində olan tikilini MMC-yə təhvil verdiyi andan yeni binanın tikintisi başa çatanadək MMC tərəfindən Cavabdeh aylıq 8600 manat məbləğində pulun ödənilməsi nəzərdə tutulmuşdur.
40. Bu müqavilə şərtinə istinad etməklə iddiaçı Cavabdeh artıq bir dəfə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 15 fevral 2021-ci il tarixə kimi aylıq 8600 manat kirayə haqqı olmaqla, ümumilikdə 206.400 manat pulun tutulmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmişdir.
41. Hazırda isə iddiaçı 15 fevral 2021-ci il tarixdən sonrakı müddət ərzində ödənilməmiş aylıq kirayə pulunun ödənilməsini xahiş etmişdir. Həmin tarixdən sonrakı müddət ərzində cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi və qeyd edilən pul məbləğinin qarşılıqlı iddiaçıya ödənilməməsi hazırkı işin mübahisəsiz halıdır.
42. Cavabdeh MMC-nin nümayəndəsi aylıq kirayə pulunun ödənilməməsini Coronavirus-19 pandemiyası ilə əlaqədar baş vermiş iqtisadi çətinliklə izah etsə də, kollegiya bu dəlilləri əsaslı hesab etmir və əlavə olaraq qeyd edir ki, tərəflər arasında mövcud olmuş oxşar tələbə dair mülki mübahisə üzrə qəbul edilmiş və hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində də bu dəlillərə qiymət verilərək əsassız hesab edilmişdir.
43. Göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqının tutulmasına dair hissədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur.
44. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tələbinin Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
45. Belə ki, məhkəmə həmin hissədə iddianı təmin edərkən işin o halına istinad etmişdir ki, müqavilə üzrə qarşılıqlı iddiaçıya verilməli olan qeyri-yaşayış və yaşayış sahələri tam hazır olduğundan, onlar qarşılıqlı iddiaçıya təhvil verilməlidir.
46. Lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandırmamış, qarşılıqlı iddiaçıya təhvil verilməli olan sahələrin tam hazır olması nəticəsinə hansı sübutlara istinad etməklə gəlindiyini qətnamədə əsaslandırmamışdır.
47. Əksinə, qarşılıqlı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskdə əks olunmuş görüntülərdən və fotoşəkillərdən müəyyən edilir ki, qeyd edilən ünvanda inşa edilməkdə olan çoxmənzilli yaşayış binasında tikinti işləri başa çatmamışdır və hal-hazırda da davam etməkdədir.
48. Burada həmçinin nəzər alınmalıdır ki, qarşılıqlı iddiaçı artıq bir dəfə eyni tələbə dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. İddianı rədd edərkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, inşa edilən binanın tikintisi tam başa çatdırılmadığına və bina istismara verilmədiyinə görə inşa edilən binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsi də mümkün deyildir.
49. Göründüyü kimi, qarşılıqlı iddiaçı eyni tələbi yenidən irəli sürərkən həmin qətnamənin qəbul edilməsindən sonrakı müddət ərzində binanın tikintisinin başa çatmasına istinad etmişdir.
50. Lakin qeyd edildiyi kimi, hazırkı işin araşdırılan halları ilə binanın tikintisinin yekunlaşmadığı, tikinti işlərinin davam etdiyi müəyyən olunmuşdur.
51. Həmçinin iş materiallarında Bakı şəhəri, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsindən də görünür ki, layihədə binanın 20 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş foto və video görüntülərdən, habelə tərəflərin izahatlarından müəyyən edilir ki, hal-hazıradək binanın 18 mərtəbəsi inşa edilmişdir.
52. Beləliklə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, tikintinin başa çatmasına dair səhv qənaətə gəlmiş, nəticədə onun gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
53. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 15 fevral 2021-ci il tarixdən 11 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində ödənilməli olan 129.000 (bir yüz iyirmi doqquz min) manat kirayə haqqının cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsində əsaslı olsa da, qeyri-yaşayış sahəsinin və mənzilin iddiaçının istifadəsinə verilməsi hissəsində əsassız olduğundan qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4508/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Bakı şəhəri, Nobel prospekti 13 ünvanda cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında təmirsiz 1, 2 və 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla ümumi sahəsi 1482 kv.m olan qeyriyaşayış sahəsi (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m olan təmirsiz mənzilin iddiaçı Cavabdeh istifadəsinə təhvil verilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun 100 manatı iddiaçı Cavabdeh alınaraq cavabdeh "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.